Prezident büdcə ilə bağlı bu qaydalar təsdiqlədi
Siyasət29 dekabr 2025 22:11
Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və "Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi ilə bağlı Fərman imzalayıb.
Qaynarinfo xəbər verir ki, "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 25 avqust 2025-ci il tarixli Fərmanın icrasını təmin etmək məqsədilə təsdiq edilən qaydalar dövlət maliyyəsinin səmərəli idarəedilməsi, dövlət müəssisələrinin büdcə planlaşdırılmasında və fəaliyyətində şəffaflığının artırılması, dövlət müəssisələrində uçot və hesabatlılığın təkmilləşdirilməsi, dövlət büdcəsi qarşısında yarana biləcək öhdəliklərin öncədən müəyyən edilməsi, habelə dövlət müəssisələrinin xalis mənfəətinin bölüşdürülməsi və dividend siyasətinin müəyyən edilməsi məqsədi daşıyır.
Təsdiq edilən qaydalara əsasən, dövlət müəssisələrinin illik və ortamüddətli büdcə layihələri, proqnozları, eləcə də gəlir və xərc smetalarının icra vəziyyəti sistemli şəkildə monitorinq ediləcək, icra göstəriciləri təhlil olunacaqdır. Həmçinin dövlət müəssisələri tərəfindən dövlət büdcəsinə xalis mənfəətindən minimum 30 faiz məbləğində dividend ödəniləcəkdir.
Dövlət müəssisələri 2026-cı il aprelin 1-dən etibarən müəyyən edilmiş forma və müddətlərdə büdcə göstəricilərini və İFRS-ə uyğun maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim edəcək, Nazirlik illik və ortamüddətli büdcə layihələrinin və proqnozlarının, habelə illik gəlir və xərclər smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirəcək və icra göstəricilərini təhlil edəcək, habelə aparılmış təhlillərin nəticələri barədə 2026-cı ildən başlayaraq rübdə bir dəfə olmaqla ölkə başçısına məlumat təqdim edəcək.
Sözügedən Fərmana əsasən dövlət müəssisələri əvvəlki illər üzrə maliyyə hesabatlarını və 2026-cı il üçün təsdiq edilmiş büdcələrini də 2026-cı il aprelin 30-dək Nazirliyə təqdim edəcəklər.
Qaydaların təsdiqi ilə bağlı müddəalar 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
Oxşar xəbərlər
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
1 aprel 2026 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
1 aprel 2026 10:53
- Bu gündən onlar 30 manat cərimə ediləcək
1 aprel 2026 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 2026 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 2026 20:27
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 2026 14:25
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 2026 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 2026 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
Xəbər lenti
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
Video & Fotoqalereya
Video
Fotoqalereya
