Bakıda XUTOR sökülür
“Xutor”un taleyi və şəhərin nəfəs dərmək mübarizəsi...
Bakının Binəqədi rayonunda yerləşən, tarixə “Xutor” adı ilə düşmüş yaşayış məhəlləsində söküntü işlərinə hazırlıq gedir. Artıq rəsmi qurumların nümayəndələri əraziyə baxış keçirib, Rəşid Məmmədov küçəsində fərdi yaşayış evlərində sahədaxili ölçmə işlərinə start verilib.
Sakinlərə bildirilib ki, ərazidə söküntü planlaşdırılır, lakin hələlik kompensasiya məbləği barədə onlara heç bir məlumat verilməyib. Prosesin ilkin mərhələsi olduğu üçün hazırda yalnız ölçmə işləri aparılır.
Bu hadisə Bakıda illərdir davam edən, amma tam başa çatmayan geniş bir transformasiyanın - köhnə məhəllələrin sökülərək şəhər nəqliyyatının və infrastrukturun rahatlaşdırılması planlarının davamı kimi görünür.
“Xutor” sözü əslində rus mənşəlidir və kiçik kazak kəndi, təsərrüfatı anlamına gəlir. Bakının Binəqədi rayonu ərazisindəki bu məhəllə də vaxtilə Qafqaza köçürülmüş kazakların və digər rus icmalarının məskunlaşdığı yerdən miras qalıb. Əsrlərdir mövcud olan bu məhəllələr indi artıq şəhərin böyüyən infrastrukturunun tələblərinə cavab vermir və sovet dövründən qalmış plansız küçələr, dar yollar park problemini daha da dərinləşdirir.
Son illərdə Bakıda tıxac problemi şəhərin ən ciddi problemlərindən birinə çevrilib. Statistika göstərir ki, paytaxt küçələrində hər il avtomobillərin sayı orta hesabla 30-50 min artır. Ancaq küçə və yol şəbəkəsi, demək olar ki, dəyişməz qalır.
“Xutor” və “Sovetski” kimi ərazilərin sökülməsi yeni binalar üçün yox, əsasən yolların genişləndirilməsi, nəqliyyat axınının rahatlaşdırılması məqsədi daşıyır. Sovetskidə həyata keçirilən layihədə də eyni məntiq tətbiq olunmuşdu - dar və dolaşıq küçələr sökülərək geniş prospektlər salındı, əhali isə köçürüldü.
Burada bir mühüm sual yaranır: əgər söküntülər yolları genişləndirmək üçündürsə, niyə bu qədər uzun çəkir və nəticəsi bəzən gözləniləndən daha az olur?
Ekspertlər deyirlər ki, problemin kökündə yalnız yolun darlığı deyil, şəhərsalma strategiyasının və ictimai nəqliyyatın zəifliyi də dayanır. Köhnə məhəllələrin sökülməsi şəhərə vizual olaraq nəfəs versə də, əgər paralel olaraq avtobus xətləri, metro şəbəkəsi, dayanacaq mədəniyyəti inkişaf etdirilmirsə, tıxac problemi həll olunmur - sadəcə, daha geniş küçələrdə daha çox avtomobil yığılır.
“Xutor”un sökülməsi Bakının tarixi ilə müasir tələbləri arasında olan ziddiyyəti bir daha üzə çıxarır. Bir tərəfdə şəhərin nəfəs almağa ehtiyacı, daralan yollar, tıxaclar var. Digər tərəfdə isə illərlə məskunlaşmış icmalar, həyat hekayələri və şəhərin unikal ruhunu qorumaq arzusu dayanır.
Bakının gələcəyini planlayanlar üçün əsl məsələ budur: şəhəri həm genişləndirmək, həm də onu sadəcə asfalt və daşlardan ibarət olmayan canlı bir orqanizm kimi qoruyub saxlamaq. “Xutor”un taleyi isə bu suallara necə cavab veriləcəyini göstərəcək.

