Britaniyanın Azərbaycandakı səfirindən SENSASİON MÜSAHİBƏ
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auldun APA-ya müsahibə verib.
NUH.az həmin müsahibəni təqdim edir:
- Cənab səfir, Böyük Britaniya ilə Azərbaycan arasında siyasi, iqtisadi və mədəni münasibətləri necə qiymətləndirirsiniz və bu tərəfdaşlığın gələcək inkişaf istiqamətləri nələr ola bilər?
- Böyük Britaniyanın Azərbaycanla münasibətləri bu regionda ən uğurlu tərəfdaşlıqlarımızdan biridir, qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanır. 84 milyard funt sterlinqdən artıq sərmayə ilə Böyük Britaniya Azərbaycanın ən böyük xarici investoru olaraq qalır və bu, Azərbaycanın potensialına uzunmüddətli inamı nümayiş etdirir.

Üç onillik əvvəl “Əsrin müqaviləsi”, Britaniya Şurası və kiçik səfirliklə başlanan əməkdaşlıq bu gün geniş və dərin strateji münasibətlərə çevrilib, Azərbaycan isə regional və indi də qlobal oyunçu kimi önə çıxıb.
Səfir kimi üç il ərzində mənim ən qürurverici anım COP29 çərçivəsində Böyük Britaniya Baş naziri Ser Keir Starmerin Azərbaycana ilk dəfə rəsmi səfəri oldu. Burada Böyük Britaniya və Azərbaycan dünyanın ən böyük qlobal məsələsi üzərində birlikdə işləyirdi. Azərbaycan ev sahibliyi rolunu mükəmməl şəkildə yerinə yetirdi, Böyük Britaniya isə bu prosesin uğurla nəticələnməsi üçün əlindən gələni edərək birgə fəaliyyət göstərdi. Baş nazir və Zati-aliləri Prezident İlham Əliyev münasibətlərin hələ də inkişaf üçün geniş imkanlara malik olduğunu vurğuladılar.
Bu ilin əvvəlində Energetika naziri Pərviz Şahbazovun həmsədrliyi ilə keçirilən Hökumətlərarası Birgə Komissiyanın 7-ci iclası çərçivəsində indiyədək ən böyük hökumətlərarası nümayəndə heyəti Böyük Britaniyaya səfər etdi. Həmin görüşdə Böyük Britaniyanın Biznes və Ticarət naziri Qaret Tomas da iştirak etdi.

İndi isə biz Xarici İşlər, Birlik və İnkişaf Nazirliyimizin Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə dövlət naziri Stiven Douqtinin illik Strateji Dialoq çərçivəsində Bakıya səfərini səbirsizliklə gözləyirik. İlin sonuna yaxın isə Böyük Britaniyanın Azərbaycana və Mərkəzi Asiyaya Ticarət üzrə xüsusi elçisi Lord Alderdaysın səfəri planlaşdırılır.
Lakin dövlətlərarası mexanizmlər vacib olsa da, səfir kimi mənim üçün ən çox həyəcan doğuran məqam insanlar arasında qurulan münasibətlərdir. Hazırda Böyük Britaniyada təhsil alan istedadlı azərbaycanlı gəncləri gördükcə əmin oluram ki, ən yaxşı günlər hələ qabaqdadır.
- Azərbaycan-Ermənistan sülh prosesinə dair Böyük Britaniyanın mövqeyi nədir, London sülh müqaviləsinin imzalanması və sonrakı bərpa mərhələsində hansı rolu oynaya bilər?
- Böyük Britaniya Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda əldə olunmuş mühüm irəliləyişi alqışlayır və bunu regionda dayanıqlı sülh üçün tarixi fürsət kimi qiymətləndirir. Biz hər iki ölkəni hər hansı sazişin icrasında, xüsusilə də Böyük Britaniyanın sübut olunmuş təcrübəyə malik olduğu sahələrdə dəstəkləməyə hazır praktiki tərəfdaş kimi çıxış edirik.

Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması Cənubi Qafqaz regionu üçün dönüş nöqtəsi olacaq. Böyük Britaniya həmişə inanıb ki, dayanıqlı sülh yalnız dialoq, qarşılıqlı hörmət və qonşular arasında praktiki əməkdaşlıq sayəsində mümkündür.
Biz sınaqdan çıxmış həllər təklif edə bilərik: sərhədlərin demarkasiyası üçün texniki yardım; icmaların təhlükəsizliyini təmin edəcək və torpaqları məhsuldar edəcək dünya səviyyəli mina təmizləmə imkanları; eləcə də iqtisadi əlaqəlilik layihələrinə dəstək.
Hamımız bilirik ki, sülh sazişinin imzalanması vacib növbəti addımdır. Lakin bu, eyni zamanda keçmiş rəqiblərin bütün səviyyələrdə bir araya gətirilməsi üçün onilliklər davam edəcək prosesin yalnız başlanğıcıdır. Şimali İrlandiya sülh prosesi ilə bağlı öz təcrübəmiz əsasında faydalı baxışlar təqdim edə bilər.
- “Chevening” və dövlət təqaüdləri də daxil olmaqla Böyük Britaniya təhsil proqramları Azərbaycan gəncləri üçün hansı imkanlar yaradır və bu əməkdaşlığın genişləndirilməsi üçün hansı addımlar nəzərdə tutulur?
- Böyük Britaniya ilə Azərbaycan arasında təhsil əlaqələri müstəsna xarakter daşıyır və hələ də inkişaf etməkdədir. Bu əməkdaşlıq 1993-cü ildə Britaniya Şurasının burada fəaliyyətə başlamasından bəri üç onillikdir, davam edir. Mən daim bu əlaqələrdən faydalanmış yeni insanlarla tanışıram.

