Deputatla qardaşı 165 minlik skandalda – ŞİKAYƏT
Bakı sakini Məlahət Qurbanova deputat Rəfael Cəbrayılov və qardaşı Elşən Cəbrayılovdan şikayətçidir. TİA.AZ xəbər verir ki, səbəb deputat və qardaşının aldıqları pulları ona qaytarmamasıdır. JAM.AZ-a müraciət edən Qurbanova bildirib ki, 2013-cü ilin əvvəlində çoxdan tanışı olan, vaxtıyla prokurorluq orqanlarında çalışmış Mirəhməd Abbasov onun rəhbərlik etdiyi lombarda gələrək, pul götürüb və qaytarıb.
«Mirəhməd Abbasov həm tələbə yoldaşım olub, həm də bu hərəkətləri ilə daha da etibarını artırıb. Lakin 2013-cü ildə o, mənə bildirdi ki, deputat Rəfael Cəbrayılov və qardaşı Elşən Cəbrayılovla şərikli bina inşa edirlər. Və tikinti işlərini davam etdirmək üçün onlara pul lazımdır. Mən də Mirəhmədə etibar etdiyim üçün ona 165 min manat pul verdim».
Zərərçəkən şəxs qeyd edir ki, Mirəhməd Abbasov onu inandırmaq üçün Rəfael Cəbrayılovun inşa etdirdiyi binadan dəyəri 300 min manat olan qeyri-yaşayış binasının müqaviləsini, kassa mədaxil qəbzini, Abşeron rayon İcra Hakimiyyətindən tikintiyə icazə sənədlərini və layihəsini təqdim edib. «Mən həm də ona şahid oldum ki, tikinti işlərini aparan «Dərhal» MMC-nin direktoru deputat Rəfael Cəbrayılovun qardaşı Elşəndir. Hətta bir dəfə deputatın sürücüsü olan Vüqar gəlib məndən pul da götürdü. Lakin aradan 1 ildən çox vaxt keçməsinə baxmayaraq, nə Mirəhməd Abbasov, nə Rəfael Cəbrayılov, nə də Elşən Cəbrayılov pullarımı qaytarmırlar». JAM.AZ-a verdiyi açıqlamasında Məlahət Qurbanova bildirib ki, o, başına gələnlərlə bağlı Baş Prokurorluğa müraciət edib. Oradan isə bildiriblər ki, Rəfael Cəbrayılovun sürücüsü Vüqar bu işləri onlardan xəbərsiz edib. «Mənə bildirdilər ki, Vüqar izahatında bildirib ki, o, hər şeyi onlardan xəbərsiz edib. Bununla bağlı Rəfael və Elşən Cəbrayılovlar, habelə Mirəhməd Abbasov Nəsimi polisinə ərizə ilə müraciət ediblər. Ancaq bu inandırıcı deyil. Ona görə ki, Vüqar bu işi təkbaşına edə bilməzdi. Aydın məsələdir ki, Rəfael və Elşən ciddi problemlə üzləşəcəklərindən dolayı belə bir addım atıblar. Əgər Vüqar bu işi təkbaşına görürdüsə, bəs, 300 min manatlıq mənzilin sənədlərini niyə mənə Mirəhməd Abbasov verirdi? Üstəlik, əgər Vüqardan şikayət verilmişdisə, bəs, necə olur ki, həmin şəxs hazırda yenə də Rəfael Cəbrayılovun sürücüsüdür?».
Şikayətçi sonda dövlət başçısı İlham Əliyevə müraciət edərək, ondan yardım istəyib.
Qarşı tərəfi də dinləməyə hazırıq.
NUH.AZ
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 2025 00:41
- Bakı metrosunda qadının bədəninə toxundu - 15 gün Həbs olundu
10 dekabr 2025 11:03
- Trampın qardaşı qızı: ƏMİM sevgiyə həsrətdir
10 dekabr 2025 02:08
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 2025 01:05
- Oliqarx oğlunun qalmaqalı yeni mərhələdə
9 dekabr 2025 12:38
- Dişlərini fırçala, rahatlıqla dələduzluq et - Polisin 3 günə tutduğu 20 dələduzu Azərbaycan məhkəməsi neçə günə azad edər
8 dekabr 2025 14:20
- Restoranlarda müştəriləri soymağın yeni üsulu: SERVİS HAQQI
6 dekabr 2025 12:32
- Şeyxin Ramiz Mehdiyevlə münasibəti dövlətlə bağlı olub - Qardaşı
4 dekabr 2025 13:57
- Mikayıl İsmayılovun keçmiş gəlini cənab Fuad Ələsgərovdan KÖMƏK İSTƏYİR
4 dekabr 2025 12:56
- Elmira Axundovanın yaxın adamının ölkədən çıxışına STOP qoyulub – MƏHKƏMƏ İŞİ
3 dekabr 2025 20:38
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
