- Azərbaycanda donuzlar azalıb - Ən çox hansı rayonlarda saxlanılır...
- Pulsuz qəbul etməyəcəm - Mingəçevirdə şoka düşən körpəyə qəddar münasibət FOTO
- Rusiya Ukraynaya 500 PUA, 40 raketlə zərbə endirib –ZELENSKİ
- Əzizəyə 18 il həbs tələbi - Ərinin ölümünü sifariş vermişdi
- Paşinyandan Türkiyə ilə bağlı MÜHÜM QƏRAR - 99 illik RAZILAŞMA
İlham Əliyev gənclərlə görüşüb - FOTO
Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə yanvarın 29-da ölkə gənclərinin bir qrupu ilə görüşüb.
"Report" xəbər verir ki, bir neçə gündən sonra Birinci Gənclər Forumunun 20-ci ildönümünün qeyd olunacağını deyən Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə keçirilən ilk Forumun Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadığını diqqətə çatdırdı. Azərbaycanın müstəqillik tarixindən danışan dövlətimizin başçısı ilk illərin ölkəmiz və xalqımız üçün ağır keçdiyini, Azərbaycana qarşı ermənilərin torpaq iddiaları ilə çıxış etdiyini, sovet rəhbərliyinin Bakıda cinayət törədərək günahsız insanları qətlə yetirdiyini dedi. Prezident İlham Əliyev bildirdi ki, məhz o dövrdə Heydər Əliyev Moskvada sovet rəhbərliyinin cinayətkar əməllərini pislədi. Bu, nadir hadisə olmaqla Heydər Əliyevin cəsarətli addımı idi. Sonradan Ulu Öndərin Bakıya, buradan da Naxçıvana getməsi muxtar respublikanı ermənilərin işğalçılıq siyasətindən xilas etdi. “Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır”, - deyən dövlətimizin başçısı əminliklə söylədi ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik.
1990-cı illərin əvvəllərindəki problemlərin əsas hissəsini hakimiyyət böhranı ilə əlaqələndirən Prezident İlham Əliyev dedi ki, o dövrdə AXC-Müsavat hakimiyyəti xalq üçün böyük bəla idi. Zorla hakimiyyətə yiyələnən bu qüvvələr torpaqlarımızın bir hissəsinin işğalında rol oynayıblar. Bu şəxslərin hakimiyyətə gəldikdən sonra bir-biriləri ilə mübarizə apardıqlarını, vəzifədən getdikdən sonra isə bəzilərinin qaçıb gizləndiyini deyən Prezident İlham Əliyev 1993-cü ildən Heydər Əliyevin ölkədəki vəziyyəti normallaşdırdığını bildirdi. “Heydər Əliyevin xidmətləri sayəsində “Əsrin müqaviləsi”nin imzalanması bir çox xarici qüvvələri hərəkətə gətirdi, onlar Azərbaycanda dövlət çevrilişlərinə cəhd etdilər, amma Ulu Öndər xalqın köməyi ilə vəziyyəti aradan qaldırdı”, - deyən Prezident İlham Əliyev bildirdi ki, indi əsas məqsəd ölkəmizdəki inkişafın dayanıqlı olmasını təmin etməkdir. Bu məsələdə gənclərin fəaliyyəti, onların baxışları həlledici rola malikdir.
“Biz Azərbaycanda güclü, özünəgüvənən dövlət qururuq və bu dövlət əbədi yaşamalıdır”, - deyən Prezident İlham Əliyev son 20 ili inkişaf və sabitlik dövrü kimi xarakterizə etdi, Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasında təmsil olunduğunu, mühüm enerji layihələrini icra etdiyini, kosmik ölkəyə çevrildiyini, iqtisadi şaxələndirlmənin aparıldığını, elmin və təhsilin inkişafı ilə bağlı mühüm addımların atıldığını, güclü ordunun və güclü sosial siyasətin qurulduğunu diqqətə çatdırdı. Hazırda iqtisadi sahədə ciddi islahatların aparılmasına böyük ehtiyacın olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, gələcək illər innovasiya dövrü olacaq və əsas sözü texnologiyalar deyəcək. Buna görə də neftdən asılılıq tamamilə aradan qaldırılmalı, gənclər də cəmiyyətin bütün işlərində fəal rol oynamalıdırlar.
