37 il əvvəl Heydər Əliyev Vəzirova Qarabağla bağlı nə deyib? –İstefada olan Əliyev Kremlə nə üçün gəlib?
Azərbaycanın mərhum prezidenti Heydər Əliyev 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra Ermənistanda Azərbaycanın tarixi torpaqları olan Qarabağa qarşı iddialar baş qaldırdı və bununla da SSRİ-də etnik zəmində çox böyük miqyaslı münaqişə ocağı yarandı.
Həmin böhranlı hadislər Azərbaycanda o zamankı sovet rəhbərliyinin dəyişdirilməsi ilə nəticələndi. 1988-ci ilin may ayında peşəkar diplomat, Sovet İttifaqının fövqəladə və səlahiyyətli səfiri Əbdürrəhman Vəzirov Azərbaycana rəhbər təyin olundu.
Ə.Vəzirovun fəaliyyəti Azərbaycan tarixşünaslığında birmənalı qiymət verilmir. Onun SSRİ rəhbərliyi qarşısında Qarabağ münaqişəsi ilə bağlı tutduğu təslimçi mövqeyinin problemin dərinləşməsində rol oynadığı vurğulanır. Bundan başqa Vəzirovun 20 yanvar 1990-cı ildə sovet ordusunun Bakıya qanlı müdaxiləsi və dinc əhalinin gülləbaran edilməsinin qarşısını ala bilməməsi, siyasi qərarlara təsirsizliyi Vəzirovu çağdaş tarixin “qara siyahı”sında saxlayır.
Heydər Əliyevlə Ə.Vəzirovun həmin illərdə təmasları barədə demək olar ki, heç bir məlumat yoxdur. Qeyd edək ki, Vəzirov uzun illər Azərbaycanda komsomol hərəkatına rəhbərlik edib və Gəncə (Kirovabad) partiya komitəsinin başçısı kimi çalışıb. Daha sonra Moskvaya köçüb və diplomatik xidmətə keçib.
AzPost Heydər Əliyevlə Ə.Vəzirovun görüşü barədə maraqlı bir məlumatı oxucularına təqdim edir. 1980-ci illərin sonlarında olan bu görüş Moskvada, Qurultaylar Sarayında baş tutub.
Bu görüşün şahidi olmuş Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar 2009-cu ildə yazdığı, Heydər Əliyevə həsr etdiyi “Unudulmaz görüşlər” kitabında məlumat verib.
Anar qeyd edir ki, Heydər Əliyevlə Moskvada, Kremldə, Qurultaylar Sarayında görüşüblər: “Moskvada, Kremldə, Qurultaylar Sarayında görüşdük. Foyedə yanaşdım, hal-əhval tutdum”.
AYB sədri yazır ki, həmin tədbirdə iştirak edən Azərbaycan KP MK-nın I katibi vəzifəsinə yenicə seçilmiş Əbdürrəhman Vəzirov da orada olub: “Başqa Azərbaycan nümayəndələri də, o cümlədən o vaxt Azərbaycan KP MK-nın I katibi vəzifəsinə yenicə seçilmiş Əbdürrəhman Vəzirov da Heydər Əliyevə yanaşdı. Diqqət elədim ki, Heydər Əliyev bütün vəzifələrindən uzaqlaşdırılıbsa da, Ə.Vəzirov yüksək vəzifəyə təyin olunubsa da, Heydər Əliyev onunla bir növ yuxarıdan aşağı danışır. Bu yalnız boy və yaş fərqilə bağlı deyildi, məncə, bu həm də hər ikisinin yaxşı dərk etdikləri miqyas fərqi ilə bağlıydı”.
Anar bildirir ki, Heydər Əliyev Ə.Vəzirovla söhbətdə Qarabağı xatırladıb: “Heydər Əliyev Vəzirova “sən”, Vəzirov ona “siz” deyə müraciət edirdi. Heydər Əliyev Vəzirova “Hə, sənin işin çətin olacaq. Qarabağ məsələsini həll etmək asan iş deyil…”

Anar Kremldə keçirilən bu tədbirlə bağlı aydın məlumat verməsə də bu tədbir çox guman ki, SSRİ Ali Sovetinin qurultayı olub.
İstefada olan Heydər Əliyev isə 1988-ci ildə SSRİ Ali Sovetinin deputatı idi.
O, 1984-cu ildə SSRİ Ali Sovetinə keçirilən seçkilərdə Azərbaycandan deputat seçilib. SSRİ Ali Sovetinin deputatları 1984-1989-cu illər ərzində ali qanunverici orqanın üzvləri sayılıb.
XI-ci çağırış SSRİ Ali Sovetinə seçkilər 1984-cü ildə keçirilib. Azərbaycanı orada 61 deputat təmsil edib. SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini olan Heydər Əliyev məhz Azərbaycandan deputat mandatı alıb.
Azərbaycan nümayəndə heyətinin tərkibi də çox maraqlıdır: SSRİ Ali Sovetinə Naxçıvandan 10 deputat seçilib, onlardan biri rus olub. Dağlıq Qarabağ Muxtar Vilayətindən isə 5 deputat seçilib, onlardan 3-ü erməni, 2-si azərbaycanlı olub. Bunlar Lidiya Rəsulova və Süleyman Tatlıyevdir.

