Cavid Qurbanovun "qara kassa"sının səbəb olduğu ailə dramı

Ötən dəfə Göyçay rayonunda iki azyaşlı körpəsi ilə demək olar ki, küçəyə atılmış gənc ananın mətbuata müraciətini dərc etmişdik.
Müraciətdə həmin xanım Göyçay rayon məhkəməsinn hakimi Fərhad Əfəndiyevin Azərbaycan Respublikası adından çıxardığı qərarla nəinki bir azərbaycanlı xanımın,
eyni zamanda bu ölkənin gələcəyi hesab olunan iki körpənin də gələcəyinin əlindən alması qeyd olunurdu.
Düzdür hər il ölkədə minlərlə ailə qurulur və ya arzulamasaq belə dağılır. Lakin böyüklərin öz hissləri ilə verdikləri qərar həmin ailədə dünyaya gəlmiş körpənin
gələcək həyatına mənfi rakursdan təsir göstərməməlidir. Əksinə valideynlərin emosional qərarlarını hakimlər məhz qanunlar vasitəsilə tənzimləməlidirlər.
Lakin Ülviyyə Allahverdiyevanın mediaya təkrar müraciətindən görünür ki, nə Göyçay rayon məhkəməsinin hakimi Fərhad Əfəndiyev,
nə də Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli dövlət adından çıxardıqları qərarlarda heç də tam səmimi olmayıblar.
Əslində yuxarıda qeyd olunan müraciətlə bağlı müvafiq qərara gəlməyin obyektiv nədənləri də var.
İllərdir ki, beynəlxalq aləmin Azərbaycan dövlətini qınadığı nüanslardan biri də, müstəqil məhkəmə sisteminin olmamasıdır.
Hakim məhkəmə araşdırmasına təqdim edilmiş məsələni əsasən qanunun imkan verdiyi formada çözməlidir.
Əgər ailədaxili münaqişələrdə uşaq valideynlərdən birindədirsə, o halda ədalətli hakim çıxardığı qərarda öncə həmin körpənin mövqeyindən çıxış etməyə borcludur.
Çünki Azərbaycanın gələcəyi həm də həmin körpədən aslıdır. Lakin əsas diqqət çəkən məqam şikayətçi Ülviyyə Allahverdiyevanın müraciətində adı keçən
Anar Allahverdiyevdir.
Normalda Anar Allahverdiyevin nə adında, nə də soyadında hər hansı qəribəlik yoxdur. Qəribəlik müraciətdə A.Allahverdiyevin məhkəmə prosesinə və konkret olaraq
hakimlərin işinə müdaxiləsidir. Əslində məhkəmə prosesinə müxtəlif vasitələrlə müdaxilə cinayət əməlidir.
Lakin bu o zaman cinayət hesab olunur ki, məhz hakim həmin müdaxiləyə qarşıdır.
Şikayətçinin müraciətində isə hər iki hakmin bu müdaxilədən nəinki narahat, əksinə məmnun olduğları bildirilir.
Müraciətdə adı çəkilən Anar Allahverdiyevin əsas maraqlı persona kimi təqdim edilməsi onun dövlət görəvlisi olmasıdır.
Müraciətdə bu dövlət görəvlisinin böyük həcmli var-dövlətə sahib olması da göstərilir.
Keçmiş gəlini Ülviyyə Allahverdiyeva haqqının tapdalanmasında qaynı Anar Allahverdiyevin sahib olduğu kapitalın böyük rol oynadığını bildirir.
Normalda Azərbaycan azad ölkədir. Azad ölkənin müstəqil insanının böyük kapitala sahib olması da normal haldır.
Məsələn həmin kapitalı əldə etmək üçün müxtəlif biznes sahələri məşğul olmaq olar.
Elmi kəşflərə imza atmaqla onun patentləşdirilməsindən əldə olunan vəsaitlər və s.
Lakin bunların heç biri Anar Allahverdiyevdə yoxdur.
Müraciətdə Anar Allahverdiyevin Azərbaycan Dövlət Dəmir Yolları QSC-də sıradan bir dövlət görəvində çalışdığı bildirilir.
Lakin onun sahib olduqları isə heç də bu görəvdən əldə edilən vəsaitin sıradan bir olmadığı qənaətini yaradır.
Şikayətçi Ülviyyə Allahverdiyeva keçmiş həyat yoldaşının 100 min manat dəyərində olan avtomobilini məhkəmə baxışı öncəsi atasının adına keçirməsini qeyd edir.
Yüz min manatlıq avtomobil idarə edən həyat yoldaşı nədən öz körpə övladlarından imtina edərək, onların küçəyə atılmasına razı olsun?
Deməli…Deməli bu məsələdə bir nüans diqqətdən qaçmamalıdır. Anar Allahverdiyevin əldə etdiyi kapitalın parıltısı qardaşı Müşfiqin yeni həyat axtarışına səbəb olub.
