Stalinin məktubları -Günəşin doğuşu- nu dayandırıb
Rəsmi Vaşinqtonun ikili siyasəti dünyada dəfələrlə ciddi problemlər yaradıb, beynəlxalq müqavilələrin pozulması heç vaxt ABŞ-nin kəşfiyyat xidmətləri üçün problem olmayıb. Moskvadan gizli şəkildə Berlinlə aparılan danışıqlar II dünya müharibəsində müttəfiqlərin qələbəsinin az qala qarşısını alacaq və nasist Almaniyasına qarşı vuruşan dövlətlər arasında ixtilaf yaradaqmış.
“Günəşin doğuşu”
İsveçrənin neytrallığı həmişə Qərbin pərdəarxası oyunları üçün yaxşı fürsət olub. 8 mart 1945-ci ildə bir neçə nəfərdən ibarət bir qrup Luqano şəhərinə gəlib. Onlar Bernə gedən qatara yetişmək üçün stansiyaya yollanarkən diqqəti cəlb etməməyə çalışıblar. Berndə ABŞ-nin Strateji Xidmətlər İdarəsinin (SXİ) rezidenti Allen Dalles nümayəndə heyətindən “etimadnamə”yə bənzər sənəd alıb. Sənədi oxuduqdan sonra kəşfiyyatçı onun qarşısında oberqruppenfürer Karl Volfun başçılıq etdiyi yüksək rütbəli SS zabitlərinin olduğunu anlayıb.
![]()
Amerikalılar və nasistlər çoxdan SSRİ-yə qarşı mübarizə üçün birgə plan qurmaq işləyiblər. Məhz Dalles 1943-cü ildə İsveçrəyə təyinat alması Berlin üçün əlverişli olub. Birincisi, o, Ağ Evə məruzə etmədən iş aparmaqdan qorxmayıb, ikincisi, əsl anti-kommunist olub. Strateji Xidmətlər İdarəsində işləyən Qabriel təxəllüslü SSRİ agenti də Dallesin ruslara nifrət etdiyini bildirib.
ABŞ İtaliyadakı Almaniya qoşunlarının kapitulyasiyasında Moskvanın iştirakını istəməyib. Buna görə də 1944-cü ildən Amerika rezidenturası alman generalları ilə danışıqlar aparmaq üçün münasib adamlar axtarıb. Dallesin təşəbbüsləri Vaşinqton tərəfindən bəyənilməyib. Ancaq almanların özləri tezliklə SXİ ilə əlaqə qurmağa başlayıblar.
Artıq Berlində müharibənin davamı ilə bağlı fikir ayrılığı yarandığı üçün nasist elitasının bir hissəsi ABŞ ilə əməkdaşlıq etmək istəyib. Odur ki, 1945-ci ilin fevralında Dalles Almaniyanın Təhlükəsizlik Baş İdarəsinin nümayəndələri ilə görüşüb. ABŞ agenti mövcud vəziyyətdən maksimum yararlanmaq istəyib. Gizli hərbi-diplomatik əməliyyat isə “Günəşin doğuşu” adlandırılıb.
Üçqat fayda
![]()
İtaliyanın şimalındakı “C” ordu qrupunda SS və polisin rəhbəri kimi Volf əsas komandanlıq zəncirinin bir hissəsi olmayıb. Buna baxmayaraq, oberqruppenfürer birbaşa SS reyxsfüreri Henrix Himmlerə hesabat verib və Adolf Hitlerin rəğbətini qazanıb.
Almanlar Berlinin razılığı ilə İsveçrədə danışıqlar aparıblar. Bəzən Volf özünün bilavasitə rəhbərinə demədən birbaşa fürerlə danışıb. 1945-ci ilin əvvəllərində Hitlerlə söhbətlərinin birində o, SSRİ-yə qarşı ABŞ və Böyük Britaniya ilə birləşməyin zəruriliyinə eyham vurub. Hitler isə etiraz etməyib.