Prezident İlham Əliyev bir daha Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Ermənistanın danışıqlar prosesində vaxt uzatdığını, Minsk qrupunun isə məsələnin həllinə yox, dondurulmasına çalışdığını bildirdi.
Dövlətimizin başçısı gənclərə milli dəyərlərimizi hər şeydən üstün tutmağı, vətənpərvərlik və mənəvi məsələlərdə hər zaman prinsipial olmağı tövsiyə etdi, gənclərin bundan sonra da ölkəmizin inkişafına xidmət edəcəklərinə əminliyini bildirdi.
Sonra Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə bir qrup gəncə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomları təqdim olundu.
Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev Azərbaycan gəncliyinin və gənclər təşkilatlarının hər zaman dövlətimizin başçısının diqqət və qayğısını hiss etdiyini dedi, buna görə Prezident İlham Əliyevə təşəkkür etdi.
“ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin sədri Fərid Sadıxlı hazırda ölkədə 3 mindən çox gənclər təşkilatının fəaliyyət göstərdiyini dedi, könüllülərin cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini, onların fəaliyyətinin birinci Avropa Oyunlarında, “ASAN xidmət”in fəaliyyətində daha aydın hiss olunduğunu bildirdi. O, Gənclər Evi, peşə ixtisası təhsili, xaricdə təhsil proqramının perspektivləri ilə bağlı təkliflərlə çıxış etdi.
Prezident İlham Əliyev könüllülər hərəkatının ölkəmizdə böyük gələcəyinin olduğunu, peşə təhsilinin geniş vüsət almasının əhəmiyyətini vurğuladı, dünyanın aparıcı ali məktəblərinin Azərbaycanda öz filiallarını açdığını diqqətə çatdırdı.
Gənclər və idman naziri Azad Rəhimov paytaxtda bir neçə Gənclər Evinin açıldığını dedi, bu prosesin davam etdiriləcəyini vurğuladı.
“Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiasiyası” İctimai Birliyinin sədri Məryəm Məcidova qeyri-formal təhsilin inkişafı və intellektual oyunların keçirilməsi ilə bağlı fikirlərini bölüşdü.
Prezident İlham Əliyev ölkəmizdə bir çox intellektual beynəlxalq oyunların keçirilməsi ideyasını dəstəklədiyini bildirdi.
“BMT-nin modeli” layihəsinin əlaqələndiricisi Elmira Məmmədova Azərbaycan nümayəndələrinin beynəlxalq təşkilatlarda təmsilçiliyi ilə bağlı məsələyə toxundu.
Dövlətimizin başçısı Azərbaycanın BMT başda olmaqla bütün beynəlxalq təşkilatlarla yüksək əlaqələrə malik olduğunu dedi, gənclərin beynəlxalq təşkilatlarda təmsilçiliyini yüksək qiymətləndirdiyini diqqətə çatdırdı. Yeri gəlmişkən, Prezident İlham Əliyev Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi ilə bağlı son günlərdə xarici mətbuatda gedən yazıların yalan olduğunu bildirdi.
Gənc sahibkar, Davos İqtisadi Forumunun “Qlobal şefrs” təşkilatının üzvü Müşfiq Həsənov gənc sahibkarlara daha geniş imkanların yaradılması məsələsindən danışdı.
Prezident İlham Əliyev yeni iqtisadi şəraitdə həyata keçiriləcək geniş özəlləşdirmə proqramının sahibkarlığın inkişafına güclü dəstək verəcəyini bildirdi.
“Gəncə 2016 - Avropa gənclər paytaxtı” İctimai Birliyinin beynəlxalq əlaqələr üzrə katibi Aysun Zeynalova Gəncənin Avropanın gənclər paytaxtı elan edilməsi ilə bağlı görülən işlər barədə məlumat verdi.
Dövlətimizin başçısı da Gəncənin bu tədbiri yüksək səviyyədə keçirəcəyinə əminliyini bildirdi.
Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Fond tərəfindən həyata keçirilən layihələr barədə məlumat verdi.
Prezident İlham Əliyev gələcəkdə də Fondun fəaliyyətinə dəstək veriləcəyini və maliyyə yardımının davam etdiriləcəyini bildirdi.
Heydər Əliyev Fondunun baş mütəxəssisi, hüquq üzrə fəlsəfə doktoru Zafiq Xəlilov gənclərin elmi tədqiqatlara daha çox cəlb olunması məsələsini qaldırdı.
