Tarix elmləri namizədi olan Prezident –İLHAM ƏLİYEV HANSI MÖVZUDA ELMİ İŞ MÜDAFİƏ EDİB?
Dünyada elmi dərəcəsi olan dövlət başçıları həmişə diqqət mərkəzində olur.
AzPost bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev də adının qarşısında elmi dərəcəsi yazılan dövlət başçısıdır. Onun sovet dövründəki 15 illik elmi karyerası soyuq Moskvada SSRİ-nin ən elitar sayılan ali məktəbində baş tutub.
Sovet İttifaqının “beyin mərkəzi” sayılan Moskva Beynəlxalq Münasibətlər İnstitutu (MQİMO) sovet dövləti üçün ali diplomatlar, beynəlxalq icmalçılar, gələcək üçün rəhbər kadrlar hazırlayan bir məkan idi. Burada oxuyanlara dünyanın gerçək üzünü göstərir və soyuq başla dövlətlərarası münasibətlərin incə detalları başa salınırdı.
MQİMO-nun məzunu olan İ. Əliyev daha sonra elmi fəaliyyətini bu mötəbər ocaqda davam etdirib. O. 1982-ci ildə ali təhsil diplomunu alan kimi aspiranturaya daxil olmaqla bağlı qərar verib.
Tələbəlik illərində fəallığı ilə seçilən İ. Əliyevin elmə olan münasibətini MQİMO-da hələ də yaxşı xatırlayırlar.
Ali təhsil ocağının sabiq rektoru Nikolay Lebedev KİV-ə verdiyi müsahibəsində bununla bağlı maraqlı detalları açıqlamışdı. Qeyd edək ki, N. Lebedev İlham Əliyevin elmi rəhbəri olub.
Gənc aspirant olan İlham Əliyevin namizədlik mövzusu o dövr üçün bəlkə də qəribə saymaq olar. Qapalı və totalitar bir dövlət olan SSRİ-də əsas mesajı azad cəmiyyət olan ingilis liberalizmi barədə dissertasiya müdafiə etmək standartlardan kənar görünürdü. İlham Əliyev məhz belə mövzunu – Böyük Britaniyanın Liberal Partiyası haqqında dissertasiya mövzusunu götürür. Mövzunu müstəqil seçən gənc İ. Əliyevin bu seçimi onun elmi rəhbərini bir qədər təəccübləndirir. N. Lebedev ilk əvvəl bu mövzunun aktual olacağına əmin deyilmiş. Lakin aspirant onu seçiminin düzgünlüynə inandıra bilir.
Hələ tələbə olarkən Britaniyanın siyasi tarixşünaslığı ilə maraqlanan İ.Əliyev bununla əlaqadar tez-tez MQİMO-nun xüsusi fondunda saxlanan xarici nəşrləri oxuyurdu. Bu barədə MQİMO-nun kitabxanasının gündəlik nəşrlər şöbəsinin müdiri Raisa Polevoy bir neçə il əvvəl vesti.az-a verdiyi açıqlamasında deyib. O qeyd edib ki, İlham Əliyev hər gün xüsusi fondda saxlanılan ABŞ və Britaniya nəşrlərini oxumaq üçün kitabxanaya gəlirdi. “O çox mütailə edirdi. Sonda bu İlhama elmi işini müdafiə etməyə kömək etdi”.
MQİMO-nun beynəlxalq münasibətlər fakultəsinin dekanı Yuri Bulatov açıqlamasında İ. Əliyevi çox aktiv tələbə kimi xarakterizə etmişdi.
Beşinci kursda oxuyarkən İlham Əliyevin ən yaxşı tələbələrdən biri kimi diplom müdafiəsindən əvvəl xarici praktikaya getməsi tövsiyə olunur. Gənc İlham SSRİ-nin Böyük Britaniyadakı səfirliyinə göndərilir və burada təcrübə keçir. “Tetçerizim”in tüğyan etdiyi o zamankı İngiltərədə praktika zamanı İ. Əliyev özünü tam doğruldur və onun qarşısında seçim durur: SSRİ XİN-in sistemində operativ işə keçmək, yaxud MQİMO-nun aspiranturasında təhsilini davam etdirmək.
O, ikinci variantı seçir. İlham Əliyev “Amerika və Avropa ölkələrinin tarixi və xarici siyasəti” kafedrasına daxil olur. Bundan sonra onun elmi həyatı başlanır.
Bulatovun sözlərinə görə, İlham Əliyevin disstertasiya müdaifəsi qeyri-adi atmosferdə keçib. Atası Heydər Əliyevin SSRİ-nin rəhbər vəzifəsində olması belə bu qızğın müzakirəyə heç bir təsiri olmayıb.
“Yaxşı yadımdadır, dissertasiya müdaifəsi zamanı bir sıra diskussiyalar yarandı. Bu diskussiyalar zamanı hətta dissertasiya işi belə ikinci plana keçərək İlhamın qaldırdığı ciddi problemlər önə çıxdı. Hətta səsvermə belə sovet vaxtındakı ənənəvi qaydada olmadı. Sovetlərdə bir məsələ barədə iki rəy ola bilməzdi. Amma bu dissertasiya müdafiəsində bir səs əleyhinə oldu. Bu onu göstərir ki, elmi işlə bağlı ciddi mübarizə gedib və sonda İlham Əliyev qələbə çalıb. İlham Əliyev beləcə gənc alim, tarix elmləri namizədi oldu”.
