İcra başçısı və deputat Astarada bir kəndi "işğal etdi" - REAL-ın namizədi hədələndi
Astaranın icra başçısı Qəzənfər Ağayev əhalinin pay torpaqlarını əlindən alır
İcra başçısı mərhum prezident Heydər Əliyevin anım günündə ziyafət məclisi təşkil etdiyi üçün qara siyahıya düşüb. Ona görə də rayonda son manevrlərini edir. O, əhali ilə istənilən qarşıdurmaya getməkdən belə çəkinmir".Bunu Arqument.Az-a Astara rayonunun Ojəkəran kəndinin bir qrup sakini yazıb. Sakinlərin sözlərinə görə, bir neçə gün öncə əhali ilə İcra Hakimiyyətinin nümayəndələri arasında qarşıdurma da baş verib. Ancaq icra başçısı torpaqların "işğalını" dayandırmaq niyyətindən əl çəkməyib. REAL Hərəkatının üzvü, deputatlığa keçmiş namizəd Mikayıl Talıbov da Arqument.Az-a açıqlamasında vəziyyətin kritik olduğunu bildirib: "Hazırda Ojəkəranda əhaliyə verilən pay torpaqları əllərindən alınır. Bu işə icra nümayəndəsi və bələdiyyə sədri də cəlb olunub. Ojəkəranda meşə massivi də icra nümayəndəsi və bələdiyyə tərəfindən ölçülüb. Amma qanunda göstərilir ki, meşə massivi heç bir halda satıla bilməz. Deyilənə görə, bu torpaqları yeni deputat Rəşad Mahmudov alır. Bu işdə icra başçısının müavini, deputatın qardaşı Allahverən Mahmudov xüsusi fəallıq nümayiş etdirir. Edilən müraciətlərə isə heç bir cavab verilmir". M. Talıbov bildirir ki, topraqların xarici iş adamlarına satılması ilə bağlı da iddialar var: "Gah deyirlər, bu əraziləri deputat deyil, hollandiyalı, gah da deyirlər iranlı iş adamı alır. Qanuna görə, xarici ölkənin vətəndaşına torpaq satıla bilməz. Konkret də demirlər ki, torpaqları kim alır. Gör vəziyyət hansı həddə çatıb ki, icra başçısı əhalinin pay torpaqlarını da ucuz qiymətə əllərindən alır. Hətta mənə də hədə-qorxu gəldilər. Əsas gətirirlər ki, əhali bu torpaqları istifadə eləmir. Amma bilmirlər ki, əhalinin torpağı istifadə etməyə imkanı yoxdur. Ən azından öz pay torpaqlarını otlaq sahəsi kimi istifadə edirlər. Bütün hallarda qanunvericilikdə pay torpaqlarının əhalidən alınması yolverilməzdir. Əhalini cana yığıblar. Bizə deyirlər ki, dövlət belə istəyir, belə də edir. Dövlətin nə olduğunu bilməyən məmurlar bütün etdikləri qanunsuzluqları dövlətin adı ilə bağlamaq istəyirlər. Ona görə də biz dövlət rəsmilərindən bu məsələ ilə bağlı rəsmi açıqlama gözləyirik".Mikayıl Talıbov deyir ki, məsələ ilə bağlı əhali Prezident Adminstrasiyasına və bütün müvafiq dövlət qurumlarına müraciət edəcək. O, ümid edir ki, məsələyə rəsmi münasibət bildiriləcək. Mövzunu diqqətdə saxlayacağıq. Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
NUH.az
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 2025 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 2025 22:22
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 2025 21:44
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 2025 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 2025 16:23
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 2025 21:12
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 2025 00:28
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 2025 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 2025 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 2025 09:02
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 11:38
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
