Çar 2-ci Nikolayı güllələmiş sabiq çekistin məxfi səs yazısı- Şahzadə Alekseyə 11 güllə vurduq, ölmürdü (AUDİO)
İnternetdə Rusiya İmperatoru 2-ci Nikolayı və ailəsini güllələmiş NKVD-nin sabiq əməkdaşı Qriqori Nikulinin uzun illər məxfi saxlanılmış səs yazısı yayılıb.
Azpost.info xatırladır ki, 1917-ci ildə bolşeviklərin Rusiyadakı noyabr çevrilişindən sonra imperator ailəsi Urala – Yekatrinburqa aparılıb və İpatevlərin evində saxlanılıb. Uzun müddət Lenin başda olmaqla bolşevik rəhbərliyi Romanovlar ailəsi ilə necə rəftar edilməsi barədə qəti qərar verə bilməyiblər.
Yalnız 1918-ci ilin iyulunda imperator ailəsinin qətlinə fərman verilib və gizli dəfn edilib. Rusiya imperatoru 2-ci Nikolay və ailə üzvləri 1918-ci il iyulun 16-dan 17-nə keçən gecə İpatevlər evində qətlə yetirilib. Güllələnmə üçün əsas olaraq bolşeviklərin rəhbərlik etdiyi Ural vilayətinin əsgər, fəhlə, kəndli Sovetinin qəbul etdiyi qərar götürülüb.
Həmin gecə 50 yaşlı çar 2-ci Nikolay, 46 yaşlı həyat yoldaşı Aleksandra Fyodrovna, knyaginiyalar -22 yaşlı Olqa, 21 yaşlı Tatyana, 19 yaşlı Mariya, 17 yaşlı Anastasiya və 13 yaşlı şahzadə Aleksey güllələnib.
Boleşviklər həmçinin ailə həkimi olan 53 yaşlı Botkinə, aşpaz Xaritonova, nökər Truppa və qulluqçu Demidovaya da rəhm etməyiblər.
1964-cü ildə yazılmış səs yazısında Nikulin 1918-ci ilin iyulunda çar ailəsini necə öldürdüklərini soyuqqanlıqa nəql edir, bu gülləbaranın detallarını açıqlayır.
Onun sözlərinə görə, həmin il Yekatrinburqda hamı çar ailəsi ilə bağlı hansı qərarın veriləcəyini gözləyirdi: “Hamı gözləyirdi ki, bu işin sonu necə olacaq. Biz bilirdik ki, hansısa bir son olacaq. Gözəl günlərin birində, 16 iyulda Yurovski (çar ailəsinin güllələnməsinə rəhbərilik etmiş şəxs -red) mənə dedi ki, onu İcraiyyə Komitəsinə çağırırlar. 3-4 saatdan sonra qayıdıb bildirdi ki, “vəssalam, qərar verildi. İndi şəhərdə xüsusi vəziyyət elan olunacaq. Bu gecə biz çar ailəsinin hamısını aradan götürməliyik”. Sual bu idi: Necə?”
Nikulin onlara göndərilmiş direktivdən danışır və qeyd edir ki, “yuxarıdan” verilən göstərişə görə bu qətl hay-küysüz həyata keçirilməli idi: “Bəs necə edək? Biz bir neçə variant düşündük. Bir varianta görə, imperator ailəsinin hər bir üzvünə ayrılıqda yanaşıb onları yatdıqları çarpayıda güllələmək. Başqa bir təklifə görəsə çar ailəsini qayda-qaunu yoxlamaq adı ilə bir otağa cəmləyib otağa bomba tullamaq. Son variant isə ən ağlabatan variant oldu: Evə hucum təhlükəsi olduğunu elan edərək onların hamısını otağa yığmaq, orada güllələmək. Proses hardasa gecə saat 11-in yarısında başlandı. Yurovski imperatorun ailə həkimi olan Botkinin otağına gedib onu oyatdı ona bu barədə dedi. Bildirdiki hucum gözlənilir və biz müdafiə olunacağıq. Odur ki, çar ailəsi aşağı otağa düşməlidirlər”.
