Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
Hadisə2 aprel 2025 13:00
Birinci Qarabağ müharibəsi iştirakçısı , I qrup əlil, müharibə veteranı Azad Ağamməd oğlu Məlikovu (Höccətov) ad günü münasibəti ilə təbrik edirəm !
1994-cü ildə Murov-Kəlbəcər istiqamətlərində 14 fevral tarixində 1501 nəfərə yaxın vətəndaşlarımızın şəhid olduğu sosial şəbəkədə yazılmışdı. Mən fevral 1994-cü ildə Bakıdan – Gəncə şəhərinə getdim. Getməyimin səbəbi əslən İsmayıllı rayonundan olan bir xanımın Gəncə şəhərindən mənə (işlədiyim qurumun şəhər telefon nömrəsinə) zəng edərək, qardaşım əsgər Azadın ağır vəziyyətdə Gəncə şəhərində xəstəxanada ölüm-qalım həyatı ilə mübarizə apardığını bildirmişdi. Tanımadığım bu Azərbaycan xanımına minnətdarlığımı bildirirəm! Mən Gəncə şəhərində xəstəxananın qəbul şöbəsində olan zaman mənə bildirildi ki, xəstəxanaya yerləşdirilmiş yaralı əsgərlərin sayı çox olduğundan, qeydiyyat aparılması mümkün olmamışdır. Xəstəxananın böyük zalına keçib qardaşımı çarpayılarda axtarmağa başladım. Nəhayət çarpayıların birində ağır nərilti səsi ilə mənim adımın çəkildiyini eşitdim. Bundan sonra baxıb qardaşım Azərbaycan əsgəri Azadı tanıdım. Azad ilə söhbət edərək bədəninə baxdım. Çoxsaylı qəlpə yaralarının, dizin qəlpə zərbəsindən tamamilə dağıldığının, donmanın təsirindən ayaq və əl barmaqlarının qaralaraq funksiyalarının itirməsinin şahidi oldum. Bədənin arxasının qaşındığını və yanını qaşımağı Azad məndən xahiş etdi. Bədənin arxa tərəfini çevirərkən dəhşətli tərzdə qoxu məni vurdu. Dərhal həkimə müraciət etdim. Həkimlər sağolsun, tez xəstəyə baxış keçirməklə onun bədənin müəyyən mənada tibbi baxımdan təmizləməyə başladılar...
Qardaşım Azadın müalicə olunub, həyatda qalması məqsədilə onu Gəncə şəhərindən Bakı şəhərində yerləşən xəstəxanaya gətirdim. Bir neçə əməliyyatlar və amputasiyalar icra edildi. Azad 1-ci qrup əlil, 1-ci Qarabağ müharibəsi iştirakçısı və müharibə veteranıdır.
Həmin vaxt Azadın mənə dediklərindən!
Ağdam və Horadiz istiqamətlərində gedən döyüşlərdə döyüşən ordu tərkibində Azad vuruşmuşdur. Azadı iştirakçısı olduğu batalyon döyüşlər zamanı yaxşı nəticələr göstərmişdir. Həmin batalyon Kəlbəcər rayonu istiqamətinə vuruşa yönəldilib. Batalyon Daşkəsən rayonu ərazisindən Kəlbəcər rayonun istiqamətində döyüşlərə başlamışdır. Ordu hissələri (batalyon) Yanşaq kəndini keçməklə, Kəlbəcər rayonun Mərkəzi istiqamətində irəliləmişdir. Batalyon əmr əsasında geri qayıdıb! Murovdağ ərazisində ordu çoxsaylı itkilər vermişdir! Azad bir ayağının dizini qəlpə zərbəsindən itirdikdən sonra hərəkət edə bilməmişdir. Düşmənə əsir düşməmək üçün, öz avtomatından özünə atəş açmağa cəhd etmişdir. Avtomat donduğu üçün, bu hərəkətini Azad reallaşdıra bilməmişdir. Azadın yanında olan iki nəfər əsgər Azadı avtomatın kəmərinə keçirməklə uzun bir məsafədə buzlaşmış qarın üstündə sürükləyib hərbiçilərə məxsus olan yük maşınların birinə maşının kuzasına yerləşdiriblər. Həmin yük maşınlarında çoxlu əsgərlər olmaqla maşınlar Daşkəsən istiqamətində hərəkət edərkən, Azadın olduğu yük maşını buz yolda sürüşərək maşında olan bütün yaralı əsgərlər yerə qarın üstünə tökülmüşdür. Digər hərbiçilərin səyi nəticəsində yaralı əsgərlər ərazidən çıxarılıb “Toqanaya” çatdırılıblar!!!.
Bəli, 1994-cü ildə baş vermiş Kəlbəcər faciəsində döyüşən ordu tərkibində qardaşım Azad əsgər olaraq iştirak etmişdir. Tale belə gətirdi ki, həkimlər tərəfindən dəfələrlə müxtəlif cərrahiyyə əməliyyatlar edilməklə, Azadın həyatının davam etməsinə nail olduq. Müharibə dövründə aldığı xəsarətlərin nəticəsi və fəsadı olaraq, 2025-ci ilin fevralında Azad sağ ayağının “çanaq” hissəsini itirmək məcburiyyətində oldu. Ayağının çanağı əməliyyat edilməklə, ayağına “implant” yerləşdirilmişdir. Ümid edirəm 1994-cü ildən sonra keçirdiyi bütün cərrahiyyə əməliyyatlarda olduğu kimi Azad bu ağır sınaqdan çıxacaq!
