Sabiq deputatın oğluna məhbusun 55 min manat ödəməsi gizli razılaşmanı ortaya çıxardı
Hazırda dələduzluğa görə həbs həyatı yaşayan Elnur İbrahimovun sabiq deputat, keçmiş səfir Elmira Axundovanın oğlu Həbib Axundova 55 min manat ödəməsi haqda sənəd üzə çıxıb.
Sənəd Həbib Axundov tərəfindən Ali Məhkəməyə təqdim olunub və Elnur İbrahimovun şikayətinə baxılarkən nəzərə alınması istənilib.
Bəs Elnur İbrahimov Həbib Axundova 55 min manatı niyə ödəyib?
Elnur İbrahimov bir vaxtlar sabiq deputat, keçmiş səfir Elmira Axundovanın ailəsi ilə sıx əlaqələri olan şəxs kimi tanınır. Məhkəmə materiallarında da onun Axundovlar ailəsi ilə illərlə davam edən "maliyyə dostluğu"ndan, bir çox ortaq biznes planlarından və pulla bağlı qarşılıqlı vədlərdən bəhs olunur.
Elnur İbrahimovun cinayət işində zərərçəkmişlər onun məhz Elmira Axundovanın güvənərək milyonlarla manatlıq vəsaiti mənimsədiyini bildiriblər. Məhkəmə həmin məsələlərə hüquqi qiymət verməyib, zərərçəkənlərin təqdim etdikləri dəlil-sübutları, çoxsaylı səs yazılarını, sms yazışmaları iş materiallarına əlavə etməklə kifayətlənib!
Ən diqqətçəkən məqamlardan biri də Elnur İbrahimovun 2023-cü ildə artıq məhkumluq həyata yaşadığı bir vaxtda Elmira Axundovanın oğlu Həbib Axundova 55 min manat ödəməsidir.
Bu məbləğ rəsmi məhkəmə qərarı ilə yox, hansısa gizli razılaşmaya əsaslanan ödəmə kimi dəyərləndirilir. Halbuki, Elnur İbrahimovun dövlətin çıxardığı hökm əsasında zərərçəkmiş Fərman Məmmədova 350 min manat ödəməsi tələb olunurdu.
Elnur İbrahimov 350 min manatlı mülki iddianı qəsdən ödəmir?
2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Elnur İbrahimovu 9 il müddətinə azadlıqdan məhrum etməklə yanaşı, zərərçəkmiş Fərman Məmmədova 350 min manatın ödənilməsini hökmə bağlayır.
Bu, yalnız cinayət məsuliyyəti deyil, mülki məsuliyyətin də qanuni çərçivədə tanınmasıdır. Ancaq qəribəliklər bundan sonra başlayır. İcra sənədi Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə təqdim olunsa da, 6 ilə yaxın müddətdə nə icra başlayır, nə də məcburi tədbirlər tətbiq edilir.
Fərman Məmmədov icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab olunması üçün Sabunçu rayon Məhkəməsinə üz tutur. Məhkəmə 3 dəfə icra məmuruna prosesdə iştirak üçün çağırış vərəqəsi göndərir, lakin məmur heç bir səbəb göstərmədən məhkəmənin çağırışlarına reaksiya vermir, prosesdə iştirak etmir.
Məhkəmə 2024-cü ildə Fərman Məmmədovun şikayətini təmin edir. Lakin bundan sonra da icra məmuru hərəkətsizliyini davam etdirir. İcra məmurunun hərəkətsizliyinin səbəbi Elnur İbrahimovun ödəmə qabiliyyətinin olmamasına bağlamaq mümkün deyil. Çünki Elnur İbrahimov məhkəmə qərarında adı belə keçməyən Həbib Axundova 2023-cü ildə 55 min manat ödəyib!
Deməli, Elnur İbrahimovun ödəmə qabiliyyəti var!
Əgər şəxs öz istəyi ilə 55 min manat ödəyirsə, deməli, məhkəmə qərarını da icra edə bilər.
Amma icra etmir!
Bu halda Azərbaycan qanunları işə keçib Azərbaycan dövləti adından çıxarılan qərarın icrasını təmin etməlidirmi?
![]()
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, şəxsin ödəmə qabiliyyəti təsbit olunursa, bu halda onun məhkəmə qərarı üzrə mülki iddianı ödəməkdən yayınması məhkəmə qərarını icra etməkdən qərəzli şəkildə yayınması deməkdir:
“Bu əməl isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsini işə salmaq üçün əsas yaradır. Həmin maddə məhkəmə qərarını bilərəkdən icra etməmə adlanır və bu maddəyə əsasən, şəxs azadlığın məhdudlaşdırılması və ya cərimə ilə üzləşə bilər. Əgər qərəzli hərəkətlərini davam etdirərsə, həbsi də qaçılmazdır”.
