Azərbaycanda yeni qanun - Heç bir şirkət ƏSL SAHİBİNİ gizlədə bilməyəcək
Bu ilin may ayında qəbul edilən yeni qanuna görə, Azərbaycanda şirkətlər "gerçək sahibləri” barədə daha şəffaf məlumatları təqdim etməlidir. 2025-ci il mayın 15-dən qüvvəyə minmiş yeni qanun dəyişikliyi ilə hüquqi şəxslərin, yəni şirkətlərin və təşkitların arxasında kimlərin dayandığı, onları kimlərin idarə etdiyi, kimlərin qazanc götürdüyü aydın şəkildə müəyyən ediləcək.
Dəyişikliyinə əsasən, şirkətlər öz benefisiar mülkiyyətçiləri barədə məlumatları dövlət orqanlarına təqdim etməli olacaqlar.
Benefisiar mülkiyyətçi nədir?
NUH.az-ın Modern.az-a istinadən məlumatına görə, qanunda deyilir ki, benefisiar mülkiyyətçi son nəticədə hüquqi şəxsə və ya xarici hüquqi təsisata nəzarəti həyata keçirən və ya hüquqi şəxsin, yaxud xarici hüquqi təsisatın əsl sahibi olan və (və ya) xeyrinə əməliyyat aparılan və (və ya) əqdlər bağlanılan, habelə son nəticədə hüquqi şəxs və ya xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən fiziki şəxs və ya şəxslər nəzərdə tutulur.
Daha sadə formada desək, benefisar mülkiyyətçi şirkətin arxasındakı həqiqi sahibdir. Yəni sənəd üzərində deyil, son nəticədə o şirkətə nəzarət edən və qazanc götürən fiziki şəxsdir. Məsələn, şirkətin sahibi A adlı şəxsdir, amma bütün qərarları qəbul edən və qazanc götürən şəxs B-dirsə, burada B adlı şəxs benefisiar mülkiyyətçi hesab edilir.
Kimlər benefisiar mülkiyyətçi hesab olunur?
Yeni qanunvericiliyə əsasən, hüquqi şəxsə nəzarət edən və ya ondan gəlir götürən aşağıdakı şəxslər benefisiar mülkiyyətçi hesab edilir:
Şirkət payçısı olan şəxs – əgər fiziki şəxs bir hüquqi şəxsin nizamnamə kapitalının və ya səsvermə hüququnun azı 10 faizinə sahibdirsə, o, benefisiar mülkiyyətçidir;
Dolayı nəzarət edən şəxs – şirkətə birbaşa deyil, vasitəçi qurumlar və ya şəxslər üzərindən nəzarət edən və qərarları yönləndirən şəxs də benefisiar sayılır;
Müqavilə əsasında təsir göstərən şəxs – rəsmi pay sahibi olmasa belə, müqavilə və ya başqa hüquqi əsasla şirkət qərarlarına mühüm təsir göstərən şəxs benefisiar hesab edilir;
Rəhbər şəxs – əgər benefisiar mülkiyyətçi müəyyən edilə bilmirsə, həmin şirkətə rəhbərlik edən şəxs (məsələn, direktor və ya icraçı) benefisiar kimi tanınır;
Xarici hüquqi təsisatlarda – trast və ya oxşar xarici qurumlar üçün təsisçi, idarəçi, benefisiar (və ya benefisiarlar qrupu), habelə effektiv nəzarəti həyata keçirən istənilən fiziki şəxs benefisiar sayılır.
Yeni qaydalara görə, artıq hər bir hüquqi şəxs və xarici şirkətlərin Azərbaycandakı nümayəndəlikləri real sahibləri, yəni benefisiar mülkiyyətçiləri barədə dəqiq və təsdiqlənmiş məlumatlara malik olmalı, həmin məlumatları lazımi qurumlara təqdim etməlidir. Bu məlumatlar şəxsin adı, soyadı, doğum tarixi, vətəndaşlığı, yaşayış ünvanı və şirkətə təsir imkanlarını əhatə edir. Əgər həmin şəxs siyasi vəzifə tutan biri ilə qohumluq və ya yaxın münasibətdədirsə, bu da qeyd olunmalıdır.
bütün şirkətlərə də şamil olunur. Müəssisələrin ölçüsünə görə məlumat təqdim etmək üçün son tarixlər müəyyən olunub. İri sahibkarlıq subyektləri bu məlumatları 2025-ci ilin sonunadək, mikro sahibkarlar isə 2027-ci ilin sonunadək təqdim etməlidirlər.
Yeni tələblər "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna uyğun olaraq qəbul edilib və beynəlxalq maliyyə təhlükəsizliyi standartlarına uyğunluq məqsədi daşıyır. Məlumatların ictimaiyyətə açıq olmayacağı, yalnız aidiyyəti dövlət qurumlarının bu məlumatlara çıxış imkanının olacağı da qeyd edilib.
Maliyyə monitorinqi orqanı təqdim edilən məlumatları yoxlamaq səlahiyyətinə malikdir. Əgər şübhəli məqamlar aşkar olunarsa, şirkətdən əlavə sənədlər tələb edilə bilər və bu sənədlər 3 iş günü ərzində monitorinq orqanına təqdim edilməlidir.
Bundan sonra Azərbaycanda yeni şirkət qurmaq istəyənlər qeydiyyat zamanı öz benefisiar mülkiyyətçiləri barədə ətraflı məlumat verməli olacaqlar. Bu yanaşma həm şəffaflığın artırılması, həm də çirkli pulların yuyulması və maliyyə cinayətlərinə qarşı mübarizənin gücləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilir.
Hüquqi şəxslər üçün məlumat təqdim etmə müddətləri aşağıdakı kimidir:
İri sahibkarlıq subyektləri üçün - 31 dekabr 2025-ci il tarixinədək;
Orta sahibkarlıq subyektləri üçün - 30 iyun 2026-cı il tarixinədək;
Kiçik sahibkarlıq subyektləri üçün - 31 dekabr 2026-cı il tarixinədək;
Mikro sahibkarlıq subyektləri üçün - 31 dekabr 2027-ci il tarixinədək;
Qeyri-hökumət təşkilatları və dini qurumlar üçün - 30 iyun 2026-cı il tarixinədək.
Qeyd edək ki, məlumat təqdim etməyən hüquqi şəxslər barədə müxtəlif cəzalar nəzərdə tutulub.
Oxşar xəbərlər
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 2026 12:04
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 2026 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 2026 15:41
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 2026 00:54
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 2026 20:00
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 2026 16:33
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 2026 09:53
- Türk-Azərbaycan diasporları küçələrə çıxdı: Nyu Yorkda Mamdaniyə qarşı etirazlar - FOTO
27 aprel 2026 10:19
- Yusif Vəzir Çəmənzəminli AXC-ni Ukraynada təmsil edən ilk səfir olub - Deputat Əli Məsimli
27 aprel 2026 00:00
Xəbər lenti
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 12:18
- Andrey Babişin Azərbaycana səfəri başa çatdı - FOTO
28 aprel 10:55
- Türkiyədə 21 yaşlı oğlanı GƏNƏ dişlədi - ÖLDÜ
28 aprel 10:03
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 09:53
- Vaqif Axundova AĞIR İTKİ
28 aprel 09:40
- Xocavənd, Qırmızı Bazar və Xanobaya köç karvanları yola salındı (FOTO)
28 aprel 09:23
Video & Fotoqalereya
Video
Fotoqalereya
