Alim ölkə başçısına müraciət edib — Tariyel Pənahovun istəyi nədir?
Texnika elmləri doktoru, professor Tariyel Məhəmməd oglu Pənahov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət ünvanlayıb. Alimin
Arazpress.com xəbər portalına daxil həmin Müraciətində deyilir:
— Möhtərəm Cənab Prezident!
Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkədə üzümçülük və onun emal sənayesinin inkişafına xüsusi diqqət yetirilmiş, yüksək inkişaf mərhələsinə keçid təmin edilmişdir.Heydər Əliyevin göstərişi və qərarları ilə üzüm bağlarının ümumi sahəsi genişləndirimiş, məhsuldarlıq artırılmış, üzümün keyfiyyəti ildən-ilə yaxşılaşmışdır.
Ulu Öndər Heydər Əliyevin üzümçülük sahəsinə göstərdiyi qayğı və diqqət nəticəsində Respublikada üzüm bağlarının ümumi sahəsi 286 min hektara çatdırılmış, üzüm istehsalı 2,136 milyon ton, hektardan məhsuldarlıq isə 100 sentner təşkil etmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin elmi əsaslarla inkişafını təmin etmək üçün Nazirlər Sovetinin 1976-cı il,12 avqust tarixli 269 saylı sərəncamı ilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu yaradılmışdır.Şərabçılıq və emal sənayesini mühəndis-texnoloq, mühəndis-mexanik kadrları ilə təmin etmək məqsədi ilə 1981-ci ildə Gəncə şəhərində Azərbaycan Texnologiya İnstitutunun yaradılması barədə keçmiş İttifaq hökuməti xüsusi qərar qəbul etmişdir.
Onu da qeyd etməliyəm ki, elmi-pedaqoji fəaliyyətimlə əlaqədar üzümçülük və şərabçılığa dair hal-hazırda 300 elmi əsərin, o cümlədən 22 kitab, 4 broşur və 22 ixtiranın müəllifiyəm. Onlardan SCOPUS, AGRİS, РИНЦ kimi nüfuzlu nəşr bazalarının jurnallarında innovativ ideya və texnologiyaları özündə əks etdirən 60-dan çox məqaləm dərc olunub. Beynəlxalq konfrans və seminarlarda Azərbaycanı layiqincə təmsil etməklə Beynəlxalq Üzümçülük və Şərabçılıq Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının və İtaliya Şərabçılar cəmiyyətinin üzvü seçilmişəm. Beynəlxalq dərəcəli hakim-dequstator kimi İspaniya, İtaliya, Fransa, Portuqaliya, Çin XR, Türkiyə, Rusiya, Ukrayna, Moldova və digər ölkələrdə keçirilən dequstasiyalara dəvət olunaraq hər il Azərbaycana qızıl, gümüş medal qazandırmışam. Eyni zamanda, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) dissertasiya şurasının sədri olmuşam və Moskvada nəşr olunan “Üzümçülük və Şərabçılıq” jurnalının Redaksiya heyyətinin üzvüyəm. Son illərdə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnistitunun direktor vəzifəsində çalışmış və institutun fəaliyyətini, beynəlxalq əməkdaşlığını genişləndirmişəm.
“Heydər Əliyevin Azərbaycanda Üzümçülük, Şərabçılıq Strategiyası” kitabının müəllifiyəm. Kitabda cənab Prezident İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahənin inkişafına dair apardıqları sistemli islahatlar, ölkə miqyasında qazanılmış uğurlar, Beynəlxalq üzümçülük və şərabçılıq təşkilatları ilə aparılmış sıx əməkdaşlığa dair məlumatlara geniş yer verilib. Kitabın daha geniş oxucu kütləsinə çatdırılması üçün, ingilis və rus dillərində nəşr olunub beynəlxalq ictimaiyyətə təqdim olunması üzərində iş aparıram.
Özümlə bağlı geniş məlumatı ona görə qeyd etdim ki, mənim yüksək peşəkar bir mütəxəssis, beynəlxalq dərəcəli hakim-dequstator kimi yetişməyimdə və qazandığım bütün naliyyətlərdə məhz Ümummilli lider Heydər Əliyevin, o cümlədən sizin rolunuz olmuşdur. Bu həm də o illərə təsadüf edir ki, düzgün və sistemli yeridilmiş siyasət nəticəsində üzümçülüyün inkişafı, Azərbaycan şərablarının Rusiya bazarlarında xüsusi payı öncül yerlərdə idi. Bu dövr həm istehsalda, həm də ixracatda ölkəmizin büdcə gəlirlərinin 20-25 faizini gətirən sahə kimi tarixə düşüb.
Möhtərəm cənab Prezident!
Sizin rəhbərliyiniz sayəsində üzümçülük və şərabçılığın inkişafına dair Dövlət Proqramı qəbul edilmiş və proqramdan irəli gələn işlərin daha geniş çapda həyata keçirilməsinə zəmin hazırladığımız bir şəraitdə 19 noyabr 2018-ci il tarixində Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnistitunun direktoru vəzifəsindən məcburi şəkildə uzaqlaşdırılaraq Kənd Təsərrüfatı Nazirliyində Aqrar İnnovasiya Mərkəzinə gətirilmişəm.Mənim ölkəmizin üzümçülük və şərabçılıq sahəsinə daha çox töhfə verə biləcəyim təqdirdə, hazırda qeyri-spesifik sahədə fəaliyyət göstərirəm.Üzümçülük və şərabçılıq sahəsinin beynəlxalq tələblərə uyğunlaşdırılması,müasir texnologiyaların və texnoloji proseslərin tətbiqi, dünya bazarında Azərbaycan şərabına marağın artırılması, həmçinin əvvəlki bazar payının bərpa edilməsi üçün bu sahənin elmi əsaslarla tərəqqisinə zərurət vardır.Odur ki, Beynəlxalq təşkilatlarla əlaqələrimi, o cümlədən üzun illərin təcrübəsini və potensialımı nəzərə alaraq mənim Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnistitunun direktoru vəzifəsinə qaytarılaraq əvvəlki qaydada fəaliyyətimi davam etdirməyim üçün müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirəm.Əmin edirəm ki, bu problemləri Sizin rəhbərliyinizlə qısa müddətdə aradan qaldıracağam və etimadınızı doğruldacağam.
Dərin hörmətlə,
Tariyel PƏNAHOV,
texnika elmləri doktoru, professor.
araz.az xəbər portalı.
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 2026 23:24
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 2026 19:41
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 2026 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
