Rusiyada yaşayan azərbaycanlı kişilər 4 ARVAD ala BİLƏCƏK – ŞƏRTLƏR
Bundan sonra azərbaycanlı kişilər 4 qadınla evlənə biləcəklər. Amma bunun üçün Rusiyaya getməlidirlər. Belə ki, Rusiya Müsəlmanları Ruhani İdarəsi müsəlmanlara eyni vaxtda dördə qədər qadınla nikah bağlamağa icazə verən fətva verib. Fətva ötən il verilsə də, qeyri-müsəlmanlar tərəfindən çoxsaylı narazılıqlar olduğundan gecikdirilmişdi. Bu ildən isə məsələ yenidən diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Rusiyada hüquqi mənada çoxarvadlılığa icazə verilmir. Amma mövcud Rusiya qanunvericiliyində çoxarvadlılığa görə cəza da yoxdur.
Dinşünas Yuri Tabak diqqətə çatdırıb ki, Rusiyada çoxarvadlılıq olmasa da, eyni zamanda iki ailəsi olan kişilər çoxdur.
"Belə bir problem var və hələ də həlli çətindir. Bir tərəfdən bu, qadağandır. Digər tərəfdən, müsəlmanların çox olduğu Rusiyada biz ənənələrə hörmət etməyə bilmərik. Kişilər onsuz da bir neçə qadınla gizli yaşadığı halda nə üçün bu cür ailələri qanuniləşdirmirik?! Amma hələlik bütün bunlar sual altındadır”.
İnsan Hüquqları Şurasının (İHŞ) üzvü Kirill Kabanov isə narahatdır ki, çoxarvadlılığın leqallaşdırılmasından sonra müsəlmanlar Rusiya qanunlarına tabe olmaqdan imtina edə bilərlər.
Onun fikrincə, növbəti addım Rusiya məhkəmə sisteminin rədd edilməsi/tanınmaması və şəriət məhkəmələrinin tətbiqidir.
Rus Pravoslav Kilsəsi də çoxarvadlılığa qarşı çıxış edib. Belə ki, keşiş Pavel Ostrovski rus qadınlarını müsəlmanlarla münasibətə başlamazdan əvvəl, hətta qadın onunla evlənmək niyyətində olmasa belə, “100 dəfə düşünməyə” çağırıb.
Bəs dünyəvi ölkələrin rəsmi qanunlarında poliqamiya qadağan olunsa da, monoqomik ola bildikmi?
Bu sualın səmimi cavabı, böyük ehtimalla yoxdur. Amma yanaşmalar var, əlbəttə... Müasir həyat bizə monoqamiya gətirmədi. Son statistika göstərir ki, dünya kişilərin 70%-nin, qadınların isə 40%-nin nikahdan kənar münasibətləri var. Yəni insan təbiətən poliqamiyaya meyillidir. Amma psixoloqlar deyir ki, poliqamiya psixi pozuntudur.
“İnsanın həyatında bir yoldaşı, tərəfdaşı, ömür dostu olduğu halda, ikinciyə, üçüncüyə nə ehtiyac var? Çoxarvadlılıq kişiyə problemlərdən başqa nə gətirir? Demək ki, belə insanlar dincliyi sevmir. Bəzi sosioloqlar “İnsan təbiəti monoqamiya üçün uyğun deyil” deməklə çoxarvadlılığa haqq qazandırmaq istəyirlər. Ona qalsa, bizim təbiətimizdə olan, amma qarşısını almağa məcbur olduğumuz başqa duyğu və davranışlarımız da var.
Məsələn, aqressivlik, başqalarına hücum çəkmək. Niyə hər dəfə əsəbiləşəndə özümüzə hakim olmağa çalışırıq? Təcavüz bizim təbiətimizdədirsə, onda hər qəzəblənəndə qarşı tərəfə fiziki güclə hücum edək və zərər verək. Amma etmirik, çünki sivil insan olaraq öz hərəkətlərimizə məsuliyyət daşıyırıq. Davranışlarımız təkcə bioloji faktorlarla müəyyən edilmir, daxili istəkləri psixoloji və sosial amillərlə birlikdə qiymətləndirmək lazımdır. İnsanın cinsəl istəyi də ağlı tərəfindən nəzarətə alınmalıdır, bacarmırsa, deməli problemi var”, – psixoloq Yeganə Cəfərova belə deyir.
Psixoloq bildirir ki, monoqamiya və poliqamiya məfhumlarından bəhs edərkən təkamül prosesinin başlanğıcında öz istəklərimizə və ya əcdadlarımızın həyatına istinad etmək böyük səhvdir.
İslam dinində icazə verilir deyə bir kişinin eyni anda dörd qadınla nikahda olması günümüzlə səsləşirmi?
İlahiyyatçı Hacı Ağa Muradov qeyd edir ki, şəriətdə dörd qadınla evlənməyə icazə verilsə də, bunun çox şərtləri var. O kişi dörd qadınla evlənə bilər ki, onların hamısına eyni maddi, mənəvi qayğı göstərə bilsin.
“Yoxsa hər önünə gələn kimisə bəyəndi deyə dörd arvad ala bilməz. İslama qədər cahiliyyə dövründə ərəblər saysız qadınlarla evlənirdilər. İslam peyğəmbəri qadınların sayını dördə endirdi. İslamın yarandığı illərdə də buna icazə verilməsinin səbəbi o idi ki, tez-tez müharibələr olurdu və kişilər ölür, qadınlar ərsiz qalırdılar. Həm də nəsil artımı üçün vacib idi. Dul qadınları himayəyə almaq üçün kişilərin bir neçə qadınla evlənməsinə icazə verilirdi.
Əslində qadınların xeyrinə idi, tək, başsız qalmamaları üçün razı olurdular. Yoxsa harda cavan, gözəl qız gördün get onunla da evlən deyə bir şey yoxdur. Yəni dövrünə görə çox doğru addım idi. İndi isə qadınlar buna razılaşmaz, ikincisi də hər kişi bu şərtləri yerinə yetirə bilməz. Bu günümüzə görə deyil”. Bizim Media
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 2026 23:07
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 2026 15:41
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 2026 21:34
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- ŞOK - Erməni jurnalist Azərbaycana müraciət etdi: Rica edirəm qalan ERMƏNİ OĞ.AŞLARI BURAXMAYIN
27 aprel 2026 12:09
- Türk-Azərbaycan diasporları küçələrə çıxdı: Nyu Yorkda Mamdaniyə qarşı etirazlar - FOTO
27 aprel 2026 10:19
- 20 yaşlı soydaşımız Ukrayna uğrunda şəhid oldu -FOTO
26 aprel 2026 10:13
- Bizim xalq kimlərə çəpik çalmayıb ki?! - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?
26 aprel 2026 00:51
- Bu gün 6 sənəd imzaladıq - Zelenski
25 aprel 2026 19:24
- Güney azərbaycanlı siyasilər Berlində: Almaniya XİN-də mühüm görüş, Rza Pəhləviyə etirazlar - FOTO
24 aprel 2026 23:00
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
