Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
Siyasət9 oktyabr 2025 10:57
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Qaynarinfo xəbər verir, müraciəti Dövlət Komissiyasının sədri Əli Nağıyev səsləndirib.
Müraciətdə deyilir:
"Hörmətli konfrans iştirakçıları!
Sizi itkin düşmüş şəxslər mövzusuna həsr olunmuş beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.
İtkin düşmüş şəxslər məsələsi dünyanı narahat edən mühüm bəşəri problemlərdən biridir. İllər keçdikcə bu problem aktuallığını itirməmiş, əksinə, daha kəskin xarakter almışdır. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə son iyirmi il ərzində itkin düşənlərin sayında 2024-cü ildə ən yüksək artım qeydə alınmış, həmin il münaqişə bölgələrində 57 minə yaxın insan itkin düşmüşdür. Bu, silahlı münaqişələr dövründə beynəlxalq hüquq normalarına məhəl qoyulmamasının acı nəticəsidir.
Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə başlamış və 30 ildən artıq davam etmiş müharibənin doğurduğu humanitar faciələrdən biri də içərisində uşaqlar, qadınlar və ahılların olduğu 4000-dək azərbaycanlının itkin düşməsidir. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə 29 kütləvi məzarlıq aşkar edilib. Məzarlıqlardan tapılmış meyitlərin qalıqlarının ekspertizası qətlə yetirilmiş azərbaycanlıların dəhşətli işgəncələrə məruz qoyulduqlarını sübut edir. Bu, çox ağır mənzərədir. İnsanların kütləvi şəkildə, işgəncə ilə öldürülməsi, qeyri-insani qaydada basdırılması və cinayətin izlərinin itirilməsi beynəlxalq hüquq normalarının ciddi pozuntusudur.
Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi daim qarşımızda duran önəmli vəzifələrdən olmuşdur. 1993-cü ildən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Bu günə qədər müharibə dövründə itkin düşmüş 187 nəfərin şəxsiyyəti eyniləşdirilmiş və onlar dəfn ediliblər.
2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması və sülh sazişinin paraflanması böyük tarixi hadisə olmaqla, Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin edilməsi üçün yeni imkanlar yaradır. Sülh sazişinə münaqişə dövründə itkin düşmüş şəxslərlə bağlı xüsusi bir maddənin salınması məsələyə verdiyimiz önəmin təzahürüdür və sazişdə də təsbit olunduğu kimi bu şəxslərin taleyinə aydınlıq gətirilməsi tərəflər arasında barışıq və etimad mühitinin yaradılmasında əhəmiyyətli vasitədir. Bu baxımdan, Ermənistan tərəfi azərbaycanlıların qətlə yetirilərək basdırıldığı digər kütləvi məzarlıqların yeri barədə Azərbaycan tərəfinə məlumat verməlidir.
Azərbaycan dövləti itkin düşmüş şəxslər probleminə beynəlxalq birliyin diqqətinin artırılması üçün böyük səy göstərir. Artıq üçüncü dəfədir ki, ölkəmiz itkin düşmüş şəxslər mövzusuna həsr olunmuş beynəlxalq tədbirə ev sahibliyi edir. Azərbaycan itkin düşmüş şəxslərlə bağlı BMT Baş Assambleyasında qətnamələrin qəbul edilməsi üzrə 2002-ci ildən təşəbbüslərlə çıxış etməklə, dövlətləri və beynəlxalq təşkilatları bu istiqamətdə lazımi tədbirlər görməyə təşviq edir. Zənnimcə, BMT bu sahədə səylərini daha da artırmalıdır.
Əminəm ki, bu konfrans çərçivəsində keçiriləcək müzakirələr itkin düşmüş şəxslər probleminin həlli istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcək.
Bir daha sizi salamlayır və konfransın işinə uğurlar arzulayıram".
