Naziri öldürən erməniyə niyə bəraət verilmişdi?- Gecə ilə Amerikaya qaçırıldı
Bildiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyətində Daxili İşlər naziri (1918), Azərbaycan Demokratik Respublikasının Ticarət və Sənaye naziri müavini, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi Azad xanın oğlu Behbud xan Cavanşir 1921-vi ilin 18 iyulunda erməni terrorçusu Misak Torlakyan tərəfindən Türkiyədə qətlə yetirlib.
Bununla bağlı Əhməd bəy Ağaoğlunun qızı Sürəyya xanım “Bir ömür belə keçdi” kitabında yazır: "Atam Maltadan qayıtdıqdan sonra erməni dostlarından bir professor bizə gələrək atamın ermənilərin qara siyahısında olduğunu, atamı sevən dost kimi onu xəbərdar etməyi özünə vəzifə bildiyini və buna görə də hərəkət etmək lazım gəldiyini söylədi…. Azərbaycan daxili işlər naziri Behbud xan Cavanşirin də ermənilərin qara siyahısında olması xəbərini almışdıq. O arada Cavanşir xanımı və iki qardaşı ilə Parisə getmək üçün İstanbula gəlmişdi. Özü vəziyyətə tez uyğunlaşan adam idi və bizim Şahzadə başındakı evimizdə beş gün gizli yaşadı, Ancaq rus əsilli xanımı bu həbs həyatına dözə bilməyəcəyini söylədiyindən evimizi tərk edib "Pere Palas" mehmanxanasına yerləşdilər. Ertəsi gün səhər tezdən anamla Behbud xanın axşam "Pere Palas" mehmanxanasına gələrkən bir erməni tərəfindən vurulduğunu eşitdik.
Anam dərhal Pera palasa getdi, Behbud xanın xanımı ilə qardaşlarını evə gətirdi və yardım üçün vəkil Heydər Rüfət bəylə görüşdü. Heydər Rüfət bəy xahişi məmnuniyyətlə qəbul etdi. İş İstanbuldakı ingilis polisinin rəis müavini mister Riskatson-Hettin nəzarəti altında idi. Bir az ingiliscə bildiyimə görə Heydər Rüfət bəy tərcümələrin dəqiqliyinə nəzarət etməyi mənə tapşırdı və məhkəmədə iştirakımla bağlı lazımi icazəni aldı. Qatilin istintaqını mister Riskatson-Hett aparırdı. Heydər bəylə birlikdə o zaman ingilis komandanlığı qərargahının yerləşdiyi Kroker hotelinə getdik. Qatil zirzəmidəki müvəqqəti saxlama kamerasından yuxarı çıxarılan zaman heyrətləndim: balacaboy, tir-tir titrəyən bu qorxaq adam dağ kimi Behbud xanı necə vurmuşdu?
Hüquq fakültəsinin birinci kurs tələbəsi olaraq çox məsuliyyətli bir işə qoşulmuşdum. Məhkəmədə iddiaçı qismində bu gənc ingilis – mister Riskatson-Hett çıxış edirdi. Qatil Torlakyanın vəkili olan erməninin adını və məhkəmədəki fəaliyyətini dəqiq xatırlamıram. Ancaq o zamanlar Türkiyədə türklər əleyhinə nələr söyləndiyini bu gün təsəvvür etmək belə imkansızdır! İnsan o vaxtın Türkiyəsi ilə indikini müqayisə edəndə tüklərinin ürpərdiyini hiss edir. Məhkəməni hər gün izləyirdim. Heydər Rüfət bəy şahidlərə verilən sualların əslinə uyğunluğunu daim nəzarətdə saxlayır və böyük bir cəsarətlə az qala onların üzərinə hücum edirdi. İfadə verən şahidlərin hamısı Türkiyə və Azərbaycanda ermənilərə edilən zülmlərdən danışırdılar. Məhkəmə sədri və üzvlərinin bu şahidlərin təsiri altına düşdükləri açıq-aşkar görünürdü. Yalnız prokuror mister Riskatson-Hett ayağa qalxıb bütün bunlara ermənilərin özlərinin səbəb olduqlarını dedi və belə bir üsyanın İngiltərədə necə cəzalandırılacağını soruşmaq cəsarətini göstərdi. Heç yadımdan çıxmır, bir rus şahid Azərbaycan türklərinin erməniləri qırdığını, Behbud xanın isə Daxili İşlər naziri kimi xüsusi məsuliyyət daşıdığını deyəndə prokuror 1906-cı ildə Rusiyadakı yəhudi qırğınlarının səbəbini soruşdu və erməni qırğınlarının da eyni mahiyyət daşıdığına diqqəti cəlb etdi.
Nəhayət, məhkəmə bitdi. Kiçik, zəif adam tir-tir titrəyirdi. Prokuror ona ölüm cəzası istədi. Bu tələb hətta bizi də heyrətləndirdi. Bu gənc zabitdən belə cəsarət gözləmirdik. Prokuror 24 saatın içərisində Türkiyədən uzaqlaşmağa məcbur edildi. Yerinə gələn yeni prokuror isə müttəhimə bəraət tələbi ilə çıxış etdi. Təbii ki, qatilə bəraət verildi və elə həmin gecə yerli ermənilər tərəfindən vəkili ilə birlikdə Amerikaya qaçırıldı.
