Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
Millət vəkili Səyyad Aranın “Qafqazinfo”ya müsahibəsini təqdim edirik:
- Müəllim, jurnalist, siyasətçi, ata, baba... Səyyad Aran bu adlardan daha çox hansıdır?
- Siyasətçi... Çünki bu mənim həyatım oldu. Mən 1990-cı illərdən fəal siyasətdəyəm. Ölkənin həyatında baş verən siyasi hadisələrə heç vaxt biganə qala bilməmişəm. Bu, həm xarakterimlə, həm də ixtisasımla bağlıdır. Mənim birinci ixtisasım Azərbaycan-dili və ədəbiyyat müəllimliyi, ikincisi isə hüquqşünaslıqdır. Lakin bütün şan-şöhrətim siyasətlə bağlı oldu.
- Müsahibələrinizdən birində demişdiniz ki, uzun müddət sonra parlamentə qayıtmağınız YAP-ın qərarı idi. Bəs özünüz necə, yenidən deputat olmaq istəyirdiniz?
- İstəyirdim. Etiraf edim ki, deputatlığı bir az müəllimliyə bağlayıram. Müəllim tövsiyə verir, yol göstərir, şagirdin çıxışlarındakı müəyyən səhvləri təshih edir. Deputat da belədir, tövsiyə verir, qanunların ayrı-ayrı maddələrinin yazılış qaydasını dilə gətirir, məsləhət verir. Mən özümü deputatlıqda daha rahat hiss edirəm və daha çox görürəm.
- Bəzən seçicilər deyirlər ki, deputatlar Milli Məclisdə sadəcə səsvermə ilə kifayətlənirlər. Sizin fikrinizcə, parlamentdə qanun layihələrinin qəbulu ilə bağlı real təsir gücü olan neçə deputat var?
- Hər halda bir xeyli var. Çox fəal deputatlar var. Onlar qanun layihələrinə müdaxilə edir, fikir bildirir və bəzən də “mən bu qanuna səs verməyəcəm” deyir və səsvermədə baxırsan ki, iki nəfər səs verməyib. Aydın olur ki, o sözü deyən adamlardır. Parlament plüralizm məkanıdır, çoxçalarlılıq, çoxfikirlilik deməkdir. Burada Azərbaycanın rayonlarını təmsil edən müxtəlif deputatlar var. Düşünürəm ki, hamısı da yerindədir, əks təqdirdə xalq onlara səs verməzdi. Elələri var ki, daha aktivdir. Bu onların təcrübəsi ilə əlaqəlidir. Məsələn, parlamentdə təxminən 5-6 deputat 7-ci dəfədir seçilir. Bəlkə 20 deputat isə 6-cı dəfədir seçilir. Onlar parlamentin işinə dəstək verirlər, kömək göstərirlər, qanunların qəbulunda və təhlilində yerinə düşən təkliflər verirlər. İndi kimlərsə passivlik göstərirsə, bunu mən deyə bilmərəm. Hər kəs özünə cavabdehdir.
(1).jpeg)
- Biz diqqət edirik, qanun layihələrinin müzakirəsinə ancaq eyni deputatlar fikir bildirir. Siz uzun müddət sonra MM-ə qayıtmağınıza baxmayaraq, təkliflər verir, müzakirələrdə aktiv iştirak edirsiniz. Lakin illərdir burada olmaqlarına baxmayaraq, hələ də bəzi deputatlar passiv olmağa davam edirlər. Onlara tövsiyəniz nədir?
- Əlbəttə, siz kənardan baxırsınız deyə, bunu aydın bilirsiniz. Siz - jurnalistlər tükü-tükdən seçirsiniz, Məclisi müşahidə edirsiniz, daha yaxşı görə bilirsiniz. Tövsiyəm odur ki, onlar da fəal olsunlar, seçicilərinin arzularını, istəklərini, tələblərini ifadə eləsinlər. Çünki bizi xalq seçib, adımız da millət vəkilidir. Bu adı doğrultmaq lazımdır. Xalqın istəklərini müəyyən nazirlərə, xidmət orqanlarına, hüquq-mühafizə orqanlarına çatdırmaq lazımdır. Onlar bizi ona görə seçib ki, biz onların dili olaq.
- Deputatın səsləndirdiyi hər hansı fikir geniş müzakirə obyektinə çevrilir...
