SOCAR-ın sabiq vitse-prezidentinin oğlunun işi yenidən məhkəmədə - atalıq testindən keçməlidir
SOCAR-ın sabiq vitse-prezidenti, oliqarx Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin Sabunçu Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxılıb.
Musavat.com xəbər verir ki, şikayət hakim Fuad Babayevin sədrliyi ilə araşdırılıb.
Məsələnin mahiyyəti budur ki, Fidan Abbasova uzun illərdir qızı Nilin atasının Orxan İsmayılzadə olmasını sübut etməyə çalışır. Lakin Oran İsmayılzadə ötən illər ərzində qızı Nilə soyadını, adını verməkdən boyun qaçırır, uşağın saxlanılması üçün tələb olunan vəsaiti ödəməkdən yayınırdı.
Buna görə də Fidan Abbasova məhkəmə qaydasında Orxan İsmayılzadənin övladının atası olmasını sübut etmək məcburiyyətində qalıb. İllər öncə məkəməyə təqdim etdiyi iddiası üzrə yekun qərar verilmədən geri götürülmüşdü.
![]()
Fidan Abbasova mətbuata açıqlamasında bildirmişdi ki, 2017-ci ildə Sabunçu Məhkəməsinə iddia təqdim edərək övladının atasının müəyyən edilməsini xahiş edib. Lakin o zaman Fidan Abbasova aldadılmaqla iddiasını geri çəkib.
7 il sonra, 2024-cü ildə o, icraata xitam verilməsi barədə Sabunçu Rayon Məhkəməsinin qərardadını alıb və iradəsi əksinə olan qərardadın ləğvini xahiş edib. Qərardad ləğv ediləndən sonra yenidən Sabunçu Rayon Məhkəməsində eyni predmet üzrə məhkəmə araşdırmaları başlayıb.
Məhkəmədə Fidan Abbasova bildirib ki, Orxan İsmayılzadə ilə faktiki nikahdan 05.05.2015-ci il təvəllüdlü Nil adlı qızı dünyaya gəlib. Buna görə də məhkəmədə övladının adının atasının (atalığının) Orxan İsmayılzadə olmasının müəyyən edilməsi və buna dair doğum aktı qeydinin aparılması barədə qətnamə qəbul edilməsini xahiş edib.
Fidan Abbasovanın nümayəndəsi isə tələb edib ki, Orxan İsmayılzadədən 17.01.2017-ci il tarixdən başlamaqla 05.05.2015-ci il təvəllüdlü Nil Orxan qızı Abbasovanın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 2 min manat pul tutulsun.
Nümayəndə məhkəmədə Orxan İsmayılzadə ilə Fidan Abbasovanın ailə qurmasıyla bağlı fikirlərini belə əsaslandırıb:
“Orxan Mikayıl oğlu İsmayılzadə 2012-ci ilin may ayında Fidan Abbasova ilə tanış olaraq ailə qurmaq qərarına gəlib və faktiki nikaha daxil olaraq birgə yaşamağa başlayıblar. Orxan İsmayılzadə özünün mobil nömrəsi 050-450-X0-X0 olduğu üçün ona da həmin nömrəyə uyğun olaraq 055-450-X0-X0 mobil telefon nömrəsi və digər əşyalar alıb. Təxminən 6 ay müddətində Bakı şəhərində yaşadıqları müddət ərzində dəfələrlə görüşüblər və faktiki nikah münasibətləri davam edib.
![]()
Faktiki nikaha daxil olduqdan sonra cavabdeh ona Almaniya Respublikasına getməyi təklif edib. Bu məqsədlə “viza” əldə edərək Almaniyaya gedib və özünün Münhen şəhərində yerləşən evində birlikdə yaşayıblar. Almaniyada yaşadıqları müddət ərzində bir sıra başqa ölkələrə səfərlər ediblər. Bu xüsusat Fidan Abbasova və Orxan İsmayılzadənin pasportlarında olan eyni tarixdə sərhəd-buraxılış məntəqəsində aparılmış qeydlərlə təsdiq olunur.