Bu gün Böyük Britaniyada təhsil almış azərbaycanlı mütəxəssislər həm dövlət, həm də özəl sektorda yüksək vəzifələr tutur, bu da insan kapitalına qoyulmuş sərmayənin davamlı dəyərini nümayiş etdirir. “Chevening” və “John Smith Trust” kimi proqramlar vasitəsilə Azərbaycanlı tələbələr üçün imkanları genişləndirməkdə davam edirik. Miqyas baxımından isə ən önəmlisi Azərbaycanın Dövlət Təqaüd Proqramıdır. Hər il azərbaycanlı tələbələrin yarıdan çoxu təhsil almaq üçün Böyük Britaniya universitetlərini seçir. Bu fakt göstərir ki, istedadlı gənc azərbaycanlılar Britaniya təhsilinin onların inkişafına, karyera imkanlarının genişlənməsinə kömək edəcəyini bilir və Birləşmiş Krallıqda hər zaman səmimi qarşılanacaqlarını dərk edirlər.
Gələcəyə baxaraq, biz ASOİU-Warwick ikili diplom proqramı kimi təşəbbüslər vasitəsilə əməkdaşlığın daha da gücləndirilməsini araşdırırıq. Bu proqram daha geniş institusional tərəfdaşlıqlar üçün nümunə rolunu oynaya bilər.
- Böyük Britaniya-Azərbaycan ticarət əlaqələrinin perspektivləri barədə nə deyə bilərsiniz? Ölkənizin Azərbaycana ən böyük xarici investor olması gələcək layihələr üçün hansı imkanları açır?
- Mən artıq Böyük Britaniyanın Azərbaycana yatırdığı sərmayədən bəhs etdim. Bu gün isə bu proses qarşılıqlı xarakter almaqdadır – Azərbaycanın Böyük Britaniyaya yatırımları artıq 2 milyard dolları ötüb. Hazırda 500-dən çox Britaniya şirkəti Azərbaycanda fəaliyyət göstərir. Onların fəaliyyəti təmiz enerji və infrastrukturdan tutmuş səhiyyə və kənd təsərrüfatına qədər müxtəlif sahələri əhatə edir.

Bu müxtəlifləşmə Azərbaycanın iqtisadi inkişafını və Böyük Britaniyanın Azərbaycanı biznes məkanı kimi etibarlı görməsini əks etdirir. Bizim əsas diqqətimiz indi yüksək təsir gücünə malik sahələri müəyyənləşdirməkdir ki, bu sahələrdə Böyük Britaniyanın təcrübəsi və sərmayəsi Azərbaycanın transformasiyasını sürətləndirə bilsin. Xüsusilə bərpa olunan enerji, infrastruktur və peşəkar xidmətlər sahəsində imkanlar bizi çox həyəcanlandırır. Çünki Böyük Britaniyanın bu sahələrdə təklif edə biləcəyi çox şey var.
- Ukrayna-Rusiya müharibəsi, İran ətrafında gərginliyi nəzərə alaraq, Böyük Britaniya Azərbaycanla təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq imkanlarını necə görür?
- Böyük Britaniya mürəkkəb və təlatümlü bir regionda Azərbaycanı mühüm təhlükəsizlik tərəfdaşı kimi dəyərləndirir. Mart ayında Bakıya daimi Hərbi Attaşe təyin etməyimiz ikitərəfli müdafiə əməkdaşlığını, eləcə də Azərbaycanın NATO ilə tərəfdaşlığını daha da gücləndirməyə sadiqliyimizi nümayiş etdirdi. Biz Azərbaycanın regional sabitlikdəki əhəmiyyətli rolunu tanıyır və Ukraynanın ərazi bütövlüyünə verdiyi prinsipial dəstəyi, humanitar və enerji sahəsində göstərdiyi yardımı yüksək qiymətləndiririk.
Rusiya Ukraynaya qarşı qanunsuz və vəhşi işğalını davam etdirdiyi, eyni zamanda Avropa boyunca - o cümlədən həm Azərbaycanda, həm də Böyük Britaniyada – sabitliyi pozan hibrid fəaliyyətlərini artırdığı bir vaxtda biz həmfikir tərəfdaşlarla birlikdə həmrəy şəkildə çalışırıq.
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
5 mart 2026 18:29
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Gedib Somalidən ƏT ALIRIQ: Bu, bizim üçün AYIBDIR! - Fikrət Yusifovdan SENSASİON SÖZLƏR
24 fevral 2026 00:02
- Təzyiqi salan təbii güc - dərman yox, banan!
22 fevral 2026 21:26
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
7 fevral 2026 13:28
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