İ.Əliyev 1985-ci ildə uğurla müdafiə edərək tarix elmləri namizədi adını alır.
Qeyd olunduğu kimi, tarix elmləri namizədi İlham Əliyevin müdaifə etdiyi dissertasiya işi Böyük Britaniyanın Liberal partiyası ilə bağlı olub.
Liberalizm ideyalarının tədqiqi və onun tarixini araşdırmaq çağdaş dövrün diqqət yetirdiyi mövzulardandır. 19-cu əsrin sonu və 20-ci əsrin əvələrinə qədər mövcud olan baxışa görə, liberalizm özlüyündə məhdudiyyətlərdən kənar şəxsiyyət azadlığı haqqında siyasi təlimdir. Başqa sözlə burada söhbət anarxiya və özbaşınılqdan deyil, şüurlu dərk edilən azadlıqdan gedir. Yəni sənin azadlığın heç bir halda digərlərinin hüquqları ilə ziddiyyət təşkil etməməlidir. Bu əsas prinsip bir çox başqa sualları açıq saxlayır. Hesab edilirdi ki, bunların həlli ölkələrin öz tarixi periodlarında malik olduğu konkret şərtlərindən asılıdır.
Daha sonra, 20-ci əsrin əvvələrində “yeni liberalizm” epoxası başlandı. Bu epoxa “köhnədən” sosial problemlərin həllinə ciddi diqqət və dövlətin cəmiyyətin azimkanlı təbəqəsinin müdafiəsinə xüsusi rolunu etiraf etməklə fərqlənirdi.
Liberal pariyası 19-ci əsrin əvvəlindən 20-ci əsrin 20-ci illərinə qədər İngiltərənin aparıcı siyasi partiyası sayılırdı. Partiya 1988-ci ilə qədər – Sosial demokrat partiyasına birləşənə qədər sayına və nufuzuna görə üçüncü partiya olub.
Partiya viqlər partiyasının varisi sayılır. Liberal partiya adı 1859-cu ildə qəbul olunub.
Liberal Partiya ingilis sənaye-ticarət burjuaziyasının və orta sinfin maraqlarını ifadə edirdi. Onun siyasəti əhəmiyyətli dərəcədə tred-yunionlara daxil olan kvalifikasiyalı fəhlələrin maraqlarına cavab verirdi. Klassik iqtisadi liberailizm ideyelarını rəhbər tutan və ticarət və sənayeçilərin azadlığını dəstəkləyən Liberal partiya dövlətin təsərrüfat həyatına müdaxiləsini inkar etmirdi. Bu yalnız o halda məqbul sayılırdı ki, belə müdaxilə əlahiddə imkanlara malik iqtisadi qrupların maraqlarına naminə yox, cəmiyyətdə sosial ədalətin təmin edilməsi məqsədi daşısın.
Tanınmış ingilsi siyasətçisi Qladstonun baş nazir olduğu illərdə (1868-74, 1880-85, 1886, 1892-94) Liberal partiya təhsil, torpaq, seçki islahatları keçirib. Bu islahatlar nəticəsində bütün yuxarı yaşlı insanlar səsvermə hüququ qazandılar. İslahatlar yerli bələdiyyələrin demokratik sistemdə yerini qanuni əsasda möhkəmləndirdi. Bundan başqa Liberal partiya İrlandiyada kilsənin dövlətdən ayrılmasına, mülki xidmətdə və orduda himayəsinin ləğvinə nail oldu.
1920-ci ildə liberalların seçkidə ağır məğlubiyyəti ilə ingilis ikipartiyalı sistemində Liberal partiyanın yerini Leyboristlər partiyası tutdu.
İkinci dünya müharibəsi zamanı Liberal partiya Çörçillin hərbi hökümətini dəstəkələyib. Partiyanın lideri olan Sinkler aviasiya naziri postunu tutub. 1980-ci illərin əvvələrində Liberal partiya yeni yaradılmış Sosial demokrat partiyası ilə koalisyaya getdi. 1988-ci ildə isə hər iki partiya birləşdi. Yeni partya Liberal demokratlar adlanamağa başladı.
Liberal partiya Böyük Britaniyanın siyasi inkişafına əhəmiyyətli təsir göstərib.
Tarix elmləri namizədi İlham Əliyev MQİMO-da dərs dediyi illərdə xeyli tələbəyə müəllimlik etdi. Onun sadə davranışı, ünsiyyətcillyi hamı tərəfindən etiraf olunurdu. SSRİ-Nazirlər Soveti sədrinin 1-ci müavini olan atası, mərhum Heydər Əliyev 1987-ci ilin sonlarında Mixail Qorbaçovun səyi nəticəsində vəzifədən uzaqlaşdırılması İlham Əliyevin də elmi karyerasını yarımçıq qoydu. O, dərs dediyi məktəbdən getməli oldu. Amma illər sonra, Azərbaycan prezidenti olaraq vaxtilə dərs dediyi və işlədiyi ali məktəbin nümayəndələri ilə görüşərkən isti xatirələrini bölüşərək MQİMO-dakı fəaliyyətini ömrünün ən yaxşı illəri kimi yada salmışdı. Prezident bu görüşə hətta vaxtilə ona qarşı olmuş şəxsləri də çağırmışdı.
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
