Daha bir ölkə dördgünlük iş rejiminə keçir - bəs bizdə?
İqtisadçı deyir ki, Azərbaycanda insanlar heç beşgünlük iş rejimini də bərpa edə bilmirlər, sahibkarlar çox vaxt işçilərini 6 gün işləməyə məcbur edirlər
Böyük Britaniyada dördgünlük iş həftəsini seçənlərin sayı 2019-cu ildən bəri 200 min nəfərdən çox artıb. “Guardian” xəbər verir ki, Milli Statistika İdarəsi (ONS) 2024-cü ilin oktyabr-dekabr ayları arasında ölkədə 1,4 milyon nəfər tam ştatla dördgünlük iş həftəsində çalışdığını bildirib. Bu göstərici pandemiyadan əvvəl, 2019-cu ilin eyni dövründəki 1,29 milyon nəfərlə müqayisədə 100 mindən çoxdur. Həmçinin ötən ilin sonunda əlavə olaraq 100 min nəfər qismən ştatla dördgünlük iş həftəsinə keçib. Bununla da dördgünlük iş rejimində çalışanların ümumi sayı tam və qismən ştat üzrə 2,7 milyona çatıb. Bu, ölkə üzrə işçi qüvvəsinin 10,9 faizini təşkil edir. 2019-cu ildə bu göstərici 9,8 faiz idi.
Mütəxəssislərin fikrincə, dördgünlük iş rejimi işçilərə daha çox istirahət imkanı verir, onların psixoloji sağlamlığını qoruyur, həmçinin iş yerlərində motivasiyanı artıraraq kadrların saxlanılmasına müsbət təsir göstərir.
Dünya ölkələri iş günlərinin sayının azaldılmasını müzakirə edir. Bəzi ölkələrdə artıq dördgünlük iş həftəsi tətbiq edilir. Dördgünlük iş həftəsinin tətbiqindən sonra iqtisadiyyatında artım qeydə alınan ölkə isə İslandiya olub.
Azərbaycanda hazırda həftəlik iş saatı 40 saatdır. Əmək Məcəlləsinə görə, gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Məcəllənin 90-cı maddəsinə əsasən, bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq altıgünlük iş həftəsi də müəyyən edilə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan çox ola bilməz. Həmçinin qanunvericilikdə iş günlərinin sayı 5 və ya 6 gün müəyyənləşsə də, təcrübədə iş günlərinin sayı qarşılıqlı razılaşma ilə müəyyən olunur. Yəni hansısa şirkətlə işçi arasında həftədə 4 iş günü və 3 istirahət gününün olmasına dair müqavilənin bağlanması qanunazidd deyil.
Bəs Azərbaycanda dördgünlük iş həftəsinə keçilsə, iqtisadiyyatda hansı dəyişiklik baş verər?

Xalid Kərimli
İqtisadçı Xalid Kərimli “Yeni Müsavat”a verdiyi açıqlamada Azərbaycanda dördgünlük iş həftəsinə keçidin mümkün olmadığını bildirib. Onun sözlərinə görə, bu məsələ hazırda Azərbaycanın iqtisadi reallıqlarına uyğun deyil: “Azərbaycanda dördgünlük iş həftəsinə keçmək mümkün deyil. Çünki Azərbaycan kasıb ölkədir. Böyük Britaniya dünyanın ən varlı ölkələrindən biridir. Britaniyalılar öz ağılları, zəhmətləri və babalarının onlara qoyduğu miras hesabına bu gün dünyanın ən qabaqcıl ölkə statusunu qazanıb. Azərbaycanda isə iqtisadiyyat yetərincə inkişaf etməyib, insanlar kasıbdır. Rəqabətqabiliyyətli iqtisadiyyatımız yoxdur ki, dördgünlük iş rejiminə keçmək haqqında düşünək. Azərbaycanda insanlar nəinki dördgünlük, heç beşgünlük iş rejimini də bərpa edə bilmirlər. Sahibkarlar çox vaxt işçilərini 6 gün işləməyə məcbur edirlər. Halbuki normal iqtisadiyyat qurulsa, bəlkə də 50 ildən sonra bu məsələ bizdə də aktuallaşa bilər. Amma indiki dövrdə bu, bizim üçün real deyil”.
