Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə - A Ç I Q M Ə K T U B

Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə, Baş prokurorluğun və Bakı şəhər prokurorluğunun prokurorluqda istintaqa rəhbərlik, nəzarət prokurorlarına - A Ç I Q M Ə K T U B (210050957 saylı cinayət işinin istintaqı ilə bağlı)
Hörmətli Baş prokuror və prokurorlar,
Təsisçisi olduğum “Magna Trans” MMC-nin əmlakının-pullarının, o cümlədən dövlət büdcəsinə ödənilməli olan pul vəsaitinin oğurlanması və mənimsənilməsi faktları ilə bağlı cinayət hadisələri təfsilatı ilə mətbuatdan da məlum olduğu üçün, bir daha təkrara varmadan indiki müraciətimin əsas məğzini nəzərinizə çatdırıram.
Zərərçəkmiş şəxs kimi tanındığım 210050957 saylı cinayət işinin istintaqı aidiyyəti üzrə davam etdirilməsi üçün Sabunçu rayon prokurorluğuna verilən gündən, yəni 30.03.2022-ci il tarixdən indiyə kimi, prokurorluğun aidiyyəti vəzifəli şəxslərinin iştirakı və rəhbərliyi ilə iş üzrə icraat əsassız-qanunsuz olaraq dəfələrlə dayandırılmaqla və ya xitama verilməklə süründürməçiliyə məruz qoyulmuşdur və hazırda da inadkarlıqla davam etdirilir.
Təkcə onu qeyd etmək yetər ki, 2022-2025-ci illər ərzində sözün əsil mənasında “başına min-bir oyun gətirilmiş” bu cinayət işinin istintaqının prokurorluqda əngəllənməsi və prokurorluq əməkdaşlarının prossesual qanunvericiliyin tələblərini kobud surətdə pozmaları ilə bağlı şikayətlərimə əsasən istintaqa məhkəmə nəzarəti qaydasında 20 sayda qərar verilmişdir.
Onu da bildirim ki, bu məhkəmə qərarlarının bir neçəsinin ləğv edilməsi ilə bağlı aidiyyəti prokurorların vermiş olduqları apellyasiya protestlərinin hamısı əsassız və qanunsuz olması səbəbinə Apellyasiya məhkəmələri tərəfindənheç biri təmin edilməmişdir.
Bu protestlərin biri ilə bağlı qeyd etmək vacibdir ki, 4 il ərzində zərərçəkmiş şəxsin üç yüzdən çox müraciətinin heç birinə bir cümlə cavab yazmayan Sabunçu rayonunun prokuroru İbrahim Lənbəranski avtobusları oğurlanmış, əmlakı talanmış, pulları mənimsənilmiş “Magna Trans” MMC-nin maddi-məsuliyyət cavabdehliyinidaşıyan direktor Mirzahid Ağayevi 4 il ərzində bircə dəfə də olsun belə istintaqa cəlb edib iş üzrə ifadəsini almır, lakin müdafiəsi üçün, məhkəmə qərarı verilən günün sabahı 15 səhifəlik apellyasiya protesti yazır.
Bu protestlə bağlı Bakı Apellyasiya Məhkəməsinin 01.07.2024-cü il tarixli, 6(103)-268/2024 №-li qərarından sitat:
“...Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin.
Sabunçu rayon Məhkəməsinin 25.06.2024-cü il tarixli, 6(008)-57/2024 saylı qərarı verilmiş apellyasiya protestinə münasibətdə dəyişdilmədən saxlanılsın.
Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz.”
Məhkəmənin bu “qətidir” və “bilməz” sözlərinə məhəl qoymayan, həmçinin cinayət işinin icraatı ilə bağlı prosessual qaydaların tərəflərindən pozulması 20 sayda məhkəmə qərarları ilə sübuta yetirilən buvəzifəli şəxs və yaxud şəxslər haqqında hansı səbəbdən tədbir görülmür?
Hazırkı müraciətimlə mən, haqqımda törədilmiş cinayət hadislərinin nəticəsində zərərçəkmiş bir vətəndaş kimi, aidiyyəti prokurorlardanqanunvericiliklə bağlı bir müraciətimə cavab almaqistərdim:
Mən, ibtidai araşdırmaya məhkəmə nəzarəti qaydasında növbəti şikayətlə Xətai rayon Məhkəməsinə müraciət edərək, mənə məxsus 34 ədəd avtobusun oğurlanması cinayəti haqqında ərizəmlə bağlı Bakı ŞBPİ-nin Təhqiqat şöbəsinin rəisi Tərlan Zeynalovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdim.
