DFNX-nin Mətbuat Xidmətinin bəyanatı
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin kartof və buğda məhsulları ilə bağlı KİV-də yayılan məlumatlara aydınlıq gətirib
Bu gün KİV-lərdə ölkəyə emal məqsədilə idxal olunan texniki və yemlik sort kartofun istehlak bazarına çıxarıldığı və ərzaq kartofu kimi əhaliyə 20 dəfə bahasına satıldığı, eyni zamanda başqa ölkələrdə, əsasən heyvandarlıqda yem kimi istifadə olunan 4-cü və 5-ci sinif buğdanın Azərbaycana inhisarçılar tərəfindən ərzaq buğdası kimi idxal edildiyi və çörəkbişirmədə istifadə olunduğuna dair məlumatlar yer alıb.
Dövlət Fitosanitar Nəzarəti Xidməti yayılan bu məlumatların əsassız olduğunu bildirir. Belə ki, Azərbaycana bu vaxta qədər idxal olunan kartofun hamısı ərzaqlıq sortlardır. 2015-ci ildə Azərbaycana 120799 ton kartof məhsulu idxal olunub ki, bunun da 19857 tonu ərzaq kartofu, 942 tonu isə toxumluq kartofdur. Ölkəyə yalnız Azərbaycanın dövlət reyestrlərinə daxil edilmiş və istehsalatda istifadəsinə icazə verilmiş kartof sortları (Radomişlskiy, Ukrainskıy rozovıy, Nevski, Meçta, İdeal, Temp Laymdota, Filea, Solara, Nora, Aqriya, Lanra, Marabel, Mono Liza, Spinta, Arinda, İmpala və s.) gətirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə texniki və yemlik kartof sortlarının idxalı ilə əlaqədar heç bir müraciət daxil olmayıb. İstehlak bazarında texniki və yemlik kartofun ərzaq kartofu kimi təqdim olunması ilə bağlı yayılan məlumatların isə heç bir əsası yoxdur.
İdxal olunan kartofda insan sağlamlığı üçün təhlükəli maddələrin - nitrat və nitridlərin, pestisidlərin, bəzi hallarda isə ağır metalların miqdarı yoxlanılır. Ölkəyə daxil olan hər yük partiyasından nümunələr analiz üçün Dövlət Xidmətinin Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinə gətirilir və müvafiq laboratoriyalarda analizlər aparılır. 2015-ci ildə idxal olunan kartof məhsullarında nitrat və nitritlərin miqdarı yol verilən həddən aşağı olub, pestisidlər və ağır metallarla bağlı təhlükəli hallar qeydə alınmayıb.
Cari ildə müfəttişlər tərəfindən istehlak bazarında həyata keçirilən baxış zamanı 948 kq kartof məhsulunun göstəriciləri standartlarına uyğun gəlmədiyi üçün, məhv edilərək, dövriyyədən çıxarılıb.
4-cü, 5-ci sinif buğdanın Azərbaycana inhisarçılar tərəfindən ərzaq buğdası kimi idxal edildiyi və çörəkbişirmədə istifadə olunduğuna dair məlumatlara gəldikdə isə qeyd olunmalıdır ki,Azərbaycana son zamanlar, ancaq birinci, ikinci və üçüncü siniflərə aid olan yumşaq və bərk buğda gətirilir. Dördüncü və beşinci (qeyri-ərzaq məqsədilə) siniflərə aid buğdanın ölkəyə idxalı ilə bağlı Dövlət Xidmətinə müraciət olunmayıb.
İdxal olunan ərzaqlıq buğdanın hər yük partiyasınınkeyfiyyət göstəricilərinəDövlət Xidmətinin Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin laboratoriyalarında analizlər aparmaqla, nəzarət edilir. Ötən il ərzində pestisidlərin qalıq miqdarının, ağır metalların və mikotoksinlərin müəyyən edilməsi üçün buğda məhsulu nümunələri üzərində aparılan analizlər zamanı keyfiyyətlə bağlı narahatlıq doğuran hallar qeydə alınmayıb.
Eyni zamanda, Dövlət Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin müvafiq laboratoriyalarında idxal edilən buğda məhsulları karantin nöqteyi-nəzərindən ekspertiza edilib. Ekspertiza zamanı karantin tətbiq edilən və xüsusi təhlükəli zərərvericilər aşkar edildiyi üçün, 8945 ton buğda və 5938 ton arpa məhsulu beynəlxalq standartlara uyğun şəkildə fumiqasiya edilərək, zərərsizləşdirilib.
İdxal edilmiş buğda və un məhsullarından götürülmüş nümunələrin ekspertizası zamanı 2015-ci ildə 71 halda zərərli orqanizmlər aşkar edilib və müvafiq fitosanitar tədbirlər həyata keçirilib.
DFNX-nin Mətbuat Xidməti
- İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü oldu
27 fevral 2026 11:10
- Prezident və birinci xanım Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi
26 fevral 2026 13:36
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Prezident ailə üzvləri ilə Xocavənd və Xocalıya səfər edib
25 fevral 2026 18:53
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
24 fevral 2026 11:03
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 2026 14:25
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 2026 11:46
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 2026 16:14
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