Yəni “ödəmə qabiliyyəti yoxdur” arqumenti tamamilə aradan qalxıb!
Natiq Ələsgərov bildirib ki, icra məmurunun hərəkətsizliyi artıq hüquqi fakt kimi tanınıbsa, bu, təkcə məmur üçün deyil, ümumilikdə ədliyyə sistemində inamı zədələyən presedentdir:
“İcra haqqında” Qanunun 36-37-ci maddələrinə əsasən, icra məmuru aşağıdakı addımları atmalı idi: Əmlakın üzərinə həbs qoymalı
Bank hesablarını araşdırmalı
Borclunun gəlirlərindən tutulmalar etməli “İcra haqqında” Qanunun 83-cü maddəsinə əsasən, ödəməni təmin etmədikdə borclunun ölkədən çıxışına məhdudiyyət qoymalı idi.
Amma bunların heç biri edilməyib. Bu məsələ araşdırılmalı, hüququi qiymət verilməlidir. Yəni dövlət adından çıxarılan hökm icra edilmirsə, əvəzində Elnur İbrahimov məhkəmə qərarında adı olmayan şəxsə pul ödəməsi faktı ortaya çıxırsa, ortada araşdırılmalı çox ciddi bir məsələ var. Yəni “ödəmə qabiliyyəti yoxdur” arqumenti tamamilə aradan qalxıb.
Əgər Elnur İbrahimov Həbib Axundova 55 min manat ödəyə bilirsə, deməli, Fərman Məmmədova olan borcunu da ödəyə bilərdi. Əgər ödəməyibsə, bu, artıq təkcə borclunun deyil, icra məmurunun, həmçinin sistemin problemidir.
İcra məmurunun fəaliyyətsizliyinə hüquqi qiymət verilməli, cəzalanıdırlmalıdır. Elnur İbrahimov barəsində Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi başlanmalıdır.
Zərərçəkmişin hüquqları bərpa olunmalı, dövlətin verdiyi hökmün real icrası təmin olunmalıdır. Əks halda, vətəndaşın gözü qarşısında qanuni məhkəmə qərarı kağız parçasına, dövlətin hüquqi nüfuzu isə formal prosedura çevriləcək”.
Dəyən ziyanın əvəzinin dövlət büdcəsi tərəfindən ödənilməsi hüquqi zərurətə çevrilir
Natiq Ələsgərov deyib ki, icra məmurunun hərəkətsizliyi səbəbindən Fərman Məmmədova dəyən ziyanın ödənilməsi və icra prosesindəki hüquq pozuntuları ilə bağlı da müvafiq addımlar atılmalıdır:
“Sabunçu Rayon Məhkəməsinin qərarı ilə təsdiqlənir ki, Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətsizliyi cinayətə bərabər olub və qanunsuz sayılır. Buna baxmayaraq, 6 ildir ki, 350 min manat məbləğində məhkəmə hökmü ilə tanınmış zərərçəkmiş Fərman Məmmədovun mülki iddiası icra edilmir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1097-ci maddələri ziyanın qanunsuz hərəkət və günahı əsasında vurulması halında zərərçəkmişə tam əvəz olunmasını nəzərdə tutur. Lakin icra məmurunun hərəkətsizliyi ilə bağlı hallar üzrə, xüsusilə dövlətin məsuliyyəti 1110-cu maddə ilə tənzimlənir.
Bu maddə dövlət orqanlarının və vəzifəli şəxslərinin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb edir.Bu gün ortada icra məmurunun qanunsuz hərəkətsizliyi barədə Sabunçu Rayon Məhkəməsinin qərarı var. Amma bundan sonra da icra prosesi aparılmır, icra məmuru heç bir tədbir görmür.
Bu vəziyyətdə Fərman Məmmədovun dəyən ziyanın əvəzinin dövlət büdcəsi tərəfindən ödənilməsi hüquqi zərurətə çevrilir. Çünki icra məmurunun hərəkətsizliyi təsdiqlənmiş qanunsuz hərəkət kimi qəbul edilir. Dövlət, Mülki Məcəllənin 1110-cu maddəsinə əsasən bu ziyana görə məsuliyyət daşıyır. İcra prosesində yaranan gecikmə və passivlik dövlət orqanlarının təqsiri ilə əlaqəlidir”.
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
4 mart 2026 19:57
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
25 fevral 2026 21:07
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