Oxşar xəbərlər
- Prezident Milli Dirçəliş Günü ilə bağlı paylaşım etdi
17 noyabr 2025 11:45
- Milli Qəhrəmanın qızının toyu oldu - VİDEO
17 noyabr 2025 00:18
- Prezidentin səfəri başa çatdı - Fotolar
17 noyabr 2025 00:01
- İlham Əliyev liderlərin iclasında (YENİLƏNİR)
16 noyabr 2025 11:08
- İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
15 noyabr 2025 22:51
- İlqar Hacıyev də Baş Prokurorluğa çağırıldı
15 noyabr 2025 22:05
- Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü oldu
15 noyabr 2025 16:05
- İlham Əliyev Mahmud Abbası təbrik etdi
15 noyabr 2025 11:42
- Alim ölkə başçısına müraciət edib — Tariyel Pənahovun istəyi nədir?
14 noyabr 2025 18:21
- Zelenski İlham Əliyevə zəng etdi
14 noyabr 2025 17:12
Xəbər lenti
- Zaur Mirzəyev azadlığa çıxdı
17 noyabr 22:31
- Əhməd Oruc insult keçirdi - Vəziyyəti ağırdır
17 noyabr 19:25
- Prezident Milli Dirçəliş Günü ilə bağlı paylaşım etdi
17 noyabr 11:45
- Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
17 noyabr 00:38
- Milli Qəhrəmanın qızının toyu oldu - VİDEO
17 noyabr 00:18
- Prezidentin səfəri başa çatdı - Fotolar
16 noyabr 23:59
- İlham Əliyev liderlərin iclasında (YENİLƏNİR)
16 noyabr 11:08
- Kaş boşanmış olardım - Şəhid xanımı Gülüstan Əliyeva
16 noyabr 10:59
- Polad Həşimovun qızı: Paraddakı hərbçilərin arasında atamı da görürdüm...
16 noyabr 10:49
- Sadəcə sənin adın var könlümdə... - Günün mahnısı
16 noyabr 01:28
- Ukrayna və Rusiya razılığa gəldi
16 noyabr 00:49
- İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
15 noyabr 22:51
- İlqar Hacıyev də Baş Prokurorluğa çağırıldı
15 noyabr 21:58
- Tanınmış jurnalistlər Özbəkistanda səfir və rektorla görüşdü (FOTO)
15 noyabr 16:15
- Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü oldu
15 noyabr 16:05
- LEŞ TOFİQ-lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
15 noyabr 12:31
- Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
15 noyabr 11:53
- İlham Əliyev Mahmud Abbası təbrik etdi
15 noyabr 11:42
- Gürcüstanda plastik qab-qacaq qadağan olunur
15 noyabr 11:08
- Alim ölkə başçısına müraciət edib — Tariyel Pənahovun istəyi nədir?
14 noyabr 18:21
- Payızın qızıl vaxtı - Şahnaz Şahin yazır
14 noyabr 17:47
- Utanılası tarix - Mirzoyan azərbaycanlı bolşevikləri bir-birinə qırdırırmış
14 noyabr 17:38
- Zelenski İlham Əliyevə zəng etdi
14 noyabr 17:12
- BAKCELL MMC-nin meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
14 noyabr 16:55
- Zəngilanın Ağalı kəndinə növbəti köç karvanı yola salınıb
14 noyabr 15:28
- Əli Nağıyev və Orxan Sultanov Xankəndidə iclasda - Fotolar
14 noyabr 15:05
- İcra başçısına 15 TON ARPA satdım, PULUNU VERMİR..)))
14 noyabr 12:48
- TƏBİB-də yoxlama olacaq: Qurum 1,8 milyonluq kənar audit xidməti alır
14 noyabr 12:19
- Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanladı
14 noyabr 12:01
- Xalq aclıq içindədirsə, ölkəni idarə etmək mümkün deyil
14 noyabr 01:10
Video & Fotoqalereya
Video
Fotoqalereya
