Mənim Rusiyanın prezidenti cənab Vladimir Putinlə və onun ölkəsinin məmurları ilə hər hansı problemim yoxdur
Ölkədə qanunla mətbuat üzərindəki senzura götürülsə də, hələ də istənilən an MƏMUR SENZURASI qalmaqdadır.
Bu qəzəbin əsas ünvanı da mən və ailəmdir.
Conflict.az saytının Baş redaktoru Hacı Bakir Həsənbəyli son günlər rəhbərlik etdiyi informasiya portalına qarşı məqsədli xaker hücumları ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, DTX-nın rəisi Mədət Quliyevə, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə və Mətbuat Şurasının sədri Əflatun Amaşova rəsmi müraciət edib. Müraciətdə deyilir: Diqqətinizə çatdırım ki, rəhbərlik etdiyim Conflict.az onlayn ictimai siyasi qəzeti ötən ilin aprelindən Azərbaycan qanunlarına müvafiq formada fəaliyyət göstərir. Fəaliyyət göstərdiyimiz müddətdə hər zaman Azərbaycan Dövlətinin mənafeyini dünyada hər şeydən üstün tutmuşuq. Eyni zamanda Sizin - Azərbaycan Respublikasının Prezidentinin media ilə bağlı fəaliyyətinizi təqdir edirik. Milli Mətbuatın 140 iliyi ilə bağlı Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşünüz zamanı söylədiyiniz, “Media problemlərin aşkara çıxarılması üçün mənim ən yaxın dəstəkçilərimdən biridir” – fikiri bu gündə tərəfimizdən səmimiyyətlə qəbul edilir. Nəzərinizə çatdırım ki, Sizin MŞ İH üzvləri ilə görüşünüz zamanı söylədiyiniz, “bundan sonra da ölkədə baş verən hər hansı pozuntu hadisəsinə qarşı mətbuatı fəal olmağa çağırıram” – fikrinizi Azərbaycan Prezidentinin bu sahəyə dəstəyi kimi dəyərləndiririk. Siz mediada yer alan tənqidlər barədə danışaraq bildirdiniz ki, medianın müxtəlif sahələri tənqid etməsini təqdir edirsiniz, bəzən özünüz də , müxtəlif tənqidi məqamlar, çatışmazlıqlarla bağlı məsələləri məhz mediadan öyrənir, bununla bağlı müxtəlif göstərişlər verirsiniz.
Artıq bir aya yaxındır ki, Conflict.az onlayn – ictimai siyasi qəzetə fəaliyyət göstərməsi üçün hələ ki, naməlum olan şəxslər tərəfindən ciddi maneələr var. Sayt bir aya yaxındır ki, xakerlər tərəfindən mütəmadi hücuma məruz qalır. Son 15 gündə ikinci serverdir ki, dəyişirik. Hər dəfə cəmi bir gün fəaliyyət göstərə bilirik. Serverlərə nəzarət edən şəxslər hücumun qarşısını almaqda ciddi problemlərlə üz-üzə qalırlar. Və sonda məhz Conflict.az-ın fəaliyyətini dayandırdıqdan sonra, normal işlədiklərini bildirirlər. Həmin şəxslər bizim də daxil olduğumuz serverlərə hücumların əsasən Rusiyadan edildiyini bildirirlər.
Cənab Prezident! Mənim və kiçik kollektivimizin nə Rusiyanın prezidenti cənab Vladimir Putinlə, nə də ölkəsinin hər hər hansı məmuru ilə qarşılıqlı problemlərimiz yoxdur. Əslində bizim hər – hansı Azərbaycan məmuru ilə də probllemimiz yoxdur. Biz sadəcə məhz Sizin də qeyd etdiyiniz kimi ölkədə baş verən məmur özbaşınalığı, korrupsiya və mənimsəmə halları ilə bağlı məlumatlar dərc edir, araşdırmalar aparırıq. Deməli Conflict.az-ın dərc etdiyi araşdırmalar və operativ informasiyalar məhz bizim ölkəmizdə bu işlə məşğul olan kimlərinsə xoşuna gəlmir. Hesab edirik ki, elə ona görə də xakerlər tərəfindən arası kəsilmədən edilən hücumların arxasında hansısa maraqlı şəxs və ya şəxslər dururlar. Onu da əlavə edək ki, bu məsələ ilə bağlı hər hansı göstərişin sıravi vətəndaş tərəfindən verilməsi də inandırıcı görünmür. Sadə vətəndaş özü ilə bağlı olmayan məsələyə nədən təpki göstərməlidir ki? Artıq bizi hər hansı server qəbul etmək istəmir. Bildirirlər ki, bizim daxil olduğumuz serverin fəaliyyəti xaker hücumları nəticəsində həmən iflic vəziyyətə salınır. Göründüyü kimi ölkədə mətbuat üzərindəki senzura götürülsə də, hələ də istənilən an MƏMUR SENZURASI qalmaqdadır. Deməli hər hansı məmurun qanunsuz hərəkəti ilə bağlı tənqidi fikrin yazılması, dərhal həmin mətbuat orqanının məhkəmə qərarına ehtiyac olmadan fəaliyyətinin dayanmasına səbəb olacaq. Mən son günlər hələ ki, məlum olmayan şəxs və ya şəxslərin mənə qarşı qisasçılıq hissini görürəm. Bunu özüm və ailəm üçün ciddi təhlükə hesab edirəm. Hələ ki, naməlum olan şəxs və ya şəxslər sanki bütün fəaliyyətlərini bu saytın yox edilməsi istiqamətində birləşdiriblər. Həmin informasiya və araşdırmaları isə özü-özünə deyil, məhz mənim tərəfimdən hazırlanır və dərc edilir. Deməli bu qəzəbin əsas ünvanı da mən və ailəmdir.
Cənab Prezident! Xahiş edirəm, Azərbaycanın mövcud qanunlarına müvafiq olaraq fəaliyyət göstərən Conflict.az onlayn ictimai – siyasi qəzetin normal fəaliyyətinin təmin edilməsində bizə kömək edin və bir aydır ki, fəaliyyətimizə məqsədli şəkildə mane olan, xaker hücumlarını təşkil etdirən şəxsin və ya şəxslərin taplıb cəzalandırılması üçün, eyni zamanda informasiya təhlükəzisliyindən sorumlu, xarici və daxili müdaxilədən qorumalı olan müvafiq strukturlara göstəriş verin. Yox əgər Conflict.az onlayn ictimai – siyasi qəzetin fəaliyyətinin dayandırılması vacibdirsə və ya lazımdırsa bunu məhz Siz – Azərbaycan Respublikasının Prezidenti olaraq edin. Əksinə, fəaliyyət göstərməyimizi istəyirsinizsə o halda da məhz Siz – Azərbaycan Respublikasının Prezidenti olaraq bu problemin həllində bizə kömək edin.
NUH.az
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 2025 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 2025 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 2025 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 2025 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 2025 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 2025 16:06
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 2025 12:19
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 2025 12:59
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 2025 11:25
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
- İlham Əliyev Keniya Prezidentini təbrik etdi
11 dekabr 10:44