Nasist lideri bilirdi ki, gizli danışıqlar koalisiyanı parçalayacaq, müttəfiq qüvvələrin Qərb cəbhəsindəki fəaliyyətini məhdudlaşdıracaq və Hitlerə müharibənin uğurlu nəticəsi üçün perspektivlər verəcək. Müvəffəqiyyət olduğu təqdirdə, Almaniya qoşunları geri çəkilərək döyüş qabiliyyətini qoruyacaq və yenidən güc toplayaraq Şərqə getmək imkanı əldə edəcəklər.
![]()
Bununla belə, Volf icazə veriləndən daha da irəli gedib. Məsələn, o, müttəfiqlərə Vermaxtın İtaliyada yerləşdirilməsinin xəritələrini təqdim edib ki, bu da amerikalıların Apennin yarımadasında hücum planlarını əhəmiyyətli dərəcədə asanlaşdırıb. Danışıqlar üçün əsas kimi Dalles İngiltərə-Amerika komandanlığının İtaliya cəbhəsinə hücumdan imtina etməsini və hərbi əməliyyatların dayandırılmasını təklif edib. Tezliklə İtaliyada müttəfiqlərin qərargahında kəşfiyyat rəisi vəzifəsində çalışan britaniyalı general-mayor Terens Ayrey gizli görüşlərin iştirakçısına çevrilib.
Almanlara da inam tam olmayıb. Dalles Volfun missiyasının əsas məqsədinin müttəfiqlər arasında nifaq salmaq olduğundan şübhələnib. Yəqin ki, bundan qorxan ingilis generalı Harold Aleksandr tezliklə sovet diplomatlarını almanların danışıqlara başlamaq istəyi barədə məumatlandırıb. SSRİ xarici işlər xalq komissarı Vyaçeslav Molotov buna müsbət cavab verib, lakin bir şərtlə: Moskva da iştirak etməlidir.
Stalinin məktubları
![]()
Ancaq Molotovun şərti yerinə yetirilməyib. Səbəb kimi sovet nümayəndə heyətinin İsveçrəyə gəlməsinin anlaşılmazlıq yaradacağı göstərilib. Komissar isə müttəfiqlərə məktubunda yazıb: “Sovet hökuməti heç bir anlaşılmazlıq görmür, amma daha pis bir şey görür”.
Tezliklə Moskva Dallesin nasistlərlə sonrakı görüşlərindən və bu görüşlərin məzmununun Sovet İttifaqından gizli saxlanıldığından xəbər tutub. İosif Stalin müttəfiqlərin davranışından əsəbiləşib və onları inamsızlıq üçün zəmin yaratmaqda ittiham edib. Vaşinqton və Londona göndərdiyi məktublarda o, SSRİ-nin heç vaxt belə bir addım atmayacağını vurğulayıb.
Amerika prezidenti Franklin Delano Ruzvelt əvvəlcə məxfi görüşləri inkar edərək, sovet liderini məlumatın etibarsız olduğuna inandırmağa çalışıb. Lakin Stalinin təzyiqi Ağ Evi Dallesin təşəbbüsünü məhdudlaşdırmağa inandırıb və ona alman emissarları ilə əlaqələri dayandırmaq əmri verilib.
![]()
Çünki sovet kəşfiyyatçıları nasistlərlə Dalles arasındakı söhbətlərin bəzi təfərrüatlarını əldə ediblər. Stalin Ruzveltə göndərdiyi məktubların birində məxfi agentlər haqqında yazıb: “Onlar öz vəzifələrini diqqətlə yerinə yetirən çox dürüst və təvazökar insanlardır”. Yulian Semyonovun “Baharın on yeddi anı” kitabının əsasını İsveçrədəki hadisələrlə bağlı casus hekayəsi təşkil edib.
