Deputatın milyon yarımlıq evi üzə çıxdı
“Elmira Axundova özünün deputat maaşı, oğlunun 486 manatlıq əməkhaqqısı ilə kvadrat metri 4000 manatdan evi necə alıb?”
Deputat Elmira Axundovanın qocaman jurnalist Feyruz Həşimov arasında məhkəmə çəkişməsi apellyasiya instansiyasında davam edir. Fevralın 3-də Bakı Apellyasiya Məhkəməsində bu iş üzrə keçirilən məhkəmə prosesində 78 yaşlı Feyruz Həşimov və onun nümayəndəsi deputatın əmlakı, həmçinin oğlu Həbib Axundovun əməlləri barədə bir sıra ciddi faktlar ortaya qoyub.Feyruz Həşimovun nümayəndəsi Tahir Əlirzayev məhkəməyə Elmira Axundova və oğlunun çox baha qiymətə yeni mənzil alması barədə sənəd təqdim edib. “Abşeron” Mənzil-Tikinti Kooperativinin möhürlü, imzalı arayışından görünür ki, Elmira Axundova və oğlu Həbib Axundov bir müddət əvvəl şəhərin mərkəzində, çox bahalı “Port Baku Residense”də iki mənzil alıb, özü də avtomobil üçün dayanacaqları ilə birlikdə.
“Elmira Axundova deputatdır, oğlu da Dövlət Gömrük Komitəsinin növbətçi hissəsində işləyir. Maaşı da cəmi 486 manatdı. Nə özünün, nə də oğlunun kommersiya ilə məşğul olmaq hüququ var. Qanun bunu onların hər ikisinə qadağan edir. Bu adamlar hansı pulla kvadrat metri 4000 manatdan milyon yarıma ev alıblar? Feyruz Həşimov isə pensiya ilə heç özünə dərman ala bilmir…”, – deyə Tahir Əlirzayev bildirib.
Qeyd edək ki, Elmira Axundova Feyruz Həşimovu 2015-ci ilin mayında “Gündəlik Bakı” qəzetində dərc olunan yazılara görə məhkəməyə verib. Deputat həmin məqalələrdə özü və oğlu barədə fikirlərlə şərəf və ləyaqətinin təhqir olunduğunu, ona böhtan atıldığını iddia edərək, məhkəmədə ona qarşı 100 min manatlıq iddia qaldırıb. Deputat həmin yazılara görə təkzib verilməsi, üzr istənilməsi və 100 min manat da kompensasiya tələb edir. Xətai Rayon məhkəməsi deputatın iddiasını təmin edib, lakin təzminat məbləği 100 min yox, 5000 müəyyənləşdirilib. Deputat da bundan narazı qalaraq, apellyasiya şikayəti verib.
Eyni zamanda, cavabdeh Feyruz Həşimov da apellyasiya şikayəti verib.
NUH.az
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
25 fevral 2026 21:07
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 2026 22:10
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
11 fevral 2026 13:56
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
4 fevral 2026 19:24
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
- Təbrizə də zərbələr endirildi
28 fevral 16:11
