Prezident nazirləri xalqın içərisinə göndərir
Heydər Əsədov və onun komandası …
Bir neçə gün əvvəl kütləvi informasiya vasitələrində heyvan yemi kimi istifadə olunan kartof, buğda məhsullarının Azərbaycana gətirilməsi və əhaliyə qida kimi satılması barədə məlumat yayıldı.
Sözün düzü, həmin anda nəsə yadıma 2011-ci ildə Tunisdə heç kimin tanımadğı bir tərəvəz satanın elədikləri düşdü.
Məlumdur ki, həmin tərəvəz satanın atdığı “daş” sonradan Misirə, Liviyaya, Yəmənə və digər müsəlman ölkələrinə yönəldi və proses dayanmaq bilmir, hələ də davam edir.
Əlbəttə, mən o fikirdə deyiləm ki, bu gün kimsə ölkəmizə ucuz qiymətə heyvan yemi gətirb əhaliyə baha satmaq niyyətində ola bilməz. Hər şey mümkündür. Bəlkə nə vaxtsa belə bir hal olub da.
Yeri gəlmişkən, 1992-93-cü illərdə də belə bir məlumat qəsdən, yoxsa təsadüfən yayılmışdı.
Xülasə, sözümün canı odur ki, informasiya ilə qəti zarafat eləmək olmaz. Dövrümüz informasiya dövrüdür, dünyada informasiya savaşı gedir. Bəzi dünya gücləri ölkələrə tankla, raketlə deyil, informasiya, daha doğrusu, dezinformasiya ilə girirlər.
Yaxşı ki, KİV-də yayılan “ heyvan yemi” söhbətinə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin ( DFNX ) rəisi Camal Quliyev əsaslı şəkildə nöqtə qoya bildi: “Son zamanlar nədənsə ölkədə dezinformasiyalar artıb. Burda xarici təsirlər də ola bilər. Müəyyən insanların qızışdırılması mövqeyindən də kimsə çıxış edə bilər.
Azərbaycana hər hansı kənd təsərrüfatı məhsulu gətirilməmişdən öncə Dövlət Xidmətinə müraciət olunur, idxal karantin icazəsi alınır. Biz artıq o malın istehsal yeri, digər zəruri göstəriciləri barədə kifayət qədər məlumat əldə edirik. Əgər həmin ölkənin fitosanitar vəziyyəti sabitdirsə, onun idxalına icazə verilir. Məhsul idxal olunandan sonra Dövlət Gömrük Komitəsinə məxsus sərhəd-gömrük məntəqələrində fitosanitar qurumlar tərəfindən ilkin karantin baxışı keçirilir, məhsul respublikaya daxil olandan sonra əməkdaşlarımız yükə baxış keçirirlər. Həmin yükdən normalara, standartlara uyğun şəkildə nümunələr götürülür, onlar xidmətin ekspertiza və toksikologiya mərkəzində analizdən keçirlir. Həm keyfiyyət göstəriciləri, həm də tərkibində ağır metallar, pestisidlərin miqdarı yoxlanılır. Eyni zamanda, karantin nöqteyi nəzərdən yoxlanılır ki, hər hansı bir karantin orqanizm olmasın. Bu aşkar olunduqdan sonra da münasib fitosanitar tədbirlər tətbiq olunub. Əgər həmin karantin orqanizmi funqasiya və digər karantin tədbiri nəticəsində məhv etmək olursa, bu edilir. Bu mümkün olmursa, həmin yük geri qaytarılır və ya məhv edilir”.
Deməli, DFNX-nin rəisi ölkəyə idxalın mexanizminə aydınlıq gətridi və cəmiyyətin narahatçılığı müəyyən dərəcədə aradan qalxdı. Amma, milyonlarla insanın yaddaşında bu “heyvan yemi” söhbəti ilişib qaldı. Bax, məni narahat edən də məhz budur.
Yeri gəlmişkən, mətbuatda əhaliyə təkcə BİTKİ MƏNŞƏLİ HEYVAN-darlıq yemi olan kartof və buğda deyil, HEYVAN MƏNŞƏLİ .. eşşək əti, at əti, ölmüş heyvan cəmdəkləri satılması barədə də tez-tez məlumatlar yayılır.
Fikir verdinizsə, yenə “heyvan söhbəti”, insanlara heyvani münasibət və s.
* * *
Məlumdur ki, hər xalqın özünə məxsus həssas zonaları olur ki, ora toxunmaq təhlükəlidir. Yəni hər xalqın özünün “dolub-daşma” zonası var. Mən ona görə də bu məsələyə çox ciddi yanaşmağı vacib hesab edirəm. Bir gün bu həssas zonanı kimlərsə qəsdən tərpədə bilər, “heyvan yemi...eşşək əti..” məsələsi başımızda çatlayar. Unutmayaq ki, dünya güc mərkəzləri bizi bizdən yaxşı tanıyır.
