20 ildən sonra Ermənistan rəhbərliyinin razılığı ilə öz kəndimizə getdim, evimizdə qoca kişi və qadın yaşayırdı - Misir Mərdanov
Müsahibə29 iyun 2025 11:01
“Mən Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi deyilən bölgəsində anadan olmuşam. Qaraqoyunlu dərəsi Qazax şəhərinə 60 km məsafədə, Dilcan şəhərindən isə 20 km məsafədə yerləşirdi. Qazaxdan İrəvana gedən yol var, o yolun hardasa 35-40 km iki çay kəsişir. Biri Dilcan çayı, biri də Qaraqoyunlu dərəsindən gələn Tərs çay. O çayların kəsişməsində bir körpü var. O körpüdən sola dönən kimi ora Qaraqoyunlu dərəsi adlanır. Bu dərə iki dağ silsiləsinin arasında yerləşirdi. Orada 13 Azərbaycan kəndi var idi. O kəndlərin dördündən başqa qalanları Qaraqoyunlulardır. Tarixi vərəqsləsək çox güman ki, o kəndlər Qaraqoyunlular dövründən qalmadır. O dərədə yalnız Azərbaycan türkləri yaşayırdı. Bir nəfər də erməni və başqa millət yox idi. Mənim anadan olduğum, oxuduğum müddətdə ora Ermənistan adlanan respublikanın tabeliyində olan yer idi. Kəndin adı Göyərçin idi. Mən orada anadan olmuşam. 1953-cü ilə qədər ailəmizlə bir yerdə orada yaşamışıq. 1953-cü ildə kəndin camaatı qonşu Salah kəndinə köçməli olublar. Səbəb də bundan ibarət idi ki, dağ yerində olan bir kənd idi, yolları çətin idi və o dövrün texnikasının köməyi ilə o yolları qaydaya salmaq olmurdu. Mənim atam o kənddə kalxoz sədri olub. Onun dövründə biz Salah kəndinə köçmüşük və mən məktəbə Salah kəndində getmişəm. Bu kənddə də məktəb 7 illik idi. Daha sonra 10 illik məktəb bizim kənddə olmadığından Polad kəndinə getmişəm. Bizim evdən Polad kəndinə 4 kilometr yol var idi. Hər gün ora piyada gedib-gələrdik. Qışda soyuq olanda qonşu kənddə kiminsə evində qalardıq. Orta məktəbi orada başa vurub, 1964-cü ildə Bakıya gəlmişəm”
Bunu Moderator.az-a açıqlamasında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, əslən Qərbi Azərbaycandan olan sabiq Təhsil Naziri Misir Mərdanov deyib.
Misir Mərdanov bildirib ki, ermənilər hər zaman azərbaycanlılara qarşı məkrli siyasətlərini həyata keçiriblər:
“Buna baxmayaraq atam, anam, məndən kiçik bacı və qardaşlarım kənddə yaşayırdılar. İldə bir neçə dəfə yay və qış tətillərində ora gedirdim. 1981-ci ilə qədər. 1981-ci ildə anam və atam kənddən Bakıya köçməli oldular. Çünki biz hamımız-6 övlad Bakıya gəlmişdik, burada təhsil alıb, işləyirdik. Atamla anam da qocalmışdılar, məcbur oldular ki, orada tək qalmasınlar. Nənəmdən, babamdan, atamdan və anamdan məndən əvvəlki dövrün hadisələri ilə bağlı çox şeylər eşitmişəm. 1988-ci ildən əvvəl, 1918-ci ildə xüsusilə Andronikin rəhbərlik etdiyi qüvvələrin bizim Qaraqoyunlu dərəsinə hücum etməsi, kəndimizin camaatını qaçmağa məcbur etməsi, camaatımızın 1921-ci ilə qədər Ceyrançöl ərazisində qalmasını nənəm danışırdı. Ermənilərin bizim Qaraqoyunlu dərəsinə hücumu zamanı bizim kənddən də, qohumlardan da, dərədən də ölənlər və yaralananlar olub. Kəndin camaatı eşidəndə ki, ermənilər gəlir, o vaxt texnika yox idi. Kəndin oğulları bir yerə yığılıb bir müdafiə qüvvəsi yaradıblar. O müdafiə qüvvəsi ermənilərin qarşısını kəsdiyi müddətdə arvad-uşaq, qoca-cavan Göyçə gölünün kənarına daşınıblar. Ermənilər görüblər ki, artıq camaat Gədəbəyə doğru yol alır. Ora top atıblar. Həmin əraziyə indiyə qədər “Topaşan” deyirlər. Xeyli adam orada dünyasını dəyişib” deyə o bildirib.
