Xruşov Stalinin qarşısında niyə diz çökdü ?
Əslində, Stalin hakimiyyətdə olanda Xruşov həmişə yüksək vəzifə tutub, Ukraynanın, Moskvanın birinci katibi vəzifələrinə təyinat alıb, Siyasi Büroya üzv seçilib, Stalinin bağ ziyafətlərində çox vaxt Xruşov da yaxın silahdaşlardan biri kimi iştirak edib.
Maraqlıdır, bəs Xruşovda Stalinə qarşı bu qədər nifrət, qisas hissi hansı səbəblərdən yaranıb?
Stalinin vəfatından sonra Xruşovun onun adını tarixdən silmək "arzusu”nun kökündə heç də ictimaiyyətə təqdim olunduğu kimi hərbi və siyasi motiv yoxdur.
Kulis.az “Tarixin kulisi” layihəsi çərçivəsində sovet dövrü siyasi elitasında baş verən hadisələrdə ən maraqlı məqamlardan biri Stalin-Xruşov münasibətləri, Xruşovun "ehtiraslı” qisası haqqında növbəti materialı təqdim edir.
Xruşovun oğlu kim olub? Həqiqətənmi o, Stalinin göstərişi ilə güllələnib?
SSRİ dövründə siyasi intriqalar və qisas
Xruşovun birinci nikahdan olan oğlu Leonid Xruşov orta təhsil aldıqdan sonra əvvəlcə mülki aviasiya məktəbində, sonra isə hərbi pilotlar hazırlayan xüsusi məktəbdə oxuyub.
O, ilk döyüş uçuşlarını sovet-fin müharibəsində həyata keçirib. Sovet-alman müharibəsinin ilk illərindən başlayaraq Leonid Xruşov döyüş bölgələrində xidmət aparıb. Şimal istiqamətində gedən döyüşlərdə düşmənə güclü zərbələr endirdikdən sonra yaralanıb. Bir müddət müalicə almaq üçün o, arxa cəbhəyə göndərilib. Və elə bu ərəfədə baş verən hadisələr onun həyatınını bütövlükdə dəyişib.
Leonid Xruşov hələ çox gənc yaşlarından əyləncələrə, içki məclislərinə, bu məclislərdə iştirak edən qızları öz "bacarığı” ilə təəcübləndirməyə meylli olub.
Belə məclislərdən biri də Leonidin yaralandığı, bir ayağından güclü zədə aldığı vaxta təsadüf edib. İş elə gətirib ki, həmin vaxt restorana dəniz donanmasında xidmət edən, cəbhədə yaralanıb müalicə almağa qayıdan bir nəfər də gəlib. Çəbhə yoldaşı qismində Leonid onu da öz masalarına dəvət edib. Məclis qızışıb. Məclisdəkilərdən kimsə Leonidin sərrast atıcı olduğunu söyləyib. Qonaq da deyib ki, mən başımın üstünə bir şüşə konyak qoyacam, əgər o sərrast atıcıdırsa, qoy həmin şüşəni bir güllə ilə sındırsın. Sərxoş "baş”lar təklifi alqışlayıblar. Cəbhədən gələn dənizçi başının üstünə bir şüşə konyak qoyub. Leonid tapançayla atəş açıb, güllə hədəfin ən yuxarı hissəsini, konyak şüşəsinin “probka”sını tutub. Dənizçi bununla razılaşmayıb. Yenidən növbəti bir şüşəni başına qoyub. Hiddətlənən Leonid ikinci dəfə atəş açıb. Ancaq bu dəfə güllə dənizçinin başına dəyib və o, yerindəcə ölüb.

Leonid Xruşov
Kifayət qədər səs-küyə səbəb olan bu hadisə artıq bir neçə saatdan sonra Kremldə müzakirə mövzusuna çevrilib. Təbii ki, hadisəni törədən adi şəxs olsaydı, yerindəcə həbs edilərdi. Amma hadisəni Xruşovun oğlunun törətməsi məsələni siyasiləşdirib.
