- Bu ölkənin də öz Epşteyni varmış - Daha bir uşaq istismarı qalmaqalı
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
- Ərdoğandan Misir prezidentinə hədiyyə
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
Adnan Əhmədzadə işi: yeni və sensasion həbslər var - vəzifəli şəxslər və qohumları...
Azərbaycan neftinə xlorid qatan Adnan Əhmədzadə haranın sifarişini yerinə yetirib?
Musavat.com-un xəbər verdiyi kimi, SOCAR-ın İnvestisiyalar və Marketinq üzrə vitse-prezidentinin sabiq müavini, Azərbaycanda özünü iş adamı kimi geniş təbliğ edən Adnan Əhmədzadə həbs olunub. Bakı şəhəri, Səbail Rayon Məhkəməsində keçirilən iclasda Adnan Əhmədzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi çərçivəsində o, iqtisadi təhlükəsizliyə qarşı təxribat, vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Məhkəmədə elan edilən ittihamda bildirilib ki, Adnan Əhmədzadənin fəaliyyəti dövlətin maliyyə maraqlarına ciddi ziyan vurmaqla yanaşı, həm də iqtisadi sabitliyi hədəfə alıb. Onun barəsində seçilən həbs qətimkan tədbiri istintaqın gedişi üçün zəruri addım kimi qiymətləndirilir. Musavat.com -un etibarlı qaynaqalardan əldə etdiyi məlumatda isə iddia olunur ki, Adnan Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə bağlıdır. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.
İşə aid mühüm detallar
Azərbaycan Qazaxıstan neftinin BTC ilə nəqlinə 2022-ci ildən başlayıb. Bu il nəql həcminin 1,7 milyon tona çatdırılması nəzərdə tutulurdu. Azərbaycan statistikası BTC ilə nəql olunan Qazaxıstan və Türkmənistan neftinin həcmini birlikdə açıqlayır. Dövlət Statistika Komitəsinin hesabatından aydın olur ki, BTC ilə nəql olunan Qazaxıstan və Türkmənistan neftinin həcmi iyun ayına qədər aylıq 400-500 min ton arasında dəyişib. İyul ayında bu göstərici 308 min tona, avqust ayında isə 241 min tona düşüb.
Qazaxıstan neftinin nəqli sentyabrın 13-də bərpa olunub. Qazaxıstanın KazMunayQaz (KMG) şirkətinin yaydığı məlumata görə, sentyabrın 13-də Aktau (Qazaxıstan) limanından Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə 8800 ton Kaşaqan nefti göndərilib, növbəti yük sentyabrın 20-nə planlaşdırılıb. Şirkət qeyd edib ki, “bu ilin avqust ayından bu marşrutla daşınmalar texniki problemlərə görə dayandırılıb”.
Şirkətin açıqlamasına görə, 2025-ci ilin ilk səkkiz ayında BTC boru kəməri ilə nəql edilən Qazaxıstan neftinin həcmi 0,9 milyon ton təşkil edib.
![]()
Rusiya təxribatı
Bu hadisə ilə bağlı Rusiya mətbuatının davranışı işdə kimin əlinin olduğuna aydınlıq gətirmək üçün kifayət qədər əsaslar yaradır. Rumıniya tərəfinin hadisədə Rusiyanın əlinin olmasına dair açıqlamalarından əvvəl – Bakı neftində xloridin aşkarlanması barədə məlumatlar yayılan ilk həftələrdə Rusiya mətbuatı bunu birmənalı olaraq SOCAR və Azərbaycan hökumətinin “məsuliyyətsizliyi”, hətta nefti təmizləmək üçün əlavə vəsait xərcləməmək istəyi kimi qələmə verirdi.
Qeyd edək ki, üzvi xlor birləşmələri – xlorid əksər ölkələrdə neft hasilatında istifadə olunur. Ondan adətən laylarda təzyiqi saxlayıb, yataqdan daha çox neft çıxarmaq üçün istifadə edilir. Lakin bu maddə borulara vurulmazdan əvvəl neftdən tamamilə təmizlənir. 30 ildən çoxdur neft ixrac edən və bir dəfə də olsun belə hal qeydə alınmayan Azərbaycanda çıxarılan neftin təmizlənməmiş boruya vurulması qeyri-mümkündür. Ən adi bir səbəbdən ki, neftin nəql olunduğu boru kəməri infrastrukturu Azərbaycana məxsusdur, üstəlik, neft ölkənin ən böyük gəlir mənbəyidir. Digər tərəfdən, BTC ilə nəql olunan Azərbaycan neftinin keyfiyyətinə BP kimi dünya nəhəngi nəzarət edir.

Sensasion təfərrüatlar - Bakı çirkli iş tutmaz
Musavat.com olaraq ötən yazımızda da qeyd etmişdik ki, çirkli neftin Qazaxıstandan gətirilməsi əsas və yeganə ehtimaldır. Çünki BTC ilə SOCAR-ın qurudakı yataqlarından hasil olunan neft, demək olar ki, daşınmır, əsasən Azəri-Çıraq-Günəşli yatağından hasil olunan neft daşınır. Xlorid isə ölkədə adətən qurudakı yataqlarda istifadə olunur, AÇG-də laylara təzyiqi saxlamaq üçün təbii qaz vurulur.