“Bern hadisəsi” soyuq müharibənin xəbərçisi olub. Daha sonra Dalles Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik edib. O, istefaya gedənə qədər nə Amerika, nə də Qərbi Almaniya xüsusi xidmət orqanlarına təqaüdçü Volfu həbs etməyə icazə verməyib. Yalnız 1964-cü ildə nasist Holokost hadisələrində iştirak etməkdə təqsirli bilinib. SS-çi hətta qocalanda da özünü “Fürerin sadiq paladini” adlandırıb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
8 aprel 2026 14:09
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
12 yanvar 2026 19:04
- Azərbaycan daha iki ölkəni qazla təchiz edəcək - Prezident açıqladı
6 yanvar 2026 00:11
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
4 yanvar 2026 00:18
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 2025 19:59
- ƏBƏLFƏS Qarayevin BİZNES İMPERİYASI : Hotel, balıq, neft... (SİYAHI)
6 dekabr 2025 14:03
- Ağsu sakini Zaur Məmmədov Prezidentə MÜRACİƏT etdi
29 noyabr 2025 20:28
- Çan Kayşinin oğlu, Leninin bacısının oğulluğu – sonda o, Tayvanın prezidenti olub
25 noyabr 2025 20:47
- Əhməd Oruc oğlunun məzarı yanında dəfn edildi
23 noyabr 2025 21:07
- Qubernator Prezidenti -ağıldankəm faşist - adlandırdı...
19 aprel 14:47
- Füzulidə hərbçilər qəzaya düşdü: 2 nəfər həlak oldu
19 aprel 13:49
- Kardioloqlar infarktın ən çox hansı saatlarda baş verdiyini açıqladı
19 aprel 11:55
- SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu
19 aprel 11:51
- Paytaxtda 100 minə yaxın bina SÖKÜLƏCƏK
19 aprel 00:22
- Almaniyada minlərlə QABAN məhv edildi
19 aprel 00:17
- Meloni Azərbaycana gələcək
18 aprel 23:38
- İspaniyanın baş naziri: BMT-yə QADIN RƏHBƏRLİK etməlidir
18 aprel 20:43
- Azərbaycan qlobal təlatümlərin əhatəsində sabitlik adasıdır
18 aprel 19:56
- Şahmat dünyasının yeni lideri türksoylu ola bilər
18 aprel 19:11
- Mehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak etdi (FOTO)
18 aprel 16:23
- Paşinyandan müxalifətə: Onlar Qarabağı ələ keçirmək istəyirlər, bu, Ermənistanın sonu olar
18 aprel 15:59
- Abdin Fərzəliyev JURNAL satan şirkətdən 96 000 manatlıq ƏT ALIR
18 aprel 14:55
- Bazar günü 25 dərəcə isti olacaq
18 aprel 13:47
- Sevinc Çılğınla -Poeziya saatı- keçiriləcək
18 aprel 13:33
- Banklardan SOYĞUNÇULUQ - Faizlər görün NEÇƏ DƏFƏ ARTIB
18 aprel 12:36
- Şahbaz Şərif və İlham Əliyev Antalyada ikitərəfli tərəfdaşlığı müzakirə ediblər
18 aprel 12:21
- Dostlarından İsa Arasla bağlı İNANILMAZ SÖZLƏR– Mənim və Viktorun sevgilisi idi
18 aprel 12:09
- Bakının bu ərazilərində torpağın 1 SOTU 2 MİLYONDUR
18 aprel 11:49
- Prezident Diplomatiya Forumu ilə bağlı paylaşım etdi
18 aprel 00:46
- Başlıbel qətliamından 33 il keçir
18 aprel 00:21
- Birinci xanımlar Antalya Forumununda - Foto
17 aprel 21:39
- Bir qrup şair və yazıçıya Prezident təqaüdü verildi - EKSKLÜZİV
17 aprel 20:40
- Tramp Hörmüz boğazını açdığına görə İrana təşəkkür etdi
17 aprel 20:18
- Prezidentlə xanımı Antalyada tədbirdə iştirak edir
17 aprel 16:49
- 4200 manata DOVŞAN və QURBAĞA ALIR
17 aprel 15:55
- QOÇ ƏT- lə bağlı böyük qalmaqal: Menyuda 5.5, qəbzdə 8.2 manat...
17 aprel 15:38
- Atalıq testindən qaçış, NARKOTİK damğası - Mikayıl İsmayılovun gəlininin işi qaranlıq məcraya sürüklənir
17 aprel 14:00
- Kişinyovdan Moskvaya zərbə: Rusiyalı komandanlar...
17 aprel 13:50
- Əliyevlə Şaraa görüşdü - Fotolar - Yenilənib
17 aprel 12:36
