Əsir Qafqaz - Rusiya regiona gənə kimi yapışıb, qoparılma prosesi ağrılı gedir
Bu günlərdə ictimai-siyasi polemikaların birində qafasını rusizm-nasizm ideyasına qapdırmış adamlardan biri belə bir iddia irəli sürmüşdü ki, guya Rusiya 18-19-ci əsrlərdə Qafqazı asanlıqla ələ keçirib, ona qarşı müqavimət olmayıb, Qafqaz xalqları həmişə itaətkar olublar, ona görə də həmişə belə olmalıdırlar.
Belə düşünən adamlar ya tarixi bilmirlər, ya da çox qərəzli və hikkəlidirlər. Üstəlik, velikorus şovinizminin onların beynini zəhərlədiyini əminliklə söyləmək olar.
Tarixi gerçəklik başqadır. Rusiya Qafqazın azsaylı xalqlarını ram edərkən, elə o xalqlar qədər itki verib, onilliklər boyunca müharibə aparıb, geniş əraziləri tutsa da, hər zaman müqavimətlə üzləşib.
Rusiyanın Qafqaza nüfuzu 16-cı əsrin ikinci yarısında, İvan Qroznının dövründə başlayıb. Qafqazda rusların qalası Terek və Sunjanın aşağı axarında tikilmiş Terek və Sunja qalaları olub.
Bu imperiya Qafqazda sistemli irəliləyişinə 18-ci əsrdə statrt verib. 1735-ci ildə Kizlyarın tikintisi ilə Qafqaz istehkam xəttinin tikintisinə başlanıb. Mozdok 1763-cü ildə yaradılıb. 1768-1774-cü illər Rusiya-Türkiyə müharibəsindən sonra imperator II Yekaterina zastava xəttinin tikintisi haqqında fərman verib. 1785-ci ilə qədər Vladiqafqazın qurulması ilə xəttin tikintisi başa çatıb.
“Rus qartalı”nın iki başından biri Qafqaza 19-cu əsrin ilk illərində yenidən burulub. Avropanı qana çalxayan imperator Napoleon Bonopart tamamilə məğlub olaraq siyasət səhnəsindən çəkiləndən sonra Rusiyanın əli-qolu tam açılıb. Müttəfiq qoşunların başında müzəffər yürüşlə Parisə daxil olanlardan birinin Rusiya çarı II Aleksandr olması bu imperiyaya perspektivlər açıb.
Ondan sonra Rusiya imperiyası da cənuba doğru genişlənməyə start verib. Rusiyanın Qafqaz müharibəsi 1817–ci ildən 1864-cü ilə qədər davam edib. Bu müddət ərzində Şimali Qafqazın azsaylı xalqları Rusiyaya qarşı müharibə aparıblar.
Sayca düşməndən qat-qat az olmaları, parakəndəlikləri Qafqazdakı kiçik dövlətləri – knyazlıq, imamlıq, şamxallıq, sultanlıq və xanlıqların birləşərək Rusiyaya qarşı total müdafiə xətti yaratmalarına mane olub. İmperator ordusu onları təkləyərək, bəzən dilə tutaraq, bəzən isə görünməmiş zora məruz qoyaraq məğlub və işğal edib.
O dövrdə regionda Rusiyaya dirəniş göstərə biləcək hərbi güclər Osmanlı imperiyası və müasir İranın yerində olan Qacar dövləti olub. Ancaq uzun sürən müharibədən sonra Osmanlı və Qacar dövlətləri Rusiyaya məğlub olub. Ondan sonra müasir Azərbaycanın ərazisində olan xanlıqlar ard-arda Rusiyanın işğalına məruz qalıb. Cavad xan öz azsaylı qoşunu ilə Gəncəni rus işğalından müdafiə edə bilməyib, həlak olub. Bakı xanı Hüseynqulu xan Bakını işğaldan xilas edə bilməsə də işğalçıların başçısı Pavel Sisianovun başını kəsdirib.
İrəvan xanlığını gərgin döyüşlərdən sonra erməni-rus birlikləri işğal ediblər. Təslim olmaq istəməyən Lənkəran xanlığı zor və qətliam gücünə işğal olunub.
Şimali Qafqazın təbii səngər olan dağlarında isə şiddətli müqavimət davam edib. Şeyx Şamil hərəkatı Rusiyanın başının bəlasına çevrilib. Bu üsyanı yatırtmaq üçün Rusiya çarları hər yola əl atıblar – qətliamdan hiyləgərliklərə, hacımuradları dilə tutub satqınlığa vadar edənə qədər.
Ən şiddətli hərbi əməliyyatlar 1817-1864-cü illər arasında baş verib. Əsas hərbi fəaliyyət istiqamətləri Qafqazın şimal-qərb (çərkəzlər) və şimal-şərq (Dağıstan, Çeçenistan) hissələri olub. Bu nahiyədə və Kabarda ərazisində dağlılarla rus qoşunları arasında vaxtaşırı silahlı toqquşmalar baş verib.
