- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
Xocalının körpəsi, Türkiyənin müəllimi...
Hər ilin sentyabrı əksər ölkələrdə oxşar aura yaradır. Məktəb zənglərinin səsi, uşaq gülüşlərinin hay-küyü, payızın sərin nəfəsi…
Türkiyədə isə sentyabr başqa bir adla da, Aybükə adı ilə də yad olunur.
1994-cü ilin sentyabrında dünyaya göz açan bu gənc qız, cəmi 23 bahar gördü. Musiqi ilə nəfəs alan, gənclərin yoluna işıq tutan bir müəllimin ömrü terrorun qara barmaqları altında yarımçıq qaldı.
İndi Türkiyədə sentyabr göy üzünə sanki Aybükənin adını yazır, hər əsən payız mehində onun səsi pıçıldayır. Məktəb zəngi ilə bərabər, Aybükənin xatirəsi də hər sentyabrda həm dərs, həm də şəhidlik zirvəsi kimi bir daha dirilir.
Aybükə haqqında araşdırmada onun adının tarixçəsi xüsusi ilə diqqət çəkir.
Qismətə bax, İlahi. 2017-ci ildə Türkiyədə terror qurbanı olan bu qızın adının Xocalı soyqırımı ilə səsləşəcəyi ağıla gəlməzdi.
NUH.az xəbər verir ki, Modern.az Aybükə Yalçının atası Sadık Yalçınla həmsöhbət olub.
"Heç düşünməzdim ki, 24 il sonra mənim qızım da bənzər taleyi yaşayacaq"
Uzun tərəddüdən sonra şəhid atası həmsöhbət olmağa razılıq verib. Hətta bildirib ki, Türkiyənin fərqli media qurumlarından dəfələrlə müraciətlər olsa da, onlara cavab verməyiblər. Qızının yoxluğunu hələ də qəbul edə bilmirlər.
Sadıq Yalçın deyir ki, həyat yoldaşı Zəhra ilə 1993-cü ildə ailə həyatı qurublar.
“Zəhra hamilə olduğu dövrlər idi. Bərabər televizorda Xocalı soyqırımını əks etdirən bir film izləyirdik. Film çox dəhşətli idi. Azərbaycanın Xocalı bölgəsində yaşayan azərbaycanlı bir ailənin qızı çöldə oynayarkən, helikopterdən atılan oyuncağı görür. Uşağın sevinclə götürdüyü oyuncağın birində bomba yerləşdirilibmiş. O, oyuncağı əlinə alan kimi partlayış baş verir. Anası "Aybükə" deyə qışqırıb çölə qaçır, amma təəssüf ki, hər şey gec idi, balaca Aybükə ermənilərin oyuncağa yerləşdirdiyi bombanın partlaması nəticəsində şəhid olmuşdu”.

Şəhid atası deyir ki, gənclik illərini böyük Turan idealının bir gün gerçəkləşəcəyinə inanaraq yaşayıb.
“Övladlarımı "ana" deməyi öyrənməzdən əvvəl “Çırpınırdı Qaradəniz” musiqisini dinlədərək böyütmüşəm.
Bu ideyalar içində qızımıza həmin şəhid balamızın xatirəsinə "Aybükə" adını verdik.
Bilirsiniz, biz tərəflərdə uşağa verilən ada xüsusi önəm verirlər. Yeni doğulan uşağa başqasının adını verəndə həmin adamın cəmiyyətdə necə yer tutduğu, tanındığına diqqət edilir, taleyinə nəzər salınır, inanca görə o adı daşıyacaq körpə də həmin yolu gedir.
Amma nədənsə o zaman həyat yoldaşımla qızımıza şəhid adı verəndə onun da nə zamansa şəhid olacağını düşünmədik”, - deyə Aybükənin atası ürək ağrısı ilə danışır.
