Ölkəyə ayaq açan bu oyuncaqlar ölüm saçır - XƏBƏRDARLIQ
ABŞ İstehlakçı Məhsullarının Təhlükəsizliyi Komissiyası saxta “Labubu” oyuncaqlarının ciddi təhlükəsi barədə xəbərdarlıq edib və bunun kiçik uşaqların ölümünə səbəb ola biləcəyini bildirərək, insanları saxta oyuncaqlardan çəkinməyə çağırıb.
Bu barədə qurumun saytında dərc olunan bəyanatda məlumat verilib. “ABŞ İstehlakçı Məhsullarının Təhlükəsizliyi Komissiyası (CPSC) kiçik uşaqlar üçün ciddi boğulma təhlükəsi və ölüm riski yaradan saxta "Labubu" yumşaq oyuncaqları ilə bağlı istehlakçıya təcili xəbərdarlıq edir", - deyə məlumatda bildirilib.
Komissiya saxtakarlığın qarşısını almaq üçün təlimat təqdim edib. ABŞ-lilərə, həmçinin alqı-satqıdan yayınmaq və oyuncaqdakı dişlərin sayını yoxlamaq tövsiyə olunub ki, onlar orijinalla uyğunluq təşkil etsin.
Kolleksiya fiqurları, tüklü breloklar və böyük “Labubu” kuklaları Çinin “Pop Mart” mağazalar şəbəkəsində satılır. “Labubu” dişli təbəssümü olan bir elf canavarıdır. Personaj Honkonqdan olan dizayner Kasinq Lunq tərəfindən yaradılıb. Daha əvvəl “Labubu” kiçik tüklü oyuncaqlar şəklində böyük populyarlıq qazanmışdı ki, onlar qapalı və yalnız aldıqdan sonra açılması mümkün olan qutularda satılırdı.
Son dövrlər bu oyuncaqlar Azərbaycanda da çox satılır. Uşaqların marağını cəlb etdiyi üçün əksər mağazalarda rast gəlmək mümkündür. Bəzi “Labubu” dizaynlarında isə gözlər çox iri, ağız kəskin və qeyri-real ifadəli olur. Bu da xüsusilə 3-6 yaş arası uşaqlarda çaşqınlıq, narahatlıq və hətta gecə yuxularında qorxu hallarına səbəb ola bilər.
Maraqlıdır, görəsən, qəribə görüntüsü ilə qısa müddətdə fenomen olan “Labubu” oyuncaqları insanların psixologiyasına necə təsir edir? Onların ölkə ərazisində satışına nəzarət edilirmi? Bu oyuncaqlar uşaqların psixologiyası üçün nə qədər risklidir?
Uşaq psixoloqları bildirirlər ki, körpələrin beyni vizual təsvirləri daha həssas qəbul edir. Gözlərin normadan böyük, sifətin isə qeyri-real və aqressiv dizayn edilməsi uşaq psixikasında çaşqınlıq yaradır. Normalda oyuncaq uşağa sevinc, təhlükəsizlik və pozitiv emosiyalar bəxş etməlidir. Əks halda, o, uşaq üçün qorxu mənbəyinə çevrilir.
Bundan başqa, təhlükəli materiallardan hazırlanmış saxta oyuncaqların uşaqlarda allergiya, dəri problemləri və hətta daxili orqanlarda zədələnmələrə səbəb ola biləcəyi də istisna olunmur
.

Eyyub Hüseynov
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a bildirib ki, uzun müddət Azərbaycanda Nazirlər Kabinetinin 343 saylı qərarı qüvvədə idi: “Bu qərar təhlükəsizliyi təmin olunmalı məhsullar siyahısını əhatə edirdi. Siyahıda yüzdən çox məhsul var idi, o cümlədən oyuncaqlar da həmin kateqoriyaya daxil idi. Yəni bu məhsullar Azərbaycan bazarına daxil olmazdan əvvəl mütləq ekspertizadan keçirilməli, yoxlanılmalı və yalnız bundan sonra satışa çıxarılmalı idi.
Lakin artıq 15 ildən çoxdur ki, həmin qərar ləğv edilib və nəticədə oyuncaqlara demək olar ki, heç bir nəzarət yoxdur. Hazırda dünyanın ən müxtəlif yerlərindən hər cür oyuncaq ölkəyə gətirilir. Halbuki oyuncaqlar təkcə fiziki təhlükəsizliyi ilə deyil, eyni zamanda uşaqların psixoloji durumuna təsiri ilə də ciddi əhəmiyyət daşıyır".