Bəs sıradan bir məmurun, həm də keçmiş gəlininin təbirincə desək cəmi 300 manat vəzifə maaşı olan məmur 500 000 manatlıq “Bentley” markalı avtomobil necə idarə etdir?
Hansı vəsaitlə İsmayıllı rayonunun Talış kəndində və paytaxtda möhtəşəm villalara sahib olur?
Haradan əldə etdiyi vəsaitlə övladlarını küçəyə atmış qardaşına 100 000 manatlıq avtomobil hədiyyə edir?
Düşdüyü çarəsiz vəziyyətdən qurtulmaq üçün yeganə qurtuluşun ökə prezidentinə və Heydər Əliyev Fondunn prezidentinə müraciətdə görən
Ü.Allahverdiyeva hər iki hakimin qərar qəbul edərkən məhz şəxsi istəklərini nəzərə aldıqlarını qeyd edir.
Bəs həmin şəxsi istəkləri təmin edən şəxsin əldə etdiyi vəsaitin mənbəyi nədir?
Əslində bu suala cavab verəcək yeganə şəxs hələ ki. ADDY QSC-nin sədri, millət vəkili Cavid Qurbanovdur.
Lakin nəzərə alsaq ki, cəmiyyət cənab Qurbanovun məhz özünü oliqarx məmur kimi tanıyır, o halda Anar Allahverdiyevi başa düşmək olar.
Çünki bu məsələdə “ağası gülüm olanın…” prinsipi işləyir.
Görəsən ADDY QSC-də 300 rəqəmi hansı qiymətli kağız və ya daşla müəyyən edilir ki, həmin vəsaitə sıradan bir məmur 500 000 manatlıq avtomobil ala bilir,
bir neçə villaya sahib olur, hədiyyəsinin dəyəri yüz minlə ölçülür, geniş biznes imkanlarına malik olur?
Əslində nəinki Azərbaycanda, dünyanın istənilən ölkəsində belə hansısa məmurun yalnız əmək haqqı ilə milyonlara sahib olması mümkünsüzdür.
Aylıq əmək haqqı yalnız həmin məmurun aylıq xərclərinin önləyə bilər.
Və yalnız olsa – olsa uzun illərin qənaətindən sonra mühərriki kiçik ölçülü hansısa ikinci əl satışı olan avtomobilin almasına yetə bilər.
Ölkədəki mövcud ərzaq qiymətlərini, 3-4 nəfərlik ailə üzvünün gündəlik xərclərini nəzərə alsaq və bu qədər zəruri nüanslara diqqət yetirsək
300 manat dövlətdən alınan əmək haqqını həmin ehtiyacların ödənilməsi ilə qarşılaşdırsaq, nəinki yuxarıda qeyd olunanlara, hətta doğru – düzgün qidalanmaq belə olmaz.
Bəs bu qədər vəsait Anar Allahverdiyevdə haradandır?
Bu qədər vəsaiti sözsüz ki, Allah da ona verməyib.
Allahın verdiyi həmin 300 manatdır ki, bu məbləğdə Anar Allahverdiyevin idarə etdiyi 500 000 manatlıq “Bentley”in bir iki günlük yanacağına zorla çatar.
Allah heç nədə ifrata varmaz və israfı sevməz. Bəs bu qədər mənbəyi qaranlıq olan vəsaititn əldə olunmasına səbəbkar kimdir?
Ötən yazının dərcindən sonra əldə etdiyimiz məlumata görə Anar Allahverdiyev özünü ADDY QSC-nin sədri Cavid Qurbanovun kassiri kimi təqdim edir.
Əslində kassir şəxs olsa da, o da Anar Allahverdiyevin vəzifəsi kimi sıradan bir dövlət görəvidir.
Və hər bir təşkilatda yüksək əmək haqqı almayan kateqoriyadandır. Lakin məlumatı verən mənbə bildirdi ki,
Anar Allahverdiyev özünü kassir olaraq xarakterizə edərkən məhz “qara kassa”nın kassiri olduğunu qəsd edir.
Əcəba qanunlarla idarə olunan dövlətdə fəaliyyət göstərən dövlət müəssisəsinin nədən və ya haradan “qara kassa”sı yaranmalıdır?
ADDY QSC-nin sədri Cavid Qurbanovun bu kassadan xəbəri varmı?
Əgər xəbəri varsa əməkdaşı Anar Allahverdiyevin həmin kassa sayəsində sahib olduqları kapitalın dəyərini bilirmi?
