AZƏRSUN ilə Müdafiə Nazirliyi arasında OTKAT 20 MİLYON
Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı cinayət işi üzrə araşdırılmış əsas məsələlərdən biri nazirlikdəki yüksək vəzifəli şəxslərlə müxtəlif şirkətlər arasındakı qanunsuz razılaşmalar olub. Araşdırmalar zamanı üzə çıxıb ki, məhz belə razılaşmalar nəticəsində onmilyonlarla büdcə vəsaiti mənimsənilib.
Milyonlarla vəsaitin mənimsənilməsində vasitəçilik edən ən əsas şirkətlərdən biri "Azersun Holding” olub. Bu şirkətlə nazirlik arasındakı müqavilələrdən 5 il ərzində 20 milyona yaxın "otkat” alındığı və dövlət büdcəsinə iri miqyasda ziyan vurulduğu iddia edilir. Bu, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində aparılmış araşdırmalar nəticəsində ortaya çıxıb.
İttihama əsasən, Müdafiə Nazirliyinə və tabe qurumlara (hərbi hissələr, Ali Hərbi Məktəb, hərbi hospital və s.) ərzaq məhsulları, avadanlıqlar, tibbi ləvazimatlar və s. alınması, müxtəlif xidmətlərin göstərilməsi üçün şirkətlər müqavilə bağlanıb. Əvvəldən razılaşdırılmış şirkətlər tenderlərdə qalib elan olunub, mal-məhsulların alınması, xidmətlərin göstərilməsi üçün onlarla müqavilə bağlanıb. Müqavilələrdə qiymətlər şişirdilmiş şəkildə göstərilib. Nazirlikdən şirkətlərin hesabına müqavilədə göstərilən məbləğ köçürülüb. Əvvəlcədən razılaşmaya əsasən, şirkət şişirdilmiş hissəni – köçürülmüş artıq vəsaiti sonradan geri qaytarıb. Bu yolla da illərlə büdcə talanıb.
Araşdırmalar nəticəsində məlum olub ki, ölkədə ən böyük şirkətlərdən biri, qida istehsalı və satışı ilə məşğul olan "Azersun Holding” də büdcədən onmilyonlarla manatın yeyintisində məhz bu formada iştirak edib.
Cinayət işində bunu təsdiqləyən sənədlər, çoxsaylı ifadələr var. 143 milyon manatlıq mənimsəmə ilə bağlı cinayət işi üzrə həbsdə olan şəxslər də bu haqda danışıblar.
Eyni zamanda, "Azersun”un əməkdaşı da istintaqa cəlb olunaraq dindirilib və o, baş verənləri etiraf edib. O, təsdiqləyib ki, öncədən "otkat” razılaşmaları olub və həmin razılaşmaya uyğun da işləyiblər. 7Nevs.az
Oxşar xəbərlər
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 2026 16:14
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 2026 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
11 fevral 2026 13:56
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Fevralın 9 və 10-u bayramdır
9 fevral 2026 11:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
Xəbər lenti
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya
