- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
- İlqar Əliyev həbsdə vəfat etdi
Samir Şərifov hansı obyektləri satışa çıxarıb?
«Kredit qalmaqalı»na görə həbs olunanların ailə üzvlərindən ölkə başçısına ilginc müraciət
NUH.az azadlıq.info-ya istinadən xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı və onun törəmə şirkətlərinin hazırda həbsdə olan əməkdaşlarının ailə üzvləri ölkə başçısı Ilham Əliyevə müraciət edib. Onlar müraciətin bir surətini də “Azadlıq”a ünvanlayıb. Şikayətçilər yazır:
“Siz dəfələrlə çıxışlarınızda qeyd etmisniz ki, yerli istehsal sahələri inkişaf etməlidir və dövlət bu sahələrin inkişafına dəstək verməkdədir. Bu baxımdan bəzi məqamları nəzərinizə çatdırmaq istəyirik. Məqsədimiz məsələlərin daha obyektiv araşdırılması və adekvat addımların atılması yönündə Sizdən kömək istəməkdir.
Bildiyiniz kimi Azərbaycan Beynəlxalq Bankının işi üzrə bank rəhbərliyində və törəmə şirkətlərin rəhbərliyində təmsil olunan və hətta hər hansı bir inzibati vəzifə tutmayan şəxslər kredit məsələlərinə görə aylardır azadlıqdan məhrum edilib. Həbs edilən bu şəxslərin bəziləri həqiqətən kredit almış və kreditləri layihlər üzrə yatırmışdır. Digər qismi isə ümumiyyətlə kreditləşmə əməliyyatlarında birbaşa və dolayı yolla iştirak etməmiş və əbəs yerə azadlığı əlindən alınmışdır.
***
Hörmətli cənab Prezident!
Nəzərinizə çatdırmaq istəyirik ki, ABB ASC-dən alınan kreditlər tam təyinatı üzrə istifadə edilmiş, onların istifadəsi regionların iqtisadi-sosial proqramı konseptinə uyğun olaraq həyata keçirilmiş, minlərlə insanların məşğulluğu təmin edilmişdir. Hazırda müəssisələrin əksəriyyətində rəhbərlik bu kredit məsələlərinə görə dəyişdirilmiş və qeyri-peşəkarlara həvalə edilmişdir. Məhz bu səbəblədir ki, qeyri-peşəkar idarəetmə müəssisələrin fəaliyyətində durğunluğa səbəb olmuş, bu isə dövlətin siyasəti ilə uzlaşmamaqla bərabər işsizliyə səbəb olmuşdur.
Sizin siyasətinizin icrası olaraq həmin kreditlərin təyinatı üzrə istifadəsi ilə açılmış müəssisələr aşağıdakılardır
1) CTC Aqro zavodu – Pambıq istehsalı və yığımı üzrə ixtisaslaşmış bu zavod əsasən Aran zonasında pambıq istehsalı və tədarükü ilə məşğul olur. Bu müəssisənin tərkibinda 4 zavod fəaliyyət göstərməkdədir. 2006-cı ildən fəaliyyət göstərən zavodda 180 daimi, 250 mövsümi işçi çalışır. Orta aylıq əmək haqqı 220-270 manatdır. Istehsal olunan məhsullar Türkiyə, Rusiya və Gürcüstana ixrac edilir, eləcə də daxili bazarlara çıxarılır. Zavod əsasən Beyləqan və Imişli rayonlarından tədarük olunan xammalla işləyir. CTS-Aqro-nun Beyləqan, Ağcabədi, Saatlı və Əli Bayramlıda fəaliyyət göstərən dörd zavodunda, habelə altı rayondakı pambıq qəbulu məntəqələrində 5 minədək daimi işçi çalışır. Məhz Siz 18 aprel 2008-ci il tarixində həmin müəssisənin Beyləqanda olan pampıqtəmizləmə zavodunda olmuş, istehsal prosesi ilə yaxından tanış olmusunuz.
2) Inter Tobacco zavodu – Azərbaycan müstəqillik əldə etdikdən sonra tütün istehsalı, tədarükü və ixracatı üzrə ixsisaslaşmış yeganə zavoddur. Zavod öz fəaliyyətini Şəki-Zaqatala iqtisadi zonasında qurmuş və həmin zonada bir neçə rayonda fəaliyyətdə olan məntəqələri mövcuddur. Bu müəssisə insanlara tütünçülük fəaliyyətində yardım etmiş, onları bu fəaliyyətə təşviq edərək, məşğulluqla təmin etmişdir.
3) Bakı Fındıq Emalı Zavodu- Fındıq emalı sahəsində reginun ən böyük şirkətlərindəndir.
4) Inter Glass Zavodu- Bu şirkət Azərbaycanda şüşə istehsalı sahəsində ixtisaslaşmış yeganə və ən böyük şirkətdir. Şirkət şuşə istehsalından sahəsində ən son texnologiya ilə təchiz edilmiş və həmin zavodun əksər avadanlıqları Almaniyadan ixrac olunmuşdur. Həmin zavod öz fəaliyyətini Gürcüstanda genişləndirmək məqsədilə ərazi belə satın almışdır. Lakin məlum səbəblər Gürcüstanda törəmə müəssisənin açılmasına maneçilik etmişdir.
5) Oğuz Qlukoza Zavodu-Bu müəssisə də regionda yeganə ixtisaslaşmış müəssisədir. Hansı ki, müəssisədə G40 qlukozası ilə bərabər müxtəlif yönlü yeni qlukozaların istehsalı da planlaşdırılır. Həmçinin bu müəssisədə F55 və F42 Fruktozanın, quru nişastanın istehsalı da əsas fəaliyyət istiqamətlərindəndir. Bu məhsulların istehsalı üçün xaricdən yüksək təcrübəyə malik mütəxəsisslər və avadanlıqlar gətirilmişdir.
6) BOT ayaqqabı fabriki: Bu fabrik uzun illər hərbi ayaqqabılara olan daxili ehtiyacı qarşılamış və NATO sertifikatı ilə təltif edilmiş hərbi ayaqqabılar istehsal etmişdir.
7) Şəki Aqro Zavodu: Regional damazlıq sahəsində fəaliyyət göstərməkdədir. Əsas fəaliyyət istiqaməti isə südcülük-maldarlıqdır.
8) General-Construction Şirkəti: Azərbaycanın ən böyük tikinti, yenidənqurma şirkətlərindəndir.
9) Şəki Olimpiya Kompleksi: Şəkidə yerləşən idman mərkəzi onlarla şəxsin məşğulluğunu təmin etməklə bərabər, əhalinin sağlamlıq mərkəzidir.
10) Fuceyra Əmirliyində yerləşən Intertekstil və Interstil Zavodu: Alınan kreditlərin müəyyən hissəsi bu zavodlara yönəlmiş, hazırda zavodlar yeni rəhbərliyin naşı davranışına görə iş potensialını və işgüzar əlaqələrini itirməkdədir. Bu da həmçinin müəssisənin rentabellyinin, həmçinin dəyərinin azalmasına səbəb olmaqdadır. Həmin müəssisələr Maliyyə Nazirliyinin nəzarəti altında dəyər-dəyməzə satılmaq üçün bazara təklif edilmişdir. Həmin zavodların 50 faiz səhmdarı olan Hüseyn Marayev səhmdarlar arasına təsüdüfən düşmüş insandır. Zavod satıldıqda isə əsassız olaraq Hüseyn Marayev əldə olunan vəsaitə 50 faiz həcmində yiyələnəcəkdir. Bu isə özlüyündə həmin zavodlara görə həbsə atılmış şəxslərin əsassız olaraq azadlıqdan məhrum edilməsinin göstəricisidir.
11) AzMeCo Metanol Zavodu: Regionda öz fəaliyyət istiqamətinə görə ən böyük zavod olmaqla bərabər, minlərlə şəxsin iş yeri olub.
