Hacıqabulun icra başçısını Administrasiyada kim müdafiə edir?
Əhməd Muxtarovu mətbuatda kimlər qoruyur? Siyahı yaxın günlərdə… Hacıqabul rayonu ilə bağlı oduqca maraqlı məlumat daxil olub.
Arqument.Az-a verilən məlumata görə, rayonun icra başçısı Əhməd Muxtarovun yaratdığı vəziyyət insanları təngə gətirib. Özbaşınalıq, korrupsiya və məmurların vətəndaşlara qarşı hörmətsiz davranması səbəbindən dəfələrlə narazılıqlar yaşatsa da, nəinki bunların qarşısı alınıb, əksinə, 10 ildən artıqdır ki, rayona rəhbərlik edən Muxtarov tam bir nəzarətsizlik mühiti yaradıb. Məlumatda bildiririlir ki, ölkə başçısı İLham Əliyev sahibkarlara şəraitin yaradılmasını dəfələrlə çıxışlarında vurğulsa da, Muxtarov bu tapşırıqları gözardı edir. Bununla yanaşı, raonda bir məqam xüsusi ilə diqqəti çəkir. O da Hacıqubulun icra başçısının kim olmasıdır. Rəsmi olaraq Əhməd Muxtarovun icra başçısı təyin edildiyi dəqiqdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 29 mart 2006-cı il tarixli 1380 saylı sərəncamı ilə 68000 nəfər əhalisi olan rayona icra başçısı təyin olunan Muxtarov rayonu köməkçisi və sürücüsünə həvalə edib. Onun köməkçisi və sürücüsünün çıxdığı oyunlar isə tamam başqa təsəvvür yaradır.Sakinlərdən biri vurğulayıb ki, icra başçısının köməkçisi Afiq Kərimov və sürücüsü Elçin rayonda sözün həqiqi mənasında “at oynadır”. Onlar yaxın qohumlarını işə düzəltməklə yanaşı, həm də bəzi səlahiyyətlər də veriblər. İcra başçısının sürücüçü Elçin rayondakı bütün idarə və müəssisələrdən pul yığır. Onun sözünə qulaq asmayanları isə hədələməkdən belə çəkinmir.Rayon sakini deyir ki, Hacıqabul İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İmamətdin İmanov və hüquq şöbəsinin müdiri Tariyel İsgəndərov, İnformasiya Təminatı və Təhlil Sektorunun müdiri Rəşad Abbasov vətəndaşlarla ümumiyyətlə, davranmaq qaydalarını bilmirlər: “Tariyellə İmamətdin vətəndaşların canını boğaza yığıblar. Rayonda hamı Taryel İsgəndərovu «100-lük Tariyel» kimi tanıyırlar. O, qəbulunu gələn vətəndaşdan pul almadan otağından belə qırağa buraxmaz. İmamətdin isə idarə və müəssisə rəhbərlərini şərləməklə şantaj edir”.Müraciətdə rayonda sosial narazılıqların dözülməz həddə olduğu vurğulanmaqla yanaşı, bununla bağlı ölkə başçısına da müraciətin ünvanlanacağı istisna olunmur. Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Bu arada Bizimxeber.az-a daxil olan məlumata görə, Hacıqabul rayonunda baş verən qanunsuz əməlləri, qiymətlərin süni qaldırılması və digər ciddi hadisələrlə bağlı Əhməd Muxtarov narahat görünmür. Administrasiyadakı adamının “tapşırıqlarını” canla-başla yerinə yetirən Əhməd Muxtarov həm də özünü mətbuatdan sığortalayıb. Bir qrup oxunan və ya oxunmayan saytlara pul ötürən icra başçısı bu yolla rayonda baş verən qanunsuz əməllərinin mətbuat gündəminə çıxarılmasının qarşısını alır. Bununla da dövlətə və prezidentə xəyanət etmiş olur. Rayonda istədiyini edərək, vətəndaşlara qarşı haqsız davranışları ilə yadda qalan Əhməd Muxtarov bu yolla məlumatların yayılmasının qarşısını alır. Yaxın günlərdə Əhməd Muxtarovun “mətbuatı” kimin vasitəsi ilə ələ aldığı, “makler”in kimliyini, hansı savada malik olduğunu və siyahıda hansı saytların olduğunu, bu işdə daha kimlərin vasitəçiliyi barədə məlumat dərc edəcəyik… İlkin. Bizimxeber.az
NUH.az
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
3 aprel 2026 18:29
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
2 aprel 2026 20:09
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
1 aprel 2026 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
1 aprel 2026 10:53
- Onun general pensiyası da kəsildi
31 mart 2026 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 2026 20:27
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 2026 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 2026 19:41
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