- Tamamilə doğrudur. Çünki orijinal olur, birdən-birə məlum olur ki, belə bir problem var və onu deputatın dilindən eşidəndə bu, çox böyük maraqla qarşılanır. Nəticədə də geniş müzakirə yaranır, səs-sədası böyük olur.
Məsələn, mənim bir müsahibəmdə səsləndirdiyim fikri jurnalist başlığa çıxardı deyə, məni dilə-dişə saldı. Başlıq təxmini belə idi: “5 min manatla mən necə maşın alım?” Əlbəttə, nə qədər qənaət etsən də, 5 min manatdan qənaət edib maşın ala bilməzsən. O biri adamlar da tez meydana atılıb deyirlər ki, 400-500 manat maaş alan nə etsin bəs? Mən nə edim ki, o, 400-500 manat maaş alır? Mənəm günahkar?! Zəhmət çəkib oxuyardı, ali təhsil alaydı, öz sahəsində fəal çalışardı, yüksələydi və yüksək maaş alaydı. Savadı yoxdur, ali təhsil almayıb və 400-500 manat maaş alır. Mən günahkaram?! Bu sözləri qabardaraq deputatı qınaq obyekti eləmək nəzakətsizlik və ədəbsizlikdir. Fəaliyyətini təqdir etdiyim jurnalistlərdən biri isə belə bir yazı yazmışdı ki, bəlkə yığışaq deputata bir maşın alaq. Özü biləcək. Sən mənə niyə maşın almalısan, bu istək nəyə görədir? O qızın fəaliyyətinə rəğbətim var, amma bu nə sözdür mənim ünvanıma deyirsən, ayıb deyilmi? Buna görə də yarım ildən çoxdur ki, heç kimə müsahibə vermirəm.
.jpeg)
- Müşahidələrimə əsasən deyə bilərəm ki, parlamentdə hər deputatın birlikdə söhbətləşdiyi, bir süfrəni bölüşdüyü adamlar var. Sizi isə adətən tək görürük, səbəbi nədir?
- (Gülür) Sənə əhsən! Çox ciddi müşahidə etmisən. Düzdür, mən tək oluram. Səbəbi odur ki, danışırsan, söhbət edirsən, birdən qəfil ağzından bir söz çıxır. Mən daş kimi dinməzəm, həyatım boyu heç nəyin qiybətini etməmişəm. Sadəcə yadımda saxlayıram, mənfi davranışdan da, müsbət əməldən də özümə nümunə çıxarıram. Çəkinirəm, qorxuram. Deyirəm birdən müəyyən bir hərəkət edərəm və ya söz deyərəm, onu başqa cür aparıb çatdırarlar və bu, narazılıq yaradar. Ona görə də bir qədər özümə qapanmış vəziyyətdəyəm. Əvvəllər dostlarım çox olub.
- İndi dostlarınızın sayı azdır?
- Bir az azalıb. Birincisi, mən on ildir hacıyam. Şeyx Nəsrullah demişkən, şərab istemal eləmirəm. Belə olanda da dostların sayı azalır. Həcc ziyarətinə getməmişdən qabaq bir dostum mənə dedi ki, dostlarının sayı azalacaq. Mən inanmadım. Düzdür, köhnə dostlarım məni çağırırdılar, görüşlərə dəvət edirdilər. Amma mən gördüm ki, alınmır. Onlar yeyib-içirlər, mən isə boşqabda çəngəl-bıçaqla qurtdalanıram. Baxdım ki, daha o məclislərdə artıq görünürəm. Ona görə daha o məclislərə getmədim, sonra onlar da məni heç çağırmadılar. Belə-belə say azaldı. Vaxtilə Fərəməz Maqsudla, Şahlar Əsgərovla, Səfiyar Musayevlə, Ağabəy Əsgərovla, Siyavuş Novruzovla dost olmuşam, birlikdə məclislərə gedirdik. Xoşbəxtlikdən mənim gənclikdən oturub-durduqlarımın böyük əksəriyyəti özümdən azı 20 yaş böyük olub. Bu da daha çox öyrənməyimə, görüb-götürməyimə səbəb olub.
.jpeg)
- Siyavuş Novruzovla dostluğunuz bu gün də davam edirmi?