Azad ilə əməliyyatdan sonra çəkdirdiyim foto şəkli paylaşıram.
Sonbeşik qardaşımız hərbiçi Araz ilə birlikdə veteranı ziyarət edərkən şəkli çəkdirmişik.
Allah müharibə veteranlarına kömək olsun, İnşAllah.
Azad, ad günün mübarək olsun!
Vəkil Bаlаbəy Məlikov

Oxşar xəbərlər
- Azərbaycan qlobal təlatümlərin əhatəsində sabitlik adasıdır
18 aprel 2026 19:56
- Mehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak etdi (FOTO)
18 aprel 2026 16:23
- Prezident Diplomatiya Forumu ilə bağlı paylaşım etdi
18 aprel 2026 00:46
- Tramp Hörmüz boğazını açdığına görə İrana təşəkkür etdi
17 aprel 2026 20:18
- BOZ kardinal-ın boz günü...
17 aprel 2026 11:21
- 18 gündür infarkt keçirən Nərgiz türmədə ağır durumda...
16 aprel 2026 11:52
- Baku Kids Company MMC şirkəti yayılan xəbəri TƏKZİB ETDİ
16 aprel 2026 10:45
- Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2026 10:54
- İlham Əliyev yeni səfirləri qəbul etdi (YENİLƏNİB)
14 aprel 2026 13:14
- Xalq artisti vəfat etdi
13 aprel 2026 18:14
Xəbər lenti
- Meloni Azərbaycana gələcək
18 aprel 23:38
- İspaniyanın baş naziri: BMT-yə QADIN RƏHBƏRLİK etməlidir
18 aprel 20:43
- Azərbaycan qlobal təlatümlərin əhatəsində sabitlik adasıdır
18 aprel 19:56
- Şahmat dünyasının yeni lideri türksoylu ola bilər
18 aprel 19:11
- Mehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak etdi (FOTO)
18 aprel 16:23
- Paşinyandan müxalifətə: Onlar Qarabağı ələ keçirmək istəyirlər, bu, Ermənistanın sonu olar
18 aprel 15:59
- Abdin Fərzəliyev JURNAL satan şirkətdən 96 000 manatlıq ƏT ALIR
18 aprel 14:55
- Bazar günü 25 dərəcə isti olacaq
18 aprel 13:47
- Sevinc Çılğınla -Poeziya saatı- keçiriləcək
18 aprel 13:33
- Banklardan SOYĞUNÇULUQ - Faizlər görün NEÇƏ DƏFƏ ARTIB
18 aprel 12:36
- Şahbaz Şərif və İlham Əliyev Antalyada ikitərəfli tərəfdaşlığı müzakirə ediblər
18 aprel 12:21
- Dostlarından İsa Arasla bağlı İNANILMAZ SÖZLƏR– Mənim və Viktorun sevgilisi idi
18 aprel 12:09
- Bakının bu ərazilərində torpağın 1 SOTU 2 MİLYONDUR
18 aprel 11:49
- Prezident Diplomatiya Forumu ilə bağlı paylaşım etdi
18 aprel 00:46
- Başlıbel qətliamından 33 il keçir
18 aprel 00:21
- Birinci xanımlar Antalya Forumununda - Foto
17 aprel 21:39
- Bir qrup şair və yazıçıya Prezident təqaüdü verildi - EKSKLÜZİV
17 aprel 20:40
- Tramp Hörmüz boğazını açdığına görə İrana təşəkkür etdi
17 aprel 20:18
- Prezidentlə xanımı Antalyada tədbirdə iştirak edir
17 aprel 16:49
- 4200 manata DOVŞAN və QURBAĞA ALIR
17 aprel 15:55
- QOÇ ƏT- lə bağlı böyük qalmaqal: Menyuda 5.5, qəbzdə 8.2 manat...
17 aprel 15:38
- Atalıq testindən qaçış, NARKOTİK damğası - Mikayıl İsmayılovun gəlininin işi qaranlıq məcraya sürüklənir
17 aprel 14:00
- Kişinyovdan Moskvaya zərbə: Rusiyalı komandanlar...
17 aprel 13:50
- Əliyevlə Şaraa görüşdü - Fotolar - Yenilənib
17 aprel 12:36
- Kərkükdə 100 il sonra bir İLK
17 aprel 11:34
- BOZ kardinal-ın boz günü...
17 aprel 11:21
- Rusiyada deportasiya dalğası gözlənilir
17 aprel 00:12
- General adından sui-istifadə, aldadılan insanlar və… — Alibek Kurbanovun qorxu ssenarili oyunları: General kimdir?
16 aprel 23:03
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
16 aprel 19:43
- Bakıda 1 kilosu 238 MANATA gilas satılır – FOTO
16 aprel 19:08
Video & Fotoqalereya
Video
Fotoqalereya
