Tı kto takoy, Rasim Balayev? Səni adam edən mən olmuşdum – Şeyx Əbdül Mahmudovla ŞOK MÜSAHİBƏ
“Ramiz Mehdiyev verilişimi dayandırdı, kitabımı bağladı, özümü də işdən çıxartdırdı, o vaxtdan 30 ildir ki, işsizəm... “
Xalq artisti, tanınmış kinorejissor Şeyx Əbdül Mahmudov yaradıcılığı, şəxsi həyatı və digər məsələlər ilə bağlı Musavat.com-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
-Sağlamlıq durumunuz hazırda necədir? Özünüzü necə hiss edirsiniz?
-Rəhmətlik İlhamə Quliyeva demişkən, yaşın sən demə heç bir fərqi yox imiş. Sadəcə olaraq insan cavan yaşlarından öz sağlamlığına hansı münasibəti bəsləyibsə, yaşlananda da həmin münasibətin əvəzini alır. Mən ömrümdə kurortun, sanatoriyanın nə olduğunu bilməmişəm, amma kinonun, kinostudiyanın xətrinə skamyalarda, yollarda, vağzallarda yatmışam. Bu gün də kinonun bütün dərdini, azarını çəkirəm. Kinonun ləzzətini, kefini görənlər, kinonun hesabına ad-san, şöhrət qazananlar, onun çörəyini yeyənlər isə bu gün kino haqqında dillərini qatlayıb bir kəlmə belə danışmırlar. Evdə ailəm də, həkimlər də deyirlər ki, bəsdir, Əbdül müəllim, bu qədər müalicə alırsan, amma yenə də kinodan söz düşən kimi əsəbləşirsən, müalicələrin hamısı hədərə gedir. Bəli, mənim xəstəliyimin 90 faizi kinonun bu gündə olması ilə bağlıdır. Artıq 30 ildir ki, mən işsiz, kinosuz qalmışam. Gic-gic filmlər, seriallar çəkirlər, prodüserlər hərəsi özü üçün studiyalar açır. Çox təəssüflər olsun ki, kino sahəsində hər şey məhvə doğru gedir.
–Ötən il 80 illik yubileyinizi qeyd etdiniz, lakin Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən rəsmi yubiley tədbiri təşkil olunmadı. Bu məsələ sizi incitdimi? Qurumun sədri Rasim Balayevlə aranızdakı inciklik hələ də davam edirmi, yoxsa bu məsələyə artıq nöqtə qoymusunuz?
-Həmin ittifaqın dərdini çəkə-çəkə mən xəstələndim. Bu ittifaqı Rüstəm İbrahimbəyov böldü, parçaladı, qoyub qaçdı. Ardınca Rasim Balayevlə Şəfiqə Məmmədova ona alternativ olaraq özləri üçün ayrıca ittifaq yaratdılar və Azərbaycan kino cameəsi faktiki olaraq iki yerə bölündü, parçalandı. Bütün biabırçılıqlar da elə təxminən 30 il əvvəl bununla başladı. Rüstəm İbrahimbəyov sonradan Rusiyaya getdi, öz işi ilə məşğul oldu, sonra gəlib prezident olmaq istədi, o da alınmadı. Daha sonra ermənilərlə birləşib kino çəkdi, ardınca yenidən Bakıya qayıtdı və haqqında cinayət işi açıla-açıla kino ittifaqını bərpa etdi. Hamı bilir ki, iki kino ittifaqının birləşməsi üçün mən nələr etdim, necə mübarizə apardım, necə vuruşdum. Rasim Balayev mənim ailəvi dostumdur, 40 ilin dostudur. Onun kinoya gəlməsində mənim xüsusi xidmətim var. Özü etiraf etməsə də, sağ olanlar deyər, filmlər də göz qabağındadır. Şəfiqə Məmmədova ilə isə birlikdə universitetdə oxumuşuq, tələbə yoldaşı olmuşuq. Amma burada söhbət şəxsi münasibətlərdən yox, kinodan gedir.
Mən deyirdim ki, bir yerə gələk, kinomuzu dirildək. Üstəlik, rəhbərlik səviyyəsində həm Rasim Balayevə, həm də Şəfiqə Məmmədovaya ciddi şəkildə deyirdilər ki, ağlınızı başınıza yığın, qurumları birləşdirin. Nəhayət ki, qurumlar birləşdirildi. Amma bu ittifaq bu gün heç bir işə yaramır, arabanın beşinci təkəri kimidir. Kino, kinostudiya qalıb bir tərəfdə, onlar isə dövlət büdcəsindən pul alırlar. Şəhərin mərkəzində oturub dövlət büdcəsindən gələn vəsaiti alır, kef edirlər. Kino üçün isə heç nə etmirlər.
