Deputatın civə biznesi
Ağalar Vəliyev kimi aldadıb..?
Azərbaycanda təkcə məmur-oliqarxların deyil, həmçinin deputatların da iri biznesə sahib olduqları sirr sayılmır. Əksər deputatların iri biznesi, tikinti sektorunda hegomonluğu, hətta xidmət və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları ilə bağlı dəfələrlə yazılıb. Lakin indiyə qədər onların heç birinin adı civə alverində hallanmayıb.Ağalar Vəliyev son parlament seçkilərində bəxtə-Xuda deputat seçilənlərdən sayılır. Səbəb onun hakimiyyət dairələri ilə son anda anlaşma əldə etməsi göstərilir. Azad-media-nın apardığı araşdırmalar zamanı məlum olub ki, Vəliyevin əsas biznesi tikinti sektorundadır və son dövrlər geniş reklamı gedən «Kristal Abşeron» şirkəti də ona məxsusdur. Məlumatda qeyd edilir ki, deputatın illərdən bəri nəzarətinə aldığı bu şirkət əsasən Abşeron rayonu ərazisində tikinti işləri ilə məşğuldur. Çoxmərtəbəli binaların inşaası ilə məşğul olan «Abşeron Kristal»ın hazırda kredit kampaniyası ilə mənzil satdığı da reklamlardan məlumdur.Bəzi məlumatlara görə, bu şirkətin tikinti sektorundakı sərmayəsinin ümumi həcmi 100 milyon dollardan artıqdır. Elə ekspertlər də vurğulayırlar ki, şəhərciklər salacaq qədər maliyyə imkanına malik olan bir şirkətin total şəkildə uzunmüdətli kreditlərlə mənzil təklif etməsi onun külli miqdarda maliyyə yatırımlarına arxalanması nəticəsində mümkün ola bilər. Düzdür, «Abşeron Kristal»ın indiyə qədər sakinləri müxtəlif formada aldatdığına dair elə də geniş məlumatlar yoxdur. Amma faktiki olaraq bu şirkətin müştərilərini müxtəlif şəkildə aldatdığı da istisna edilmir. Çünki bununla bağlı mövcud şikayətlər var. «Sənin pullarını civə almaq üçün xərcləmişik»Hərçənd Ağalar Vəliyev çox cəsarətli bir deputatdır. Ona görə ki, indiyə qədər heç bir millət vəkili cəsarət edib, adını civə alverində hallandırmayıb. Amma…Şikayətçi Əli Əliyev Azad-media-ya göndərdiyi şikayət məktubunda vurğulayıb ki, Ağalar Vəliyevin rəhbəri olduğu «Azəraqrartikinti» ATSC-nin ona 16141 manat borcu olub. Şirkəti ağlayla təmin edən Əliyev pulunu almaq üçün xeyli çalışsa da, bir nəticə hasil olmayıb. O bildirir ki, şirkətin Duman adlı iş icraçısı şikayətçinin 16141 manatını müxtəlif bəhanələrlə verməkdən boyun qaçırıb. Çoxsaylı müraciətlərindən sonra onun pulunun yalnız 3500 manatı geri ödənilib ki, 12641 manatını bu günə qədər ala bilməyib. «Materialların pulunu istəyəndə Duman mənə bildirdi ki, möhlət verim onlara. Və bu möhləti də Ağalar Vəliyevin bütün pulları civə almaq üçün ödəniş etməsi ilə əsaslandırıb. Bir neçə aydan sonra yenidən müraciət edib, pulumu istədim. Duman mənə bildirdi ki, əgər bir də onlara zəng etsəm, məni tutduracaq».Əli Əliyev bildirir ki, Dumanla dəfələrlə görüşüb, söhbət edib. «Hər dəfə mənə deyirdi ki, Ağalar Vəliyev çox yerə yatırımlar edir. Onun civə alveri, miss boruların satışı ilə məşğul olduğunu vurğulayırdı. Üstəlik, onu da deyirdi ki, əgər Ağalar Vəliyevin gördüyü işlərlə bağlı dövlət qurumları xəbər tutsalar, yaxalarını qurtara bilməyəcəklər». Azad-media məsələni araşdırmaq üçün Duman adlı həmin şəxslə də əlaqə saxlayıb. Ondan «Şirkətin Əli Əliyevə borcu varmı» sualını soruşduqda bildirib ki, hər hansı bir borcdan söhbət gedə