Ramiz Mehdiyevin pensiyası hansı halda kəsilə bilər?
Ötən həftədən bu günə kimi Prezident Administrasiyasının cinayət məsuliyyətinə cəlb edilən keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin adı gündəmdən düşmür. Sosial şəbəkələrdə onunla bağlı açılan müzakirələrdən birində Mehdiyevin çox yüksək - “gözqamaşdıran məbləğdə” pensiya aldığı bildirilir. Bu iddialara görə, Mehdiyev 10-12 min arasında pensiya ilə təmin olunur.
Modern.az saytı Mehdiyevin pensiya məbləğini araşdırmağa çalışıb.
Amma məlum olub ki, akademikin pensiyasını hesablamaq da xeyli çətindir. Bunun üçün lazım olan məlumatlar (onun almış olduğu rəsmi maaş, staj müddəti, əlavə ödənişlər) dəqiq məlum deyil.
Amma əminliklə qeyd edə bilərik ki, uzun illər Prezident Administrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti kimi yüksək vəzifələrdə işləmiş şəxsin pensiyası sıradan əmək pensiyasından on-iyirmi dəfələrlə yüksəkdir.
Ekspertlər deyirlər ki, Ramiz Mehdiyev kimi yüksək vəzifəli məmurun pensiyası nəzəri baxımdan orta əmək pensiyasından dəfələrlə yüksək ola bilər - çünki yüksək maaş, uzun əmək stajı, ali statuslu dövlət qulluqçusu kimi xüsusi əlavələr burada xüsusi rol oynayan amillərdir.
Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. Bu, “yüksək vəzifə + uzun staj” deməkdir. O, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti postunu da tutub.
Bundan başqa, 87 yaşlı akademik 2007-ci ildən AMEA-nın həqiqi üzvüdür. Ölkə başçısnın sərəncamına əsasən, 2018-ci il noyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat təşkil edir.
Yəni Ramiz Mehdiyev hazırda təkcə akademik rütbəsinə görə ayda 2000 manat alır.
Ramiz Mehdiyevə 2003-cü ildən - 65 yaşı tamam olduğu vaxtdan pensiya kəsilib. Həmin dövrdən indiyə kimi isə pensiyalar dəfələrlə illik indeksləşdirilib ki, bu da onun aldığı təqaüdün məbləğinin artmasına təsirsiz ötüşməyib.
Ramiz Mehdiyevin 20 minə yaxın təqaüd aldığı da iddia edilir.
![]()
Bu barədə Musavat.com-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, nə qədər yüksək məbləğ toplansa da, onun pensiyasının 12 mindən çox olması iddiası həqiqəti əks etdirmir:
“Dövlət qulluğu ilə bağlı bu şəxslər müəyyən üstünlüklər qazanırlar. Amma keçmiş baş nazirlər 6 min manata yaxın təqaüd alırlar. Ramiz Mehdiyevin 12 mindən çox təqaüd alması o qədər də inandırıcı deyil. Bəzən deyirlər ki, 20 minə yaxın təqaüd alır. Bu, real ola bilməz”.
Bəs Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlar məhkəmədə sübuta yetirilərsə, onun pensiyası kəsilə və azaldıla bilərmi? Qanun nə deyir?
![]()
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a bildirib ki, pensiya vətəndaşın işləyərək dövlət tərəfindən qazandığı hüquqdur. Onun sözlərinə görə, cəza çəkən məhkumlar belə pensiya alırlar:
“Yəni Ramiz Mehdiyevin əmək haqlarına uyğun hesablanmış pensiyası ömrünün sonuna kimi ona veriləcək. O, bundan məhrum oluna bilməz. Onun 20 min pensiya alması isə mümkün deyil. Ramiz Mehdiyev prezidentdən yüksək pensiya ala bilməz ki...
Nəzərə alaq ki, Mehdiyevin işlədiyi dövrlər əmək haqları çox aşağı olub. Son 5-10 il ərzində qalxıb. Buna görə də 15-20 minlik pensiya real deyil”.
Şahanə Rəhimli
Musavat.com
- Azərbaycanda da satılan bu uşaq qidasında siçan zəhəri - QALMAQAL
20 aprel 2026 22:00
- Ələkbər Salahzadənin qızı: Atamın ölümündən sonra nömrəsindən zəng gəldi,..