Təsəvvür edin, 80 illik yubileyimlə bağlı Xalq artisti Hacı İsmayılov mənə zəng edir və deyir ki, yubiley təbrikini rəsmi olaraq ittifaqa göndərmişik ki, oradan da sənə çatdırsınlar, amma o təbrik məktubunu cırıb atıblar. Bu sözü mənə Hacı İsmayılov telefonla dedi. Nə xəstəliyimlə bağlı məni yada salan var, nə müalicələrə çəkdiyim xərclə maraqlanan, nə zəng edən, nə də hal-əhval tutan var. Halbuki onlar mənim çörəyimi yeyirlər.
Həm Rasim Balayevin, həm də Şəfiqə Məmmədovanın burnundan gəlsin bunlar. Onlar kinonun adı ilə alver edən dələduzlardır.
Sən, Rasim Balayev, müqəddəs şəxs kimi and içdiyin, yanında oturub-durmaqla fəxr etdiyin Şeyx Əbdülü adi bir zənglə belə təbrik etmirsən? Ümumiyyətlə, “tı kto takoy”, Rasim Balayev? Səni biz ortaya çıxarmışıq, adam etmişik, kinoya gətirmişik. Şəfiqəni anlamaq olar, o həmişə mənə qarşı qərəzli olub. Bəs sən niyə belə edirsən?
–Son dövrlər televiziya efirlərində yayımlanan verilişləri tez-tez tənqid edirsiniz. Doğrudanmı, bu gün Azərbaycan televiziyasında bəyəndiyiniz, izlədiyiniz və nümunə göstərə biləcəyiniz bir veriliş yoxdur?
-Bu gün Azərbaycan televiziyaları bilmirəm kimin sifarişi ilə, ya qazanc məqsədilə, ya kimin kiminsə ilə eşq macərası var deyə, ya arxası-dayağı olduğu üçün fəaliyyət göstərir. Bilmirəm. Bəlkə də gözə görünməyən xəyanətkar qüvvələr var, bəlkə də onların əli ilə Azərbaycan xalqı, Azərbaycan elmi, mədəniyyəti, kinosu, musiqisi, ümumilikdə milli-mənəvi dəyərlərimiz televiziya vasitəsilə planlı şəkildə məhv edilir. Ən acınacaqlısı isə odur ki, bu prosesin günahkarlarını da tapmaq mümkün olmur. Deyəndə də sən pis adam olursan, sənə düşmən kimi baxırlar.
Sovet dövründə bir dəfə efirə çıxmaq üçün yüz qapıdan keçirdik, icazələr alırdıq. Amma indi arvadından qaçan, ərindən boşanan, şəhərindən, kəndindən qaçan, vicdanı, namusu olmayan, balalarını küçələrə atan insanlar gecə-gündüz təbliğ olunur, onlar haqqında verilişlər hazırlanır. Yəni bu ölkədə gözəl ailələr yoxdurmu?
Mənim illər əvvəl ATV-də çox gözəl bir verilişim var idi – “Klassik irsimiz”. Həmin verilişdə tariximiz, mədəniyyətimiz, milli ideologiyamız təbliğ olunurdu. Ramiz Mehdiyevin xüsusi göstərişi ilə o veriliş dərhal bağlandı. Dedilər ki, sən tarixi təhrif edirsən, ermənilərlə, ruslarla aramızdakı qarşıdurmanı daha da alovlandırırsan. Halbuki mən tariximizi, mədəniyyətimizi ortaya qoyurdum və bunu da sırf elmi əsaslarla edirdim.
Amma buna baxmayaraq, verilişimi dərhal dayandırdılar, kitabımı bağladılar, “Qan yaddaşı” filminin çəkilişlərini də dayandırdılar, məni də işdən çıxartdılar. O vaxtdan düz 30 ildir ki, işsizəm. Ondan sonra da imkan vermədilər ki, bir film belə çəkim.
–Uzun illərdir gündəmdə olan mənzil məsələniz hansı mərhələdədir? Sabiq Bakı meri Hacıbala Abutalıbovla bağlı narazılığınız hələ də qalırmı? Bu problemin həllinə dair hər hansı irəliləyiş varmı?
-Və hələ də mən “krişada” yaşayıram. O vaxt məni aldatdılar, dedilər ki, müvəqqəti ev veririk, sonra məsələ həll olunacaq. Amma bu günə qədər də mən “krişada” yaşayıram. Əlimdə üç məhkəmə qətnaməsi ola-ola ortada qalmışam. Onun-bunun köməkliyi ilə, cüzi pensiyamla dolanıram.
Mən xalq artistiyəm. Prezidentin dörd imzası ilə mənə mükafatlar verilib. Amma mən axirət dünyasına Karlson kimi “krişadan” getmək istəmirəm, öz evimdən getmək istəyirəm. Baxın mənim filmoqrafiyama, görün nə qədər kinoya xidmət etmişəm. Mənim nə günahım var ki, hər şeydən təcrid edilmişəm? Heç yubileyimi də keçirmədilər, məni yada salmadılar, Allahın bir mükafatını da vermədilər.