Tanınmışlar sırasında SSRİ xalq artisti, drijor Niyazi, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudov, xalq yazıçısı Mirzə İbrahimov da deputat mandatı alıblar.
Bunlardan başqa Azərbaycan Kommunist Partiyasının birinci katibi Kamran Bağırov, DQMV-in rəhbəri Boris Gevorkov, Bakı Şəhər Partiya Komitəsinin birinci katibi Fuad Musayev, Elmlər Akademiyasının prezidenti Eldar Salayev, SSRİ Dövlət Plan Komitəsinin sədri Nikolay Baybakov, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Ziya Yüsifzadə, Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinin sədri Qurban Xəlilov, Həsən Seyidov SSRİ Ai Sovetində deputat kimi Azərbaycanı təmsil ediblər.
1988-ci ildə Dağlıq Qarabağa qarşı ərazi iddiaları başlanarkən bu 62 nəfərlik Azərbaycan deputat qrupu fəaliyyətdə olub.
Azərbaycanı təmsil edən Heydər Əliyevə Azərbaycandan seçilən SSRİ Ali Sovetinin deputatları tərəfindən soyuq münasibətlə bağlı faktlar bir sıra memuarlarda öz əksini tapıb.
SSRİ Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist Fazil Rəhmanzadə çap etdirdiyi “Bu isimdə bir can” kitabında Azərbaycanın və SSRİ-nin məşhur müğənnisi Rəşid Behbudovla bağlı yazdığı məqaləsində maraqı bir detala toxunub.
R.Behbudovun həyat yoldaşı Ceyran xanım 1999-cu ildə verdiyi müsahibəsində deyib ki, SSRİ Ali Sovetinin iclasında Azərbaycan nümayəndə heyətindən heç kim iclasda iştirak edən mərhum Heydər Əliyevə yaxınlaşmır. Mərhum Rəşid Behbudov Heydər Əliyevə yaxınlaşır, öpüşüb görüşürlər. Heydər Əliyev Rəşiddən soruşur: “Nə əcəb mənə yaxınlaşdın. Axı indi hamı məndən qaçır. Salam verməyə belə cəsarət etmirlər…”
Əbdürrəhman Vəzirov isə yazdığı “ Parterin ilk cərgəsində” memuar-kitabında belə münasibətin mərhum Heydər Əliyevə də göstərildiyindən təəssüflə yazıb: “Heydər Əliyev Sov İKP-nin Siyasi Bürosunun tərkibindən və SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsindən çıxarıldıqda bunu bayram kimi qarşılayanlar az olmadı, qurbanlar kəsirdilər. Dünənki yaxınlar, əl buyruqçuları öz sabiq himayədarından tələsik imtina edirdilər. Heydər Əliyev xatırlayırdı: “1987-ci ildə mən istefaya gedəndə əhatəmdə olan adamların əksəriyyəti məni unutdular və mən tək-tənha qaldım”.

Tale elə gətirib ki, bu tərkib SSRİ-də başlanan böyük dəyişikliklər dövründə işləməli olublar. Mixail Qorbaçov tərəfindən SSRİ-də elan edilmiş Yenidənqurma siyasəti bütün köhnə idarəçilk sistemini tərpətdi. 1987-ci ildə Heydər Əliyev Siyasi Bürodan və Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən çıxarılanda SSRİ Ali Sovetinin Azərbaycandan olan deputatları bu tərkibdə mövcud idi.
Azpost.info XI-ci çağırış SSRİ Ali Sovetinə seçilmiş Azərbaycanlı deputatların siyahısını tapa bilib.
Siyahını oxuculara təqdim edirik:
- Abbasov Qurban Qulu oğlu – Naxçıvan MSSR Millətlər Sovetindən
- Abasova Lətifə Bilal
- Abdullayeva Yeganə Güləli
- Əbdurrəhmanova Mətanət Əhməd
- Əliyev Əli Nağı – Millətlər Sovetindən
- Əliyev Heydər – Millətlər Sovetindən
- Əliyev İsa – Naxçıvan
- Əliyev Şənlik Müslüm
- Əliyeva Zibar Süleyman qızı
- Əliyeva Minayə Mirzəbala qızı
- Əliyeva Həvva Xəlil – Naxçıvan
- Allahverdiyeva Minayə Qurban
- Arbatov Georgi Arkadeviç
- Bağırlı Ramiz
- Bağırov Kamran
- Bağırov Oktay
- Baybakov Nikolay
- Balayan Vazgen – DQMV
- Baruşeva Lyubov
- Behbudov Rəşid – Naxçıvan MSSR
- Brexov Konstantin
- Buqayev Boris
- Həsənova Gövhər
- Həsənova Xanımcan
- Həsənova Şamama
- Qasımov Famil
- Qurbanova Nailə
- Hüseynov Adil
- İbrahimov Hüseyn
- İbrahimov Mirzə
- İmralıyev Sərdar
- Qasımova Sünbül
- Gevorkov Boris
- Konovalov Vasili
- Kutaxov Pavel
- Mailov Afiq
- Mayorets Anatoli
- Məmmədov Rafiq – Naxçıvan
- Məmmədova Venera – Naxçıvan
- Məmmədova Nargilə
41.Mamunts Samvel – DQMV
- Medvdeyev Vadim
- Müzəffərov Sabir
- Musayev Fuad
- Musayeva Tərlan
- Muxtarov Lətif
- Nuriyeva Nərgiz
48.Orbelyan Sayda
- Popkov Mixail – Naxçıvan
- Rəsulova Lidiya
- Sadıqova Nəzakət
- Salayev Eldar
- Səmədova Qönçə
- Seyidov Həsən
- Subotin Aleksandr – Naxçıvan
- Tağızadə-Hacıbəyov Niyazi
- Tahirov Həsən –Naxçıvan
- Tatlıyev Süleyman
- Xəlilov Qurban
- Xəlilova Şüküfə
- Yüsifzadə Ziya – Naxçıvan
X.SƏFƏRLOĞLU
- İsti su içməyin 12 faydası
13 fevral 2026 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 2026 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 2026 16:14
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 2026 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 2026 20:57
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