- Davam edir, amma əvvəlki kimi yox. Çünki düz gəlmir də, məclisdə hamı danışır-gülür, zarafat edir, sən isə durub baxırsan, alınmır. Həm də mən Siyavuşdan 17-18 yaş böyüyəm. Mən daha çox yaşlanmışam. Nə mənada? Düşüncə, həyata baxış, davranış tərzi ilə və s. Siyavuş isə hər halda gəncdir. Siyavuşun gənc dostları var, ona onlarla daha yaxşıdır. Zarafat edirlər, lağlağı edirlər. Mənim yaşım ona imkan vermir.
- Çıxışlarınıza çox vaxt əks fikir bildirən həmkarlarınız olur. Bunun səbəbi nədir?
- Bilirəm. Bir deputat həmkarım adımı çəkmədən bir yazı yazmışdı. Namərd çıxış idi. Sən deputat həmkarına qarşı elə çıxış etməli deyilsən. Özü də onun atası vaxtilə partiya sədri olmuşdu və atasına çox böyük hörmətim, köməyim olub. Onun yazısından sonra mən pərt oldum. Sən axı bilirsən ki, atanla mənim münasibətim necə olub.
- Seçicilərinizdən sizə daxil olan ən qeyri-adi tələb nə olub?
- “Mənim oğlumu türmədən buraxdır”. Ən qeyri-adi tələb bu olub. Təbii olaraq mən demişəm ki, bu mənim səlahiyyətimdə deyil axı. Müstəsna hal Prezidentə aiddir, o, əfv edə bilər. Həmçinin türmədən buraxdırmaq üçün Əfv Komissiyası var, mən onun üzvü də deyiləm. Bizdə İmişlidə belə ifadələr var: “Başına dönüm”, “Azarını çəkim”. Mən o yaşlı qadına dedim ki, başına dönüm, ay xala, o mənim işim deyil axı. O, bu sözümdən təsirləndi. Mən sənə yardım edə bilərəm, ürəyindən keçən bir şey varsa, onu alıb gətirə bilərəm. Amma türmədən adam buraxdırmaq mənim işim deyil.
Elə şeylər var ki, onu həll etmək olur, eləsi də olur ki, mümkün olmur. Ona görə ki, 8 dəfə zəng etmişəm, telefonumu götürməyib.
- Kim?
- Hələ ki, adını çəkmək istəmirəm.
Sən görürsən ki, millət vəkili sənə 8 dəfə zəng edib. Heç özün zəng etmə, sən böyük adamsan, böyük “padişah”san, köməkçinə de ki, Səyyad Aran mənə niyə 8 dəfə zəng edib, maraqlan gör nə məsələdir? Xubyarlı kəndinin camaatı hər dəfə mənə deyir ki, şose yoldan kanalın üstündən körpü çəkilməli idi, bu körpü nə oldu?
- Söhbət Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovdan gedir?
- Bilmirəm. Xalq bilir ki, deputatın aidiyyəti şəxsə zəng etməyə imkanı var. Lap istəsə, gedər həmin qurumun özünə, o deputatın qarşısını kəsə bilməzlər. “Qəbul etmirəm” deyə də bilməzlər, çünki yerində olduğunu öyrənib gedirəm. Sonra rüsvay edərəm həmin şəxsi ki, sən yerində ola-ola məni niyə qəbul etmirsən?! Sən kimsən?! Nə həddin var məni qəbul etmirsən?! Amma cavab almıram axı. Camaat yapışır yaxamdan ki, bu körpü 2024-cü ildə çəkilməli idi, daha 2025 də bitir. Bir cavab verin də! Sənin nazirliyin, mənim deputatlığım, bir başqasının başçı, rəis, prokuror olmağı bu xalqa görədir. Biz o camaata görə nazirik, deputatıq və s. Bunu çoxu başa düşmür. Bu dünyada heç nə əbədi deyil. Sabah sən o vəzifədən, mən də deputatlıqdan gedə bilərik, amma qarşı-qarşıya gələndə bir-birimizin üzünə necə baxacağıq?
Gənclər və idman naziri Fərid Qayıbova nə vaxt müraciət etmişəm, müsbət cavab verib. Amma o iş bizdən asılı olmayan səbəblərə görə baş tutmadı. Çünki Aranlı kəndində bizdən stadion istəyirdilər, getdik gördük ki, deyilən yer xəstəxana ərazisidir. Xəstəxana da 1980-ci ildə tikilib, artıq dağılır, uçur. 45 ildir ki, bunu yoluna qoymurlar. Ay səhiyyə naziri, get, gör bu nə məsələdir, 80-ci ildə tikilən xəstəxanadır, bu niyə yarımçıq qalıb? İndi burada iş getməyəcəksə, böyük həyəti var, stadion yaradılsın.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə də nə vaxt zəng etsəm cavablandırıb, bildirdiyim məsələlərlə anında məşğul olublar.