bilməz. Hətta bunu əlindəki sənədlərlə təsdiqləyə də bilər. Lakin Duman müəllim nə sənədləri ortaya çıxarıb, nə də əlavə suallara cavab verib. Civə məsələsinə gəldikdə isə Duman söhbəti eşidən kimi telefon dəstəyini asaraq, onu bağlayıb. Sakinlər Xırdalanda yolu niyə bağladılar? Yazının əvvəlində «Abşeron Kristal»da baş verənlərlə bağlı məlumat verilmişdi. Vurğulanırdı ki, Ağalar Vəliyevin şirkətindən şikayətçi olanların sayı heç də az deyil. Bunun əyani sübutu isə ötən gün Xırdalan şəhərindəki Heydər Əliyev prospektinin məcburi köçkünlər tərəfindən bağlanılmasıdır. Azad.media xəbər verir ki, iki gündən bəri işıqsız qalan köçkünlər etiraz əlaməti olaraq bu addımı atıblar. Məlumat üçün bildirək ki, Kəlbəcər, Zəngilan və Füzuli rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı və «Abşeron Kristal» şirkəti tərəfindən inşa edilmiş həmin binada mütəmadi olaraq problemlər yaşanır. Hətta birmənalı olaraq vurğulanır ki, bu bina aşağı keyfiyyətlə tikildiyi üçün bir sıra ciddi problemlərə malikdir. İşin ən ilginc tərəfi isə odur ki, bu ilin may ayında istifadəyə verilmiş həmin bina heç 7 ay keçməmiş əhalini sıxıntıya salıb. Üstəlik, Ağalar Vəliyevin də şəxsən qatıldığı açılış mərasimində Azərbaycanın Birinci Xanımı Meriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər. Məlumata görə, Ağalar Vəliyev həmin vaxt ölkənin Birinci xanımını inandırıb ki, bina yüksək keyfiyyətlə tikilməklə yanaşı, burada yaşayacaq insanlar üçün də bütün şərait yaradılıb. O, hətta binada hər hansı bir problemin olmayacağını da vəd edib. Lakin inşası başa çatandan 7 ay sonra sakinlər elektirik enerjisi problemi yaşamağa başlayıblar. Ardından su, qaz və digər problemlərin də baş qaldıracağı isə şübhəsiz kimi görünür. Etiraf edək ki, Azərbaycanda bir sıra yeni sahələr yaradan, inşaat işləri görən biznes adamları, hətta deputat, məmur olsalar belə açılışlarda dövlət ərkanının nümayəndələrinə maksimum dərəcədə yalan danışmırlar. Düzdür, onlar şişirtmələr edə bilərlər və ya fikirlərini daha fərqli ibarələrlə ifadə etməyə çalışarlar. Amma bizneslə məşğul olan heç bir deputat özündə o cəsarəti tapıb nə dövlət başçısını, nə də Birinci xanıma yalan danışmazlar. Baş verənlərdən belə anlaşılır ki, Ağalar Vəliyev həddindən artıq cəsarətli və risqli biridir. Və ya onun arxası elə bir yerə bağlıdır ki, cəsarət edib, ölkənin Birinci xanımına yalan danışıb. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Arqument.Az
NUH.az
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
4 fevral 2026 19:24
- Bacısı oğlundan keçmiş deputata ittiham: Ştutqartı əlimizdən alıb
21 yanvar 2026 16:58
- Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
12 yanvar 2026 19:04
- Ramiz Mehdiyevin kölgəsində ələ keçirilən 8 milyon manat – Elmira Axundovanın yaxını növbəti həbsin astanasında
7 yanvar 2026 21:33
- Ramiz Mehdiyevin Türkiyədə dəniz imperiyası üzə çıxdı – Enveroğlu tankeri…
5 yanvar 2026 18:06
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 2025 20:03
- Əli Məsimlidən Sərdar Cəlaloğlunun ittihamlarına cavab
7 dekabr 2025 11:41
- Şeyxin Ramiz Mehdiyevlə münasibəti dövlətlə bağlı olub - Qardaşı
4 dekabr 2025 13:57
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