![]()
Beləliklə, 2012-ci ilin may ayından 3 sentyabr 2016-cı il tarixədək Orxan İsmayılzadə ilə faktiki nikah münasibətlərində olublar. Faktiki nikahdan 5 may 2015-ci il tarixdə Nil adlı qızları anadan olub. Orxan uşağın atası olduğu halda, uşağın atası kimi yazılmasına dair ərizə verməyib, səbəbini onunla əsaslandırıb ki, onun valideynləri uşağın atası kimi yazılmasına razılıq vermirlər və hətta bununla əlaqədar atası onu döyüb. Nəticədə faktiki nikahdan 5 may 2015-ci il tarixdə anadan olmuş uşağın ata adından istifadə etmək hüququ pozulub”.
Orxan İsmayılzadə Fidan Abbasovanın iddiası əsasında başladılan məhkəmə proseslərinə gəlməkdən boyun qaçırıb. Məhkəmənin təyin etdiyi “atalığın müəyyən edilməsinə dair” ekspertizadan da keçməkdən yayınıb.
Məhkəmə iddiaçını və iş materiallarında olan sənədləri araşdırmaqla iddianın qismən təmin edilməsinə dair qətnamə verib.
Qətnamədə yazılır:
- AZE seriyalı, 11667989 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Abbasova Nil 05.05.2015-ci il tarixdə doğulub. Atası qrafasında Abbasov Orxan qeyd olunub. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur.
Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.
Həmin məcəllənin 46.3-cü maddəsinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.
![]()
Sabunçu Rayon Məhkəməsinin 2(008)-5306/2024 nömrəli, 12.07.2024-cü il tarixli qərardadına əsasən, 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının ata mənşəyinin müəyyən edilməsi məqsədilə məhkəmə tibbi-genetik ekspertiza təyin edilib, lakin cavabdeh ekspertizanın keçirilməsində iştirak etmədiyindən ekspertizanın keçirilməsi mümkün olmayıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, İsmayılzadə Orxan Mikayıl oğlu ekspertizanın keçirilməsində iştirak etməkdən qərəzli olaraq yayındığından, qanunvericiliyin tələblərinə uyğun olaraq 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının atası olması müəyyən edilməlidir.
Belə ki, cavabdeh faktiki olaraq iddiaçı ilə birgə münasibətindən doğulmuş uşağın bioloji atası olduğunu dolayısı ilə etiraf edir və bunun əksini sübut edəcək hər hansı dəlil təqdim edə bilmir. Əksinə, məhkəmə onu da nəzərə alır ki, Orxan İsmayılzadənin 2015-ci il təvəllüdlü Abbasova Nilin atası hesab edilməsi üçün yeganə əsas onun ekspertizanın keçirilməsindən yayınması deyil, iş materiallarında olan tərəflərin bir ailə kimi bir yerdə yaşaması, müxtəlif vaxtlarda müxtəlif xarici ölkələrdə olması, faktiki nikahlarından doğulmuş uşaqla birgə çəkilmiş foto və video görüntüləri ilə də öz təsdiqini tapır.
Həmçinin, iddia tələbi alimentin tutulması ilə bağlı qeyd edir ki, iddia qismən təmin edilməlidir”.
Məhkəmənin aliment tələbi ilə bağlı mövqeyi isə Orxan İsmayılzadənin imkanlarını əks etdirən sənədlərlə uyğun görünmür:
“Aliment məbləğinin miqdarı ilə bağlı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
İş materiallarında cavabdeh Orxan İsmayılzadənin gəlirinin olması barədə məlumat olmasa da, elektron məhkəmə sistemi vasitəsi ilə əldə edilmiş məlumata əsasən, mülkiyyətində daşınmaz və daşınar əmlaklar mövcud olduğundan, yəni cavabdehin maddi vəziyyəti nəzərə alınaraq hər ay 500 manat sabit pul məbləğində alimentin tutulmasını qanuni və ədalətli hesab edir.
Qanunvericiliyin tələbindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilən zaman tərəflərin maddi vəziyyəti nəzərə alınmalıdır.