SOCAR isə qurudakı yataqlardan hasil etdiyi neftin əsas hissəsini öz zavodunda emal edir, kiçik bir qismi Bakı-Supsa ilə daşınır.
Nəhayət, Azərbaycan özünü Rusiyadan fərqli olaraq ETİBARLI tərəfdaş kimi çoxdan sübut edib. Bakı çirkli nefti dost ölkələrə, onun xammalının ən böyük alıcılarına göndərməzdi – bilə-bilə ki, bu, onun xammal ixracına dağıdıcı zərbə ola bilər.
Maraqlıdır ki, hadisədən 1 aya yaxın vaxt keçsə də, Rusiya mətbuatında müzakirələr bitməyib. Avqustun sonlarına doğru işdə ABŞ-ın əlinin olduğunu, guya bununla Vaşinqtonun Avropanın neft bazarındakı rəqibini sıradan çıxarmağa çalışdığını iddia edirdilər. Bundan əlavə, BP-nin guya Böyük Britaniya hakimiyyətinin sifarişi ilə bunu etdiyini iddia edəcək qədər həyasızlığa gedənlər də oldu. Bütün rəylərdə Rusiyanın bu işdə əlinin olması birmənalı olaraq istisna edilirdi. Halbuki xloridin neft daşınan boru xəttinə, emal zavodlarına vurduğu zərəri Rusiya öz təcrübəsində yaşamışdı – 2019-cu ildə "Drujba" kəməri ilə nəql olunan xloridli neft Belarusun ən böyük emal zavodunu – Mozırı sıradan çıxardı, Polşa, Bolqarıstan böyük zərərə düşdü. Hətta Moskva ilə Minsk arasında siyasi gərginlik yarandı. Rusiya bu hadisədən milyardlarla dollar zərərlə çıxdı.

Azərbaycan təxribatdan az itki və şərəflə çıxdı
Şükürlər olsun ki, Azərbaycan hadisədən minimal itki ilə çıxa bildi. Buna BTC-yə vurulan Qazaxıstan neftinin həcminin az olması imkan yaratdı. Açıq məlumatlara görə, Rumıniyaya 184 min ton xloridli neft daxil olub. Belə neftin Azərbaycan neftinin birinci və ikinci ən böyük alıcıları olan İtaliya və Çexiyaya da çatdığı bildirilsə də, dəqiq nə qədər xammaldan söhbət getdiyi aydınlaşdırılmayıb. Bir çox mənbələrə görə, Azərbaycan hər 3 ölkədə aşkarlanan xloridli neftin təmizlənməsi xərclərini öz üzərinə götürüb. Ceyhan limanında nefti kəmərdən qəbul edən 7 çənin olması da Azərbaycan üçün zərəri minimallaşdıran amillərdəndir.
"Möhtəşəm və peşəkar" Əhmədzadə niyə vətən xaini oldu?
Azərbaycanın neft sənayesində qardaşı və digər qohumları ilə birlikdə 90-cı illərdən kök salan A. Əhmədzadənin bu işdə rolu, onun hansı qüvvələrin göstərişi ilə işlədiyi yəqin ki, istintaq nəticəsində tam üzə çıxacaq. Onun özü haqqında bir neçə internet mənbəsində yerləşdirdiyi məlumatda neft sənayesi ilə bağlılığı xüsusi qeyd edilir. Həmin məlumatı təqdim edirik:
Adnan Əhmədzadənin peşəkar fəaliyyəti 1998-ci ildən SOCAR-da, yəni Azərbaycan Respublikası Dövlət Neft Şirkətində başlayıb. İlk illərdə şirkətin Xarici İqtisadi Əlaqələr şöbəsində və sonralar Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində müxtəlif vəzifələrdə çalışıb. Onun analitik düşüncəsi və peşəkar yanaşması tezliklə diqqət çəkib. 2006-2010-cu illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində şöbə müdiri, 2010-2018-ci illərdə isə idarə rəisi olub. Əhmədzadə, xüsusilə, neft məhsullarının beynəlxalq bazarlara çıxışı, satış və logistikada müasir texnologiyaların tətbiqi ilə seçilib. Onun rəhbərliyi altında SOCAR-ın ixrac əməliyyatları və gəlirləri nəzərəçarpacaq dərəcədə artıb.
![]()
2018-ci ildə Adnan Əhmədzadə SOCAR-ın ticarət “qanadı” olan SOCAR Trading SA şirkətinin İcraçı Sədri vəzifəsinə təyin olunub. Şirkət İsveçrənin Cenevrə şəhərində yerləşir və Azərbaycan neftinin dünya bazarlarına çıxarılması, yeni bazarlara nüfuz edilməsi, eləcə də neft məhsullarının logistikasında əsas rol oynayır. Əhmədzadənin dövründə SOCAR Trading-in ticarət dövriyyəsi və beynəlxalq nüfuzu daha da artıb, şirkət Avropa, Asiya və Amerika bazarlarında öz mövqeyini möhkəmləndirib. Onun rəhbərliyi ilə şirkətin ticarət strategiyasında şəffaflıq, risklərin idarə edilməsi və yeni texnologiyaların tətbiqi prioritet sayılıb.