***
Çox təəssüflər olsun ki, hazırda yuxarıda qeyd olunan müəssisələrə Maliyyə Nazirliyi tərəfindən təyin edilmiş idarəçilər müəssisələrin fəaliyyətini iflic vəziyyətinı salmış, biznes əlaqələri yox etmiş, kütləvi işsizliyə səbəb olmuşdur. Məhz yeni rəhbərliyin qeyri-səriştəsizliyidir ki, həmin müəssisələr aldıqları krediti qaytara bilmir, hansı ki, bizim ailə üzvlərimiz o müəssisələrə rəhbərlik etdiyi zamanda kreditlər vaxtında qaytarılmış, nəticədə həm Bank, həm də müəssisələr gəlir əldə etmişdir. Maliyyə naziri qeyd edir ki, alınan kreditlər üzrə edilən yatırımlar qeyri-rentabelli layihələrə xərclənib. Necə olur ki, bizim ailə üzvlərimiz müəssisələrə rəhbərlik edəndə müəssisə gəlirli olur, onların təyin etdikləri şəxslər rəhbərlik edəndə isə yox? Bunun bir cavabı var, şəxsi ambisiyaları naminə qeyri-peşəkarcasına müəssisələr iflasa uğradılmış, nəticədə ölkə iqtisadiyyatına zərər vurulması ilə bərabər işsizlik yaranmışdır. Bu məqamda onu da nəzərinizə çatdırmaq istəyirdik ki, Fuceyra Əmirliyində fəaliyyət göstərən Intertekstil və Interstil zavodları rentabelliyinə və təchizatına görə həmin zavodlar üçün alınmış krediti öz dəyərləri ilə ödəmək iqtidarındadır. Lakin bizdə olan məlumata görə, Maliyyə Nazirliyinin rəhbərliyi və Hüseyn Marayev bu zavodu satarkən müqavilə maliyyə dəyərini az göstərməklə kreditin tam qaytarılmamasına zəmin yaradacaq, zavod komplekslərinin real dəyər ilə müqavilə dəyəri arasında olan fərq məbləğini isə mənimsəmək niyyətindədirlər. Hüseyn Marayev həmin layihələrə bir manat olsun sərmayə qoymamışdır. Bu gün Maliyyə Nazirliyinin rəhbərliyinin addımı ilə həmin şəxs heçdən zavodların yarısına yiyələnib. Əsl mənimsəmə faktı da bundan ibarətdir. Həmçinin kredit məsələsinə görə cinayət işi 2015-ci ilin may ayında başlanılsa da, oktyabr ayında kompleks maliyyə təsərrüfatının yoxlanılmasına dair qərar verilmişdir. Həmin qərardan əvvəl isə bizim ailə üzvlərimiz xeyli müddət idi ki, həbsdə yatmaqdadır. Maliyyə yoxlaması müsbət nəticə verdikdə isə yaxınlarımızın günahsız olaraq həbsdə qalmasına səbəb olacaqdır. Həmçinin onu da nəzərinizə çatdırmaq istəyirik ki, bu layihələr üzrə açılmış cinayət işinin istintaqını aparan DIN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi maliyyə təsərrüfat fəaliyyəti üzrə ixtisaslaşmadığı üçün məsələdə çətinlik çəkir, bu isə öz növbəsində obyektiv qiymətləndirmənin olmamasına zərurət yaradır. Xahiş edirik bu məsələni diqqətdə saxlayasınız”.
NUH.az
- May ayında bu meyvələri yemək məsləhət deyil — SİYAHI
2 may 2026 00:12
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
1 may 2026 16:45
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 2026 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 2026 15:41
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Zahid Oruc : Əsl enerji təkcə yerin altında və Göylərdə deyil, insanların ideallarında, iradəsində və birliyindədir
22 aprel 2026 23:40
- Tağıyevin qızına qulluq edən tələbə 30 ildən sonra danışdı
22 aprel 2026 00:41
- Deputatdan çoxmilyonluq dövlət vəsaitinin yeyintisinin qarşısını almaq üçün TƏKLİF
21 aprel 2026 18:00
- Ələkbər Salahzadənin qızı: Atamın ölümündən sonra nömrəsindən zəng gəldi,..
20 aprel 2026 15:44
- Kardioloqlar infarktın ən çox hansı saatlarda baş verdiyini açıqladı
19 aprel 2026 11:55
- May ayında bu meyvələri yemək məsləhət deyil — SİYAHI
02 may 00:12
- Gedin öz DƏRDİNİZLƏ məşğul olun: Başınız XARABDI? - Natiq Cəfərli Avropaya OD PÜSKÜRDÜ?
01 may 23:43
- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
01 may 22:36
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
01 may 21:31
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
01 may 19:21
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
01 may 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
