Azərbaycanın =yaşıl gündəliyi =
Dünya4 iyun 2025 11:56
İlk dəfə “Əsrin müqaviləsi”nin imzalandığı 20 sentyabr 1994-cü il tarixində ölkəmizdə keçirilmiş Xəzər neft-qaz sərgisi ötən 30 il ərzində Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə geniş imkan yaradıb.
Azərbaycanın neft-qaz sənayesinin inkişafı və Bakının enerji siyasətinin şaxələndirilməsi ilə yanaşı Xəzər neft-qaz sərgisi də genişlənib və şaxələnib. Ötən ildən başlayaraq “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən “Beynəlxalq Xəzər neft və qaz sərgisi”, “Xəzər Beynəlxalq energetika və yaşıl enerji sərgisi” və “Bakı Enerji Forumu” neft, qaz və energetika sahəsinin yüksək ixtisaslı aparıcı mütəxəssislərinin görüşdüyü, memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı platformaya çevrilib.
Azərbaycan müstəqilliyə qədəm qoyduğu ilk illərdə imzalanan “Əsrin müqaviləsi” o zaman ölkəmizdə vəziyyəti kökündən dəyişdi, iri həcmli sərmayələr cəlb edildi, iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi. Nəticədə Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi, neft-qaz sektorunda imkanlar ildən-ilə genişləndi, yeni-yeni layihələrin icrası gündəmə gətirildi.
“Əsrin müqaviləsi”nin imzalanmasından bu günədək əldə olunan uğurlar Azərbaycana beynəlxalq miqyasda inamı artırdı və ölkəmizin qlobal iqtisadi məkana inteqrasiyası sürətləndi. Bu gün imkanlarımız nəinki ölkə daxilində, eyni zamanda, regionda və dünyada neft-qaz siyasətinin müəyyən edilməsində öz rolunu oynayır.
Prezident İlham Əliyevin uğurlu inkişaf strategiyası nəticəsində, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir. Ötən hər gün bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. İqtisadiyyatın digər sahələrində olduğu kimi, neft-qaz sahəsində həyata keçirilən uğurlu siyasət dayanıqlı inkişafı, iqtisadi müstəqilliyi və nəticədə siyasi müstəqilliyi təmin etməkdədir.
Prezident İlham Əliyev 30-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimində çıxış edərək Azərbaycanın enerji sənayesinin dünya bazarında önəmli yer tutduğunu vurğuladı. Açılış mərasiminin iştirakçılarına Azərbaycanın enerji sənayesindəki son uğurlarını və gələcək planlarını diqqətə çatdıran dövlət başçısı Azərbaycanın enerji sektorunda yeni layihələr üzərində işlənildiyini bildirdi. Prezident İlham Əliyev Azərbaycanın Avropa qitəsində enerji daşıyıcıları sahəsində fəaliyyətini genişləndirməsinin həm ölkəmiz, həm də tərəfdaşlarımız üçün zəruri olduğunu, məhz bu baxımdan Cənub Qaz Dəhlizinin böyük önəm daşıdığını vurğuladı.
Dövlət başçımızın təşəbbüsü ilə yaradılmış Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Enerji təhlükəsizliyindən danışarkən ölkə rəhbərimiz vurğuladı ki, bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və milli təhlükəsizlik gündəliyində başlıca yeri tutur.
Ölkəmizin təşkilatçılığı ilə reallaşdırılan layihələr sayəsində Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Azərbaycan özünün zəngin neft və qaz resurslarının istehlakçılara şaxələndirilmiş marşrutlarla çatdırılması istiqamətində güclü siyasi iradə ortaya qoyur. Bu istiqamətdə atılan addımlar, qlobal təşəbbüslər, həyata keçirilən beynəlxalq layihələr ölkəmizin mövqeyini daha da gücləndirir.
Enerji sektorunda islahatlar, həyata keçirilən "yaşıl enerji" layihələri, "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" ölkəmizin bərpaolunan enerji keçidinə verilən böyük töhfələrdir.
Bu gün dünyada baş verən proseslər Avropanın Azərbaycan qazına və "yaşıl enerji"sinə daha çox ehtiyacının olduğunu göstərir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bu amil iqtisadi münasibətlərimizin genişlənməsində mühüm şərt kimi çıxış edir. Dövlət başçısının da vurğuladığı kimi, ölkəmiz yeni əməkdaşlıqlara hazırdır. Hazırda Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır.