Aybükə Yalçın 23 yaşında şəhid olmasına baxmayaraq qısa ömründə Xocalıda şəhid olan uşaqlarla eyni yaşda məktəblilərin təhsili üçün əlindən gələni edib. Atası onun həyat yolu ilə bağlı bəzi məqamları bölüşüb.
“Aybükə 3 sentyabr 1994-cü ildə Ankarada dünyaya gəldi. Uşaqlıq illəri Etimesqut bölgəsinin Alsancak məhəlləsində keçdi. İlk təhsilinə Etimesqut ibtidai məktəbində başladı və orta təhsilini də burada tamamladı. Musiqiyə dəhşətli marağı var idi. Hələ Etimesqutda oxuduğu illərdə bu sahədə özünü xeyli inkişaf etdirmişdi.
Musiqi müəllimi Mustafa Çakmak onun bu sahəyə marağını və eyni zamanda istedadını görərək bizlə danışdı, qızımızı Etimesqut Milli Təhsil Mərkəzində musiqi kurslarına yönləndirdi.
Burada Aybükə təcrübəli müəllim Naver Hoca ilə tanış olaraq musiqi təhsilinə başladı. Paralel olaraq Yaman Musiqi Evində gitara, saz və fleyta dərsləri aldı. Bir il yarım davam edən musiqi təhsili müddətində şan, nota və səs hazırlığı üzrə də dərslərə getdi.
Lisey təhsilini uğurla başa vurduqdan sonra universitet imtahanına girdi. Nəticələr açıqlandıqdan sonra etdiyi seçimlər əsasında Uludağ Universitetinin Maliyyə fakültəsinə qəbul olundu.

2012–2013-cü tədris ilində, yay semestrində Necmettin Erbakan Universiteti Ahmet Keleşoğlu Musiqi Təhsil Fakültəsinin keçirdiyi qabiliyyət imtahanında iştirak edərək uğur qazandı. Dörd illik təhsil dövründə müxtəlif musiqi fəaliyyətlərində iştirak etdi. Çanaqqala Universitetinin müəllimi Mete hocanın yaratdığı “Yüz Səs Musiqi Xoru”na daxil olaraq konsertlərdə və tədbirlərdə çıxış etdi, musiqi biliklərini artırdı.
Universitetin xalq oyunları qrupunun və “Köprü Aşıkları” Dərnəyinin üzvü oldu.
Bundan başqa, Türkiyə İzciler Federasiyasına bağlı Konya şəhərində fəaliyyət göstərən “Yarasa İzci Qrupu”nda aktiv iştirak etdi.
Bu fəaliyyətləri Bülent Öztürk və Sevim Liderin rəhbərliyi altında davam etdirdi.
Göstərdiyi fəallıq nəticəsində uşaq və gənclərdən ibarət qrupa rəhbərlik vəzifəsini qazandı. İmtahanını uğurla verib və rəsmi qrup lideri adını aldı.
Çox həvəsli, enerjili idi. İşini həddən artıq sevirdi. Federasiyanın təşkil etdiyi ənənəvi yay düşərgələrində iştirak edirdi. Ağlımıza gəlməzdi ki, həyat eşqi ilə dolu olan qızımız gənc yaşda həyatını itirəcək.
2016-cı ildə keçirilən KPSS imtahanına girərək musiqi sahəsi üzrə Türkiyədə 14-cü oldu. Müəllim təyinatı almaq haqqını qazandı.
O, fəaliyyətini Batman vilayətinin Kozluk bölgəsindəki Anadolu Liseyində musiqi müəllimi kimi davam etdirdi.