20 aprel 2026 15:44
- Bakıda güllələnən müəllim həmin şagirdi bağışladı
20 aprel 2026 13:25
- Ukrayna Türkiyəyə rəsmən müraciət etdi: Putin–Zelenski görüşü gündəmdə
20 aprel 2026 00:09
- Tramp–Pezeşkian görüşü gündəmdə: İslamabadda həlledici mərhələ
19 aprel 2026 20:35
- Kardioloqlar infarktın ən çox hansı saatlarda baş verdiyini açıqladı
19 aprel 2026 11:55
- SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu
19 aprel 2026 11:51
- İspaniyanın baş naziri: BMT-yə QADIN RƏHBƏRLİK etməlidir
18 aprel 2026 20:43
- Azərbaycan qlobal təlatümlərin əhatəsində sabitlik adasıdır
18 aprel 2026 19:56
- Şahmat dünyasının yeni lideri türksoylu ola bilər
18 aprel 2026 19:11
- Ukrayna səfiri Azərbaycana təşəkkür etdi
21 aprel 00:23
- Nasizmin qurbanı olan azərbaycanlılar üçün Bergen-Belzendə xatirə lövhəsi açıldı - FOTOLAR
21 aprel 00:12
- Azərbaycanda da satılan bu uşaq qidasında siçan zəhəri - QALMAQAL
20 aprel 22:00
- Fərhad Xəlilov: Əsərlərimi Bakıda satmıram, bilirəm ki, o qiymətə heç kəs almayacaq
20 aprel 20:19
- Yoxsulluq və işsizlik 5% səviyyəsinə düşüb - Prezident
20 aprel 18:57
- Bu qeyri-filiz faydalı qazıntı yataqları AzerGold -a verildi (FƏRMAN)
20 aprel 18:32
- Ələkbər Salahzadənin qızı: Atamın ölümündən sonra nömrəsindən zəng gəldi,..
20 aprel 15:44
- Deputat Azər Allahverənov Pirşağı qəsəbəsinin sakinləri ilə görüşüb
20 aprel 14:21
- Bakıda güllələnən müəllim həmin şagirdi bağışladı
20 aprel 13:25
- Bu ölkədə RUS DİLİNDƏ danışmaq qadağan edilir
20 aprel 11:49
- General Bərxudarov 50-yə çatdı !
20 aprel 11:40
- İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət etdi
20 aprel 11:31
- Ukrayna Türkiyəyə rəsmən müraciət etdi: Putin–Zelenski görüşü gündəmdə
20 aprel 00:09
- İran danışıqlardan İMTİNA ETDİ
19 aprel 22:51
- Temperatur 8 dərəcə ENƏCƏK – Xəbərdarlıq
19 aprel 20:56
- Tramp–Pezeşkian görüşü gündəmdə: İslamabadda həlledici mərhələ
19 aprel 20:35
- Vuçiç İlham Əliyevə zəng etdi
19 aprel 18:20
- Qubernator Prezidenti -ağıldankəm faşist - adlandırdı...
19 aprel 14:47
- Füzulidə hərbçilər qəzaya düşdü: 2 nəfər həlak oldu
19 aprel 13:49
- Kardioloqlar infarktın ən çox hansı saatlarda baş verdiyini açıqladı
19 aprel 11:55
- SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu
19 aprel 11:51
- Paytaxtda 100 minə yaxın bina SÖKÜLƏCƏK
19 aprel 00:22
- Almaniyada minlərlə QABAN məhv edildi
19 aprel 00:17
- Meloni Azərbaycana gələcək
18 aprel 23:38
- İspaniyanın baş naziri: BMT-yə QADIN RƏHBƏRLİK etməlidir
18 aprel 20:43
- Azərbaycan qlobal təlatümlərin əhatəsində sabitlik adasıdır
18 aprel 19:56
- Şahmat dünyasının yeni lideri türksoylu ola bilər
18 aprel 19:11
- Mehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak etdi (FOTO)
18 aprel 16:23
- Paşinyandan müxalifətə: Onlar Qarabağı ələ keçirmək istəyirlər, bu, Ermənistanın sonu olar
18 aprel 15:59
- Abdin Fərzəliyev JURNAL satan şirkətdən 96 000 manatlıq ƏT ALIR
18 aprel 14:55