Bu şikayətimlə bağlı, Xətai rayon Məhkəməsinin 14.02.2025-ci il tarixli, 6(011)-31/2025 saylı qərarında göstərilmişdir ki, sitat:
“34 ədəd avtobusun oğurlanması faktı ilə bağlı A.İsmayılovun müraciəti üzrə Bakı ŞBPİ-nin Təhqiqat şöbəsinin rəisi Tərlan Zeynalovun araşdırma aparmaması, prosessual qərar qəbul etməməsi qanunsuz hesab edilsin”.
Bildirirəm ki, ümumi sayca 19-cu olan, lakin polisdə təhqiqatla bağlı ilk verilmiş bu məhkəmə qərarından əvvəl, zərərçəkmiş şəxs kimi tanındığım 210050957 saylı cinayət işinin istintaqı ilə bağlı,məhz prokurorluqda törədilmiş prosessual pozuntulara dair, o cümlədən 34 ədəd avtobusun oğurlanması faktı ilə bağlı 18 sayda məhkəmə qərarının heç birini prokurorluğun aidiyyəti vəzifəli şəxsləri icra etmirlər ki, etmirlər.
Əksinə, polis təhqiqatçısının qanunsuz hərəkətsizliyi barədə verilmiş Xətai rayon Məhkəməsinin 14.02.2025-ci il tarixli, 6(011)31/2025 saylı qərarından narazı qalan Bakı şəhər prokurorunun müavini Mobil Şəfiyev apellyasiya protesti verərək, həmin qərarın ləğv edilməsiniApellyasiya Məhkəməsindən xahiş etmişdir.
34 ədəd avtobusun oğurlanmasına dair törədilmiş cinayət hadisəsinin polisdə araşdırılmasının qarşısını almaq məqsədi ilə, prokurorun müavini Mobil Şəfiyev başqa yol tapmadığı üçün 3 aya yaxın müddət keçdikdən sonra, sadə dillə desək, məhkəmədən yuxarı məhkəməyə şikayət vermişdir.
Prokurorun müavini Mobil Şəfiyevin bu protestinin qanunauyğun olmasını təsdiqləmək üçün prokurorluqda Qanunların icrasına nəzarət idarəsinin prokuroru Emil Əlizadə və oğurluq cinayəti əməlinin araşdırılmasının polis orqanlarına heç bir aidiyyəti olmadığını sübuta yetirmək üçün Bakı ŞBPİ-nin Təhqiqat şöbəsinin rəisi Tərlan Zeynalov Apellyasiya məhkəməsinin iclasında iştirak edərək, protestin təmin edilməsini xahiş etmişlər.
Mötəbər və məsuliyyətli vəzifə tutan hər üç şəxs oğurluq cinayəti əməlinin prokurorluq və polis orqanında araşdırılmamasına məhkəmə vasitəsi ilə nail olmağa cəhd etmiş olsalar da, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02.05.2025-ci il tarixli 6(103)-177/2025 saylı qərarında göstərilmişdir ki, sitat:
“...34 ədəd avtobusun oğurlanması faktı ilə bağlı Bakı ŞBPİ-nin Təhqiqat şöbəsində heç bir araşdırma aparılmamış, hər hansı prosessual qərar qəbul edilməmişdir. Cinayət prossesini həyata keçirən təhqiat orqanı AR CPM-in tələblərinə uyğun qərar qəbul etməli olduğu halda hərəkətsizlik göstərmişdir.
Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, Xətai rayon Məhkəməsinin 14.02.2025-ci il tarixli, 6(011)-31/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Bundan başqa, 210050957 nömrəli cinayət işi üzrə məhkəmə qərarlarından (18 sayda) görünür ki, həmin cinayət işinin araşdırma predmeti mənimsəmə faktı ilə bağlıdır və həmin cinayət işi üzrə müstəntiq tərəfindən 34 ədəd avtobusun oğurlanmasına dair şikayətçinin müraciətinə heç bir münasibət bildirilməmişdir.
Apellyasiya protesti təmin edilməsin.
Qərar qətidir, ondan kassasiya şikayəti və ya protesti verilə bilməz”.
Ona görə “bilməz” ki, Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 38.1. maddəsinə əsasən, təhqiqatçı, müstəntiq və ya prokuror cinayət əməlləri barədə məlumat aldıqda öz səlahiyyətləri daxilində dərhal təhqiqat və ya istintaq aparmalıdırlar.