Əgər bilirsə… Onda “qara kassa”nın kassirinin sahib olduqları 500 000 minlik “Bentley” almağa, bir neçə villaya sahib olmağa, 100 000 minlik avtomobil hədiyyə etməyə çatırsa,
gör onda kassanın sahibinin sahib olduqlarının miqdarı hansı ölçüdədir? Əslində Göyçayda məhkəmə sistemində baş verən haqsızlıq böyük bir dövlət müəssisəndə
nəhəng hesab olunan faktların ortaya çıxmasına səbəb oldu. Hesab edirik ki. aidiyyatı strukturlar bunu nəzərə alacaqlar.ADDY QSC-nin sədri Cavid Qurbanovla,
Anar və Müşfiq Allahverdiyevlərlə, Göyçay rayon məhkəməsinin hakmi Fərhad Əfəndiyevlə və Şəki şəhər Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli
ilə əlaqə saxlamaq cəhdimiz alınmadı. (Conflict.az)Yazıda adı çəkilən qurumların və şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Qaynar.info
NUH.az
- Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva
15 avqust 2025 09:56
- Rusiya gözəli faciəvi şəkildə öldü
15 avqust 2025 09:45
- Ərdoğan ondan 1 milyon təzminat istəyir
14 avqust 2025 23:11
- Qazaxıstanın yarısını Rusiyaya verin! : Türk torpaqlarını satan və qoruyan liderlər
14 avqust 2025 16:21
- Xalq artisti Elmira Rəhimova - 88 YAŞ
14 avqust 2025 11:35
- Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi
14 avqust 2025 09:06
- Doğum tarixiniz təsadüfi deyil - SEHRLİ GÜC
13 avqust 2025 10:13
- AZƏRBAYCAN DİLİ MÜTƏXƏSSİSLƏRİ OXU VƏ YAZI STANDARTLARINA CAVAB VERMİRLƏR
12 avqust 2025 22:16
- 125 MİN UŞAĞIN birinci sinfə qəbulu tamamlandı
12 avqust 2025 15:17
- Prezidentdən Hicran Hüseynova ilə bağlı SƏRƏNCAM
12 avqust 2025 13:06
- Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva
15 avqust 09:56
- Rusiya gözəli faciəvi şəkildə öldü
15 avqust 09:45
- Putin Maqadandadır - 10 ildən çoxdur getmirdi
15 avqust 09:27
- Azərbaycan AZAL-ın təyyarəsinə QƏSDƏN hücum olduğunu DÜŞÜNMÜR - İlham Əliyev
15 avqust 08:52
- Solovyov Azərbaycanı -ləzgi seperatizm -i ilə hədələdi – Kremlin növbəti iyrənc planı
15 avqust 00:49
- Puqaçova Rusiya vətəndaşlığından imtina etdi
14 avqust 23:49
- Ərdoğan ondan 1 milyon təzminat istəyir
14 avqust 23:11
- Qazaxıstanın yarısını Rusiyaya verin! : Türk torpaqlarını satan və qoruyan liderlər
14 avqust 16:20
- Yuri Qaqarinin həyat yoldaşına VİDA MƏKTUBU
14 avqust 14:30
- Azərbaycan XİN Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi - FOTO
14 avqust 12:15
- Xalq artisti Elmira Rəhimova - 88 YAŞ
14 avqust 11:35
- Putinin anası təkgöz olub- Atası anasının GÖZÜNÜ YABA İLƏ ÇIXARIB
14 avqust 11:13
- 143 MİLYON mənimsəmə cinayətində adı keçən polkovnik öldü
14 avqust 10:50
- Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi
14 avqust 09:06
- O daha prezident OLMAQ İSTƏMİR
14 avqust 08:38
- Bu il Avropaya qaçan 1212 qeyri-qanuni miqrant boğularaq ölüb
14 avqust 01:58
- Bu il 501 azərbaycanlı Türkiyədə mənzil alıb
14 avqust 01:22
- Şair Kəramətin küçədə meyiti tapıldı
14 avqust 00:07
- Vahid Əhmədov Nəcməddin Sadıkovla bağlı sensasion fakt açıqladı
13 avqust 22:27
- Sumqayıt Apellyasiya Məhkəməsinin qalmaqallı eks vəkil Sevil Hacıyeva bаrəsində qərаrı: 6 ay elektron QOLBAQ TAXACAQ
13 avqust 21:22
- Atası partiyanı Günay Ağamalıya təhvil verir?
13 avqust 21:13
- Prezident xüsusi icra məmurları haqqında qanunu təsdiqlədi
13 avqust 13:20
- Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
13 avqust 12:56
- Kərbəla əvəzinə Tiflisə getdilər - Azərbaycanlı zəvvarları ))) VİDEO
13 avqust 11:37
- Doğum tarixiniz təsadüfi deyil - SEHRLİ GÜC
13 avqust 10:13
- Aleksandr Duqindən Putinə: Çar var – beyin yoxdur, Rusiya BAŞSIZ TOYUQ kimi...
13 avqust 09:57
- Ermənistanın ilk prezidenti İranı xeyli TƏRİFLƏDİ ....
13 avqust 09:48
- Netanyahu İran xalqına müraciət etdi
13 avqust 09:13
- Türkiyəyə İLK rəsmi səfərini etdi - Fotolar
13 avqust 00:30
- AZƏRBAYCAN DİLİ MÜTƏXƏSSİSLƏRİ OXU VƏ YAZI STANDARTLARINA CAVAB VERMİRLƏR
12 avqust 22:16