Qusar rayon Samur bələdiyyəsində nələr baş verib, yaxud Gülnarə Muradxanovanın şər-böhtan məktubları...
29 oktyabr 2024-cü il tarixdə NUH informasiya agentliyi (NUH.az saytı ) Qusar rayonu Samur qəsəbə sakini Muradxanova Gülnarə Qaflanovna tərəfindən dövlət başçısına və digər hökumət üzvlərinə ünvanlanmış, özünün dediyi kimi 17-Cİ ŞİKAYƏT ƏRİZƏSİNİ olduğu kimi, nöqtəsinə-vergülünə toxunmadan dərc etmişdir.
Yəni dərc etdiyimiz material bizim redaksiyanın yaradıcılıq məhsulu deyil, konkret olaraq Gülnarə Muradxanovanın müraciətinin surətidir (kopiyasıdır).
Biz redaksiya olaraq Muradxanovanın müraciətinin MƏZMUNUNA və FORMASINA heç nə əlavə etməmişik.
Onu da qeyd edək ki, bizdən öncə Gülnarə Muradxanova bu müraciəti 17 dəfə təkrar-təkrar ali dövlət rəhbərliyinə göndərib.
Muradxanovanın müraciətinin nə qədər həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün redaksiyamız tərəfindən aparılan araşdırmaya keçməzdən öncə müraciəti qısa ixtisarla xatırlatmaq istəyirik:
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə,
Azərbaycan Respublikasının Baş Naziri
Cənab Əli Əsədova
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Administrasiyanın ərazi-təşkilat məsələləri şöbəsinin müdiri
Cənab Zeynal Nağdəliyevə
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Administrasiyanın Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Cənab Fuad Ələsgərova
Azərbaycan Respublikasının Ədliyyə Naziri
Cənab Fərid Əhmədova
Azərbaycan Respublikasının Baş Prokuroru
Cənab Kamran Əliyevə
Qusar Rayon Prokurorluğuna
Qusar rayonu Samur qəsəbə sakini Muradxanova Gülnarə Qaflanovna tərəfindən
17-ci Ş i k a y ə t Ə r i z ə s i
Qusar rayon Samur bələdiyyəsinin sədri Elnarə Ayıbovanın Cinayət əməlləri barədə məlumat
Azərbaycan Respublikasının müxtəlif dövlət orqanlarına Qusar rayonu Samur bələdiyyəsinin sədri Elnarə Ayıbovanın pul alaraq saxta sənəd verməsi və bələdiyyədə digər qanunsuzluqlar, həmçinin cinayət əməlləri barədə şikayət ərizələrimə ciddi yanaşılmır.
Bu necə ola bilər ki, mən və DİGƏR ŞİKAYƏTÇİLƏR bələdiyyə sədrinin cinayət əməlləri barədə müraciətlər edirik. Bələdiyyə sədrinin fəaliyyəti yoxlanılmır.
NUH.az olaraq qeyd edirik ki, redaksiyamıza daxil olan rəsmi məlumata görə, bələdiyyə sədri Elnarə Ayıbovanın fəaliyyəti Ədliyyə Nazirliyi tərəfindən yoxlanılıb və müsbət rəy verilib. Hətta Gülnarə Muradxanovanın şikayətləri əsasında bələdiyyə sədri Elnarə Ayıbovanın fəaliyyəti istintaq orqanları tərəfindən də yoxlanılıb və müsbət rəy verilib. ( Rəsmi sənədlər redaksiyamıza təqdim olunub ).
İndi isə şikayətçi Gülnarə Muradxanovanın qızı, keçmiş bələdiyyə sədri Albina Muradxanovanın əməllərinə qısa nəzər salaq:
Albina Muradxanova barəsində dəfələrlə məhkəmə qərarları olub. Onları yada salmaq istəyirik:
Vətəndaş Əskərova Bikə İsrafil qızının şikayəti əsasında Qusar Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli hökmü ilə bələdiyyənin sabiq sədri Muradxanova Albina Edik qızı AR-nın CM-nin 178.2.3 və 313-cü maddələri ilə təqsirli bilinib, həmçinin CM-nin 46.2-ci maddəsinə əsasən ona əlavə cəza növü kimi 1 ( bir ) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilmişdir.
Bundan əlavə vətəndaş şikayəti əsasında Albina Muradxanovaya digər məhkəmə qərarı ilə 2 il yarım icbari cəza verilmişdir.