Qanunun bu tələbinə, Bakı şəhər prokurorluğunun aidiyyəti vəzifəli şəxslərindən başqa, tabeçilikdə olan Sabunçu rayon prokuroru İbrahim Lənbəranskinin və müstəntiqlər: Tural Mürsəlovun, Fuad Babayevin, Natiq Məmmədovun münasibətləri hazırda icraatlarında olan 210050957 cinayət işinin istintaqı ilə bağlı barələrində verilmiş ümumi sayı 20 olan məhkəmə qərarlarının hər birində öz əksini tapmışdır.
Ən sonuncu şikayətimlə bağlı istintaqa məhkəmə nəzarəti qaydasında verilmiş Sabunçu rayon Məhkəməsinin 13.05.2025-ci il tarixli 6(008)-43/2025 saylı qərarında göstərilmiş prosessual pozuntuların qısa məzmunu (ixtisarla):
“Məhkəmə tədqiqi nəticəsində istintaq orqanı tərəfindən aşağıdakı halların araşdırılmamasımüəyyən edilmişdir:
- 34 ədəd avtobusun oğurlanması faktı ilə bağlıA.İsmayılovun müraciəti Bakı ŞBPİ-nin 29.03.2022-ci il tarixli məktubu ilə aiddiyyəti üzrə Sabunçu rayon Prokurorluğuna göndərilsə də, araşdırılma aparılmamış, ərizəçiyə cavab verilməmişdir;
- alqı-satqı müqaviləsi üzrə 21 ədəd avtobus başqa şəxslərin adlarına keçirildiyi halda, əldə olunmuş pul vəsaitinin MMC-nin hesabına köçürülməməsi faktı araşdırılmamışdır;
- şahid qismində dindirilmiş … arasında üzləşdirmə istintaq hərəkətləri aparılmamışdır;
- şahid qismində dindirilmiş … yaranmış borcun əvəzi olaraq … avtobusları verməsini göstərsə də borcun məbləği, avtobusların dəyəri və sairə hallar barədə ifadələr dəqiqləşdirilməmişdir;
- şahid qismində dindirilən ... şirkətin fəaliyyətindən 2014-cü ildən xəbərsiz olduğunu göstərdiyi halda ərizəçi ilə və digərləri ilə üzləşdirmə istintaq hərəkətləri aparılmamışdır;
- Sabunçu rayon Məhkəməsinin 03.11.2022-ci il tarixli, 6(008)-47/2022 saylı qərarı və Bakı Apellyasiya Məhkəməsinin 6(103)-267/2023 saylı, 20.07.2023-cü il tarixli qərarında göstərilən xüsusatlarla bağlı araşdırmalar aparılmamışdır;
- istintaq orqanı tərəfindən cinayət işi üzrə araşdırılmalı olan hallar məhkəmələrin qərarlarında vurğulamasına baxmayaraq, müstəntiq tərəfindənhəmin hallara qiymət verilməmiş, qanunvericiliyin normalarını nəzərə almadan iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi istiqamətində hər hansı addım atmadan şikayətçinin ərizəsinəhərəkətsizlik göstərilmişdir.
- Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin cinayət haqqında ərizənin qəbul edilməsindən imtina etməsindən ibarət hərəkətsizliyi qanunsuz hesab edilsin”.
Hörmətli Baş prokuror və prokurorlar,
04.11.2021-ci ildə başlanılmış və bu günə kimi Sabunçu rayon prokurorluğunda süründürməçiliyə məruz qoyulmuş və zərərçəkmiş şəxs kimi tanındığım 210050957 saylı cinayət işinin istintaqı ilə bağlı məhz prokurorluqda törədilmiş prosessual pozuntular barədə, o cümlədən mənə məxsus 34 ədəd avtobusun oğurlanmasına dair ərizəmin araşdırılmaması ilə bağlı şikayətlərim üzrə 18 sayda məhkəmə qərarı mövcud olduğu halda, əmlakımın oğurlanmasına dair şikayətimin polis orqanlarında baxılmamasına nail olmaq məqsədi ilə prokuror müavini Mobil Şəfiyevin birinci instansiya məhkəməsinin qanuni qərarından protestlə yuxarı məhkəməyə müraciət etməsi vəprokurorluqda Qanunların icrasına nəzarət idarəsinin prokuroru Emil Əlizadənin də bu protesti Apellyasiya Məhkəməsində müdafiə etməsi sual yaradır ki, Qanunun tələbindən, yəni törədilmiş cinayət hadislərinə dair vətəndaşın şikayətlərini araşdırmaqdan, o cümlədən törədilmiş cinayət hadisələrinin araşdırılması barədə verilmiş 20 sayda məhkəmə qərarlarını icra etməkdən prokurorluq və polis orqanlarında açıq-aşkar imtina edilirsə bu vəzifəni yerinə yetrimək kimin öhdəsinə düşür və yaxud vətəndaş hansı dövlət qurumuna müraciət etməlidir?