Ekspert əlavə edib ki, dünyada oyuncaq sənayesinin və cizgi filmlərinin əsas məqsədi təkcə uşaqları əyləndirmək deyil, həm də onları gələcəkdə gözü doymayan, israfçı istehlakçılara çevirməkdir: “Bütün dünyada oyuncaq sənayesinin və cizgi filmlərinin əsas məqsədi gələcəkdə kiçik yaşlı uşaqları gözü doymayan, israf edən istehlakçılara çevirməkdir. Biz müşahidə edirik ki, bir çox oyuncaqlar və cizgi film personajları sonradan paltar, gündəlik əşyalar və sənaye məhsullarına çevrilir. Görün, azyaşlı uşaqların neçə-neçə oyuncaq avtomobili var. Bu isə onların hələ uşaq yaşlarından gözü doymayan, davamlı olaraq yeni məhsul almaq istəyən "istehlakçı"ya çevrilməsi deməkdir.
İstehlakçıların hüquqlarını qoruyan təşkilat rəhbəri kimi demək istəyirəm ki, bütün oyuncaqların və ümumiyyətlə, uşaqlarla bağlı məhsulların arxasında kapitalist cəmiyyətinin mahiyyətindən doğan maraqlar dayanır. Təsadüfi deyil ki, müasir dünya “acgöz istehlakçı cəmiyyəti” kimi xarakterizə olunur.
Adıçəkilən oyuncağa gəlincə, bəli, bu məhsullar uşaqların psixologiyasına mənfi təsir göstərir. Bu barədə bizə bir sıra müraciətlər də daxil olub".
Eyyub Hüseynov saxta oyuncaqların aşkarı ilə bağlı tövsiylərini də qeyd edib: “Valideynlərə tövsiyəm odur ki, mağazada oyuncağı gördükləri zaman diqqətli olsunlar. Əgər oyuncağın plastikindən pis qoxu gəlirsə, həmin məhsulu almasınlar. Ağ pambığı su ilə isladaraq oyuncağın üzərinə sürtsünlər - əgər rəng çıxırsa, bu, oyuncağın ağır metallarla zəngin olan boyalarla istehsal edildiyini göstərir və bu cür məhsullar uşaqlarda tədricən zəhərlənməyə səbəb ola bilər.
Bundan başqa, tüklü oyuncaqlarda tükləri dartmaq lazımdır. Əgər tüklər asanlıqla qopursa, həmin oyuncağı almaq olmaz. Çünki bu, həm sağlamlıq üçün təhlükəlidir, həm də uşaqların boğulmasına səbəb ola bilər. Həmçinin üzərində tez qopan və udula biləcək xırda detallar olan oyuncaqlar da təhlükəlidir. Dünyada bu səbəbdən çoxsaylı boğulma və ölüm halları baş verib.
O ki qaldı oyuncaqların keyfiyyətinə və tərkibinə - qeyd etdiyim kimi, ölkəmizdə bu, faktiki olaraq yoxlanılmır. Azərbaycana hər cür keyfiyyətsiz və mənşəyi məlum olmayan məhsul gətirilir. Ona görə də insanlar bu cür oyuncaqlardan ehtiyat etməlidirlər".

Azad İsazadə
Psixoloq Azad İsazadə isə qeyd edib ki, şəxsən oyuncağın vizual tərzi onun xoşuna gəlməsə də, bu oyuncağın uşaqların psixologiyasına təsirini indidən qiymətləndirmək çətindir: “Mən həmin oyuncağın şəklini gördüm və şəxsən mənim də xoşuma gəlmir. Lakin bu oyuncağın bu gün uşaqların inkişafına müsbət və ya mənfi təsirini söyləmək çətindir, çünki hələ təcrübəmiz yoxdur.
Qeyd edə bilərəm ki, biz sovet dövründə böyümüşük və həmin dövrün cizgi filmlərinə baxmışıq. İndi isə nəvələrim “My Craft” cizgi filmi ilə daha çox maraqlanırlar. Həmin cizgi filmində nə real insana, nə də heyvana oxşayan fiqurlar var və uşaq dünyası üçün qeyri-real vəziyyətlər təqdim olunur. Bütün uşaqlar buna maraq göstərir, cizgi filmindəki fiqurların tətbiq olunmuş köynəklərini, papaqlarını geyinirlər, özlərinə müxtəlif adlar qoyurlar və bu onlara çox maraqlıdır.
Lakin uşaqlara sovet dövründə çəkilmiş cizgi filmləri maraqlı gəlmir, çünki həmin cizgi filmlərində hərəkətlər daha ləngdir və uşaqların səbri uzun müddət baxmağa çatmır. Bu nə mənfi, nə də müsbət bir haldır, sadəcə, reallıqdır. “My Craft” cizgi filmi barədə mənfi rəylər eşitməmişəm. Sözsüz ki, hər hansı mənfi rəy tapmaq mümkündür. Hətta məşhur sovet cizgi filmi “Nu, Pogodi!”də də bəzən mənfi hallar axtarılırdı. Məsələn, bir seriyada qadın palto geyinir, bunu LGBT təbliğatı kimi qiymətləndirib tənqid edirdilər. Yəni hər şeydə mənfi xüsusiyyət tapmaq mümkündür.