Çox böyük həvəs və sevgi ilə başladığı müəllimlik həyatında qısa zamanda özünü fərqləndirməyi bacardı. Şagirdləri ilə qurduğu ünsiyyət, məktəbdəki fəaliyyətinə görə direktoru tərəfindən nümunəvi müəllim kimi göstərildi. Bu, valideyn olaraq bizi o qədər sevindirirdi ki…
Bizə sonradan dedilər ki, Aybükə məktəbdə fəaliyyətə başlayandan qısa müddət sonra təhsil müəssisəsində musiqi sinfi və musiqi alətlərinin olmadığını bildirib. Məsələ ilə əlaqədar bölgənin icra nümayəndəsi Orhan Aktürk ilə görüşərək məktəbin pianino ilə təmin edilməsini xahiş edib. Aktürk qısa zamanda belə bir tələb eşitdiyinə təəccüblənib və “Siz burda nə qədərdir işləyirsiniz?” – deyə, soruşub. Aybükə “Hələ iki həftədir” – deyə cavab verib. Orham Aktürk ona “Müəllim, musiqi sinfini hazırla, bütün istəklərini yerinə yetirəcəyik, açılışı şəxsən mən edəcəyəm” – deyərək dəstəyini bildirib.

Qısa zamanda müxtəlif mənbələrdən piano əldə olunub və musiqi sinfi açılıb. Aybükə də hər ay maaşının bir hissəsini ayıraraq çatışmayan alətlərin alınmasına töhfə verib.
Çox sevincli və məhsuldar bir tədris ilinin sonunda şagirdlərinə qiymət cədvəllərini paylayıb.
Lakin evə dönüş yolunda, bələdiyyə sədrinə qarşı təşkil edilən terror hücumu zamanı onun maşını da atəşə tutulub. Yaralı halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb və 2017-ci ilin iyunun 9-da şəhid olub. Böyüdüyü Çorumun Osmancık bölgəsində Şəhidlər xiyabanında uyuyur ”.
Şəhid atası bundan artıq danışa bilməyəcəyini söyləyib. Qızından hər dəfə danışdıqca 2017-ci ilin iyunun 9-nu təkrar yaşadığını deyib.
Həmsöhbət olmaq üçün həyat yoldaşının telefon nömrəsini istədikdə cavab daha sarsıdıcı olub.
Sən demə, Zəhra Yalçın övlad itkisi ilə üzləşdikdən sonra ciddi sarsıntı keçirib. Sağlıq durumunda problemlər yaranıb və bu səbəbdən danışa bilməyəcək.
Əslində, Aybükənin faciəli taleyi kimi, onun anasının da həyatı Xocalı ilə səsləşir.
1992-ci ildə soyqırıma məruz qalan, qətlə yetirilən xocalılıların anaları kimi Zəhra Yalçın da oxşar dərdlərin ağrısını çiyinlərində daşımalı olub. Bu yük onun həyatını sarsıdıb.
Məşəqqətlərlə dolu onilliklərdən sonra həm Azərbaycanda, həm də Türkiyədə terrora son qoyulması böyük bir dönüş nöqtəsidir.
Azərbaycanda terror yuvaları tamamilə məhv edilib. Türkiyədə terror qrupları zərərsizləşdirilib.
Odur ki, artıq nə Azərbaycan Xocalı kimi dəhşətləri yaşayacaq, nə də Türkiyədə günahsız gənclərin həyatına qəsd edən terror hadisələri baş verəcək. Bu, həm şəhidlərimizin, həm də onların qəlbi dağlı ailələrinin ən böyük təsəllisi, ən böyük arzusu idi.
İndi Aybükənin də, Xocalı şəhidlərinin də ruhu şaddır.
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
2 aprel 2026 12:38
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 2026 18:57
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
11 fevral 2026 13:56
- İdrak Liseyi-ndə şagird müəllimi güllələdi
6 fevral 2026 17:47
- Ağdərili cütlüyün qaradərili körpəsi doğuldu: Bu necə baş verib?
1 fevral 2026 13:26
- Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəldi
1 yanvar 2026 13:30
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 2025 22:38
- FORBES Türkiyənin ən zəngin- MİLYARDER insanlarını açıqladı - SİYAHI
5 oktyabr 2025 00:26
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
15 may 00:52
- Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib - Əli Məsimli
14 may 23:07
- Kiyevdə matəm elan edildi
14 may 19:43
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 19:26
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 18:27
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