Ağasəf İsmayılov
İş adamı-sahibkar,
210050957 saylı cinayət işi
üzrə zərər çəkmiş şəxs
- Urmiya gölü tamamilə quruyub
8 sentyabr 2025 00:08
- Azərbaycan diaspora rəhbəri deputatlığa gedir – Rusiyada görünməmiş hadisə
7 sentyabr 2025 21:47
- Hazırlıqlar gedir, böyük amnistiya gözləyirik - MÜHÜM AÇIQLAMA
7 sentyabr 2025 11:28
- Azərbaycanlıların gözündə dost və düşmən ölkələr: Rusiya düşmən siyahısında lider oldu, dost isə...
7 sentyabr 2025 01:10
- Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar...- FOTOLAR
6 sentyabr 2025 14:37
- II Əbdülhəmid Fələstini yəhudilərə niyə satmadı?
6 sentyabr 2025 00:26
- DÇ-2026: Azərbaycan millisi 4 : 0 uduzur (YENİLƏNİR)
6 sentyabr 2025 00:21
- Həmin liderlər İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar
5 sentyabr 2025 17:00
- Prezident yol təmirinə 2 milyon manat ayırdı
5 sentyabr 2025 13:56
- Milli Məclisin xüsusi iclası keçiriləcək
5 sentyabr 2025 12:35
- Bəylə gəlin restorana ATLA GƏLDİ - Bakıda maraqlı hadisə
08 sentyabr 01:27
- Ağ Evdən Rusiya üçün bəd xəbər: Sabahdan başlanır...
08 sentyabr 00:23
- Urmiya gölü tamamilə quruyub
08 sentyabr 00:08
- Varlılar niyə pullarını İsveçrə banklarında saxlayır?
07 sentyabr 22:23
- Tramp Qazaxıstan prezidenti Tokayevlə möhtəşəm söhbət apardığını dedi
07 sentyabr 22:15
- Azərbaycan diaspora rəhbəri deputatlığa gedir – Rusiyada görünməmiş hadisə
07 sentyabr 21:47
- Alim Qasımov villasını satır - Qiyməti 5 MİLYON
07 sentyabr 21:28
- İkinci Qarabağ savaşının qəhrəmanı yaşamaq üçün İŞ TAPA BİLMİR
07 sentyabr 14:11
- Azərbaycanda ət bahalaşdı
07 sentyabr 12:34
- Hazırlıqlar gedir, böyük amnistiya gözləyirik - MÜHÜM AÇIQLAMA
07 sentyabr 11:28
- Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək
07 sentyabr 11:17
- Azərbaycanlıların gözündə dost və düşmən ölkələr: Rusiya düşmən siyahısında lider oldu, dost isə...
07 sentyabr 01:10
- Bu ölkədə də qadınlar hərbi xidmətə çağırılacaq
07 sentyabr 00:22
- Britaniyanın yeni daxili işlər naziri Şabana Mahmud: İslam mənim inancımdır, həyatımın ən vacib tərəfidir VİDEO
07 sentyabr 00:08
- 1 damcısı 10 yaş gəncləşdirir
06 sentyabr 22:49
- AZAL təyyarəsinin vurulmasında bu generalın rolu olub - sensasion faktlar yayıldı
06 sentyabr 22:36
- 2025-ci ilin ən təsirli - 12 fotosu - ACLIQ ÇƏKƏN UŞAQ
06 sentyabr 22:09
- Nazirliyin adını dəyişdirib Müharibə Nazirliyi qoydu
06 sentyabr 21:51
- İlin sonunadək amnistiya gözlənilir ?
06 sentyabr 14:49
- Böyük terror-un kiçik qurbanları – Stalin rejiminin düşərgələrdə məhv etdiyi körpələr
06 sentyabr 14:42
- Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar...- FOTOLAR
06 sentyabr 14:37
- Tramp Pentaqonun adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib
06 sentyabr 01:01
- II Əbdülhəmid Fələstini yəhudilərə niyə satmadı?
06 sentyabr 00:26
- DÇ-2026: Azərbaycan millisi 4 : 0 uduzur (YENİLƏNİR)
06 sentyabr 00:21
- Uzunömürlü insanların SİRRİ BU İMİŞ
05 sentyabr 17:21
- NAR uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - Fotolar
05 sentyabr 17:09
- Həmin liderlər İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar
05 sentyabr 17:00
- Prezident yol təmirinə 2 milyon manat ayırdı
05 sentyabr 13:56
- Milli Məclisin xüsusi iclası keçiriləcək
05 sentyabr 12:35
- Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
05 sentyabr 11:48