Nikita Xruşov yaxşı dərk edib ki, Stalinin məmur övladlarının bu cür həyat tərzinə münasibəti amansızdır. O, yalnız oğlunun döyüşlərdə iştirak etməsinə görə bağışlanacağına ümid edib və elə bu ümidlə rəhbərin qəbuluna yollanıb. Kəskin dialoqdan sonra qərara alınıb ki, Leonid Xruşov təzədən cəbhəyə göndərilsin.
Beləliklə, Xruşovun oğlu bir ayağı ciddi zədəli halda cəbhəyə gedib. Amma qara buludlar onun başı üzərindən çəkilməyib. 26 dəfə uğurlu döyüş uçuşundan sonra Leonid Xruşovun qırıcısı qərb cəbhəsində düşmən tərəfindən vurulub. O, çətinliklə neytral zonaya eniş edə bilsə də, almanlar tərəfindən əsir götürülüb.
Bu xəbər Stalini hiddətləndirib. Onun ilk ağlına gələn o olub ki, Leonid Xruşov SSRİ-nin siyasi elitası haqqında bildiklərini su qiymətinə düşmən tərəfə çatdıracaq.
Stalin nəyin bahasına olursa-olsun, Leonidin geri qaytarılması haqqında düşünüb. Və sözsüz ki, bu işdə "hər şeyə qadir olan” Lavrenti Beriya Stalinin köməyinə çatıb. Beriya bütün əlaqələrini işə salaraq Leonid Xruşovun əsirlikdə olan alman zabiti ilə dəyişdirilməsinə nail olub.
Stalin dövrünün qaranlıq tarixi
Stalinin baş mühafizəçisi general Vlasik yazırdı:
"Xruşov qəbul otağında gözləyirdi. Stalinin şəxsi köməkçisi və katibliyin rəisi olan Poskrebışev əyləşmək üçün ona yer göstərsə də, Nikita Sergeyeviç bir yerdə qərar tuta bilmirdi. O, tez-tez cibindən dəsmalı çıxarır, alnının, boynunun tərini silirdi. Çox həyəcanlı idi. Biz onu heç vaxt belə görməmişdik. Nəhayət, Stalin özü kabinetdən çıxdı, başının işarəsi ilə Xruşovu içəri dəvət etdi, qapını isə açıq qoydu. Adətən, Stalin qapını özü açıq qoyanda bağlamırdıq. Bu ərəfədə əvvəlcə Beriya, sonra isə Molotov qəbul otağna gəldi, ancaq onlar Stalinin kabinetinə keçmədi.
Kabinetdəki danışıqlar qəbul otağında aydın eşidilirdi. Xruşov oğlunun əfv edilməsini xahiş edirdi, üstəlik, yalvarırdı. Nəhayət, Stalin dilləndi:
- Yoldaş Xruşov, mən mövcud vəziyyətdə sizə kömək etmək iqtidarında deyiləm.
O ayağa qalxanda Xruşov onun qarşısında diz çökdü, ağladı və yalvarmağa başladı. Stalin isə etinasızca mühafizəçiləri çağırdı:
- Bunu kabinetdən çıxarın!
Xruşovun halı pisləşmişdi. Biz onu qonşu otağa apardıq. Təcili tibbi personal çağırdıq. Özünə gələndən sonra da acizanə səslə yalvarırdı: “Oğlumu bağışlayın, onu güllələməyin...”.
Bu yalvarışları isə artıq heç kim eşitmirdi, o cümlədən İosif Stalin də...”

Xruşov və İosif Stalin
Stalin və Xruşovun psixoloji müharibəsi
Bəli, Xruşovun Stalindən qisas almasının əsas səbəbi bu olub. Bu məsələni araşdıran tarixçilər onu da qeyd ediblər ki, Xruşov hakimiyyətə gəldikdən sonra arxiv sənədlərinə müdaxilə edib, bir növ, tarixi dəyişib və oğlunu qəhrəman kimi təqdim edib.