Rauf Ağamirzəyev
Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev Musavat. com-a açıqlamasında bildirib ki, paytaxtı tıxacdan xilas etməyin yeganə yolu kompleks tədbirlər planıdır. Onun sözlərinə görə, çeşidli, üstünlüyü və maliyyə dayanıqlığı təmin olunmuş ictimai nəqliyyat növləridir: “Bu cür ictimai nəqliyyat növləri olmadan qeyri-mümkündür. Sıxlıq, tıxac böyük meqapolislərdə gözlənilən haldır. Lakin bununla yanaşı, sıxlıq və tıxaca ciddi alternativlər, hər bir məsafəyə uyğun təkliflər formalaşdırılır. Ötən ildən başlayaraq Bakıda mobilliyin transformasiya proqramı icra olunur. İlkin müsbət tendensiya odur ki, velo və avtobus zolağı təşkil olunub. Bu da yol sahəsində ciddi investisiya etmədən daha tez həllər verən vasitədir. Buna yüngül islahat kimi baxa bilərik.
Bu ilin başlanğıcında dövlət proqramı qəbul olunub. Orada isə daha sərt islahatlar nəzərdə tutulub. Daha dəqiq desək, relsli nəqiyyatın inkişafı - həm yerin altında metro şəbəkəsinin genişlənməsi, həm də yerin üstündə tramvayın bərpa olunması və şəhərətrafı elektrik qatarı şəbəkəsini modernləşdirib bugünki daşımanı 4-5 dəfə artırmaq hədəflənib.
Həmçinin 2025-2030-cu illər ərzində Bakı şəhərində olan bütün səkilərin vəziyyəti yerli icra hakimiyyətləri tərəfindən təftiş olunmalı və bütün baryerlər aradan qaldırılmalı, davamlılığın təmin olunması istiqamətində işlər görülməlidir. Çünki piyada infrastrukturu hər şeydən öndə gəlir. Bakıda elə bir prospekt və ya küçə yoxdur ki, əvvəlindən sonuna kimi davamlı, baryersiz səkisi olsun. Yaşlı və hərəkət məhdudiyyəti olan, gözləri görməyən və ya uşaqlı piyadaları nəzərə alaraq, daha inkluziv və qısa keçidlər təşkil edilməlidir. İşıqforla nizamlanan və şəhərin daxilində insanların daha çox hərəkətini nəzərə alaraq, sürəti azaldan həllər tətbiq edilməlidir. Buraya müəyyən problemlərin işıqfor prinsipi ilə həllinə ehtiyac var. Elə problem var ki, bununla 24 saat ərzində həll oluna bilər. Elə köşklər, avtomobillər var ki, səkiləri zəbt edib. Bu problemlər bir sutkada həllini tapmalıdır".
Ekspert deyir ki, səki məsələsində mikro yox, makro səviyyədə təhlillər aparılmalıdır: "Məsələn, sürətli yollarda keçidlər varsa, bu keçidlərə gələn yolların, yəni səkilərin səviyyəsinə baxmaq lazımdır. Onlar varmı, işıqlıdırmı? Həmin keçidlərin özü baryerlidirsə, onlar aradan qaldırılmalıdır. Yəni fərqli hərəkət iştirakçıları nəzərə alınaraq, yenidən təşkil olunmalıdır".
R.Ağamirzəyev bildirir ki, alternativ küçələrin sayı çox olarsa, nəqliyat sisteminə müsbət təsir edər: “Lakin daha çox insan yaşayırsa, fərqli hərəkət üçün şərait yaratmaq lazımdır. Biz yol yox, çox funksional küçə salmağı öyrənməliyik. Bir küçədə təkcə avtomobil hərəkət etmir. Şəhərdə ən üst pillədə insandır. İnsan üçün səki düzəldilməli, qısa məsafəli mikromobillik zolaqları salınmalı, ardınca orta məsafə üçün avtobus, gələcəkdə isə tramvay və digər ictimai nəqliyyat növləri təşkil edilməlidir. Eyni zamanda yaşıllıq da nəzərə alınmalıdır. Çünki bir küçə ilə hərəkət edərkən, gün insanı yandırarsa, o, ikinci dəfə ora ilə getməyəcək. Bir küçə belə qurulmalıdır. Belə olarsa, şəhərdə insan çoxluğu problem yaratmaz. Biz isə əksinə, yolları asfalt səhrasına çeviririk”.
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 2026 21:22
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Alim Qasımov Bakıda zavod açdı
23 fevral 2026 22:04
- Prezident iranlı naziri qəbul etdi
23 fevral 2026 17:17
- Bakıda gül mağazasında partlayış - Video
23 fevral 2026 10:02
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
