Ölkə ərazisində Amerika ağ kəpənəyinin yayılma arealı 37 faiz azalıb
“Respublika ərazisində Amerika ağ kəpənəyinin (Hyphantria cunea Drury.) yayılmasının qarşısının alınması və yayılma mənbələrının məhv edilməsi üzrə təcrid və ləğvedici tədbirlər planı”nın həyata keçirilməsi nəticəsində ölkə ərazisində Amerika ağ kəpənəyinin yayılma arealı 37 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev yanvarın 15-də Xaçmazda “Quba-Xaçmaz bölgəsində fitosanitar vəziyyət və antirezistent mübarizə sxemlərinin qurulması hesabına zərərli orqanizmlərdə pestisidlərə qarşı davamlılıq probleminin aradan qaldırılması” mövzusunda regional müşavirədə məlumat verib.Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin konfrans zalında təşkil olunan tədbirdə şimal bölgəsi rayonlarının bitki mühafizəsi mərkəzləri və bitkilərin karantini məntəqələrinin əməkdaşları, bələdiyyə, icra nümayəndələri, torpaq mülkiyyətçiləri və fermerlər iştirak edib.Xaçmaz rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Azər Haqverdiyev bildirib ki, ötən il kənd təsərrüfatında mühüm islahatlar həyata keçirilib, bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün hər cür şərait yaradılıb. Bunun sayəsində “Kənd təsərrüfatı ili”ndə respublika üzrə məhsul istehsalı 6,6 faiz artıb. Bildirilib ki, keçirilən tədbir bölgədə kənd təsərrüfatı sahəsinin inkişafına, məhsuldarlığın yüksəldilməsinə və ixrac potensialının artırılmasına öz töhfəsini verəcək.Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi nəticəsində əldə olunmuş uğurların bu il də artacağını və vətəndaşların gündəlik həyatında özünü göstərəcəyini vurğulayıb. Xidmətin rəisi kənd təsərrüfatının inkişafı sahəsində atılmış addımların 2016-cı ildə, həmçinin növbəti illərdə də iqtisadi sahədə prioritet olaraq qalacağını qeyd edib.C.Quliyev daha sonra bölgədə mövcud fitosanitar vəziyyəti ətraflı təhlil edərək, aqrobiosenoza pestisid təzyiqinin azaldılması istiqamətində mövcud problemlərin həlli yollarını göstərib.Xidmət rəisi “Respublika ərazisində Amerika ağ kəpənəyinin (Hyphantria cunea Drury.) yayılmasının qarşısının alınması və yayılma mənbələrının məhv edilməsi üzrə təcrid və ləğvedici tədbirlər planı”nın icra vəziyyəti barədə ətraflı məlumat verib.Müşavirədə “Antirezistent mübarizə sxemlərinin qurulması hesabına zərərli orqanizmlərdə pestisidlərə qarşı davamlılıq probleminin aradan qaldırılması və pestisidlərin səmərəli tətbiqi yolları”, “Kimyəvi mübarizə tədbirlərinin tətbiqi zamanı qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında məruzələr dinlənilib və müzakirələr aparılıb. ( AZƏRTAC )
NUH.az
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Trampdan İrana hücumla bağlı ilk - Açıqlama
28 fevral 2026 15:14
- İsraillə ABŞ İrana zərbə endirdi
28 fevral 2026 14:54
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Alim Qasımov Bakıda zavod açdı
23 fevral 2026 22:04
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 2026 11:11
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 2026 22:10
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 2026 17:21
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 2026 14:25
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