Biz psixoloqlar mənfi təsir dedikdə 15%-dən artıq mənfi reaksiya müşahidə olunan halları nəzərdə tuturuq.
Bu baxımdan “Labubu” oyuncağının təsirlərini izləmək lazımdır, daha sonra onun haqqında konkret fikir söyləmək olar. Xatırlayın, “Çeburaşka” cizgi filmində Çeburaşka obrazı real deyildi, amma uşaqlar bunu qəbul edib sevirdilər. Eyni şəkildə, məqsədimiz uşaqların oyuncaqlardan və cizgi filmlərindən mümkün qədər az mənfi təsir almasını təmin etməkdir".
- Bakıda 1 kilosu 238 MANATA gilas satılır – FOTO
16 aprel 2026 19:10
- Sahibə Qafarova Simonyanla görüşdü - Foto
16 aprel 2026 17:25
- Hər səhər 20 dəqiqə gəzməyin faydası - Mütəxəssislər xəbərdarlıq edir
16 aprel 2026 00:07
- Bu gecə bütöv bir sivilizasiya məhv olacaq - Trampdan xəbərdarlıq
7 aprel 2026 21:08
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
6 aprel 2026 23:04
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 2026 23:21
- Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı
3 fevral 2026 21:39
- Meloni Azərbaycana gələcək
18 aprel 23:38
- İspaniyanın baş naziri: BMT-yə QADIN RƏHBƏRLİK etməlidir
18 aprel 20:43
- Azərbaycan qlobal təlatümlərin əhatəsində sabitlik adasıdır
18 aprel 19:56
- Şahmat dünyasının yeni lideri türksoylu ola bilər
18 aprel 19:11
- Mehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak etdi (FOTO)
18 aprel 16:23
- Paşinyandan müxalifətə: Onlar Qarabağı ələ keçirmək istəyirlər, bu, Ermənistanın sonu olar
18 aprel 15:59
- Abdin Fərzəliyev JURNAL satan şirkətdən 96 000 manatlıq ƏT ALIR
18 aprel 14:55
- Bazar günü 25 dərəcə isti olacaq
18 aprel 13:47
- Sevinc Çılğınla -Poeziya saatı- keçiriləcək
18 aprel 13:33
- Banklardan SOYĞUNÇULUQ - Faizlər görün NEÇƏ DƏFƏ ARTIB
18 aprel 12:36
- Şahbaz Şərif və İlham Əliyev Antalyada ikitərəfli tərəfdaşlığı müzakirə ediblər
18 aprel 12:21
- Dostlarından İsa Arasla bağlı İNANILMAZ SÖZLƏR– Mənim və Viktorun sevgilisi idi
18 aprel 12:09
- Bakının bu ərazilərində torpağın 1 SOTU 2 MİLYONDUR
18 aprel 11:49
- Prezident Diplomatiya Forumu ilə bağlı paylaşım etdi
18 aprel 00:46
- Başlıbel qətliamından 33 il keçir
18 aprel 00:21
- Birinci xanımlar Antalya Forumununda - Foto
17 aprel 21:39
- Bir qrup şair və yazıçıya Prezident təqaüdü verildi - EKSKLÜZİV
17 aprel 20:40
- Tramp Hörmüz boğazını açdığına görə İrana təşəkkür etdi
17 aprel 20:18
- Prezidentlə xanımı Antalyada tədbirdə iştirak edir
17 aprel 16:49
- 4200 manata DOVŞAN və QURBAĞA ALIR
17 aprel 15:55
- QOÇ ƏT- lə bağlı böyük qalmaqal: Menyuda 5.5, qəbzdə 8.2 manat...
17 aprel 15:38
- Atalıq testindən qaçış, NARKOTİK damğası - Mikayıl İsmayılovun gəlininin işi qaranlıq məcraya sürüklənir
17 aprel 14:00
- Kişinyovdan Moskvaya zərbə: Rusiyalı komandanlar...
17 aprel 13:50
- Əliyevlə Şaraa görüşdü - Fotolar - Yenilənib
17 aprel 12:36
- Kərkükdə 100 il sonra bir İLK
17 aprel 11:34
- BOZ kardinal-ın boz günü...
17 aprel 11:21
- Rusiyada deportasiya dalğası gözlənilir
17 aprel 00:12
- General adından sui-istifadə, aldadılan insanlar və… — Alibek Kurbanovun qorxu ssenarili oyunları: General kimdir?
16 aprel 23:03
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
16 aprel 19:43
- Bakıda 1 kilosu 238 MANATA gilas satılır – FOTO
16 aprel 19:08