Sözün qısası, yuxarıda qeyd etdiyim hər iki məsələyə - bitki mənşəli heyvan məhsullarına görə, DFNX, heyvan mənşəli məhsullara görə isə Kənd Təsərrüfatı Naziriliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ( DBNX ) məsuliyyət daşıyır.
Ona görə də Kənd Təsərrüfatı Nazirliyi və nazirliyin yanındakı iki vacib qurum olan DFNX və DBNX ayıq-sayıq olmalıdır.
Obyektivlik naminə qeyd etmək istəyirəm ki, son iki ildə, yəni cənab Heydər Əsədov nazir təyin olunandan sonra Kənd Təsərrüfatı Nazirliyi sistemində ciddi dəyişikliklər olub. Sözün düzü, mənim cənab Əsədova vəkillik etməyə nə həvəsim, nə də məqsədim var. Amma son 2 ildə görülən işlər göz önündədir. Əlbəttə mən demirəm ki, aqrar sahədə möcüzə baş verib. Əsla. Heydər Əsədovun sehrli çubuğu-zadı yoxdur, nə də Həzrəti-İsa deyil ki, dünyanın bürüyən böhran dövründə möcüzə icad eləsin. Amma son 2 ildə xeyli işlər görülüb. Nazir 2 gün öncə əbəs yerə demədi ki, yaxın illərdə kənd təsərrüfatı sahəsində inqilabi dəyişikliklər olacaq. Bəlkə də kimlərsə bunu pafoslu çıxış kimi qəbul edə bilər. Amma...
***
...Yeri gəlmişkən, mən uzun müddət, DBNX-nin ( o zaman DBX idi ) və DFNX-nin fəaliyyəti barədə araşdırmalar aparıb məqalələr yazmışam. Onda nəinki adi vətəndaşlar, heç ölkə mətbuatında çalışanların çoxu fitosanitar sözünün nə olduğunu bilmirdi.
Apardığım araşdımalar zamanı mən dəhşətə gəlmişdim. DBX-nin rəisi İsmayıl Vəliyev qurumu əsl korrupsiya mənbəyinə çevirmişdi, lisenziya dünyada anoloqu olmayan qiymətə verilirdi, “şapka” başdan aşırdı, yığılan külli miqdarda pulların təxminən 10 faizi dövlət büdcəsinə, 90 faizi isə vəzifəli şəxslərin ciblərinə gedirdi. DBX rəisi şəxsən özü dəfələrlə elçilər göndərərək məndən yazıları dayandırmağı istəmişdi. Ancaq yazılar davam elədi və sonda İsmayıl Vəliyev vəzifəsindən uzaqlaşdırıldı.
Heydər Əsədov nazir təyin olunadan sonra baytarlıq sistemində ciddi kadr dəyişikliyi baş verdi, yeni rəis əvəzi Azər Süleymanov ölkə üzrə baytarlıq nəzarətini gücləndiirb, mənşəyi bilinməyən heyvandarlqı məhsulları ilə bağlı ciddi tədrbirlər görülür və ən əsası...yuxarıda qeyd etdiyim “10 faiz dövlətə, 90 faiz ciblərə” məsələsini kökündən həll edib və tələb edir ki, xidmət üçün yığılan pullar 100 faiz dövlət büdcəsinə köçürülməlidir. Məhz buna görə də rüşvətə öyrəşmiş DBX işçiləri müqavimət göstərməyə, sifarişlə şantaj dolu məqalələr yazdırmağa girişiblər. Ancaq atalar demişkən, yalanın ömrü 40 gün çəkər...amma indiki internet əsrində yalanın ömrü heç 4 gün də çəkmir. Və inanıram ki, cənab Heydər Əsədov deyən kimi yaxın illərdə DBNX-nin fəaliyyətində böyük dəyişikliklərin şahidi olacağıq.
O ki qaldı nazirliyini digər mühüm sahəsi olan DFNX-nin gördüyü işlərə...Mən yuxarıda əbəs yerə demədim ki, nəinki adi vədəndaşların, heç media mənsublarının ölkədə DFNX olması barədə məlumatı yox idi. Bunun əsas səbəbi kadrlarıın yerində olmaması idi. Yaxşı yadımdadır, DFNX-nin o zamankı rəisi Dünyamalı Məmmədəliyev vəzifədə olduğu uzun illər ərzində bircə dəfə də olsun mətbuata bir kəlmə demədi, bircə dəfə də KABİNETİNDƏN BAYIRA ÇIXMADI..
