Asif Nəsirli qumbara atan şəxsi 6 dəfə kimya edib, sağaldıb, cibinə pul qoyub və...
Milli Onkologiya Mərkəzindəki faciə barədə SİRLƏR ÜZƏ ÇIXDI – aparıcı Ulvira Qarayevadan ŞOK BİLGİLƏR: “Asif həkimin xanımı da...”
Milli Onkologiya Mərkəzində baş verən faciə ilə bağlı yeni detallar üzə çıxıb.
Musavat.com xəbər verir ki, bu barədə tanınmış aparıcı Ulvira Qarayeva sosial şəbəkədə bir video paylaşaraq, bu günə qədər bilinməyən məlumatları açıqlayıb.
Hazırda müalicəsi davam edən və həyat mübarizəsi verən uşaq radioloqu Asif Nəsirli, eləcə də onu öldürməyə cəhd edən şəxs barədə qaranlıq məqamları paylaşıb.
U.Qarayeva bildirib ki, Asif Nəsirli, Azərbaycanın yeganə uşaq radioloqu olaraq 18 ildir ki, radioloq işləyən, minlərlə həyatı xilas edən, minlərlə balanı sağlamlığına qovuşduran biri olub: “Hazırda bu həkim Onkologiya Mərkəzində ölümlə pəncələşir. Onun qətlinə sağaltdığı pasiyent cəhd etdi. Həmin adam 2025-ci ilin oktyabr ayında altı dəfə kimya alandan sonra sağ-salamat evə göndərilir. Asif Nəsirli onu sağaldır. Düz bağırsaq xərçəngindən əziyyət çəkib həmin adam, Asif həkim onu tamamilə sağaldır və göndərir evinə. Hətta yol pulunu da verir. Bilir ki, kimsə artıq bu adama kömək eləmir. Bir neçə ay sonra həmin adam qayıdır və öz xilaskarını öldürməyə cəhd edir, amma özü ölür. Xilaskarı isə indi həyat mücadiləsi verir”.
U.Qarayeva həmçinin hazırda A.Nəsirlinin sağlıq durumu, onun keçdiyi peşə yolu barədə də danışıb: "Demək, altı il Tibb Universiteti, ondan sonra yenə də oxumaq, 18 il təcrübə, nə qədər müəllimlərə, tələbələrə bilik ötürən müəllimləri, nə qədər illər, saatlar kitab arxasında təcrübə... Nə qədər xəstələr, balasını qucağına alıb gətirən xəstələr ki, məni balamı xilas elə. Nə qədər sağalan xəstələr. Nə qədər ümidli olanlar... Təsəvvür eləyin, indi Azərbaycanda nə qədər xərçəng xəstəsi olan uşaqların valideynlərinin ümidi kəsildi. Kimin yanına aparacaqlar? Radioloqlar çox gec yetişir. Ümumiyyətlə, onkologiya, onkologlar çox gec yetişir, çünki ağır peşədir, psixoloji çətinlikləri də var. Qaldı ki, radiologiya. Uşaq radiologiyası isə ümumən zülmdür. Bir çox həkimlər deyir ki, ümumiyyətlə, radioloq olmaq istəmirəm, uşaq radiologiyasını isə heç istəmirəm. Hətta bir həkim deyir, bir ay uşaq radiologiyası şöbəsinə keçdim. Gördüm ki, bir az da qalsam, ya dəli olacam, ya da öləcəm. Balaca-balaca uşaqlar, saçlar tökülüb, zarıyırlar, heç bilmirlər ki, nədən ağrıyırlar. Bir həkimin paylaşımında oxudum: deyir ki, soruşdum, Asif, necə bacarırsan balaca uşaqlara radiasiya verməyi? Dedi ki, sənin saçın ağarıb? Yox! Amma mənim saçım artıq bu yaşda ağarıb. Bax, belə həkimdir Asif həkim. Dərd çəkə-çəkə müalicə eləyirdi uşaqları. İndi ölümlə üz-üzədir”.
U.Qarayeva bildirib ki, hadisə baş verəndən cəmi 3 dəqiqə sonra onu əməliyyata salıblar. Həmin an bütün xəstəxana səfərbər olunub: “Həmin o gecə dəqiq heç bir həkim evə getməyib. Hamı oradaydı, bütün personal oradaydı. Göz qırpımında 10 litr qan yığıldı. Təsəvvür edirsiniz, hər xəstəxanada 2-3 litrdən artıq, hər qrupa aid 2-3 litrdən artıq qan olmur. 10 litr qan yığılıb. Tez 5 litrini köçürüblər, bədəndə qan qalmayıb. O da bədənə nə qədər stress, nə qədər yükdür. Nəticədə bəlli olub ki, qəlpələrdən biri gedib beyin sapında ilişib qalıb. Orada cərrah müdaxiləsi, çətindir, demək olar ki, mümkün deyil. Hərbi doktorlar da gəliblər və deyirlər ki, müdaxilə eləmək olmaz, beyin çox həssasdır. Və indi doktorun vəziyyəti çox ağırdır. Heç kim gözünü yummuyub, heç kim evinə getməyib. Nə qədər mümkündürsə, hadisə olandan 3 dəqiqə sonra doktor artıq əməliyyat masasındaydı. İndi doktorlar deyir ki, “əlimizdən gələnin artığını etsək də, onu həyata qaytara bilmirik. Ən dəhşətlisi odur ki, onun xanımı da orada işləyir. Üzünə baxa bilmirik, qaçırıq, üz-üzə gəlməkdən qorxuruq”.
