Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Azərbaycanda əhalinin böyük çoxluğunun İran Prezidenti Məsud Pezeşkiana dərin hörməti var. İranın Ali dini lideri Ayətullah Xameneyə isə münasibət son dərəcə pisdir. Niyə belədir? Çünki Məsud bəy İran prezidenti kimi həm Güney, həm də Quzey Azərbaycanın maraqlarını nəzərə alır. İmkanı daxilində öz xalqına dəstək verir. İnsanlar bunu görür və yüksək dəyərləndirirlər. Məsud Pezeşkian kimi Ayətullah Xameneyi də etnik baxımdan türkdür. Ancaq o, fars şovinizminin qulluğunda dayanan və milli kimliyini farslara qurban vermiş manqurt birisidir. O, 1989-cu ildən iqtidardadır. Əgər onda milli qeyrət olsaydı Ermənistan heç Azərbaycana hücuma belə cəsarət etmədi. Təəssüf ki, Ayətullah Xameneyi bütün bu illər ərzində öz xalqının yox, xalqının düşmənlərinin yanında yer aldı. Gizli və açıq şəkildə ermənilərə dəstək verdi. İndi də, yəni iş-işdən keçəndən sonra da Ayətullah Xameneyi ermənilərdən Azərbaycana və Türkiyəyə qarşı istifadə etməyə çalışır. Bax, Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi bu qədərdir. Dəfələrlə yazmışam, əslində İran bizə Türkiyədən də yaxın ölkədir. Ən azı ona görə ki, İranın heç olmasa yarısı türkdür. O da sirr deyil ki, az qala min il indi İran dediyimiz coğrafiyada tax-tacın sahibi də türklər olub. İran öncə sünni dövləti idi. İranı şiə dövlətinə çevirən də Şah İsmayılın qılıncıdır. İndi fars faşizmi Şah babamızın yaratdığı ideologiya ilə türkləri məhv etməyə çalışırlar. İranın başqa seçimi yoxdur. Ya İran türk keçmişinə dönərək özünü dövlət kimi qoruyub saxlayacaq, ya da tikə-parça olub gedəcək. Təəssüf ki, Azərbaycanda şiə təəssübkeşliyindən dolayı İrana dəstək verənlər də var. Özü də az deyillər. Belələri özünü “Əli aşiqi” kimi qələm verir. Həzrət Əli ömrü boyu haqqın, ədalətin, insanlığın yanında olub. Siz isə öz dövlətinizin maraqlarına tüpürüb erməni separatizminə dəstək verən fars faşizminə yalaqlıq edirsiz. Siz “Əli aşiqi” yox, fars-erməni aşiqisiz. Bir zəhmət, hər kəsi öz adı ilə çağıraq. Bu zümrədə olanlar iddia edir ki, biz sionizmə qulluq edirik, ABŞ və İsrailin yanındayıq. Gözlərinin içinə kimi yalan deyirlər. Biz birmənalı şəkildə Azərbaycanın, bu xalqın, bu dövlətinin yanındayıq. ABŞ və İsrail Azərbaycanla dostluq edirsə, nədən biz onlarla düşmənçilik edək ki? Azərbaycanın dövlət maraqları tələb edir ki, nəyinki dostluq münasibətimizi qoruyub saxlayaq, onu daha da möhkəmləndirək, hətta düşmənlərimizlə də dil tapaq, onlarla da anlaşaq. Məsələn, hazırda Ermənistanla bu istiqamətdə irəliləyirik. Türkiyə də, bütün Türk Dünyası da bu işin içindədir. Çalışdığımız odur ki, nə Qərb, nə Rusiya, nə də ki, İran bir daha erməni faktorundan türklərə qarşı yararlana bilməsin. Bir önəmli məqam da var. Diqqət etdinizsə, ABŞ okeanların üstündən sıçrayıb Cənubu Qafqaza daxil oldu və Zəngəzur dəhlizinə əl qoydu. Rusiya və İran mələyə-mələyə qaldı. Bu iki ölkədə ağıl olsaydı, praqmatik yanaşma sərgilənsəydi Zəngəzur dəhlizi Amerikasız da açıla bilərdi. Ancaq aşırı tamahkarlıq, yekəbaşlıq Rusiya və İranı Zəngəzur dəhlizindən kənarda qoydu. Amerika son dərəcə güclü imperialist bir ölkədir. Gördüz, iki daşın arasında Rusiyanın yaman günə qoyduğu Ukraynanın təbii sərvətlərini zorla qamarladı. Bax ona görə də biz deyirik ki, türklər vahid dövlətdə birləşməlidir ki, kimsə bizim sərvətlərimizi yağmalamasın. Kimsə bizi müharibə ilə hədələməsin. Heç belə şeyi ağlının ucundan da keçirməsin. Bir də biz İran kimi sarsaq deyilik ki, gedib o boyda Amerikaya kəllə ataq. Sonra da başımıza bomba yağanda gedib Ayətullah Xameneyi kimi bunkerdə gizlənək. Sonra da Amerikanın icazəsi ilə üzə çıxıb gic-gic qələbədən danışaq. Belə şeylərə üz lazımdır. Dədə Qorqud bizlərə deyirdi ki, torpağı həm əkib – becərmək, həm də qorumaq lazımdır. Əgər torpağı əkib – becərməsən, onu qorumağa dəyməz, qorumasan onda da əkib – becərməyin elə bir mənası yoxdur. Biz bütün imkanlarımızı səfərbər edərək öz torpaqlarımızı öncə qorumalıyıq, daha sonra isə o torpaqlarda ən yüksək səviyyədə yaşam standartları yaratmalıyıq. Yol budur. Biz də XXI əsri türk əsrinə çevirmək üçün bu yolun yolçusuyuq.
Elbəyi Həsənli. Sürix
Oxşar xəbərlər
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul etdi (FOTO)
6 fevral 2026 17:40
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Generala ərə gedən xanım digər generalın bacısı qızıdır
2 fevral 2026 20:34
- İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
1 fevral 2026 12:15
- Sabiq nazir Siruz Abasbəylinin 80 illiyidir
30 yanvar 2026 13:52
- Pezeşkianın oğlundan bu qadağaya - Sərt reaksiya
27 yanvar 2026 11:36
- Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı
21 yanvar 2026 16:49
- Pezeşkian xalqı meydanlara çağırdı
11 yanvar 2026 21:26
- Pezeşkiandan ŞOK ETİRAF: Ürək cərrahıyam, üç aylıq maaşım...
10 yanvar 2026 22:39
Xəbər lenti
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya
