"Bu xəstəlik insan orqanizmi və respublikanın bitki örtüyü üçün təhlükəli deyil" - DFNX rəisi
Camal Quliyev: "Yanvar ayı ərzində keyfiyyət göstəriciləri standartlara uyğun olmayan 10517 kq meyvə-tərəvəz məhsulu dövriyyədən çıxarılaraq məhv edilib"
"Son günlərdə bəzi Kütləvi İnformasiya Vasitələrində banan meyvələrində qeyri-adi qırmızı ləkələrinə rast gəlinməsi, meyvələrin daxilinə yeridilmiş qan kimi qələmə verilir. Bu hallar insanlar arasında ciddi narahatlığa səbəb olur".
Bunu mətbuata açıqlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev qeyd edib ki, lakin Dövlət Xidmətinin müfəttişləri tərəfindən idxal olunan banan meyvələrinə karantin baxışı keçirilən zaman bu tip meyvələrə rast gəlinməyib: "Məsələnin aktuallığını nəzərə alaraq, Dövlət Xidməti tərəfindən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satış məntəqələrində fitosanitar monitorinqlər həyata keçirilib və bitki mənşəli xəstəliklərlə yoluxma ehtimalı olan banan meyvələrindən laboratoriya analizləri məqsədilə nümunələr götürülüb. Məsələ ilə bağlı Dövlət Xidmətinin “üzərində qan ləkəsi olması ehtimal edilən banan meyvələrinin xidmətə təqdim edilməsi...” - barədə açıqlamasından sonra quruma vətəndaşlar tərəfindən də ekspertiza üçün bir neçə banan nümunələri təqdim edilib".
Camal Quliyev onu da əlavə edib ki, Dövlət Xidmətinin Respublika Bitkilərin Karantin Ekspertiza Mərkəzində banan nümunələrinin müvafiq ekspertizaları keçirilib: "Ekpertiza zamanı yalnız pərakəndə satış məntəqələrində uzun müddət əlverişsiz şəraitdə saxlanılan banan meyvələrində və vətəndaşlar tərəfindən təqdim edilmiş iki nümunədə qanabənzər ləkələr aşkar edilib. Müvafiq ekspertizalar nəticəsində banan meyvələri daxilində müşahidə edilən qana bənzər ləkələrin bakterial mənşəli olduğu, “bananın qan xəstəliyi” bakteriyası (Pseudomonas celebensis Gaumann, 1929) tərəfindən törədildiyi, lakin bitki mənşəli bu xəstəliklə bağlı çoxsaylı xarici elmi ədəbiyyatlar təhlil edilməsi nəticəsində xəstəliyin insana və digər bitkilərə keçmədiyi, insan orqanizmi və respublikanın bitki örtüyü üçün təhlükəli olmadığı müəyyən edilib".
Bu xəstəliyə nadir hallarda rast gəlindiyini söyləyən Dövlət Xidməti rəisi, bakteriyanın ilk dəfə 1920-ci illərdə İndoneziyanin Sulavesi (keçmiş Celebes) bölgəsində cır banan üzərində aşkar edildiyini diqqətə çatdırıb: "Bakteriyalar əsasən məhsul düzgün saxlanılmadıqda xaricdə heç bir əlamət görünmədən, bir neçə həftə ərzində sirayətlənmiş meyvə daxilində inkişaf edə bilir. Bu səbəbdən də yetişməmiş halda yığılan və idxal edilən banan meyvələrində aşkar edilmir. Xəstəlik torpaq, yağış suları və tozlandırıcı həşarat vasitəsi ilə yayılır. Yalnız banan bitkisi üzərində müşahidə olunur və digər bitkilər üçün fitosanitar risk daşımır. Banan meyvələri satış məntəqələrində əlverişsiz şəraitdə saxlanıldıqda xəstəlik inkişaf edərək, meyvələrin xarab olmasına səbəb olur. Eyni zamanda, Dövlət Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzində götürülmüş nümunələr ətraflı təhlil edilib və aparılan analizlər nəticəsində banan nümunələrində pestisidlər, nitrat və nitritlər, ağır metallar və mikotoksinlər aşkar edilməyib".
