Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı: Qabırğalardan birini tapa bilmədik
Hüseyn və Ziyəddin Səfərov qardaşlarının nəşi xüsusi komissiya tərəfindən müayinə olunub.
Musavat.com xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin sədri Ədalət Həsənov deyib.
O bildirib ki, müayinədən öncə onların ölüm haqqında tibbi şəhadətnamə təqdim olunub:
"Rusiyada məhkəmədə meyitlər ayrı-ayrı ekspertlər tərəfindən müayinə olunub və ölümün səbəbi müxtəlif yazılıb. Ekspertiza rəyində Ziyəddinin ürək turmasından, Hüseynin isə sadəcə travmadan öldüyü qeyd edilib. Hüseynin meyitinə verilən rəydə göstərilib ki, küt alətlə travmadan dünyasını dəyişib. Amma hansı şəraitdə öldüyü guya bilinmir.
Biz meyiti xarici müayinə edərkən bədən üzvlərinin yerdəyişən sınığı, döş qəfəsinin sınığı, başın sol almacıq sümüyünün sınığı, böyük bir sahənin hemotoması, alt və üst dodaqların selikli qişasında qançırlar, sol və sağ qaşüstü nayihəsində sıyıqlar, döş qəfəsinin arxa hissəsində qançırlar, sol xayalarda qançır aşkar edildi. Ona xüsusi küt alətlə xəsarətlər yetiriblər. Hər iki budun geniş nahiyyəsində qançır və hemotomalar, sol bel nayihəsinin geniş ölçülü sıyrığı ilə qəbul etdik.
Daxili müayinə zamanı isə baş dərisinin iç səthində qansızmalar, baş beyinin sərt və yumşaq qişasında qansızmalar, qabırğaların çoxsaylı yerdəyişmiş sınıqları aşkar edildi. Hər iki tərəfdə qabırğalar 7-8 yerdən sınmışdı. Hətta qabırğalardan birini tapa bilmədik.
Qabırğa sınığı ağciyəri zədələyib. Ağciyərin kəsilmiş-cırılmış yaraları aşkarlandı. Diafraqmada da küt travma və cırılma var idi. Qaraciyər və dalaq cırılıb, dağılıb. Qarın boşluğunda periton, qan qopması aşkar edildi. Ölümə çoxsaylı travmalarla əlaqədar posttravmatik şok səbəb olub”.
Ə. Həsənov qeyd edib ki, Ziyəddin Səfərova isə ürək çatışmazlığı diaqnozu qoyulub:
"Rusiyadakı ekspertizada göstərilir ki, guya, ürəyin işemik xəstəliyindən vəfat edib. Biz isə müayinə edərkən məlum oldu ki, sağ və sol gözün qapaqlarında qansızmalar, boyunun sol və sağ nayihəsində qançır və sıyıqlar, döş qəfəsində deformasiyalar və zolaq halında sıyıqlar, bud və baldırlarda sıyıq və qançırlar, xayalıqlarda qançır, sıyıq və qansızmalar aşkarlandı. Bundan başqa, meyitin daxili müayinəsi zamanı onun boynunun sol və sağ ətraflarının zolaqlı qançırları, onurğanın zolaqlı sıyrıqları və digər travmalar aşkar edildi".
Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
11 fevral 2026 13:56
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- Oliqarx oğlunun 200 minlik maşınına həbs qoyulub - SƏBƏB
2 fevral 2026 14:33
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
- Sabiq nazir Siruz Abasbəylinin 80 illiyidir
30 yanvar 2026 13:52
- Ramiz Mehdiyevin adı keçən 18 illik uşaq oğurluğu dosyesi yenidən açılır – DTX-dən cavab
27 yanvar 2026 21:29
- Mikayıl İsmayılova məxsus Ağsu Tədris Mərkəzində nələr baş verir ?
25 yanvar 2026 13:12
- Ermənilər barışığa can atır, amma heç vaxt inanmaq olmaz – Xankəndili sabiq deputat
21 yanvar 2026 17:09
- İlhamənin oğulluğu Elmira Axundovanın oğlu ilə birləşib deputatlara pul atırdı - Əli Mirəliyevdən ŞOK AÇIQLAMALAR
19 yanvar 2026 17:24
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