İndi isə LAP SON məlumatlara nəzər salaq:
Onu qeyd edək ki, Elnarə Pəhləvan qızı Ayıbovanın XÜSUSİ İTTİHAM qaydasında şikayəti üzrə Qusar Rayon Məhkəməsi 22.05.2025-ci il tarixdə Muradxanova Gülnarə Qaflanovna AR CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinib və 6 ( altı ) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Elnarə Ayıbova məhkəmənin qərarı ilə razılaşmadığı üçün apellyasiya şikayəti vermis və 08 iyul 2025-ci il tarixdə Apellyasiya Məhkəməsi məsələyə baxacaqdır.
Onu da xüsusi olaraq qeyd edək ki, bir müddət əvvəl MƏHKƏMƏDƏ Albina Muradxanovanın saxta sənədlə verdiyi və Cavanşir Əvəzovun adı keçən 17 ha torpaq məsələsinə baxılaraq 2 qərar qəbul edilmişdir:
Birinci qərarla 17 ha torpaq sahəsi Samur bələdiyyəsinİN BALANSINA qaytarılmışdır.
İkinci XÜSUSİ QƏRARLA isə saxta, qanunsuz sənədlərlə bağlı məsələnin araşdırılması BAŞ PROKURORLUĞA həvalə edilmişdir və hazırda araşdırılır.
Yeri gəlmişkən, məhkəmənin XÜSUSİ QƏRARI ilə bağlı Cavanşir Əvəzovun dəstəsi Ali Məhkəməyə müraciət edib.
Təsəvvür edirsiniz, məhkəmənin XÜSUSİ QƏRARINDAN Ali Məhkəməyə şikayət…
Yəni Gülnarə Muradxanova öz qızının əməllərini görmək istəmir, amma Elnarə Ayıbovaya qara yaxmaqla məşğuldur.
İndi isə keçək Gülnarə Muradxanovanın yazdığı şikayət məktublarındakı digər hallara:
Gülnarə Muradxanova öz müraciətində yazır ki, bələdiyyə sədri saxta sənədlərlə xeyli şəxsə torpaq satıb:
Məlumat üçün qeyd edək ki, həmin şəxslərdən bir neçəsi redaksiyamıza zəng edərək Gülnarə Muradxanovanın onların barəsində yazdıqlarının yalan və böhtan olduğunu bildiriblər. Hətta Zarina Əzimətova bələdiyyə sədri Elnarə Ayıbovaya zəng edərək yazılanların böhtan olduğunu bildirib. Zarina Əzimətova hətta Gülnarə Muradxanovaya zəng edərək onun adını hallandırdığına görə ittiham edib.
Eyni zamanda Gülnarə Muradxanovanın 17-ci şikayət ərizəsində adı keçən Zarina və digər şəxslərin qanuni alqı-satqı sənədləri, protokolda da qeyd olunub, qanuni çıxarışları var və redaksiyaya təqdim olunub.
Deməli, Gülnarə Muradxanova böhtan atmaqla məşğuldur.
Gülnarə Muradxanova öz müraciətində yazır:
“Elnarə Ayıbova tüfeyli həyat sürür. Qusarda bunu bilməyən yoxdur. Nə dediyimi yəqin başa düşdünüz”.
Redaksiya olaraq Gülnarə Muradxanovadan soruşuruq ki, əcəba, sizi ƏXLAQ POLİSİ təyin ediblər ?
Gülnarə Muradxanova hətta siyasi şantaja əl ataraq bələdiyyə sədrini mitinq etmək, etirazlar başlamaq barədə çağırışlarda, dövlətçiliyə qarşı çıxmaqda ittiham edir.
Sakinlər arasında apardığımız şifahi sorğu zamanı sakinlər Elnarə Ayıbovanın dövlətə, dövlətçiliyə bağlı şəxs olduğunu bildirdilər.
Digər tərəfdən Gülnarə Muradxanova yazır ki, Samur bələdiyyəsində xəzinədar olmadığı üçün Elnarə Ayıbova xəzinədar vəzifəsini özü icra edir.
Redaksiyanın araşdırması zamanı əldə etdiyimiz rəsmi sənədlərdə bələdiyyənin xəzinədarı vəzifəsini konkret şəxsin icra etdiyi məlum olur.
Deməli bu məsələdə də Gülnarə Muradxanova yalan, böhtan yazmaqla məşğuldur.
Ən dəhşətlisi odur ki, Gülnarə Muradxanovanın bələdiyyə sədri Elnarə Ayıbova ilə bağlı kafelərdə, ictimai yerlərdə yaydığı elanlarda, saxta müraciətlərdə imzası olan şəxslərin bəzilər lap çoxdan vəfat edib. Bu barədə redaksiyamıza rəsmi sənədlər təqdim olunub.