DFNX rəisi sonda vurğulayıb ki, bu xəstəlik insan orqanizmi və respublikanın bitki örtüyü üçün təhlükəli deyil: "Vətəndaşlara satış məntəqələrində əlverişsiz şəraitdə uzun müddət saxlanılan banan və digər meyvə-tərəvəzləri almamaları tövsiyyə olunur. Onu da qeyd edim ki, 2016-cı ilin yanvar ayı ərzində Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən üzərində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edilib və keyfiyyət göstəriciləri standartlara uyğun olmayan 10517 kq meyvə-tərəvəz məhsulu dövriyyədən çıxarılaraq məhv edilib. Məhv edilmiş meyvələrin 101,5 kiloqramını banan meyvələri təşkil edir".
NUH.AZ
- Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı: Qızınız Kama xanım mənə… VİDEO
20 noyabr 2025 19:51
- Mehdiyevin ətrafından olan hər kəsin vəkili redaksiyamıza məktub yazdı - Şaiq bəyin =dolu portfeli=
20 noyabr 2025 17:20
- Qarakənd faciəsindən 34 il ötür
20 noyabr 2025 17:02
- Asiya İnkişaf Bankının prezidenti VEYSƏLOĞLU-nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu (FOTO)
18 noyabr 2025 10:42
- Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
17 noyabr 2025 00:38
- Kaş boşanmış olardım - Şəhid xanımı Gülüstan Əliyeva
16 noyabr 2025 10:59
- LEŞ TOFİQ-lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
15 noyabr 2025 12:31
- Payızın qızıl vaxtı - Şahnaz Şahin yazır
14 noyabr 2025 17:47
- Utanılası tarix - Mirzoyan azərbaycanlı bolşevikləri bir-birinə qırdırırmış
14 noyabr 2025 17:38
- Zəngilanın Ağalı kəndinə növbəti köç karvanı yola salınıb
14 noyabr 2025 15:28
- Trampın Ukrayna ilə bağlı 28 bəndlik SÜLH PLANI: Bənd-Bənd
21 noyabr 01:09
- Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı: Qızınız Kama xanım mənə… VİDEO
20 noyabr 19:51
- Mehdiyevin ətrafından olan hər kəsin vəkili redaksiyamıza məktub yazdı - Şaiq bəyin =dolu portfeli=
20 noyabr 17:20
- Qarakənd faciəsindən 34 il ötür
20 noyabr 17:02
- Ağdamın işğaldan azad edilməsindən 5 il ötür
20 noyabr 16:54
- Gəncədə dəfn edilən 19 ispan pilot Azərbaycana niyə gəlmişdi? (VİDEO)
20 noyabr 16:24
- Prezidentdən Ağdamla bağlı paylaşım (VİDEO)
20 noyabr 15:28
- Prezident ailəsi kitab təqdimatında - Fotolar
19 noyabr 14:25
- Xalq artisti vəfat etdi
19 noyabr 14:14
- Pensiya alanların nəzərinə: Yanvardan artım belə hesablanacaq (VİDEO)
19 noyabr 14:03
- Prezident onları təbrik etdi - Yenilənib
18 noyabr 11:22
- Asiya İnkişaf Bankının prezidenti VEYSƏLOĞLU-nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu (FOTO)
18 noyabr 10:42
- Zaur Mirzəyev azadlığa çıxdı
17 noyabr 22:31
- Əhməd Oruc insult keçirdi - Vəziyyəti ağırdır
17 noyabr 19:25
- Prezident Milli Dirçəliş Günü ilə bağlı paylaşım etdi
17 noyabr 11:45
- Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
17 noyabr 00:38
- Milli Qəhrəmanın qızının toyu oldu - VİDEO
17 noyabr 00:18
- Prezidentin səfəri başa çatdı - Fotolar
16 noyabr 23:59
- İlham Əliyev liderlərin iclasında (YENİLƏNİR)
16 noyabr 11:08
- Kaş boşanmış olardım - Şəhid xanımı Gülüstan Əliyeva
16 noyabr 10:59
- Polad Həşimovun qızı: Paraddakı hərbçilərin arasında atamı da görürdüm...
16 noyabr 10:49
- Sadəcə sənin adın var könlümdə... - Günün mahnısı
16 noyabr 01:28
- Ukrayna və Rusiya razılığa gəldi
16 noyabr 00:49
- İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
15 noyabr 22:51
- İlqar Hacıyev də Baş Prokurorluğa çağırıldı
15 noyabr 21:58
- Tanınmış jurnalistlər Özbəkistanda səfir və rektorla görüşdü (FOTO)
15 noyabr 16:15
- Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü oldu
15 noyabr 16:05
- LEŞ TOFİQ-lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
15 noyabr 12:31
- Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
15 noyabr 11:53
- İlham Əliyev Mahmud Abbası təbrik etdi
15 noyabr 11:42