Onlar, ər-arvad gecə-gündüz ordakı xəstələr üçün əllərindən gələni edirdilər. Xanımı da, özü də gecə ilə gəlirdilər xəstəxanaya, əllərində dərmanlarla, radiasiya içində saatlarla... İnsanları xilas etmək üçün... Bir həkimin qaranlıqdan çıxardlğı bir keçmiş xəstə, özü qaranlıqdan gəlib onu öldürməyə cəhd etdi. İndi bütün həkimlər şokdadılar. Belə hadisə necə ola bilər? Biz nə edək xəstəxanalarda? Dəmir detektoru qoyaq biz, lentlər qoyaq ki, onun üstündən çantanı qoyub keçsinlər. Necə eləyək biz bunu? Həkimlərimizi necə qoruyaq, müəllimlərimizi necə qoruyaq biz? Bu vəhşiliyi haradan aşdıq biz?”
Aparıcı eyni zamanda sosial şəbəkədə yanlış məlumatların, dezinformasiyaların yayılmasına da etiraz edib.
Xatırladaq ki, Milli Onkologiya Mərkəzində baş verən hadisə nəticəsində qumbara partladan Mübariz Əliyev adlı şəxs həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Faktla bağlı araşdırma aparılır.
- İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli sakinləri ilə görüşdülər
9 may 2026 18:45
- Cinsini dəyişdirən türk MƏŞHURLAR
9 may 2026 16:22
- Prezident və birinci xanım Cəbrayıla səfər etdi
9 may 2026 15:28
- DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi
9 may 2026 14:09
- Dünən həbs edilən Fidanı bu gün məhkəmə azad etdi - Foto
9 may 2026 13:07
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər - Fotolar
9 may 2026 12:05
- Bakı nefti olmasaydı, faşizm üzərində qələbə də olmazdı
9 may 2026 11:52
- Cavanşir Feyziyev: Heydər Əliyev bütün ömrünü Azərbaycan xalqının taleyini dəyişmək amalı ilə yaşayıb
9 may 2026 11:44
- Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım etdi
9 may 2026 11:06
- Bu gün faşizm üzərində qələbənin ildönümüdür
9 may 2026 00:20
- İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli sakinləri ilə görüşdülər
09 may 18:45
- Cinsini dəyişdirən türk MƏŞHURLAR
09 may 16:22
- QAZ ehtiyatına görə dünyanın ən böyük 10 dövləti –SİYAHI
09 may 15:58
- Əli Kərimlinin atası vəfat etdi
09 may 15:38
- Prezident və birinci xanım Cəbrayıla səfər etdi
09 may 15:28
- DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi
09 may 14:09
- Dünən həbs edilən Fidanı bu gün məhkəmə azad etdi - Foto
09 may 13:07
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər - Fotolar
09 may 12:05
- Bakı nefti olmasaydı, faşizm üzərində qələbə də olmazdı
09 may 11:52
- Cavanşir Feyziyev: Heydər Əliyev bütün ömrünü Azərbaycan xalqının taleyini dəyişmək amalı ilə yaşayıb
09 may 11:44
- Dünyanın siyasi xəritəsini dəyişəcək plan – Kanada Avropaya birləşir
09 may 11:29
- Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım etdi
09 may 11:06
- ETİMADIN SƏSSİZ DİLİ.... - Qəvami Sadıqbəyli
09 may 00:29
- Bu gün faşizm üzərində qələbənin ildönümüdür
09 may 00:20
- Fidan Abbasovanın ANASI Baş prokurora və DİN rəhbərinə müraciət etdi
08 may 23:04
- Ərəblər niyə sağdan sola, biz isə soldan sağa yazırıq: Maraqlı faktlar
08 may 22:43
- 14 ildir işlədiyim KİTABXANAÇI vəzifəsində qalmağım üçün 2500 manat istədi - Açıqlama
08 may 18:54
- Nazir bu instituta direktor təyin etdi
08 may 18:41
- Xəlil Göyüşov camış əti aşkarlanan RAMİN -NURun adını dəyişdi (FOTO)
08 may 16:04
- AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: Dolabda dollar PAÇKALARI vardı
08 may 14:25
- Ədliyyə Nazirliyi yanında İctimai şuranın yaradılmasının 1 ili tamam oldu
08 may 13:16
- İlham Əliyev Roma Papasına məktub göndərdi
08 may 13:06
- Azərbaycan-İtaliya: Qarşılıqlı etimada və strateji maraqlara əsaslanan tərəfdaşlıq modeli - Cavanşir Feyziyev yazır
08 may 13:01
- Xanlar Vəliyevin qızı bu vəzifəyə təyin edildi
08 may 11:17
- Dünyanın ən sağlam ədviyyatı seçildi — Zəncəfil deyil
08 may 11:08
- Bu gün işdən 1 saat tez çıxacağıq - 9, 10, 11 may tarixləri istirahət günləridir.
08 may 10:46
- Sirus Təbrizliyə həsr edilən -Kəramət Mücahidi- adlı kitabın təqdimatı keçirildi
08 may 01:04
- Akif İslamzadə infarkt keçirdi - Xəstəxanadadır
08 may 00:44
- Putinin KARİKATURASINI çəkən RƏSSAM həbsxanada ÖLDÜ
08 may 00:05
- Prezidentin mükafatlandırdığı 86 yaşlı xalq artisti : Xoş xəbəri eşidəndə namaz üstündə idim, qonaqlıq verəcəm
07 may 23:07