Böyük Kabardanın ram edilməsindən sonra (1825) rus qoşunlarının əsas rəqibləri Qara dəniz sahilində yaşayan adıgeylər, şərqdə isə Şeyx Şamilin başçılıq etdiyi Şimali Qafqaz imamlığında birləşmiş dağlılar olub.
Çeçenistan və Dağıstan xalqlarının müqaviməti 1859-cu ildə İmam Şamil əsir düşəndə qırılıb. Ondan sonra adıgeylərin, abxazların və abazların əksəriyyəti “kafirlərin əsarətində yaşamaq” istəməyərək kütləvi şəkildə Osmanlı imperiyasına köçüb, aborigen əhalinin öz torpağında qalan az hissəsi isə Kuban bölgəsinin düzəngah torpaqlarına köçürülüb.
Bu, rus əsarətinə qarşı müqaviməti zəiflədib. Çünki dağlıq relyefdən fərqli olaraq düzən yerlərdə az qüvvə ilə böyük qoşun birləşmələrinə effektiv müqavimət göstərmək mümkün olmur.
Rusya tarixində bu savaşların ümumi adı “Qafqaz müharibəsi” termini ilə səlnamələşdirilib. 1860-cı ildə rus hərb tarixçisi və publisisti, hərbi əməliyyatları “gözüylə görən” Rostislav Fadeyev “Qafqaz müharibəsinin altmış ili” kitabını yazıb.
O dövrdə Qacar və Osmanlı imperiyaları zəifləmiş olmasalar, Rusiya Qafqazda hərbi uğurlar qazana bilməzdi. Bu iki dövlət öz satellit knyazlıqlarına hərbi yardım göstərsələr, Rusiya cənubdan baxanda Qafqaz dağlarının o üzündəki çöllərdə qalardı.
Rusiya özüylə Qafqaza bəla gətirib. Bu işğal səbəbindən bir çox xalqlar (türklər, çərkəzlər, adıgeylər, abxazlar, abazlar, lazlar, noğaylar, ləzgilər, avarlar və b.) daimi yaşayış yerlərini itirib, kütləvi qırğına, deportasiyaya məruz qalıblar. Müasir dövrdə bütöv xalqlara qarşı belə siyasətin adı “genosid”dir və bu, beynəlxalq tribunallarda mühakimə olunur.
Çar Rusiyası öz torpağını, evini müdafiə edənlərə qarşı amansız olub. Amma bütün qəddarlıqlar heç də çar dövründə qalmayıb.
Elə sovet dövründə də bolşeviklər yenicə azadlıq qazanmış Qafqaz xalqlarını yenidən silah gücünə ram ediblər. Bu müharibədə çeçenlər, avarlar, azərbaycanlılar, kumıklar, ləzgilər, gürcülər, hətta ermənilər qırmızı orduya qarşı savaşıblar. Ancaq budəfəki müqaviməti yerli xalqlardan olan, beyinləri puç bolşevizm ideologiyası zəhərlənən yerli kommunistlərin fanatikcəsinə apardığı təbliğatın nəticəsində zəifləyib. Minlərlə azərbaycanlı, gürcü, erməni bolşevik “Qafqazın işıqlı gələcəyini, əbədi səadətini Rusiyaya baqlılıqda” görüb. Nəriman Nərimanov kimi əqidəli və ziyalı bolşevik Gəncə üsyanının qanla yatırılmasını, yüzlərlə azərbaycanlı müqavimətçinin güllələnməsini alqışlayıb.
Bir sözlə, Rusiya Qafqazı ələ keçirərkən Şeyx Mənsur, Şeyx Şamil, Cavad xan, Hüseynqulu xan, Mir Həsən xan kimi sərkərdələrin rəhbərlik etdiyi silahlı qüvvələrin müqaviməti ilə üzləşib. Yəni Rusiyaya Qafqazı heç də rahat-hülqum halva kimi əldə etməyib.
Sonrakı illərdə də Qafqaz xalqlarının müqaviməti davam edib, azadlıq əzmi ölməyib və hələ də bu xalqlar rus əsarətindən xilas olmaq istəyir.
Rusiya isə Qafqaza gənə kimi yapışıb. Onu qoparmaq asan başa gəlmir, proses ağrılı gedir.
P.S. Sovet dövründə şair Puşkinin orta məktəb dərsliklərindən tədris edilən şeirinin ilk misrası (“Кавказ подо мною”) indi adama təhqiramiz görünür.
Araz Altaylı, Musavat.com
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
1 may 2026 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
1 may 2026 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
1 may 2026 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
1 may 2026 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
1 may 2026 13:19
- İlqar Əliyev həbsdə vəfat etdi
1 may 2026 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
1 may 2026 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 2026 23:26
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 2026 22:01
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 2026 15:07
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
