Bakıda jurnalist çay qiymətinə etiraz etdi: 26 manat 40 qəpik – bu nə deməkdir?
Bakıda fəaliyyət göstərən restoran və kafelərdəki qiymətlərlə bağlı sosial şəbəkələrdə müzakirələr səngimək bilmir. Bu dəfə qiymətlərdən narazı olanlardan biri də tanınmış jurnalist Aida Eyvazlı olub.
O, iyul ayının 22-də Bulvarda yerləşən “Mirvari” kafesində qarşılaşdığı vəziyyətlə sosial media hesabında etiraz edib. A. Eyvazlı bildirib ki, axşam saat 22 radələrində rəfiqəsi ilə kafedə sadəcə çay içiblər:
“2 çaynik çay, bir balaca qabda qarpız mürəbbəsi... Hesabı istəyəndə 26 manat 40 qəpik borclu olduğumuzu söylədilər. Türkiyədə yaşayan rəfiqəm də məəttəl qaldı”.
Jurnalist çayın qiymətini soruşduqda isə ona bildirilib ki, bir çaynik 9 manatdır. Çekdə isə 8 manat qeyd olunub. Nəticədən narazı qalan Aida Eyvazlı həmin məkanın üst qatında yerləşən restoranla müqayisə aparıb:
“Restoran işçiləri dedilər ki, bir çaynik çay 6-7 manat arasıdır. Ertəsi gün başqa qonaqlarla “Şirvanşah” restoranına getdik, orada isə bir çaynik çay 5 manata idi”.
Jurnalist haqlı olaraq məsələ ilə bağlı rəsmi qurumlara müraciət edib:
“Bakı Şəhər İcra Hakimiyyəti, Səbail rayon İcra Hakimiyyəti, Maliyyə Nazirliyi və digər aidiyyəti qurumlara səslənirəm: məgər vətəndaşı bu dərəcədə soymaq hansı qanunla tənzimlənir? Niyə istirahət obyektlərində, restoranlarda müəyyən məhsulların qiyməti eyni reesterdə aparılmır? Bu ölkəyə gələn turistə, vətəndaşa qarşı nə vaxta qədər belə quldurluq ediləcək?”
Hadisə sosial şəbəkələrdə də geniş rezonans doğurub. İstifadəçilər Bakının bir çox ictimai-iaşə obyektlərində xidmət və məhsul qiymətlərinin süni şəkildə şişirdildiyini, xüsusən turistlərə qarşı qiymət ayrı-seçkiliyi tətbiq olunduğunu vurğulayırlar. Musavat.com
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 2026 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 2026 11:03
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 2026 20:00
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 2026 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 2026 14:44
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
9 fevral 2026 20:54
- Fəzail Ağamalı vəfat etdi
9 fevral 2026 20:50
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
