Prezident Administrasiyasınında 25 il aparıcı MƏSLƏHƏTÇİ işləyən şəxs vətəndaşlara 100 MİN atıb və...2 İL CƏZA
Prezident Administrasiyasının Sənədlərin dövriyyəsi şöbəsində aparıcı məsləhətçisi vəzifəsində işləmiş şəxs həbs edilib. O, bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirli bilinib.
Musavat.com xəbər verir ki, 1974-cü il təvəllüdlü Elşən Aslanzadə xeyli miqdarda dələduzluqda ittiham olunaraq məsuliyyətə cəlb edilib. O, qeyd edilən vəzifədə 1998-ci ildən 2023-cü ilədək çalışıb.
İstintaqla müəyyən edilib ki, Elşən Aslanzadə bir nəfərdən dayandırılmış pensiyasını bərpa etdirmək adı ilə 15500 manat alıb.
Başqa bir nəfəri “Azərsu”da idarə rəisi vəzifəsinə düzəldəcəyini vəd edərək 25 min dollar alıb. Üçüncü şəxsdən isə onu Ağdamda icra nümayəndəsinin müavini vəzifəsinə düzəltmək adı ilə 6 min manat alıb.
İş üzrə sonuncu zərərçəkmişdən isə ona Azərbaycan Beynəlxalq bankından 850 min manat kredit götürməsinə kömək edəcəyini vəd verərərək 26700 manat pulunu alıb.
Elan olunmuş ittihamla özünü tam təqsirli bilən Elşən Aslanzadə qeyd edib ki, aldığı pulları şəxsi ehtiyaclarına xərcləyib. O, vəd etdiyi işləri görmək üçün heç kimə pul vermədiyini söyləyib. Bildirib ki, vəd etdiyi işləri görməklə bağlı heç bir səlahiyyəti olmayıb, heç bir vəzifəli şəxslə də əlaqə yaratmayıb.
Zərərçəkmişlərdən biri “Aqromiks” MMC-nin direktoru olub. Elşən Aslanzadə 850 min manatlıq kredit ayrılmasını təşkil etmək üçün MMC-nin direktorundan 60 min manat istəyib. Direktor 30 mini əvvəlcədən, qalan hissəsini isə krediti aldıqdan sonra ödəyəcəyini deyib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Elşən Aslanzadə zərərçəkmişlərdən ikisi ilə barışıb.
Elşən Aslanzadə əməllərini etiraf edərkən peşman olduğunu bildirib.
Məhkəmənin hökmü ilə Elşən Aslanzadə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə 5 ay həbsdə saxlanılan və sonradan azadlığa buraxılan Elşən Aslanzadə məhkəmə zalında həbs edilib.
Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında qandallanıb. Onun cəzasının çəkilməmiş 1 il 10 aylıq hissə qalıb.
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
4 mart 2026 19:57
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
4 mart 2026 11:23
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
1 mart 2026 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 2026 16:17
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 2026 23:21
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
- Təbrizə də zərbələr endirildi
28 fevral 16:11
- Azərbaycan 1 ildə 23 ton qurbağa əti satıb
28 fevral 15:41
- Trampdan İrana hücumla bağlı ilk - Açıqlama
28 fevral 15:14
- İsraillə ABŞ İrana zərbə endirdi
28 fevral 14:54
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 23:21
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 14:17
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 11:28
- İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü oldu
27 fevral 11:10
- Kəlbəcərə, Xocavəndə və Horovluya 100-dən çox ailə köçürüldü
27 fevral 11:04
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 23:40
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 22:38
- Əliyev Ərdoğana zəng etdi
26 fevral 22:21