Bu adamın varlığından heç kimin xəbəri yox idi. Ancaq dövlətin vacib qurumu olan DFNX kimlərinsə xahişi ilə coğrafiya, tarix müəllimlərinin iş yerinə çevrilmişdi. Xidmətdə ötən əsrin 60-cı illərindən qalma aparat-LUPA-lardan istifadə olunurdu. DFNX göstərdiyi xidmətin müqabilində heç kimə adi çek vermirdi. Əhali arasında bitki mənşəli məhsullardan zəhərlənmə halları günbəgün artırdı. Bu xidmət sahəsində də yığılan pulların cüzi hissəsi dövlət büdcəsinə, böyük hissəsi isə Dünyamalıyevin və nazirlikdəki şəxslərin cibinə axırdı. Bütün bunları mən sənəd və sübutlarla yazaraq nazirliyin o zamankı rəhbərliyinə göndərmişəm. Ancaq faydası olmayıb.
Heydər Əsədov nazir olandan sonra bu xidmət sahəsində də ciddi kadr dəyişikliyi etdi.
İnsaf naminə qeyd etmək lazımdır ki, DFNX-nin yeni rəisi Camal Quliyev həm savadlı alim, həm vətənpərvər insan, həm də gözəl təşkilatçı olduğu üçün az vaxtda ölkənin ən yaddan çıxmış qurumu olan DFNX-ni ölkənin gündəminə gətirdi. Və vəzifədə olduğu 6-7 ayda illərin işini görə bildi, müasir laboratoriyalar yaratdı...Dövlət büdcəsindən oğurlanan pul axınının qarşısını kəsdi. Və ən əsası KABİNETDƏN BAYIRA ÇIXDI...
Mən bir vətəndaş olaraq, bir media mənsubu olaraq tam əminəm ki, DFNX bir neçə aydan sonra ölkənin ən nümunəvi dövlət qurumuna çevriləcək.
Kabinetdən bayıra çıxmaq zamanıdır..!
Mən əbəs yerə yazmadım ki, DFNX-nin keçmiş rəisi uzun illər ərzində bircə dəfə də olsun kabinetindən bayıra çıxmadı.
Son illər ölkə başçısı cənab İlham Əliyevin birbaşa göstərişi ilə nazirlər, komitə sədrləri, xidmət rəhbələri rayonlarda, bölgələrdə mütəmadi olaraq görüşlər keçirir, əhalinin şikayətlərini dinləyir, yəni XALQIN İÇƏRİSİNƏ gedirlər. Bunu ölkə başıçıs məqsədyönlü şəkildə edir, məmurları kabinetlərdən xalqın içərisinə getməyə göstəriş verir. Dövlət başçısı bilir ki, dövlət məmuru xalqla birgə olmasa, xalqın içərisinə müxtəlif radikal qüvvələr yol tapır.
Bildiyim qədər dövlət başçısı məmurlara tapşırıb ki, xalqın içərisinə cangüdənsiz-filansız gedin.
Məhz bu cəhətlərinə görə, mənim diqqətimi Heydər Əsədov və onun komandası cəlb elədi. Vətəndaşları səmimi qəbul edirlər, problemlərlə tanış olurlar, kiminsə problemini həll edə bilirlər, kiminsə problemini həll edə bilməsələr də yollarını göstərirlər.
Ümumiyyətlə, ən böyük problem vətəndaşın problemini həll edib-etməmək deyil. Axı heç kim hamının dərdinə çarə tapa bilməz. Amma ən böyük problem insana insan kimi yanaşmaq, onu dinləmək, probleminə şərik olmaqdır. Bu artıq bizim insanların probleminin həllinin yarısı deməkdir. Bizim insanlar məmurlarımızdan çox şey ummurlar, sadəcə insani münasibət görmək istəyirlər.
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 2026 12:46
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 2026 21:52
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 2026 18:43
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 2026 13:53
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 2026 21:01
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 2026 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 2026 14:47
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 2026 12:18
- Xocavənd, Qırmızı Bazar və Xanobaya köç karvanları yola salındı (FOTO)
28 aprel 2026 09:23
- İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
27 aprel 2026 13:09
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 12:18
- Andrey Babişin Azərbaycana səfəri başa çatdı - FOTO
28 aprel 10:55
- Türkiyədə 21 yaşlı oğlanı GƏNƏ dişlədi - ÖLDÜ
28 aprel 10:03
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 09:53
- Vaqif Axundova AĞIR İTKİ
28 aprel 09:40
- Xocavənd, Qırmızı Bazar və Xanobaya köç karvanları yola salındı (FOTO)
28 aprel 09:23