- Uzun müddət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini olmusunuz. Bildiyiniz kimi, din Azərbaycanda ən həssas sahələrdəndir. Fəaliyyətiniz dövründə bu sahədə sizi ən çox düşündürən çətinlik və ya paradoks nə idi?
- Elə bir paradoks yox idi. Mən ağsaqqal kimi konflikt olan yerlərə göndərilirdim və məsələni yerində həll edirdim. Azərbaycanda dinlər arasında paradoksal bir şey görmürəm. Cərəyanlar arasında isə müəyyən qarşıdurmalar olur. Azərbaycanın köklü əhalisi şiə və sünnilərdir. Daha çoxu isə şiədir. Başda dövlətin siyasəti olaraq Azərbaycanda şiə və sünni ədavəti olmur. Bizə təsir edən müəyyən dini cərəyanların, məsələn vahabilərin Kərimə dövləti yaratmaq ideyasıdır. Ən pisi dövlətə qarşı planlar qurmaq, dini dövlət yaratmaq istəkləridir. Bu da ola bilməz. Biz demokratik, dünyəvi, unitar dövlətik. Bizdə xristian, iudaizm və digər dinlərin də nümayəndələri var. Onlar sərbəst şəkildə öz dinlərini özləri üçün təbliğ edərək fəaliyyət göstərirlər. Heç kim heç kimə heç nə demir.
- İndiyə kimi hansı qərarı verməkdə çətinlik çəkmisiniz, amma eyni zamanda o qərarı vermisiniz?
- Verməmişəm. Təəssüf ki, onu deyə bilməyəcəyəm. O mənim həyatımda ağrılı hadisədir. Desəm, bilinəcək, deyə bilmirəm. Bir məsələ var idi, orada ləngidim. O mənim səhvim oldu. Bir dostum söz dedi, məni yayındırdı. Onu özümə bağışlaya bilmirəm, indiyə qədər məni yandırır.
- İndi o dostunuz həyatdadır?
- Həyatdadır, bəli.
- Küsülüsünüz?
- Yox, yox, münasibətimiz var, səmimiyik (Fikrə dalır). Nə isə, kənara çıxsam, dilimdən birdən söz qaçar. Bir səhvim o olub, onu özümə bağışlaya bilməmişəm.
- Bildiyiniz kimi, deputatların silah gəzdirmək hüququ var. Siz silah gəzdirirsiniz?
- Qətiyyən! Heç vaxt! Nə əvvəlki on ildə, nə də indi. Mən kimsəni özümə düşmən bilmirəm.
- Bildiyim qədərilə futbol azarkeşisiniz. Hansı komandanı tutursunuz?
- Azərbaycanda təbii ki, “Qarabağ”. Dünyada isə “Qalatasaray”, Salaha görə “Liverpul”, Ronaldoya görə “Real Madrid”, Messiyə görə isə “Barselona”ya azarkeşlik etmişəm. Çox möhkəm futbol azarkeşiyəm. Bəzən evdə hiss edib nəticəni öncədən deyirəm, kiçik oğlum deyir, bunu necə bildin? Futbol həm sağlamlığımdır, həm də xəstəliyim. Millimiz mənim xəstəliyimdir, daim uduzur. Amma “Qarabağ” qələbə qazananda dünyanın ən xoşbəxt adamı oluram. “Benfika”ya 3:2 qalib gələndə səhərəcən yatmadım. Futbola çox bağlıyam. “Qarabağ” həyatımdır.