Çörçillin təbirincə desək, Xruşov ölülərlə mübarizəyə başladı və mübarəzədən qalib çıxdı...
- Prezident: Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır
21 noyabr 2025 12:25
- Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı: Qızınız Kama xanım mənə… VİDEO
20 noyabr 2025 19:51
- Ağdamın işğaldan azad edilməsindən 5 il ötür
20 noyabr 2025 16:54
- Gəncədə dəfn edilən 19 ispan pilot Azərbaycana niyə gəlmişdi? (VİDEO)
20 noyabr 2025 16:24
- Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
17 noyabr 2025 00:38
- Kaş boşanmış olardım - Şəhid xanımı Gülüstan Əliyeva
16 noyabr 2025 10:59
- İlqar Hacıyev də Baş Prokurorluğa çağırıldı
15 noyabr 2025 22:05
- LEŞ TOFİQ-lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
15 noyabr 2025 12:31
- Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
15 noyabr 2025 11:53
- Payızın qızıl vaxtı - Şahnaz Şahin yazır
14 noyabr 2025 17:47
- Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri Bakıya gəldi
21 noyabr 12:39
- Prezident: Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır
21 noyabr 12:25
- Trampın Ukrayna ilə bağlı 28 bəndlik SÜLH PLANI: Bənd-Bənd
21 noyabr 01:09
- Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı: Qızınız Kama xanım mənə… VİDEO
20 noyabr 19:51
- Mehdiyevin ətrafından olan hər kəsin vəkili redaksiyamıza məktub yazdı - Şaiq bəyin =dolu portfeli=
20 noyabr 17:20
- Qarakənd faciəsindən 34 il ötür
20 noyabr 17:02
- Ağdamın işğaldan azad edilməsindən 5 il ötür
20 noyabr 16:54
- Gəncədə dəfn edilən 19 ispan pilot Azərbaycana niyə gəlmişdi? (VİDEO)
20 noyabr 16:24
- Prezidentdən Ağdamla bağlı paylaşım (VİDEO)
20 noyabr 15:28
- Prezident ailəsi kitab təqdimatında - Fotolar
19 noyabr 14:25
- Xalq artisti vəfat etdi
19 noyabr 14:14
- Pensiya alanların nəzərinə: Yanvardan artım belə hesablanacaq (VİDEO)
19 noyabr 14:03
- Prezident onları təbrik etdi - Yenilənib
18 noyabr 11:22
- Asiya İnkişaf Bankının prezidenti VEYSƏLOĞLU-nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu (FOTO)
18 noyabr 10:42
- Zaur Mirzəyev azadlığa çıxdı
17 noyabr 22:31
- Əhməd Oruc insult keçirdi - Vəziyyəti ağırdır
17 noyabr 19:25
- Prezident Milli Dirçəliş Günü ilə bağlı paylaşım etdi
17 noyabr 11:45
- Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
17 noyabr 00:38
- Milli Qəhrəmanın qızının toyu oldu - VİDEO
17 noyabr 00:18
- Prezidentin səfəri başa çatdı - Fotolar
16 noyabr 23:59
- İlham Əliyev liderlərin iclasında (YENİLƏNİR)
16 noyabr 11:08
- Kaş boşanmış olardım - Şəhid xanımı Gülüstan Əliyeva
16 noyabr 10:59
- Polad Həşimovun qızı: Paraddakı hərbçilərin arasında atamı da görürdüm...
16 noyabr 10:49
- Sadəcə sənin adın var könlümdə... - Günün mahnısı
16 noyabr 01:28
- Ukrayna və Rusiya razılığa gəldi
16 noyabr 00:49
- İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
15 noyabr 22:51
- İlqar Hacıyev də Baş Prokurorluğa çağırıldı
15 noyabr 21:58
- Tanınmış jurnalistlər Özbəkistanda səfir və rektorla görüşdü (FOTO)
15 noyabr 16:15
- Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü oldu
15 noyabr 16:05
- LEŞ TOFİQ-lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
15 noyabr 12:31