Prezident İlham Əliyev də bu məsələnin əhəmiyyətini vurğuladı.
NUH.az
- Prezident büdcə ilə bağlı bu qaydalar təsdiqlədi
29 dekabr 2025 22:11
- Nəsiminin icra başçısı vəzifəsindən azad edildi (SƏRƏNCAM)
29 dekabr 2025 18:27
- QHT-lərə Dövlət Dəstəyi informasiya sistemi yaradıldı
29 dekabr 2025 17:38
- Pulsuz qəbul etməyəcəm - Mingəçevirdə şoka düşən körpəyə qəddar münasibət FOTO
27 dekabr 2025 17:54
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- Patriarx Kirill İlham Əliyevi təbrik etdi
26 dekabr 2025 23:54
- İlham Əliyev bu idmançılara ev verdi (FOTO)
26 dekabr 2025 17:18
- Prezident ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etdi
26 dekabr 2025 11:37
- Kadırov da Prezidenti təbrik etdi
26 dekabr 2025 01:11
- Bizi hər şeyin yaxşı olacağına onlar inandırdılar...
25 dekabr 2025 21:34
- Xoşbəxt sənətkar deyiləm - Flora Kərimova
30 dekabr 11:00
- Qapalı məkanlarda maska taxın! - Əhaliyə müraciət
30 dekabr 10:39
- Prezident büdcə ilə bağlı bu qaydalar təsdiqlədi
29 dekabr 22:11
- Bir insan ildə 78 kilo ət, 21 kilo balıq yeməlidir
29 dekabr 21:14
- Azərbaycanın Milli Qəhrəmanı İsveçdə vəfat etdi
29 dekabr 18:53
- Nəsiminin icra başçısı vəzifəsindən azad edildi (SƏRƏNCAM)
29 dekabr 18:27
- QHT-lərə Dövlət Dəstəyi informasiya sistemi yaradıldı
29 dekabr 17:38
- Qadınların Pensiya yaşı dəyişəcək - Bu tarixdən...
27 dekabr 22:44
- Sabiq daxili işlər nazirinin oğlu VƏFAT ETDİ
27 dekabr 20:55
- Azərbaycanda donuzlar azalıb - Ən çox hansı rayonlarda saxlanılır...
27 dekabr 20:37
- Pulsuz qəbul etməyəcəm - Mingəçevirdə şoka düşən körpəyə qəddar münasibət FOTO
27 dekabr 17:54
- Rusiya Ukraynaya 500 PUA, 40 raketlə zərbə endirib –ZELENSKİ
27 dekabr 14:46
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 11:29
- Əzizəyə 18 il həbs tələbi - Ərinin ölümünü sifariş vermişdi
27 dekabr 10:52
- Azərbaycanda məktəbin pəncərəsində şüşə yoxdur, kartonla örtülüb (VİDEO)
27 dekabr 10:25
- Patriarx Kirill İlham Əliyevi təbrik etdi
26 dekabr 23:54
- Azpetrol şirkəti də Ruslan Eyyubova məxsus imiş
26 dekabr 22:20
- İlham Əliyev bu idmançılara ev verdi (FOTO)
26 dekabr 17:14
- YAPON HOKKULARI - İLQAR TAĞI
26 dekabr 16:50
- İlhamənin yığdığı bütün qızıllara sahib çıxdılar - Əli Mirəliyev
26 dekabr 16:27
- Paşinyandan Türkiyə ilə bağlı MÜHÜM QƏRAR - 99 illik RAZILAŞMA
26 dekabr 14:02
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi - Təyyarəmiz vurulub
26 dekabr 13:35
- Mikayıl İsmayılova məxsus MODERN HOSPİTAL-da nələr baş verir ?
26 dekabr 12:22
- Prezident ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etdi
26 dekabr 11:37
- Su qan təzyiqə necə təsir edir? - Kardioloqlar cavab verir
26 dekabr 11:30
- Kadırov da Prezidenti təbrik etdi
26 dekabr 01:11
- 2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı (VİDEO)
26 dekabr 00:35
- Bizi hər şeyin yaxşı olacağına onlar inandırdılar...
25 dekabr 21:34
- 44 günə Ermənistanı böyrü üstə qoyduq - Prezident
25 dekabr 21:27
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Sərəncam
25 dekabr 19:20