Ölkəmizin bütün Avrasiya üçün önəmli bir enerji qovşağına çevrilməsi üçün güclü potensial mövcuddur. Bu baxımdan yeni tranzit marşrutlarının və dəhlizlərinin rolu mühümdür. Azərbaycan elektrik enerjisinin Avropaya ixracı üçün yeni quru marşrutları yaratmağa çalışır ki, bu da vaxtında atılan addımdır. Yeni dəhlizlərin işə salınması Azərbaycana bərpaolunan enerji mənbələrini Avropa İttifaqı ölkələrinə və dünyanın digər bölgələrinə ixrac etməyə imkan yaradacaq.
Adının neftlə sıx bağlı olmasına baxmayaraq, ölkəmiz regionda yaşıl enerjiyə keçidə yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfələr verir. Azərbaycan iqlim dəyişmələri ilə mübarizə və planetin ekoloji rifahı üzrə praktiki tədbirlər görür. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında əsas prioritetlərdən biri ekosistemin bərpası və ətraf mühitin qorunmasıdır. Dövlət başçısının dediyi kimi, Qarabağ "yaşıl enerji" zonası olacaq. Bu həm də 2021-ci ilin fevral ayında qəbul edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafın Milli Prioritetləri"ndə öz əksini tapıb.
Yaşıl enerjiyə keçid karbon emissiyası üzrə ölkəmizin üzərinə götürdüyü öhdəliklərə sadiqliyini göstərir. Öhdəliyə əsasən Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faizədək azaltmalı və işğaldan azad edilmiş ərazilərdə "sıfır emissiya" zonası yaratmalıdır. Göründüyü kimi, artıq bu istiqamətdə ciddi tədbirlər həyata keçirilir.
Yaşıl enerjiyə keçid istiqamətində müsbət nəticələr əldə olunur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, indi zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, bizim məqsədli seçimdir.
Bərpaolunan enerji sahəsində görülən işlər, Qarabağ və Şərqi Zəngəzurla yanaşı Naxçıvanı da yaşıl enerji zonasına çevirmək istiqamətində atılan addımlar, Azərbaycandan Avropaya yaşıl enerjinin nəqli üçün Qara dənizin dibi ilə sualtı kabel layihəsi təşəbbüsü təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı qlobal çağırışlara töhfəmizdir. Enerji resurslarına görə regionun aparıcı ölkəsi olan Azərbaycan bu mövqeyini yaşıl enerji sektorunda da qoruyacaq. Bu, düşünülmüş və gələcəyə hesablanmış təhlükəsiz enerji siyasətidir. İrəli sürülən bütün layihələr həm ekologiyanın qorunması, həm iqtisadi gücün təmin edilməsi, həm də ölkənin ümumi inkişaf səviyyəsinin yüksəldilməsini özündə ehtiva edir.
Azad edilmiş ərazilərdə "yaşıl enerji" istehsalını, sənaye miqyaslı "yaşıl enerji" layihələrinin beynəlxalq enerji şirkətləri ilə birlikdə həyata keçirilməsi, energetika sahəsində köklü dəyişiklikləri təşviq edən islahatların aparılması, habelə ölkəmizin emissiyaların azaldılması ilə bağlı təşəbbüslərə qoşulması Azərbaycanın "yaşıl gündəliyin" icrasında qərarlı olduğunu göstərir.
Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən uğurlu enerji siyasəti ölkəmizin beynəlxalq nüfuzunu artıran önəmli amillərdən birinə çevrilmişdir. Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və pan-avropa qaz təchizatçısı adlandırır.
Bakı Enerji Həftəsi çərçivəsində 30-cu Beynəlxalq Xəzər Neft və Qaz və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgiləri, dövlətlərin siyasi liderləri tərəfindən ünvanlanan məktublar, çıxışlarda səsləndirilən müsbət dəyərləndirmələr Azərbaycanın dünyada artan nüfuzunu nümayiş etdirir. Bu sərgi bir daha təsdiq edir ki, Azərbaycan ciddi enerji böhranı ilə üzləşmiş Avropa üçün olduqca vacib tərəfdaşdır.
Cavanşir Feyziyev, Millət vəkili, fəlsəfə doktoru
4 iyun 2025-ci il
Oxşar xəbərlər
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 2025 16:31
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 2025 00:06
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 2025 12:59
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 2025 11:25
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 2025 01:03
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 2025 11:03
- Heydər Əliyev Mərkəzində forum keçirilir - Fotolar
10 dekabr 2025 11:16
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 2025 01:05
- Restoranı, yoxsa Zərdabinin HEYKƏLİNİ KÖÇÜRMƏK ?
9 dekabr 2025 21:43
- İlham Əliyevin Robert Fiko ilə təkbətək görüşü oldu (YENİLƏNİB)
9 dekabr 2025 20:01
Xəbər lenti
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
Video & Fotoqalereya
Video
Fotoqalereya