Məhkəmə iclasında iştirak edən iddiaçının şifahi vəsatəti əsasında məhkəmənin 20.09.2024-cü il tarixli elektron sistem vasitəsi ilə əldə etdiyi məlumata əsasən, cavabdehin mülkiyyətində qeydiyyat nömrəsi 11170860XX olan, 010011001574-063XX reyestr nömrəli qeyri-yaşayış binası, qeydiyyat nömrəsi 11191275XX olan, 009011001446-063XX reyestr nömrəli qeyri-yaşayış binası, qeydiyyat nömrəsi 11160783XX olan, 004011000770-051XX- 0930XX reyestr nömrəli mənzil, qeydiyyat nömrəsi 11190193XX olan, 007011004799- 103XX reyestr nömrəli fərdi yaşayış evi, qeydiyyat nömrəsi 11241197XX olan, 008011002025-051XX-0930XX reyestr nömrəli mənzil, 2008-ci il istehsalı ağ rəngli, “Hummer H3 Alfa” minik markalı və 2017-ci il istehsalı göy metalik rəngli, “Porsche Panamera Turbo” minik markalı nəqliyyat vasitəsi olması müəyyən olunub.
Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlunun 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının atası olması müəyyən edilməli və iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 19.09.2024-cü il tarixdən başlayaraq 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 500 manat sabit pul məbləğində aliment cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlundan tutularaq Abbasova Fidan Loğman qızına ödənilməlidir.
Cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlu iddiaçı Abbasova Fidan Loğman qızının 05.05.2015-ci il təvəllüdlü uşağı Abbasova Nil Orxan qızının atası olması müəyyən edilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün 19.09.2024-cü il tarixdən hesablanaraq hər ay 500 (beş yüz) manat sabit pul məbləğində aliment cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlundan tutularaq Abbasova Fidan Loğman qızına ödənilsin.
Hazırkı qətnamə 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızına “soyad” qrafasında İsmayılzadə, “ata” qrafasında milliyyəti azərbaycanlı olan İsmayılzadə Orxan Mikayıl oğlu qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır”.
Maraqlıdır ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Babayev Sabunçu Rayon Məhkəməsinin iş üzrə qətnaməsini əsassız hesab edib.
Verilmiş qərarda Fidan Abbasovanın Sabunçu Rayon Məhkəməsinə 2017-ci ildə təqdim etdiyi və sonradan geri çəkdiyi iddia tələbi üzrə çıxarılmış qərardad əsas götürülub. Hansı ki, həmin qərardan Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ləğv olunub və Fidan Abbasovanın şikayətinə yenidən baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilmiş, hakim Ruslan Mirzəliyevin sədrliyi ilə araşdırılmış və təmin olunmuşdu. Bununla belə, Orxan İsmayılzadənin “atalığın müəyyən edilməsinə dair” ekspertizadan keçirilməsi qərarı da verilib.
Ekspertizanın nə zaman keçiriləcəyi hələ ki, bilinmir.
- Zəfərin 5 ili: Bakıda hərbi parad keçirildi (YENİLƏNİB)
8 noyabr 2025 21:33
- Toyunda özünə şəhidlik arzuladı, Aprel döyüşlərində arzusuna çatdı...