Adnan Əhmədzadə neft ticarətində innovativ yanaşmalar, yeni kontraktlar və risklərin səmərəli idarə olunması ilə seçilib. O, SOCAR Trading-in fəaliyyətinə rəqəmsallaşma, şəffaflıq və audit prinsiplərini gətirib, böyük həcmdə ticarət əməliyyatlarının təhlükəsiz və effektiv həyata keçirilməsinə nail olub. Həmçinin, yeni logistika marşrutlarının yaradılması, neft məhsullarının yeni liman və bazarlara çıxarılması, enerji daşımalarında təhlükəsizlik və dayanıqlılıq onun rəhbərliyinin əsas istiqamətlərindən biri olub. Əhmədzadənin təşəbbüsü ilə şirkət beynəlxalq investorlara açılıb və korporativ idarəetmə standartları yüksəldilib.
2023-cü ildən Adnan Əhmədzadə “ABDA Invest Holding” şirkətinin təsisçisi və sədri kimi fəaliyyət göstərir. Bu, əsasən energetika, inşaat və maliyyə sahəsində müxtəlif layihələri əhatə edən beynəlxalq səviyyəli biznes platformasıdır. Burada o, investisiya portfellərinin formalaşdırılması, biznes tərəfdaşlıqlarının qurulması və yeni layihələrin reallaşdırılmasına rəhbərlik edir. Əhmədzadənin yeni təşəbbüsləri Azərbaycanın qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyası baxımından da önəmli rol oynayır. O, beynəlxalq sərmayələrin cəlb edilməsində və yerli bazarın innovativ inkişafında fəal mövqe tutur.
![]()
Yalançı havalı və nankor Əhmədzadə
Göründüyü kimi, SOCAR-ın xarici bazarlara çıxışı, haradasa bütünlüklə Əhmədzadənin xidməti kimi təqdim olunur. Halbuki bu proses yüzlərlə şəxsin, o cümlədən ölkə rəhbərliyinin yorulmadan həyata keçirdiyi birgə fəaliyyətin nəticəsidir.
A. Əhmədzadənin ona etimad göstərib vəzifəyə təyin edən, külli miqdarda gəlir əldə etməsinə şərait yaradan VƏTƏNİNƏ niyə xəyanət etdiyini də istintaqın yekununda öyrənəcəyik. Amma bu işdə onun yalnız olmadığı da böyük ehtimaldır.
Qeyd edək ki, bəzi mənbələr Musavat.com -a A. Əhmədzadə ilə yanaşı, bir neçə yüksək vəzifəli şəxsin də həbs olunduğunu iddia edirlər. Onlardan ən azı iki nəfərin kimliyi bizə bəllidir. Sabah onların hər ikisi ilə bağlı həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
6 fevral 2026 01:30
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
5 fevral 2026 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
5 fevral 2026 12:48
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
5 fevral 2026 12:09
- Ərdoğandan Misir prezidentinə hədiyyə
5 fevral 2026 00:53
- Ərdoğandan İlham Əliyevə təbrik
4 fevral 2026 23:29
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
4 fevral 2026 19:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
4 fevral 2026 18:49
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
4 fevral 2026 12:08
- Bu ölkənin də öz Epşteyni varmış - Daha bir uşaq istismarı qalmaqalı
06 fevral 08:45
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
06 fevral 01:30
- Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp
05 fevral 22:49
- İlham Əliyev Ərdoğana məktub göndərdi
05 fevral 16:58
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
05 fevral 14:16
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
05 fevral 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
05 fevral 12:45
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
05 fevral 12:09
- Ərdoğandan Misir prezidentinə hədiyyə
05 fevral 00:53
- Ərdoğandan İlham Əliyevə təbrik
04 fevral 23:29
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
04 fevral 19:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
04 fevral 18:49
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
04 fevral 18:27
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
04 fevral 15:45
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
04 fevral 15:32
- Azərbaycan 15 regiona bölünməlidir
04 fevral 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
04 fevral 12:08
- İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi /FOTO/VİDEO)
04 fevral 11:19
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
04 fevral 11:04
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
03 fevral 21:57
- Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı
03 fevral 21:39
- Müdafiə Nazirliyinin sabiq mayoru SAXLANILDI
03 fevral 19:15
- Azərbaycan və BƏƏ prezidentləri Sülh Qalxanı-2026 təlimini izlədi (FOTO)
03 fevral 18:54
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
03 fevral 14:03
- İcra məmurları belə geyinəcək (FOTO)
03 fevral 13:54
- Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı - Evrascon-da nə baş verir?
03 fevral 13:46
- Prezident Məhəmməd Əbdülsalam ilə görüşdü
03 fevral 11:33
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
02 fevral 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
02 fevral 21:25
- İlham Əliyev Əbu-Dabiyə getdi (FOTO)
02 fevral 20:43
