Uşağın xaricə aparılması ilə bağlı YENİ QƏRAR - Hansı hallarda razılıq tələb olunmur?
“Ər-arvad arasında nikaha xitam verildikdən sonra yaranan problemlərdən biri də uşağın valideynlərdən birinin razılığı olmadan xaricə aparılması məsələsidir. Belə ki, ər-arvad məhkəmə qaydasında boşandıqdan sonra uşaq tərəflərdən birinin himayəsinə verilir. Həmin valideyn də uşağı xaricə aparmaq istəsə də, buna müvəffəq ola bilmir, çünki uşaq yetkinlik yaşına çatmadığı üçün digər valideynin razılıq ərizəsi tələb olunur”.
Bu sözləri Moderator.az-a açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib.
Hüquqşünas qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir:
“Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır”.
Hüquqşünas əlavə edib ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər:
“Əgər yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə gedirsə, digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə isə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığının olmadığı halda isə yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi yalnız məhkəmənin qərarı əsasında mümkün hesab edilir.
Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli, 13 saylı qərarına əsasən yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən valideynlərinin biri ilə getməsi ilə əlaqədar yaranan mübahisələrdə cavabdeh kimi buna razılıq verməyən, razılığın rəsmiləşdirilməsindən yayınan, yaxud da olduğu yerin müəyyənləşdirilməsi mümkün olmayan digər valideyn çıxış edir. Bu kateqoriya işlər üzrə iddialar razılıq verməyən və yaxud razılığın rəsmiləşdirilməsindən yayınan digər valideynin rəsmi qeydə alındığı yer üzrə, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan valideynə münasibətdə isə onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə müəyyənləşdirməlidirlər”.
F.Əkbərov vurğulayıb ki, uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələr ailə münasibətlərindən irəli gələn mübahisələrə aid olduğundan “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirakları tələb olunur:
“1 fevral 2024-cü ildə Konstitusiya Məhkəməsinin Plenumu Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin üçüncü cümləsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarını elan edib.
Konstitusiya Məhkəməsi bildirib ki, Miqrasiya Məcəlləsinin 11-ci maddəsinə əsasən, bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Yetkinlik yaşına çatmayan vətəndaşın valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi, ölmüş və ya itkin düşmüş elan edilməsi, valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayış olduqda, digər valideynin razılığı tələb olunmur. Qeyd olunan sənədlərlə birgə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığını təqdim edən yetkinlik yaşına çatmayan vətəndaş Azərbaycan Respublikasından gedə bilər”.
Oxşar xəbərlər
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
1 may 2026 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 2026 23:26
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 2026 21:51
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 2026 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 2026 00:13
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 2026 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 2026 22:37
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 2026 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 2026 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 2026 15:41
Xəbər lenti
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
Video & Fotoqalereya
Video
Fotoqalereya