Nuranə Daxilqızı
Video: Xəyal Vəlizadə
- Pensiyalar GECİKƏCƏK
9 yanvar 2026 12:23
- 19 müəllim Üzeyir Hacıbəyli Mükafatı- nı qazandı
9 yanvar 2026 12:13
- Pezeşkian təhlükəsizlik qüvvələrinə çağırış etdi - Qəbuledilməzdir
9 yanvar 2026 11:53
- Şəhriyarla Teymur şahmatdan milyonlar qazanıb - MƏBLƏĞ
8 yanvar 2026 13:32
- Dünya çox təhlükəli mərhələyə girir – Əli Məsimlidən sensasion müsahibə
4 yanvar 2026 13:26
- 2025-ci ildə Azərbaycana 50.000 ( ƏLLİ MİN ) TON PALMA YAĞI gətirilib
2 yanvar 2026 11:38
- Azərbaycan Çindən səkkiz min tabut aldı
1 yanvar 2026 22:20
- Prezident büdcə ilə bağlı bu qaydalar təsdiqlədi
29 dekabr 2025 22:11
- Bir insan ildə 78 kilo ət, 21 kilo balıq yeməlidir
29 dekabr 2025 21:14
- Azərbaycanda donuzlar azalıb - Ən çox hansı rayonlarda saxlanılır...
27 dekabr 2025 20:37
- Prezident MİQ-in ödənişli olmasını - Təsdiqlədi
15 yanvar 18:10
- Görün Hacıbala Abutalıbov harada yaşayır (FOTO)
15 yanvar 17:57
- Havanın temperaturu 8 dərəcə enəcək, qar yağacaq
15 yanvar 17:51
- Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
12 yanvar 19:04
- Deputat öz yerinə onu təyin etdi
12 yanvar 18:53
- Qrenlandiyanı biz ələ keçirməsək, bunu Rusiya və ya Çin edəcək - Tramp
12 yanvar 12:52
- Prezidentin sədrliyi ilə müşavirə keçirildi (FOTO)
12 yanvar 12:44
- Azərbaycan, HAZIR OL ! - Amerikadan ŞOK XƏBƏRDARLIQ gəldi
12 yanvar 11:56
- İranda aksiyalarda ölənlərin sayı 500-ü keçdi
12 yanvar 11:18
- Seyran Səxavət: Yazıçı Anarın yerinə mən olsaydım, hamısını AYB-dən xaric edərdim
11 yanvar 22:42
- Kuba Prezidenti Trampa cavab verdi: Xalqımız son damla qanına qədər vətənini müdafiə etməyə hazırlaşır
11 yanvar 22:26
- Pezeşkian xalqı meydanlara çağırdı
11 yanvar 21:26
- Qaxdakı dünya əhəmiyyətli abidə MƏHV OLMAQ ÜZRƏDİR (VİDEO)
11 yanvar 21:18
- Azərbaycanda 14 gün İŞ OLMAYACAQ
11 yanvar 15:15
- Ağdərədə mina partladı: Xəsarət alan var
11 yanvar 15:01
- Adnan Əhmədzadənin adı hallanan Grand-Martın 4 MİLYON VERGİ BORCU
11 yanvar 13:57
- Tüstü bacaları ölüm saçır: Məsuliyyəti kimsə üzərinə götürmür
11 yanvar 13:02
- İranda etirazçılara sərt xəbərdarlıq - Bu şəxslər EDAM olunacaq
11 yanvar 12:56
- Əliağa Vahid ölü yiyələrindən niyə küsmüşdü? – Qızından atası ilə bağlı maraqlı xatirə
11 yanvar 12:42
- İranın xarici işlər naziri ailəsi ilə birgə Livana qaçdı
11 yanvar 00:11
- İsrailin xarici işlər naziri Azərbaycana gələcək
11 yanvar 00:00
- Pezeşkiandan ŞOK ETİRAF: Ürək cərrahıyam, üç aylıq maaşım...
10 yanvar 22:39
- Tehranda 10 dövlət idarəsi, 24 yaşayış binası yandırıldı –Tehran meri
10 yanvar 21:38
- İranda generalının oğlu öldürüldü
10 yanvar 21:14
- 73 yaşlı Əli Abbasov bu sahədə çalışacaq
10 yanvar 21:05
- 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı hazırlıqlara başlanıldı - FOTOLAR
10 yanvar 13:30
- İllərlə edilən səhvlərin nəticəsi: Bakı boğulur - Çıxış yolu var?
10 yanvar 13:09
- Təbriz də ayağa qalxdı: Azərbaycan şərəfdi, Pəhləvi bişərəfdi !
10 yanvar 11:50
- Rza Pəhləvi Trampa çağırış etdi - Hazır olun
10 yanvar 11:35
- 1799-cu ildə Suvorov Alpları niyə aşmışdı? - Rusiyanın köləlik naminə qanlı savaşları
10 yanvar 11:21