Nikulinin sözlərinə görə, güllələnməyə kömək üçün Fövqəladə Komissiyada -“ÇK”da işləyən Medvedyev, Rodzinski Yermakov və daha 4 nəfər göndərilmişdi. Güllələnməni icra etmək üçün 8 nəfər ayrılmışdı: “İmperatorun bütün ailə üzvləri otağa yığışdı. Bz qadınların oturması üçün stullar da qoyduq. Çünki azyaşlı şahzadə Aleksey çətinliklə yeriyirdi. İmperatiriçə Aleksandra Fyodrovna oturdu. Bu zaman Yurovski qısaca bildirdi ki, “sizin dostlarınız Yekatrinburqa hucuma başlayıb. Odur ki, siz ölüm cəzasına məhkum edilmisiniz. Onlar söhbətin nədən getdiyini heç anlamadılar da… 2-ci Nikolay eləcə “a-a-a” deyə bildi. Bundan sonra atəş açmağa başladıq. Birinci, ikinci… Bir neçəsi güllə yaralarından ölməmişdi. Deysən knyaginiya Anastasiya və balışı qucaqlayan Davıdova… Balışı əlindən alıb onu öldürməli olduq. Şahzadə Aleksey də xeyli müddət tərpəndi. Sonunda biz hamısını öldürdük. Mən hesab edirəm ki, onlara humanist münasibət sərgiləndi”.
Yerigəlmişkən qətliamda iştirak etmiş İsay Rodzinski də 1964-cü ildə verdiyi verdiyi müsahibəsində yeniyetmə şahzadəyə xeyli güllə vurduqlarını etiraf edib: “Ona 11 güllə vurduq, nəhayət canını tapşırdı. Aleksey çox diribaş və şən uşaq idi. Yerigəlmişən çox yaraşıqlı idi”.
Səs yazsının rəy bölməsində istifadəçilərin böyük əksəriyyəti Nikulini və bu cinayətdə iştirak edənləri lənətləyib.

FOTO: İmperator ailəsinin güllələndiyi zirzəmi. 1919-cu il.
Səs yazısını isə çar qatili olan Medvedyevin “ Nauka” nəşriyyatının tarix redaksiyasında işləmiş oğlu Mixail Medvedyev yazıb. 1964-cü ilin oktyabrında o keçmiş çekist Qrioqri Nikulini Radio Komitəsinə dəvət edərək bu müsahibəni götürüb. Müsahibə həmçinin çar ailəsinin üzvlərinin cəsədini yandırmış İsay Rodzinskidən də götürülüb. Medvdeyvin oğlu onlara ağır sullar verib: Niyə uşaqları öldürdünüz? Kim öldürdü?
Bu səs yazısı partiyanın məxfi arxivinə göndərilib.
Medvediyevin oğlu xatırlayırdı ki, 30 –cu illərdə Moskvaya köçən Yurovski, Medvedeyev və Nikulin onların evinə yığışanda söhbət həmişə eyni məsələyə çıxırdı: İmperator Nikolaya birinci kimin gülləsi dəydi?
Qətlin iştirakçıları hakimiyyətdən böyük töhfələr alıblar. Onlar Moskvanın mərkəzi yerlərində əla mənzillərdə yaşayıblar, yaxşı karyera qurublar. Mixail Medvdeyev NKVD-nin xüsusi səlahiyyətli apartının şöbə rəisi işləyib. Öz həmkarlarına qarşı təhqiqat işlərinə rəhbərlik edib. Nikulin isə Moskvanın su təminatı idarəsinə rəhbər göndərilib.
Qatillərin qəbri Novodeviçevo qəbristanlığında, Rusiyanın sabiq prezidenti Boris Yeltsinin məzarının qonşuluğundadır. Onların məzar daşlarında nə işə məşğul olduqları barədə heç nə qeyd edilməyib.
Güllələnmədə iştirak etmiş Yermakov isə çar ailəsinə atəş açmış mauzerini Yekatrinburqdakı muzeyə bağışlayıb.