Mən kimə nə pislik etmişəm? Mənim çəkdiyim filmlərdə rol alanlar bu gün mükafatlar, fəxri adlar alıblar, mən isə ortada qalmışam. Məni yada salan olmayıb. Bu qədər vicdansızlıq olmaz. Belə görünür ki, Ramiz Mehdiyevin qoyub getdiyi “minalar”, “bombalar” hələ də yaşayır və partlaya-partlaya yoluna davam edir.
–Keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin qızı “Məhsəti” filmi ilə bağlı üzr istədi. Siz bu üzrü səmimi hesab edirsinizmi? Ümumiyyətlə, gələcəkdə Azərbaycan qadınının bu cür təqdimatına yenidən yol verilə bilərmi, yoxsa bu hadisə kino üçün ciddi dərs olmalıdır?
-A qızım, Əbülfəs Qarayevin qızının günahı yoxdur. O, nə görüb, hansı tərbiyəni, hansı təbliğatı alıbsa, ona uyğun film çəkib. Məgər indi Qacarı, Məhsəti Gəncəvini, Şah İsmayıl Xətanini yaxından tanıyırlar? Biz onları yetərincə təbliğ edirik? Buna görə də kim nəyi görürsə, onu da təqdim edir”.
- Xərçəng riskini azaldır
12 aprel 2026 20:08
- Qaqarinin varisləri - İlk kosmonavtın qızlarının başına nə gəlib?
12 aprel 2026 14:45
- Tərtərdə ŞOK İDDİA: Bibərlərə şprislə su vurulub -süni çəki- ilə satılır
12 aprel 2026 11:29
- İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? /DOSYE
12 aprel 2026 00:02
- ABŞ İranın dondurulmuş aktivlərini azad etməyə razılaşıb - KİV
11 aprel 2026 21:48
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 2026 19:19
- Bu gün paytaxtda 550 küçə yuyuldu - Fotolar
11 aprel 2026 18:40
- Ramiz Mehdiyevə yaxın kəşfiyyat rəhbəri haqda şok iddialar
11 aprel 2026 13:44
- Səhiyyə Nazirliyinin nevroloqu cavablandırır: Parkinson xəstəliyini necə tanımaq olar?
11 aprel 2026 10:59
- Bakıda Ayətullah Seyid Əli Xameneinin anım mərasimi keçirilib
10 aprel 2026 23:32
- Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA
13 aprel 00:18
- Orban uduzdu, müxalifət liderini təbrik etdi
12 aprel 23:56
- Tramp: İranı bir gündə silərəm
12 aprel 23:05
- Xərçəng riskini azaldır
12 aprel 20:08
- İrandakı səfirliyimiz fəaliyyətini bərpa etdi
12 aprel 19:53
- Erməni əsirliyindəki tovuzlu Tamaranın qardaşına MƏKTUBU - Canım sənə qurban, nə olar məni...
12 aprel 16:27
- Qaqarinin varisləri - İlk kosmonavtın qızlarının başına nə gəlib?
12 aprel 14:45
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
12 aprel 14:21
- Tərtərdə ŞOK İDDİA: Bibərlərə şprislə su vurulub -süni çəki- ilə satılır
12 aprel 11:29
- Mehriban Əliyevadan Pasxa bayramı münasibətilə - Paylaşım
12 aprel 10:13
- Hər gün ispanaq yeməyin faydasını bilirsiniz?
12 aprel 00:07
- İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? /DOSYE
12 aprel 00:02
- Azərbaycanda 80 manat pensiya alan Qarabağ veteranlarının sayı açıqlandı
11 aprel 23:34
- ABŞ İranın dondurulmuş aktivlərini azad etməyə razılaşıb - KİV
11 aprel 21:48
- İlham baba mənə KAMAZ göndərdi
11 aprel 20:47
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 19:19
- Bu gün paytaxtda 550 küçə yuyuldu - Fotolar
11 aprel 18:40
- Ramiz Mehdiyevə yaxın kəşfiyyat rəhbəri haqda şok iddialar
11 aprel 13:44
- Hərbçilərimz Türkiyədə birgə təlimdə - Fotolar
11 aprel 12:36
- Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
11 aprel 11:43
- Səhiyyə Nazirliyinin nevroloqu cavablandırır: Parkinson xəstəliyini necə tanımaq olar?
11 aprel 10:59
- Prezident balaca Ayazın ailəsinə KAMAZ hədiyyə etdi (VİDEO)
11 aprel 10:40
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı
11 aprel 00:29
- Bakıda Ayətullah Seyid Əli Xameneinin anım mərasimi keçirilib
10 aprel 23:32
- Nəticəni 24 saata biləcəyik - Tramp
10 aprel 23:06
- Litvanın Baş naziri Heydər Əliyev Mərkəzində - Fotolar
10 aprel 21:25
- Sabiq agentlik sədri açıqladı - Pullar Vasif Talıbovun oğlu Seymura çatırdı
10 aprel 21:12
- Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirildi
10 aprel 20:51
- Şənbə günü 20° isti olacaq
10 aprel 17:23
- Prezident MİDA-nın bir qrup əməkdaşını təltif etdi
10 aprel 17:14