Bu məhkəmə işi ilə bağlı yaxından tanış olduğum Riskatson-Hett ilə aradan illər keçəndən sonra Londonda qarşılaşdığımızda köhnə xatirələrimiz baş qaldırdı. Mənə bu məhkəmənin sədrliyini edən şəxsə Çində rast gəldiyini, aralarında həmin prosesdən danışdıqlarını və bu adamın ona:
– Türklərin belə bir addım atmaqda nə qədər haqlı olduqlarını yalnız indi anladım. Biz o zaman sizə əsəbiləşmişdik, amma siz məsələni daha dərindən dərk edib və bizdən daha dəqiq görmüsünüz, – dediyini söylədi. Bu gün hər şey unuduldu. Lakin mən arxaya baxdığımda bu məhkəmənin və ondan əvvəlki mərhələlərin həyatımda dərin iz buraxdığını görürəm. Harada bir siyasi cinayət haqqında eşitsəm, harada bir haqsızlıq duysam, həmin məhkəməni və sonda çıxarılan qərarı xatırlayıram. Allahdan bütün insanların Çindəki ingilis komandanı kimi, gec də olsa, həqiqəti anlamalarını arzu edirəm”.
Hazırladı: Şahanə Rəhimli
Musavat.com
- Dünən həbs edilən Fidanı bu gün məhkəmə azad etdi - Foto
9 may 2026 13:07
- Fidan Abbasovanın ANASI Baş prokurora və DİN rəhbərinə müraciət etdi
8 may 2026 23:04
- Ərəblər niyə sağdan sola, biz isə soldan sağa yazırıq: Maraqlı faktlar
8 may 2026 22:43
- Nazir bu instituta direktor təyin etdi
8 may 2026 18:41
- AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: Dolabda dollar PAÇKALARI vardı
8 may 2026 14:25
- Putinin KARİKATURASINI çəkən RƏSSAM həbsxanada ÖLDÜ
8 may 2026 00:05
- Prezidentin mükafatlandırdığı 86 yaşlı xalq artisti : Xoş xəbəri eşidəndə namaz üstündə idim, qonaqlıq verəcəm
7 may 2026 23:07
- Niyə XORUZ BABA-nın barelyefini binaya vurmağa icazə vermədilər ? - Xalq artistinin qızından ETİRAZ
7 may 2026 18:10
- Çin iki sabiq naziri EDAM edəcək
7 may 2026 17:01
- Həkim ağ xalatda olmalıdır, xəstə məni dikdabanda görə bilməz - Videomüsahibə
7 may 2026 11:55
- İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli sakinləri ilə görüşdülər
09 may 18:45
- Cinsini dəyişdirən türk MƏŞHURLAR
09 may 16:22
- QAZ ehtiyatına görə dünyanın ən böyük 10 dövləti –SİYAHI
09 may 15:58
- Əli Kərimlinin atası vəfat etdi
09 may 15:38
- Prezident və birinci xanım Cəbrayıla səfər etdi
09 may 15:28
- DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi
09 may 14:09
- Dünən həbs edilən Fidanı bu gün məhkəmə azad etdi - Foto
09 may 13:07
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər - Fotolar
09 may 12:05
- Bakı nefti olmasaydı, faşizm üzərində qələbə də olmazdı
09 may 11:52
- Cavanşir Feyziyev: Heydər Əliyev bütün ömrünü Azərbaycan xalqının taleyini dəyişmək amalı ilə yaşayıb
09 may 11:44
- Dünyanın siyasi xəritəsini dəyişəcək plan – Kanada Avropaya birləşir
09 may 11:29
- Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım etdi
09 may 11:06
- ETİMADIN SƏSSİZ DİLİ.... - Qəvami Sadıqbəyli
09 may 00:29
- Bu gün faşizm üzərində qələbənin ildönümüdür
09 may 00:20
- Fidan Abbasovanın ANASI Baş prokurora və DİN rəhbərinə müraciət etdi
08 may 23:04
- Ərəblər niyə sağdan sola, biz isə soldan sağa yazırıq: Maraqlı faktlar
08 may 22:43
- 14 ildir işlədiyim KİTABXANAÇI vəzifəsində qalmağım üçün 2500 manat istədi - Açıqlama
08 may 18:54
- Nazir bu instituta direktor təyin etdi
08 may 18:41
- Xəlil Göyüşov camış əti aşkarlanan RAMİN -NURun adını dəyişdi (FOTO)
08 may 16:04
- AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: Dolabda dollar PAÇKALARI vardı
08 may 14:25
- Ədliyyə Nazirliyi yanında İctimai şuranın yaradılmasının 1 ili tamam oldu
08 may 13:16
- İlham Əliyev Roma Papasına məktub göndərdi
08 may 13:06
- Azərbaycan-İtaliya: Qarşılıqlı etimada və strateji maraqlara əsaslanan tərəfdaşlıq modeli - Cavanşir Feyziyev yazır
08 may 13:01
- Xanlar Vəliyevin qızı bu vəzifəyə təyin edildi
08 may 11:17
- Dünyanın ən sağlam ədviyyatı seçildi — Zəncəfil deyil
08 may 11:08
- Bu gün işdən 1 saat tez çıxacağıq - 9, 10, 11 may tarixləri istirahət günləridir.
08 may 10:46
- Sirus Təbrizliyə həsr edilən -Kəramət Mücahidi- adlı kitabın təqdimatı keçirildi
08 may 01:04
- Akif İslamzadə infarkt keçirdi - Xəstəxanadadır
08 may 00:44
- Putinin KARİKATURASINI çəkən RƏSSAM həbsxanada ÖLDÜ
08 may 00:05
- Prezidentin mükafatlandırdığı 86 yaşlı xalq artisti : Xoş xəbəri eşidəndə namaz üstündə idim, qonaqlıq verəcəm
07 may 23:07