İqtisadçı qeyd edir ki, Azərbaycanın gəlirlərinin təxminən 90 faizi neft və qazın xammal kimi satışından formalaşır: “Bu da onun emalına yox, birbaşa yerin altından çıxarılıb ixrac edilməsinə əsaslanır. Təəssüf ki, həmin resursların həcmi də azalmaqdadır və gələcək proqnozlar da azalma tendensiyasını göstərir. Könül istərdi ki, neft-qaz gəlirləri çox olsun, o qədər pul olsun ki, başımızı işlətmədən o pullarla rahat yaşayaq. Amma reallıq fərqlidir - bu gəlirlər azalır. Ona görə də biz hələ beşgünlük iş rejiminə şükür etməliyik. Hətta gələcəkdə bəlkə də 6-7 gün işləməyə məcbur qalacağıq. Əhalinin əksəriyyəti artıq 6 gün işləyir, insanlar 5 günlük iş rejiminə belə qayıda bilmirlər. İnsanlar beş gün bir yerdə işləyib layiqli gəlir əldə edə bilmir. Hətta bir çoxları eyni anda 2-3 yerdə işləməyə məcbur olur. Böyük Britaniya nümunəsində isə vəziyyət fərqlidir. Orada insanlar dörd gün işləyir, tam əməkhaqqı alır və bu maaş yüksək həyat səviyyəsi üçün yetərlidir. Azərbaycanı Böyük Britaniya ilə müqayisə etmək isə sadəcə olaraq, qeyri-mümkündür”.

Sahib Məmmədov
“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədovun fikrincə, dördgünlük iş həftəsi bəzi Qərb ölkələrində uğurla sınaqdan keçirilir və bu modelin tətbiqi həm işçilər, həm də müəssisələr üçün effektiv nəticələr verir. O bildirir ki, bu eksperimentlər çərçivəsində iş günlərinin azaldılması nə hasilat həcminə, nə də əməkhaqqına mənfi təsir göstərir. “Belə müəssisələrdə əmək məhsuldarlığı o qədər artıb ki, 4 gün ərzində əvvəlki 5-6 günün nəticələrinə çatmaq mümkündür. Nəticədə işçilərin maaşlarında azalma olmur, eyni zamanda istehsal həcmi də aşağı düşmür. Əksinə, müəssisələr dörd gün ərzində işləri tamamlamaqla həm enerji sərfiyyatına, həm də digər xərclərə qənaət edirlər. İşçilər isə daha çox istirahət etmək imkanı qazanırlar ki, bu da onların motivasiyasını artırır”.
Azərbaycan reallığına toxunan hüquqşünas qeyd edib ki, burada dördgünlük iş həftəsinin tətbiqi yalnız özəl sektorun sərbəst qərarı əsasında mümkün ola bilər: “Qanunvericilik özəl müəssisələrə bu rejimi tətbiq etməkdə hər hansı bir məhdudiyyət qoymur. Əgər hər hansı bir şirkət bu modeli tətbiq etmək istəyirsə, sərbəst şəkildə bunu edə bilər. Amma dövlət strukturlarında, büdcə təşkilatlarında bu sistemin tətbiqi real deyil və bunun üçün xüsusi qanun qəbul olunmalıdır”.
O vurğulayıb ki, Azərbaycanda qeyri-formal əmək münasibətlərinin geniş yayılması, iş saatlarının normadan artıq olması və bəzi hallarda əmək müqavilələrinin olmaması bu sahədə əsas problemlərdəndir. Bəzi işçilər gündəlik 8 deyil, 12 saata qədər işləməyə məcbur qalır.
Hüquqşünasın sözlərinə görə, dövlət orqanlarında isə dördgünlük iş rejiminin tətbiqi, ümumiyyətlə, mümkün deyil: “Bu sahələrə idarəetmə orqanları, polis, məhkəmələr, səhiyyə sistemi, təcili tibbi yardım və digər həyati əhəmiyyətli xidmətlər daxildir. Bu kimi strukturlar fasiləsiz, yəni həftənin 7 günü 24 saat fəaliyyət göstərməlidir və onların işini 4 günlə məhdudlaşdırmaq mümkün deyil. Hətta Almaniyada belə bu model yalnız bəzi sahələrdə eksperiment xarakteri daşıyır”.
S.Məmmədovun qənaətincə, əgər Azərbaycanda hər hansı bir özəl şirkət bu modeli tətbiq etmək istəsə, qanun buna icazə verir. Lakin dövlət qurumlarında belə bir dəyişikliyin baş verməsi üçün qanunvericilikdə əsaslı dəyişikliklər olmalıdır.
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
1 mart 2026 13:43
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Prezident Küveyt Əmirini təbrik etdi
25 fevral 2026 11:17
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
- Təbrizə də zərbələr endirildi
28 fevral 16:11
- Azərbaycan 1 ildə 23 ton qurbağa əti satıb
28 fevral 15:41
- Trampdan İrana hücumla bağlı ilk - Açıqlama
28 fevral 15:14
- İsraillə ABŞ İrana zərbə endirdi
28 fevral 14:54
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 23:21
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 14:17
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 11:28
- İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü oldu
27 fevral 11:10
- Kəlbəcərə, Xocavəndə və Horovluya 100-dən çox ailə köçürüldü
27 fevral 11:04
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 23:40
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 22:38
- Əliyev Ərdoğana zəng etdi
26 fevral 22:21