7 noyabr 2025 22:51
- İlk hərbi təyyarəçimiz: Milli Qəhrəman Vaqif Qurbanov haqqında maraqlı faktlar
7 noyabr 2025 22:16
- Ərdoğan İlham Əliyevi TƏBRİK ETDİ
7 noyabr 2025 16:07
- Prezident Slovakiyadan olan nümayəndə heyətini qəbul etdi (FOTO)
7 noyabr 2025 14:28
- Siyasi partiyalar Zəfər Gününün ilə əlaqədar birgə bəyanat yaydı
7 noyabr 2025 11:59
- Baş katibin gizlini - Yuri Andropov ilk ailəsindən vəzifəsinə görə imtina edib
5 noyabr 2025 22:19
- Ramiz Mehdiyevin Qəbələdə 1 yox, 3 villası varmış - Ən dəbdəbəlisini bu nazir hədiyə edibmiş
5 noyabr 2025 12:51
- Fəzail Ağamalının gizli saxladığı nəvələri görün kimlər imiş - ADLARI MƏLUM OLDU
5 noyabr 2025 00:30
- Ramiz Mehdiyevin vəkilləri şikayətlərini niyə geri götürdü? - Yeni detallar
4 noyabr 2025 21:52
- Zəfərin 5 ili: Bakıda hərbi parad keçirildi (YENİLƏNİB)
08 noyabr 21:33
- Ərdoğan hərbi paradda Məmməd Arazın şeirini səsləndirdi
08 noyabr 21:11
- Kamil Abdullayev: Daim Azərbaycanın maraqları uğrunda döyüşmüşük
08 noyabr 14:27
- İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
08 noyabr 12:30
- Ərdoğan Bakıya yola düşdü
08 noyabr 10:56
- Azərbaycanda dördgünlük TƏTİL başlayıb
08 noyabr 10:34
- Türkiyə Netanyahunun həbsinə order verdi
08 noyabr 01:39
- Şuşa şəhərinin işğaldan azad olunmasından 5 il ötür
08 noyabr 00:37
- İlham Əliyevdən Zəfər Günü ilə bağlı paylaşım (FOTO)
07 noyabr 23:22
- Toyunda özünə şəhidlik arzuladı, Aprel döyüşlərində arzusuna çatdı...
07 noyabr 22:51
- İlk hərbi təyyarəçimiz: Milli Qəhrəman Vaqif Qurbanov haqqında maraqlı faktlar
07 noyabr 22:16
- Pəncəli Teymurova Milli Qəhrəman adı verildi
07 noyabr 21:56
- Ərdoğan İlham Əliyevi TƏBRİK ETDİ
07 noyabr 16:07
- REFERANS- ın baş həkimi 32 yaşlı laborant imiş...
07 noyabr 14:39
- Prezident Slovakiyadan olan nümayəndə heyətini qəbul etdi (FOTO)
07 noyabr 14:28
- Siyasi partiyalar Zəfər Gününün ilə əlaqədar birgə bəyanat yaydı
07 noyabr 11:59
- Dünyanın İLK TRİLYONERİ .....
07 noyabr 11:14
- Açıq havada ÇILPAQ GƏZƏN nudistlər - AZAD BƏDƏN mədəniyyəti
07 noyabr 10:18
- Rəsul Quliyevdən Ramiz Mehdiyev barədə SENSASİON MÜSAHİBƏ
07 noyabr 02:02
- Bulvarın uzunluğu 25 kilometrə çatacaq - RƏSMİ
07 noyabr 01:51
- Məryəmi vurdular, artıq İsaya bərabər tutula bilməyəcək
07 noyabr 01:41
- Prezidenti təbrik etdilər - Yenilənib
06 noyabr 23:31
- Bakıda hərbçilərin zəfər yürüşü BAŞLADI
06 noyabr 12:43
- Prezident NATO nümayəndə heyətini qəbul etdi (FOTO)
06 noyabr 12:24
- Amerikalı general Şəhidlər xiyabanında - Fotolar
06 noyabr 12:06
- Baş katibin gizlini - Yuri Andropov ilk ailəsindən vəzifəsinə görə imtina edib
05 noyabr 22:19
- Şahbaz Şərif Prezident İlham Əliyevi təbrik etdi
05 noyabr 20:55
- QUMAR KRALI-nın istintaqı bitdi - Milyonlarla manatlıq əmlaklarına həbs qoyuldu
05 noyabr 20:22
- Ramiz Mehdiyevin Qəbələdə 1 yox, 3 villası varmış - Ən dəbdəbəlisini bu nazir hədiyə edibmiş
05 noyabr 12:51
- Həmin RÜŞVƏTLƏR dövlət büdcəsinə getməlidir: Belə məmurlar ölkə iqtisadiyyatını MƏHV EDİR- Elşad Musayev
05 noyabr 12:19
