Bu gün QAÇAQ SƏFİRƏ-nin yaxın adamının məhkəməsidir
Bu gün Bakı Apellyasiya Məhkəməsində qaçaq səfir Elmira Axundovanın yaxın adamı, 3 il Moskvada qaçaq həyatı yaşamış, sonda dələduzluğa görə məhkum olunmuş Elnur İbrahimovla əlaqəli müraciətə baxılacaq.
Musavat.com xəbər verir ki, İbrahimovun işi üzrə zərərçəkmişlər Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək onun azadlığına yol açan qərardan şikayət vermə müddətinin bərpa olunmasını istəyiblər.
İşə hakim Zəfər Əhmədovun sədrliyi ilə baxılacaq. Elnur İbrahimov 31 yanvar 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək, 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Məhkəmədə zərərçəkmişlər bildiriblər ki, 8 milyon manat vəsait dələduzluq yolu ilə ələ keçirilib və pulları o zaman deputat olan Elmira Axundovanın oğlu Həbib Axundova verdiklərini təsdiqləyiblər.
Məhkəməyə Həbib Axundovla bağlanan müqavilələr, həmçinin Elmira Axundovanın səs yazıları təqdim olunub.
Məhkəmə zərərçəkmiş Fərman Məmmədovun 350 min manatlıq mülki iddiasını da təmin edib. Çıxarılan hökmlə Elnur İbrahimov həbsə göndərilib. Lakin məhkəməyə təqdim olunan Axundovlarla bağlı sənədlər və səs yazılarına hüquqi qiymət verilməyib.
Elnur İbrahimov cəzaçəkmə müəssisəsində olduğu müddətdə yeganə mülki iddia üzrə 1 manat belə ödəniş etməyib. Bunun əvəzində iş üzrə mülki iddiaçı olmayan keçmiş deputat Elmira Axundovanın oğlu Həbib Axundova 55 min manat pul ödəyib.
6 saylı Cəzaçəkmə Müəssisəsində olduğu günlərdə Sabunçu İcra Şöbəsi Elnur İbrahimovun vurduğu ziyanın ödənilməsini təmin etməyib, o isə Fərman Məmmədova vurduğu zərəri ödəməkdən yayınmaqda davam edib və edir. Buna baxmayaraq, 6 saylı müəssisə onun islah olunduğunu sübut etmək üçün formal mülahizə hazırlayıb. Həmin mülahizədə Elnur İbrahimovun “yatağını səliqəli saxlaması”, “şəxsi gigiyena qaydalarına riayət etməsi” və “iki dəfə təşəkkür alması” qeyd olunub.
Amma maraqlıdır, bu təşəkkürlərin səbəbi nədir?
Birinci təşəkkür 26 may 2018-ci ildə verilib – o zaman Elnur İbrahimov hələ 6 saylı müəssisədə deyildi, təqsirləndirilən şəxs statusunda idi. İkinci təşəkkür 15 aprel 2024-cü ildə verilib. Bu tarixlərin absurdluğu açıq-aşkardır: təşəkkür və təqdirin heç bir hüquqi əhəmiyyəti yoxdur, amma Nizami Rayon Məhkəməsinin hakimi bunu islah sübutu kimi qəbul edib.
Böyük biabırçılığa vaxtilə Ali Məhkəmə sədri olan Ramiz Rzayevin işçisi olmuş, sonradan Nizami Rayon Məhkəməsinə təyinat almış hakim Nigar Qədirli imza atıb. Nəticədə formal sənədlər və rəqəmlərlə Elnur İbrahimov cəzasının 1 il 2 ay 16 gününü məntəqə tipli müəssisədə keçirməklə faktiki olaraq cəzadan azad olunub.
Nizami Rayon Məhkəməsində Elnur İbrahimovu cəzadan azad edən qərar qəbul edilərkən bu barədə nə zərərçəkmişlərə, nə də mülki iddiaçıya xəbər verilib. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi və Cinayət-Prosessual Məcəllənin müvafiq müddəaları açıq şəkildə göstərir ki, məhkumun cəzasının yüngülləşdirilməsi və ya müəssisə növünün dəyişdirilməsi zamanı zərərçəkmişlərin mövqeyi nəzərə alınmalıdır. Amma bu edilməyib. Məhkəmə qərarı açıq qanun pozuntuları ilə qəbul olunub.
Bəs bu qanunsuz qərarın arxasında kimlər dayanır?
6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Fariz Əliyev, onun tərbiyə işləri şöbəsinin böyük inspektoru Ziyadxan Eminov və rəis müavini Elçin İlyasov - məhkum Elnur İbrahimovun “dişlərini yumasına valeh olan” məmurlardır. Onlar yalnız formal mülahizəyə istinad edərək Elnur İbrahimovun “islahını” təsdiqləyiblər.
Baş Prokurorluğun prokuroru etiraz etsə də, qərardan protest verməyib. Nizami Rayon Məhkəməsi videokonfrans vasitəsilə qərarı qəbul edib, amma bunun qanuni əsası göstərilməyib. Heç o da nəzərə alınmayıb ki, Elnur İbrahimov 3 iyul 2014-cü ildə ölkədən qaçıb, yalnız zərərçəkmişlərin ardıcıl şikayətlərindən sonra, 2016-cı ilin noyabrında Moskvada tutulub və Azərbaycana ekstradisiya olunaraq cəzasına çatdırılıb. Üstəlik, 20 iyun 2022-ci ildə onun əfv üçün müraciəti rədd edilib.
Bütün bu mənfi faktlara baxmayaraq, 6 saylı müəssisənin formal “mülahizəsi” əsas götürülüb və nəticədə o, faktiki olaraq 1 il 3 ay azadlıqdan yayınıb. Elnur İbrahimovun “islahı” yalnız yatağını səliqəli saxlaması, şəxsi gigiyena qaydalarına riayət etməsi və formal təşəkkürlərlə “sübut” edilir. 350 min manatlıq külli miqdarda ziyanın ödənilməsi isə hələ də təmin olunmayıb.
Bu hadisə Azərbaycanda hüquq sistemində korrupsiya, formalizm və zərərçəkmişlərin hüquqlarının görməzdən gəlinməsinin növbəti nümunəsidir.
Elnur İbrahimovun azad edilməsinə yol açan məhkəmə qərarı qanunvericiliyə zidd olaraq qəbul olunub, zərərçəkmişlərin mövqeyi nəzərə alınmayıb, qərarın əsaslandırılması isə yalnız formal sənədlərə söykənib.
Qısası, kağız üzərində ədalət mövcuddur, real həyatda isə zərərçəkmişlər hələ də hüquqlarını bərpa edə bilmirlər.
Azərbaycan məhkəməsi isə haqqı pozulan, pulu dələduzluqla ələ keçirilən vətəndaşın deyil, dələduzun tərəfində dayanmağa üstünlük verir.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 2026 22:24
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- KİV: Mahmud Əhmədinejad öldürülüb
1 mart 2026 18:49
- Azərbaycan 1 ildə 23 ton qurbağa əti satıb
28 fevral 2026 15:41
- Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 fevral 2026 12:09
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 2026 12:02
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 2026 17:23
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