- Atalıq testindən qaçış, NARKOTİK damğası - Mikayıl İsmayılovun gəlininin işi qaranlıq məcraya sürüklənir
17 aprel 2026 14:00
- Partiya sədrlərinin ixtisası: tarixçi, hüquqşünas, həkim, jurnalist...
15 aprel 2026 11:11
- Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıldı
14 aprel 2026 17:09
- Ramiz Mehdiyevə yaxın kəşfiyyat rəhbəri haqda şok iddialar
11 aprel 2026 13:44
- Sabiq agentlik sədri açıqladı - Pullar Vasif Talıbovun oğlu Seymura çatırdı
10 aprel 2026 21:12
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
8 aprel 2026 14:09
- Mətləb Mütəllimli vəfat etdi
8 aprel 2026 00:28
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Temperatur 8 dərəcə ENƏCƏK – Xəbərdarlıq
19 aprel 20:56
- Tramp–Pezeşkian görüşü gündəmdə: İslamabadda həlledici mərhələ
19 aprel 20:35
- Vuçiç İlham Əliyevə zəng etdi
19 aprel 18:20
- Qubernator Prezidenti -ağıldankəm faşist - adlandırdı...
19 aprel 14:47
- Füzulidə hərbçilər qəzaya düşdü: 2 nəfər həlak oldu
19 aprel 13:49
- Kardioloqlar infarktın ən çox hansı saatlarda baş verdiyini açıqladı
19 aprel 11:55
- SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu
19 aprel 11:51
- Paytaxtda 100 minə yaxın bina SÖKÜLƏCƏK
19 aprel 00:22
- Almaniyada minlərlə QABAN məhv edildi
19 aprel 00:17
- Meloni Azərbaycana gələcək
18 aprel 23:38
- İspaniyanın baş naziri: BMT-yə QADIN RƏHBƏRLİK etməlidir
18 aprel 20:43
- Azərbaycan qlobal təlatümlərin əhatəsində sabitlik adasıdır
18 aprel 19:56
- Şahmat dünyasının yeni lideri türksoylu ola bilər
18 aprel 19:11
- Mehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak etdi (FOTO)
18 aprel 16:23
- Paşinyandan müxalifətə: Onlar Qarabağı ələ keçirmək istəyirlər, bu, Ermənistanın sonu olar
18 aprel 15:59
- Abdin Fərzəliyev JURNAL satan şirkətdən 96 000 manatlıq ƏT ALIR
18 aprel 14:55
- Bazar günü 25 dərəcə isti olacaq
18 aprel 13:47
- Sevinc Çılğınla -Poeziya saatı- keçiriləcək
18 aprel 13:33
- Banklardan SOYĞUNÇULUQ - Faizlər görün NEÇƏ DƏFƏ ARTIB
18 aprel 12:36
- Şahbaz Şərif və İlham Əliyev Antalyada ikitərəfli tərəfdaşlığı müzakirə ediblər
18 aprel 12:21
- Dostlarından İsa Arasla bağlı İNANILMAZ SÖZLƏR– Mənim və Viktorun sevgilisi idi
18 aprel 12:09
- Bakının bu ərazilərində torpağın 1 SOTU 2 MİLYONDUR
18 aprel 11:49
- Prezident Diplomatiya Forumu ilə bağlı paylaşım etdi
18 aprel 00:46
- Başlıbel qətliamından 33 il keçir
18 aprel 00:21
- Birinci xanımlar Antalya Forumununda - Foto
17 aprel 21:39
- Bir qrup şair və yazıçıya Prezident təqaüdü verildi - EKSKLÜZİV
17 aprel 20:40
- Tramp Hörmüz boğazını açdığına görə İrana təşəkkür etdi
17 aprel 20:18
- Prezidentlə xanımı Antalyada tədbirdə iştirak edir
17 aprel 16:49
- 4200 manata DOVŞAN və QURBAĞA ALIR
17 aprel 15:55
- QOÇ ƏT- lə bağlı böyük qalmaqal: Menyuda 5.5, qəbzdə 8.2 manat...
17 aprel 15:38
