TƏK -SƏBİR- və yaxud Elm ilə təhsilin inteqrasiyası (Felyeton)
Könül Aydın
TƏK „SƏBİR“
və yaxud
Elm ilə təhsilin inteqrasiyası
(Felyeton)
Bir gün səhər Feysbukda yazdım: "Evdən çıxmaq istəmirəm. İşə getməyim gəlmir".
Elə bildim, Elmlər Akademiyası uçub, qalmışam altında.
Bu heyndə bir tərəfdən də aləm dəydi bir-birinə. Tapşırıq gəlib ki, öyrənin, görün Könül niyə işə getmək istəmir.
Dedim:
- Heç zad. Güvəndiyim dağlara qar yağıb. Kəpəz uçub, Göygöl daşıb. Alazan, Qoşqar… Nə bilim ey… Bazardüzüyə çıxanlarım qayıtmayıb.
- Ay qız, nə olub?
- Necə deyim, nə təhər izah edim ki, mənim dilçi alimim dünən yazdığı orfoqrafiya normalarını bu gün inkar edir?!
- Necə yəni?
- Yekə bir yerdə „səbir“ sözü səhv yazılıb: „səbr“. Mənim dilçi alimim də səhər tezdən yuxudan duran kimi etməyib tənbəllik, açıqlama verib. Bəs demə, asqırmaq mənasında „səbir“, dözüm mənasında „səbr“ yazılırmış. Açdım orfoqrafiya normalarını, öz kor olmamış gözlərimlə oxudum. Yerində dururdu: „2.5.1. iki saitlə yazılanlar:……, səbir…“
Götürüb yekə yerdə o vaxt ərkim çatan adama zəng etdim və salamsız-kəlamsız hücüm etdim:
- Ayıb deyilmi? Alimləri də alət etmisiniz… Ayıb! Ayıb!
Adam and-aman etdi:
- Vallah, açıqlamadan xəbərim yox idi. Mən də sənin kimi, mediadan oxudum.
Heç zad… Yadıma başqa zadlar düşdü və inandım. Həmin gün işə getdim, ya getmədim, xatırlaya bilmirəm indi, getmişəmsə də, artıq kifayət qədər vaxt keçmişdi…
Bu yaddan çıxıb gedən zad olardı, bu gün başqa bir zad olmasaydı.
Yenə həmin yekə yerdə “səbir” sözü səhv yazılmışdı: “səbr”. Bizim bu canıyanmış savadsız müəllimlər var ey, elə bil himə bənd idilər, bir də gördüm, vatsap qruplarında pıqqapıq düşüb, qaynaşırlar: “Bəs xəbəriniz var xəbərdən? Bizim bu zadda, hə də…, orda…, özləri sözü düz yaza bilmirlər…”
Açıb saytı görəm, nə: “səbir” yenə “səbr” yazılıb.
Hmmm… Demək, bizim bu zad…., hə, o da…, bizim dilçi alimin sözünü ciddi qəbul edib, inanıb ki, „səbir“ yazılanda olur asqırmaq, „səbr“ isə dözüm. Adam açıb orfoqrafiya normalarını öz kor olmamış gözləri ilə oxumayıb və düşünə bilməyib ki, ədəbi dilimizdə sözün ilk yada düşən mənası „dözüm“dür və orfoqrafiya normalarında 2.5.2. maddəsində tək heca ilə yazılan sözlər sırasında „səbr“ yoxdur. Adam düşünə bilməyib ki, bizim bu zadlara tapşırıq lazım deyil… Özləri mala işinə də baxırlar artıq… Bir sözlə, yazığın ağlına gəlməyib ki, bizim bu zadlara etibar etmək olmaz. Bu da elm ilə təhsilin inteqrasiyası!
Çox geçmədi, bu pıqqapıq daşıb, gedib o yekə yerlərə da çıxdı. Xəbər gəldi ki, “səbr”i “səbir” ediblər. İndi bizim bu savadsız müəllimlər o “səbir” sözünü görəndən sonra inandılar ki, onların nəinki fəryadları, hətta pıqqapıqları da gedib yekə yerlərə çatır və səbir etməyə qərar verdilər.
Mənim isə heç uşaqlıqdan səbirlə-zadla işim olmayıb. Yavan əppək olsun, nağd olsun. Nə qədər desələr də, yazma, əlimdən gələn ancaq yazmaqdır. Amma nə edim ki, hərənin bir “yekə yeri” var. Yekə yerdən xəbər gəldi ki, yazma, yazsan da, ad çəkmədən yaz. Mən də səbrimi basıb ad çəkmədən yazdım… Yazdım, öz adımdan başqa heç kimin adını çəkmədim. Eybi yox, bu da ədəbiyyatda yeni fənd olsun: ad çəkmədən tanıtma.
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Fevralın 9 və 10-u bayramdır
9 fevral 2026 11:08
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Keçmiş vəkil Cavidan Osmanlı hakimin adından saxta sənəd düzəltdi - Qadın 20 min manat əlavə ziyana düşdü
19 yanvar 2026 17:30
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