Misir Mərdanov bildirib ki, 20 ildən sonra dogma kəndlərinə gedib:
“2001-ci ildə mən İrəvana yaxın olan, Dərəçiçək adlanan bir yerdə “UNİSEF”-in keçirdiyi beynəlxalq tədbirdə iştirak edirdim. Ermənistan rəhbərliyi ilə görüşüb, onların razılığı ilə öz kəndimizə getdim. Gedib öz evimizi tapdım. Nə gördüm? Əlbəttə, bu illər ərzində kənd çox dəyişmişdi. Təsəvvür edirsiniz, asfalt yolunda ot çıxmışdı. Çünki gediş-gəliş demək olar ki, azalmışdı. Çox az sayda insan yaşayırdı. Bizim evdə bir qoca qadın və kişi yaşayırdı. O vaxt qoca idilər, bu günə qədər çox güman ki, dünyasını dəyişiblər. Orada su və torpaq gətirdim, valideynlərimə verdim. Mən əminəm ki, bizim o dərədəki kənd boş qalıb və bizi gözləyir. İnşallah zaman gələcək, biz qayıdıb, orada özümüz yaşamasaq da, övladlarımız yaşayacaqlar. Mən buna inanıram. Bizim hədəfimiz dinc yolla öz dədə-baba torpaqlarımıza qayıtmaqdır. Çünki o torpaqların sahibləri bizik” deyə Misir Mərdanov deyir.
Oxşar xəbərlər
- Kaş boşanmış olardım - Şəhid xanımı Gülüstan Əliyeva
16 noyabr 2025 10:59
- Ukrayna və Rusiya razılığa gəldi
16 noyabr 2025 00:49
- İlqar Hacıyev də Baş Prokurorluğa çağırıldı
15 noyabr 2025 22:05
- Tanınmış jurnalistlər Özbəkistanda səfir və rektorla görüşdü (FOTO)
15 noyabr 2025 16:18
- LEŞ TOFİQ-lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
15 noyabr 2025 12:31
- Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
15 noyabr 2025 11:53
- İlham Əliyev Mahmud Abbası təbrik etdi
15 noyabr 2025 11:42
- Gürcüstanda plastik qab-qacaq qadağan olunur
15 noyabr 2025 11:08
- Alim ölkə başçısına müraciət edib — Tariyel Pənahovun istəyi nədir?
14 noyabr 2025 18:21
- Utanılası tarix - Mirzoyan azərbaycanlı bolşevikləri bir-birinə qırdırırmış
14 noyabr 2025 17:38
Xəbər lenti
- İlham Əliyev liderlərin iclasında (YENİLƏNİR)
16 noyabr 11:08
- Kaş boşanmış olardım - Şəhid xanımı Gülüstan Əliyeva
16 noyabr 10:59
- Polad Həşimovun qızı: Paraddakı hərbçilərin arasında atamı da görürdüm...
16 noyabr 10:49
- Sadəcə sənin adın var könlümdə... - Günün mahnısı
16 noyabr 01:28
- Ukrayna və Rusiya razılığa gəldi
16 noyabr 00:49
- İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
15 noyabr 22:51
- İlqar Hacıyev də Baş Prokurorluğa çağırıldı
15 noyabr 21:58
- Tanınmış jurnalistlər Özbəkistanda səfir və rektorla görüşdü (FOTO)
15 noyabr 16:15
- Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü oldu
15 noyabr 16:05
- LEŞ TOFİQ-lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
15 noyabr 12:31
- Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
15 noyabr 11:53
- İlham Əliyev Mahmud Abbası təbrik etdi
15 noyabr 11:42
- Gürcüstanda plastik qab-qacaq qadağan olunur
15 noyabr 11:08
- Alim ölkə başçısına müraciət edib — Tariyel Pənahovun istəyi nədir?
14 noyabr 18:21
- Payızın qızıl vaxtı - Şahnaz Şahin yazır
14 noyabr 17:47
- Utanılası tarix - Mirzoyan azərbaycanlı bolşevikləri bir-birinə qırdırırmış
14 noyabr 17:38
- Zelenski İlham Əliyevə zəng etdi
14 noyabr 17:12
- BAKCELL MMC-nin meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
14 noyabr 16:55
- Zəngilanın Ağalı kəndinə növbəti köç karvanı yola salınıb
14 noyabr 15:28
- Əli Nağıyev və Orxan Sultanov Xankəndidə iclasda - Fotolar
14 noyabr 15:05
- İcra başçısına 15 TON ARPA satdım, PULUNU VERMİR..)))
14 noyabr 12:48
- TƏBİB-də yoxlama olacaq: Qurum 1,8 milyonluq kənar audit xidməti alır
14 noyabr 12:19
- Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanladı
14 noyabr 12:01
- Xalq aclıq içindədirsə, ölkəni idarə etmək mümkün deyil
14 noyabr 01:10
- Hitlerin DNT-si ilə bağlı iddia dünya mediasını silkələdi
14 noyabr 00:39
- Prezident bu qanuna dəyişikliyi təsdiqlədi
13 noyabr 23:05
- Cənazələr Türkiyəyə aparılır
13 noyabr 22:56
- Həbsdəki eks-generalın istintaqdan gizlətdiyi əmlakı üzə çıxdı – Dəyəri bu qədərdir
13 noyabr 13:38
- Bakıda məşhur restoranda partlayış - Qadın işçi öldü
13 noyabr 12:05
- Oğlu Fəzail Ağamalını məhkəməyə verəcək
13 noyabr 11:49
Video & Fotoqalereya
Video
Fotoqalereya