Təsəvvür edirsiniz, dünyasını dəyişmiş sakinlərin saxta imzası ilə dövlət rəhbərliyinə müraciət.
Bu artıq sözün bitdiyi yerdir.
Redaksiyamız bələdiyyə sədri Elnarə Ayıbovaya qarşı bu qaralama, şər-böhtan kompaniyasının arxasında kim(lər)in dayandığını araşdırarkən ortaya ciddi məlumatlar çıxdı.
Məlum oldu ki, vaxtilə Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin sabiq rəisi, hazırda məhkumluq həyatı yaşayan Cavanşir Əvəzov vaxtilə Albina Muradxanovanın əli ilə rayonda mənimsədiyi böyük torpaq sahələrini geri qaytarmaq üçün bu oyunları idarə edir.
Cavanşir Əvəzov və Albina Muradxanovanın əməlləri barədə araşdırmamız davam edir.
Bizi izləyin.
- Qənirə Paşayevanın xatirəsinə reabilitasiya mərkəzi açılır – Qadınlar üçün...
14 aprel 2026 17:30
- Ermənistana getmərəm, çünki YARAM SAĞALMAYIB... – Aqil Abbas
14 aprel 2026 11:57
- Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır
14 aprel 2026 11:35
- ABŞ və İran yenidən masaya oturur: tarix və məkan açıqlandı
13 aprel 2026 23:35
- Lalə Şövkət daha siyasətlə maraqlanmır (AÇIQLAMA)
13 aprel 2026 21:11
- Xalq artisti vəfat etdi
13 aprel 2026 18:14
- Şahin Şıxlinski və oğluna hökm oxundu
13 aprel 2026 11:58
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
12 aprel 2026 14:21
- ABŞ İranın dondurulmuş aktivlərini azad etməyə razılaşıb - KİV
11 aprel 2026 21:48
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 2026 19:19
- Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edildi
14 aprel 20:34
- Kəmaləddin Heydərova iki müavin təyin edildi
14 aprel 19:10
- Qənirə Paşayevanın xatirəsinə reabilitasiya mərkəzi açılır – Qadınlar üçün...
14 aprel 17:30
- Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıldı
14 aprel 17:09
- İlham Əliyev yeni səfirləri qəbul etdi (YENİLƏNİB)
14 aprel 13:12
- Ermənistana getmərəm, çünki YARAM SAĞALMAYIB... – Aqil Abbas
14 aprel 11:57
- Rus dilində olan kənd adlarını dəyişdirəcəklər
14 aprel 11:44
- Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır
14 aprel 11:35
- ABŞ və İran yenidən masaya oturur: tarix və məkan açıqlandı
13 aprel 23:35
- Lalə Şövkət daha siyasətlə maraqlanmır (AÇIQLAMA)
13 aprel 21:11
- Dövlət xərclərinə nəzarət gücləndirilməlidir - DEPUTAT
13 aprel 20:03
- Azərbaycan gimnastları dünya kubokunda QIZIL MEDAL qazandılar
13 aprel 18:25
- Xalq artisti vəfat etdi
13 aprel 18:14
- Kuba prezidenti: ABŞ-dan qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram
13 aprel 17:11
- Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
13 aprel 14:27
- Litvanın Azərbaycandakı səfiri KATIN qətliamı ilə bağlı paylaşım etdi
13 aprel 14:18
- Pensiyalar SABAH ödəniləcək
13 aprel 13:11
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 12:46
- Şahin Şıxlinski və oğluna hökm oxundu
13 aprel 11:58
- Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını - Tələb etdi )))))
13 aprel 11:41
- Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA
13 aprel 00:18
- Orban uduzdu, müxalifət liderini təbrik etdi
12 aprel 23:56
- Tramp: İranı bir gündə silərəm
12 aprel 23:05
- Xərçəng riskini azaldır
12 aprel 20:08
- İrandakı səfirliyimiz fəaliyyətini bərpa etdi
12 aprel 19:53
- Erməni əsirliyindəki tovuzlu Tamaranın qardaşına MƏKTUBU - Canım sənə qurban, nə olar məni...
12 aprel 16:27
- Qaqarinin varisləri - İlk kosmonavtın qızlarının başına nə gəlib?
12 aprel 14:45
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
12 aprel 14:21
- Tərtərdə ŞOK İDDİA: Bibərlərə şprislə su vurulub -süni çəki- ilə satılır
12 aprel 11:29
- Mehriban Əliyevadan Pasxa bayramı münasibətilə - Paylaşım
12 aprel 10:13
